Məhkəmə qərarları › İş №2(102)-1281/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1281/2023

10.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1281/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin boşaldılaraq təhvil verilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı mənzilin boşaldılaraq təhvil verilməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5822/2022 nömrəli iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC ilə X2 və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə görə, mülkiyyətçi, ünvan 1 ünvanda yerləşən Cəmiyyətə məxsus çoxmərtəbəli yaşayış binasının blok K 18-ci mərtəbədə özünə məxsus ümumi sahəsi 87.56 kv.m. olan 2 otaqlı 689 nömrəli mənzili yeni mülkiyyətçiyə verir. Cəmiyyət mənzilin yeni mülkiyyətçisinin adına rəsmiləşdirilməsi üçün zəruri sənədləşmə işlərini həyata keçirir. Yeni mülkiyyətçi mənzili mülkiyyətinə qəbul edib mənzilin istismarı ilə bağlı yaranan xərcləri bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. 2. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən, ünvan 1 ünvanda yerləşən yaşayış binasının blok K 18-ci mərtəbə ümumi sahəsi 87.56 kv.m. olan 2 otaqlı 689 nömrəli mənzilin sahibi X2 həmin mənzili həyat yoldaşı İddiaçı adına rəsmiləşdirmişdir, mənzilə görə borc yoxdur. 3. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli xx/xx-2022 nömrəli arayışına görə, Cavabdeh2, övladları Cavabdeh3 və Cavabdeh1 ilə birlikdə ünvan 2 ünvanda yerləşən binanın “K” girişindəki 689 nömrəli mənzildə müvəqqəti olaraq qeydiyyatsız yaşayır. 4. "xxxx" MMC Qiymətləndirmə şirkətinin xx.xx.2022-ci il tarixli XXX nömrəli arayışına əsasən, ünvan 1 Blok-K mərtəbə 18 mənzil 689 ünvanda yerləşən mənzilin və ətraf ərazidə yerləşən eyni vəziyyətdə olan mənzillərin 1 aylıq orta bazar kirayə qiyməti 400-500 manat arası təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icr aat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə ona məxsus ünvan 1 Blok K, mərtəbə 18 mənzil 689 ünvanda yerləşən mənzilin boşaldılaraq təhvil verilməsi, mənzilin əvvəlki vəziyyətə gətirilməsi, cavabdehlər tərəfindən mənzildən istifadə, sahiblik hüquqlarına yönəlmiş maneələrin qadağan edilməsi, iddia verilən gündən mənzilin cavabdehlər tərəfindən faktiki təhvil verilən günə qədər aylıq 450 manat kirayə haqqı, dövlət rüsumu qismində ödənilmiş 100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. İddianın əsaslarına görə, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Qeyd edilən mənzil cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir, cavabdehlərə mənzilin bo şaldılmasına dair dəfələrə müraciət etməsinə baxmayaraq, mənzili boşaltmamışlar.

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-601/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddia qismən təmin edilmiş, cavabdehlərin istifadəsində olan mübahisəli mənzilin boşaldılaraq, iddiaçıya təhvil verilməsi, cavabdehlərə mübahisəli mənzildən iddiaçının istifadə, sahiblik hüquqlarına yönəlmiş maneələrin qadağan edilməsi, iddianın verildiyi xx.xx.2022-ci il tarixdən mübahisəli mənzil iddiaçıya faktiki təhvil veriləcəyi günədək aylıq 450 manat kirayə haqqının cavabdehlərdən müştərək qaydada alınaraq, iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə iclasında müəyyən ol unmuşdur ki, "xxxx" MMC ilə X2 və İddiaçı arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzilin sahibi mənzilin sahibi X2 həmin mənzili həyat yoldaşı İddiaçı adına rəsmiləşdirmişdir. Həmin tarixdə mənzilin dəyəri tam şəkildə ödənilmişdir. İddiaçının keçmiş kürəkənin tanışı olan Cavabdeh2, digər cavabdehlər olan övladları Cavabdeh3 və Cavabdeh1 ilə birlikdə qeyd olunan mənzildə hər ay 450 manat kirayə ödəməklə müvəqqəti olaraq yaşamışlar. İddiaçı faktiki mülkiyyətində olan mənzilin boşaldılmasını cavabdehlərdən tələb etsə də, cavabdehlər mənzili boşaltmamışlar. Hazırda iddiaçı sözügedən mənzilin boşaldılaraq ona təhvil verilməsi və cavabdehlər tərəfindən dəymiş ziyanın ona ödənilməsini məhkəmədən xahiş edir.... Qeyd olunanlar o nu deməyə əsas verir ki, boşaldılması tələb edilən mənzilin İddiaçı məxsus olması işin mübahisəsiz halıdır, mənzilin tam dəyəri aralarında bağlanmış müqaviləyə əsasən tam şəkildə "xxxx" MMC-yə ödənilmişdir. Məhkəmə yuxarıda istinad edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, iddia tələbi mənzilin boşaldılması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehlər tərəfindən qeyd olunan mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, iddiaçının ona məxsus mənzildən istifadə, sahiblik hüquqlarına cavabdehlər tərəfindən yönəlmiş maneələr qadağan edilməlidir. Məhkəmə iddia tələbinin mənzilin əvvəlki vəziyyətə gətirilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən mənzilin əvvəlki vəziyyəti dedikdə nəyin nəzərdə tutulması, hazırda mənzilin hansı vəziyyət də olması, əvvəlki vəziyyətlə hazırkı mənzilin vəziyyəti arasında nə kimi dəyişikliklərin olması barədə iddianın həmin hissədə əsasını təşkil edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur, iddia həmin hissədə təmin edilməməlidir.”

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29 və 71-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 1 nömrəli Protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 178.1-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh3 ond an apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilib, iddianın ona münasibətdə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

11. Apellyasiya şikayətinin dəlillərinə görə, o və bacısı Cavabdeh1 həmin mənzildə yaşamamışlar. Onlar Naxçıvan şəhərində yaşayırlar və həmin ünvana məhkəmə bildirişləri gəlməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5822/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), C.Yusifov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kol legiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, rayon məhkəməsinin qətnaməsi çıxana kimi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 onunla yaşayırdı, qətnamə qəbul edilən vaxtdan onlar orada yaşamırlar.... Məhkəmə Kollegiyası Cavabdeh3 apellyasiya şikayətinin onun həmin mənzildə yaşamaması barədə dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh3 bununla bağlı hər hansı sübut təqdim etməmişdir.... Bundan əlavə məhkəmə kollegiyaının iclasında Cavabdeh2 da rayon məhkəməsində qətnamə qəbul edilənə kimi Cavabdeh3 həmin mənzildə yaşadığını bildrmişdir. Eyni zamanda, hazırkı qətnamənin 10-cu bəndində qeyd olunan "xxxx" MMC- nin xx.xx.2022-ci il tarixli, xx/xx-2022 saylı arayışının surətindən görünür ki, Cavabdeh2, övladları Cavabdeh3 və Cavabdeh1 ilə birlikdə ünvan 8 ünv anında yerləşən binanın “K” girişindəki 689 saylı mənzildə müvəqqəti olaraq qeydiyyatsız yaşayır. Məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətinin hazırkı iş barəsində ona məlumat verilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, mülki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına məhkəmə iclasları barədə bildirişlər qanunla müəyyən edilmiş qaydada göndərilmişdir, bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili əsassızdır (i/v 55, 63, i/v 82-83).”

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 178.1-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh3 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın ona ona münasibətdə rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlillərinə görə, maddi hüquq normaları apellyasiya instansiyası instansiya məhkəməsi tərəfindən Cavabdeh3 münasibətdə düzgün tətbiq olunmamışdır. İddiaçı məxsus mənzil Cavabdeh3 qanunsuz sahibliyində olmamış, Cavabdeh3 və bacısı Cavabdeh1 həmin mənzildə yaşamırlar.

17. Cavabdeh-kassator Cavabdeh3 İddiaçı qarşısında hər hansı öhdəliyi olmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə Cavabdeh3 arasında öhdəlik əmələ gəlmədiyi halda cavabdehdən icarə haqqının tutulması qeyd olunan maddi hüquq normalarına əsasən yol verilmir. Apellyasiya instansiyası məhkəməsi öhdəlik əmələ gəlmədiyi halda Cavabdeh3 kirayə haqqının ödənilməsini qət edərkən maddi hüquq normalarını pozmuşdur.

18. İddiaçının cavabdehlərlə aralarında müqavilə (razılaşma) olmadığı halda onun cavabdehlərdən kirayə haqqının ödənilməsi tələbinə dair subyektiv hüququ yoxdur.

19. Kassator-Cavabdeh3 və digər Cavabdeh1 qeyd olunan mübahisəli mənzildə əvvəllər bir neçə ay yaşasalar da, sonradan başqa ünvana köçmüşlər, həmin mənzildə digər Cavabdeh2 yaşamışdır və hazırda da yaşayır.

20. İddiaçı tərəf olmadığı mənzil kirayə müqaviləsini vaxtından əvvəl ləğv ediməsi üçün Cavabdeh2 mülki qanunvericiliklə nəzərdə tutulan vaxtda və qaydada hər hansı bildiriş verilməmişdir və faktiki mənzil kirayə müqaviləsi məhkəmə qaydasında ləğv edilmədən cavabdehləri həmin mənzildən çıxarılmaları barə də iddianın təmn edilməsi üçün əsaslar olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri iddianın əsasları ilə eyni olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zə ruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildə n qanunsuz məhrum edilə bilməz.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 152.1. Mülkiyyət hüququ - su byektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxt dan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəti cəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiy mətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Mə cəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli Qərardadı: - “24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövqeyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında məhkəmə aktının yoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qayda sında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi istisna olmaqla, şikayətdə irəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” - “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq maddi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnaməni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9-cu maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər prosessual pozuntuların qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxlanılması, tərəflərin məhkəmə aktların dan şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, şikayət bir cavabdeh tərəfindən verildiyi və iddianın ona aid hissədə rəddi tələb olunduğu, habelə şikayətin dəlilləri vurulmuş zərərin cavabdehlərdən müştərək qaydada tutulması hissəsi ilə bağlı olduğundan, apellyasiya instansiyasının yekun məhkəmə aktı yalnız kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə qismən yoxlanılır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

32. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə mü dafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

33. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.

34. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindik asiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddıaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidi r. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyriqanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.

35. Bu kontekstdə, mübahisəli mənzilin iddiaçının mülkiyyətində olması, mənzilin cavabdehlərin qanunsuz sahibliyində olması və onların orada yaşaması işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarındandır, işin bu halı sair dəlillərlə təkzib olunmur, Cavabdeh3 da bununla bağlı hər hansı mötəbər sübutu təqdim etməmişdir. Belə olan halda, iddiaçının cavabdehlərin qanunsuz sahibliyindən mənzili geri tələb etməklə yanaşı həmin şəxslərin sahibliyin qanunsuz olduğunu bildiyi bütün vaxt ərzində (hazırkı halda iddia qaldırılan tarixdən sonrakı dövr üçün) götürülməli olan bütün gəlirlərin həm də Cavabdeh3 əvəzinin ödə nilməsi tələbi qanuni və faktiki əsaslara söykənir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, ərizədə iddianın faktiki əsası və tələbinin qanuni əsası olaraq Mülki Məcəllənin əmlak kirayəsi hüququnu tənzimləyən normalarına deyil, mülkiyyətin müdafiəsi və bu hüquqa qəsd nəticəsində vurulmuş zərərin əvəzini tələb etmək hüuququnu təsbit edən normalarına istinad olunmuşdur.

36. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5822/2022 nömrəli iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh3 aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar