Məhkəmə qərarları › İş №2(102)-1281/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1281/2021

02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1281/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası XXX və AR XXXX qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1281/21 (Açar sözlər: Bəraət alan şəxsin ziyan tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı1, onun vəkili Nümayəndə, digər İddiaçı2 və onun vəkili Vəkil Əkbər oğlunun iştirakları ilə, İddiaçı1, həmçinin İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası XXXnə və Azərbaycan Respublikası XXXXnə qarşı "vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3922/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Hər iki iddiaçının barəsində quldurluq cinayətini törətmələri ilə bağlı cinayət təqibi həyata keçirilmiş, ibtidai istintaq zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş, cinayət işi yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə iddiaçılar CM-nin 32.3, 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ciil tarixli hökmü ilə məhkum edilmiş hər iki şəxsin barəsində bəraət hökmü çıxarılmış və həmin hökm qanuni qüvvəsini almışdır. Tutulduqları vaxtdan bəraət hökmü çıxarılan vaxta qədər iddiaçılar həbsdə saxlanmışlar. Ona görə iddiaçılar hazırkı mübahisəni başladaraq onlara vurulmuş maddi və mənəvi ziyanı tələb edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar 100 (yüz) min manat maddi ziyan və 100 (yüz) min manat mənəvi ziyanın cavabdehlər Azərbaycan Respublikası XXXndən və Azərbaycan Respublikası XXXXndən tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını və qanunsuz tutmanı həyata keçirmiş Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları barədə qanuni tədbirlər görülməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. Birinci in stansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının X1 xx.xx.2019-cu il tarixli, 7903 nömrəli məktubuna əsasən, məhkum İddiaçı1 xx.xx.2015-ci il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. xx.xx.2018-ci il tarixdə məhkum İddiaçı1 azad olunmuşdur (tibbi kitabça məktuba əlavə edilmişdir). Həmçinin həmin məktuba əlavə edilmiş vəkil sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının X2 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 6631 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2015-ci il tarixdən Bakı ist intaq təcridxanasında saxlanılan həbs olunmuş şəxs İddiaçı1 2016-cı ilin may-iyun aylarında Penitensiar xidmətin Müalicə müəssisəsində müayinə və müalicədə olarkən, qanda "Hepatit C” virusunun kart testlə sınağının nəticəsi "pozitiv” olmuşdur. Bununla yanaşı həyata keçirilən digər laborator müayinələrin göstəriciləri norma civarında olmuş, kliniki və instrumental müayinələrdə "C virus hepatiti”nə xas patoloji əlamətlər aşkar edilməmişdir. Həbs olunmuş şəxs İddiaçı1 hazırkı vəziyyəti "Hepatit C virusunun daşıyıcısı” kimi qiymətləndirilmişdir (İ cild, səh.113); "EvroMed” Tibb Mərkəzinin xx.xx.2019-cu il tarixli laboratoriyanın göstəricilərinə əsasən, İddiaçı1 16,24 nəticəli Anti HCV-hepatit C infeksiyası aşkar edilmişdir (İ cild, səh.12); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının X1 xx.xx.2019-cu il tarixli, 7986 nömrəli məktubuna əsasən, həbs edilmiş şəxs İddiaçı2 xx.xx.2015-ci il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş, təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilmiş və müayinənin nəticəsi olaraq onun səhhəti "Praktik sağlam” kimi qiymətləndirilmişdir. Bakı istintaq təcridxanasında saxlanıldığı müddətdə müxtəlif dövrlərdə həbs edilmiş şəxs İddiaçı2 həkim müayinələrindən keçirilmiş və "Praktiki sağlam” diaqnozu müəyyən olmuşdur. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək aclıq aksiyası etməklə qəti olaraq qida qəbulundan imtina etmişdir. Bununla bağlı o, həkim nəzarətində olmuş və müvafiq qeydlər aparılmışdır (İ cild, səh.148); Bakı şəhəri Səbail Rayon Məhkəm əsinin 2(009)-2672/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 "vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası cavabdeh Azərbaycan Respublikası XXXXnə münasibətdə qismən təmin edilmiş, mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası XXXXndən İddiaçı1 xeyrinə 3500 manat məbləğində pul tutulması, İddiaçı2 "vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası cavabdeh Azərbaycan Respublikası XXXXnə münasibətdə qismən təmin edilmiş, mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası XXXXndən İddiaçı2 xeyrinə 3500 manat məbləğində pul tutulması, iddiaçılar İddiaçı1 və İddiaçı2 "vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiaları qalan hissələrdə rədd edilmişdir. İddiaları qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə; Azərbaycan Respublikasının CPM-nin 58, 60, 61.2-ci maddələrinə; «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə; xx xxxxxx 1999-cu ildən qüvvədə olan «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» xx xxxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci maddəsinə; «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4; «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci bəndinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə; Azərbaycan Respublikasının Konstitusiyasının 148, 151; «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-10-cu maddələrinə; Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14-cü maddəsinə; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1 -ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» xx xxxx 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 271 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının XXXX haqqında” Əsasnamənin 1.1-ci bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- F.Talışinski (sədrlik edən və məruzəçi) R.Eyvazov və Z.Şirinov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-3922/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2672/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi qismən (maddi zərər hissəsində) ləğv edilmiş, həmin hissədə yeni qət namə qəbul edilmiş, həmin hissədə İddiaçı1, İddiaçı2 iddia ərizələri qismən təmin edilmiş, maddi ziyana görə 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Azərbaycan Respublikası XXXXndən tutularaq İddiaçı1 ödənilməsi, maddi ziyana görə 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Azərbaycan Respublikası XXXXndən tutularaq İddiaçı2 ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etməklə, yeni qətnamə qəbul edərək, iddia tələbini qismən təmin edərkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarı; MM-in 21; 1101, MPM-in 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80- 82, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Hər iki iddiaçı qətnamə ilə razılaşmayaraq kassasiya şikayəti vermişlər. İddiaçılar kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiəmiş, sübutlara obyektiv qiymət verməmiş və nəticə etibarı ilə onlara vurulmuş maddi və mənəvi ziyanın məbləğini düzgün müəyyən etməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iş tirak edən İddiaçı1 və onun vəkili Nümayəndə, digər İddiaçı2 və onun vəkili Vəkil Əkbər oğlu kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə müvafıq olaraq hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən- olunmuş hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz. 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqınd a Beynəlxalq Pakt»ın 9-cu maddəsi müəyyən edir ki: «hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs özbaşına həbs edilə və ya barəsində həbs qətimkan tədbiri seçilə bilməz. Heç kəs qanunla müəyyən edilmiş əsaslar olmadan və müvafıq prosedura əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.» Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi müəyyən edir ki, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardı r. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Məcəllənin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsi ndə göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Məcəllənin 61.2-ci maddəsinə görə bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakim ə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» xx xxxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nətcəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda yaranır. Qeyd edilən Qanunun 5-ci maddəsinə əsasən isə bu Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər,vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci maddəsinə əsasən qanunsuz məhkum etmək, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fıziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilm iş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-ci maddələrinin şərh edilməsinə dair" xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Azərbaycan Respublikası Mülki M əcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mə nfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəm ə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçıların əsassız olaraq azadlıqdan məhrum edilmələri və bunun nəticəsində maddi və mənəvi ziyana düçar olmaları işin təsdiq olunan hallarıdır. Lakin onlar zərərin məbləğinin daha çox olmasını mübahisələndirirlər. Apellyasiya Məhkəməsi tutulan mənəvi zərərin məbləğini ağlabatan hesab etmiş, 1ci instansiya məhkəməsinin qətnaməsini maddi ziyan hissəsində ləğv edərək həmin hissədə iddianı qismən təmin etmiş və bu zaman ağlabatan məbləğ tutmuşdur. Cavabdeh tərəf qətnamədən şikayət vermədiyi üçün məhkəmə kollegiyası hə min ziyanın tutulmasının əsaslarını yoxlamır, məbləğin daha çox tutulmalı olub-olmaması ilə bağlı dəyərləndirmə aparır. Maddi zərər şəxsə vurulmuş real iqtisadi itkidə ifadə olunur. Ona görə qanunsuz həbsdə saxlanmış şəxsə vurulmuş maddi zərərlə bağlı işlərə baxarkən vurulmuş real zərərin məbləğini müəyyən etməyə imkan verən sübutlar araşdırılaraq qiymət verilməlidir. Apellyasiya Məhkəməsinin mövqeyi maddi zərərlə bağlı belə olmuşdur ki, iddiaçılar qanunsuz olaraq azadlıqdan məhrum edilməsəydilər minimum əmək haqqı almaq imkanına malik idilər. Buna görə zərərin məbləğini həmin qaydada hesablamışdır. Vurulmuş maddi zərərin məbləğinin daha artıq hesablanmasına əsas verən hallar müəyyən edilməmiş və iddiaçılar bununla bağlı sübutlar təqdim etməmişlər. Ona görə kollegiya maddi zərərin daha a rtıq tutulmalı olması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Mənəvi ziyanın məbləği ilə bağlı: Azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca şərtdir. Şəxsin azadlıq hüququndan məhrum olması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfı təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyyət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir h alda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. İddiaçılar quldurluq cinayətini (xüsusilə ağır cinayət hesab olunan) törətmələri əsası ilə qanunsuz və əsassız olaraq müəyyən müddət həbsdə saxlanmışlar. Onlar üç il müddətində ailələrindən, yaxınlarından təcrid şəraitdə saxlanmış, ağır ittihamla təqsirləndirilmiş, barələrində ittiham hökmü çıxarılmış, həbsdə qaldıqları müddət ərzində dəfələrlə tibbi müayinə və müalicələr keçməyə məruz qalmışlar. Qeyd olunan müddət ərzində iddiaçıların həbsdə saxlanmalarına görə 3500 manat məbləğində mənəvi ziyanın müəyyən edilməsi ağlabatan deyil. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sa rsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx xxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası iddiaçıların azadlıqdan məhrumetmə yerində cəza çəkməsinin müddətini, hansı cinayətdə ittiham olunmalarını, həbsd ə saxlanmalarının onların onların şəxsiyyətinə, sağlamlıqlarına və mənəvi-psixoloji vəziyyətlərinə təsirini, həmin illər ərzində keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq mənəvi zərərin məbləğinin hər bir iddiaçıya münasibətdə beş min manat (5000 manat) olmasını daha ədalətli hesab edir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3922/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mənəvi ziyana görə tutulmalı olan vəsaitin məbləği hissəsində dəyişdirilsin. Tutulmalı olan məbləğ hər bir iddiaçıya aid hissədə 5000 (beş min ) AZN müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar