Məhkəmə qərarları › İş №2(102)-1281/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1281/2025

13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1281/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi; sübutetmə; sübutların qiymətləndirilməsi; şahid ifadələri; “Whatsapp” və “e-mail” yazışmaları sübut qismində) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5880/2024 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmən in binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında əvvəllər qohumluq münasibətləri olmuşdur: cavabdeh iddiaçının bacısı X3 ilə nikahda olmuşdur.

2. Cavabdehlə iddiaçının bacısı X8 arasındakı nikah xx.xx.2023-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur.

3. Həmçinin, cavabdehlə keçmiş arvadı X3 arasında “barışıq sazişi bağlanmış, həmin barışıq sazişinin 6-cı bəndinə görə cavabdeh və X3 birgə nikah dövründə götürdükləri və onların adına rəsmiləşdirilmiş hüquqi və ya fiziki şəxslərdən alınan bütün borcları ayrı-ayrılıqda ödəməyi hər biri öz öhdələrinə götürmüşlər. Barışıq sazişi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təsdiq edilmişdir.

4. Hazırd a, iddiaçı cavabdehlə borc münasibətlərinin olduğuna istinad edərək, cavabdehin ona 108000 ABŞ dolları borcu qaytarmalı olduğunu bildirir, cavabdeh isə iddianı qəbul etmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 108000 ABŞ dolları (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaitinin, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 22950 manat faiz məbləğinin, həmçinin 497 manat məhkəmə xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, təxminən 2021-ci ilin yay aylarında cavabdeh iddiaçıya müraciət edərək ona 125.000 ABŞ dolları məbləğində borc pul verilməs ini xahiş etmişdir. İddiaçı həmin dövrlərdə Böyük Britaniyada olduğundan dostu X2 vasitəsi ilə 125.000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə vermişdir. Cavabdeh qısa müddət sonra iddiaçıya SMS yazaraq pul vəsaitini aldığını təsdiq etmişdir. Onlar “X7”da yerləşən istirahət mərkəzinin yaxınlığında yanaşı bağ sahələri almışlar. Bundan sonra həmin torpaq sahəsinin bir qismi əvəzləşdirilmiş, cavabdehin sahibliyində və istifadəsində olan torpaq sahəsindən müəyyən bir hissə iddiaçının sahibliyi və istifadəsində olan torpaq sahəsinə qatılmışdır. Bundan sonra, iddiaçı və cavabdeh razılaşmışlar ki, cavabdehin iddiaçıya olan qalıq borc məbləği 108.000 ABŞ dolları təşkil edir. İddiaçının bacısı və cavabdeh arasında olan ailə münasibətləri korlandığı ərəfədə 2023-cü ilin mart ayında tərəflər a rasında olan e-mail yazışmaları ilə bu hal tam sübut olunur. Cavabdeh özü də iddiaçıya 108.000 ABŞ dolları məbləğində pul vəsaiti borclu olduğunu qəbul etmişdir. Həmin borcu ödəyəcəyini qəbul etsə də, öhdəliyini yerinə yetirməmişdir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 385.1, 386.1, 425.1, 430.1, 442, 445.7, 739.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, tərəflər arasında borcun götürülməsi ilə bağlı heç bir müqavilə və razılaşma olmamışdır. Cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. 2021-ci ildə cavabdeh hər hansı torpaq sahəsi almamış və ya kiminsə xeyrinə torpaq sahəsindən imtina etməmiş və ya güzəştə getməmişdir. Cavabdehin iddiaçıdan borca pul istəməsi, iddiaçın ın ona borca pul verməsi, eləcə də torpaq sahəsinin 17.000 dollara istifadəyə verilməsi kimi iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyildir, tam şəkildə uydurmadır. İddiaçının anası X1 2020-ci ildə “X7”da ümumi sahəsi 220 kvadrat metr olan kottec almış, 2021-ci ilin yanvarından onun təmirinə başlamaq qərarına gəlmişlər. İddiaçı xaricdə yaşadığına və yaxın qohumluq münasibətlərində olduqlarına, həm də təmir işlərində təcrübəsini nəzərə alaraq, təmirin aparılmasını və nəzarət etməsini cavabdehdən xahiş etmişdir. Kottecin təmiri 8 ay davam etmiş və buna rəsmən qeydə alınmış uçota görə 284000 manat vəsait xərcləmişdir. Bütün xərcləri iddiaçı qarşılamış, təmir işləri iddiaçının vəsaiti hesabına aparılmışdır. Təmir işlərinin təşkili və nəzarətini isə cavabdeh həyata keçirdiyindən, həmin vəsaitin çox hissəsinin alınması və xərclərin ödənilməsinə sərf edilməsi də cavabdeh tərəfindən aparılmışdır. İddiaçının bacısı cavabdehin keçmiş arvadıdır. İddiaçı Azərbaycanda yaşamadığına və burada maliyyə vəsaitinin olmadığına görə, tikinti-təmir işlərinə xərclərin bir hissəsini xarici bank hesablarından bacısının Azərbaycandakı bank hesablarına köçürmüşdür. Bu vəsaitləri hərdən iddiaçının bacısı özü bankdan çıxarmış, hərdən cavabdeh gedib ofisdən götürmüşdür. İddiaçı pulları cavabdeh üçün deyil, anasının adına olan, əslində özünə məxsus “Seabreeze”də yerləşən kottecin təmiri üçün bacısına göndərmişdir. İddiaçı bu pulu cavabdehin xahişi ilə və ya cavabdeh üçün göndərməmişdir. Cavabdeh tərəfindən torpaq sahəsi isə 2022-ci ilin sentyabr ayında alınmışdır və dəyəri cəmi 20.000 manat təş kil edir. Bu torpaq sahəsindən heç bir hissə iddiaçıya hər-hansı bir borca görə satılmamış və ya bağışlanmamışdır. Elektron poçt və SMS-lərin heç birində cavabdehin iddiaçıdan ona borc verməsini xahiş etməsi, eləcə də ona borclu olduğunun qəbul etməsi (borcun etirafı) və borcu qaytaracağını öhdəsinə götürməsi kimi qeydlər mövcud deyildir. Həmin yazışmalarda ailə borcu və boşanmadan sonra borcların ər-arvada aidliyi barədə qeydlər edilmişdir. Tərəflərin arasında qohumluq münasibətləri yetərincə uzun müddət davam etmişdir və bu müddətlər ərzində bir-birinə hədiyyələr edilmiş, işlərində bir-birinə dəstək olmuşlar. Ən çox da 2020-ci ildə COVİD-19 pandemiyası ilə bağlı iddiaçının bacısının təsis etdiyi və qardaşı ilə birgə idarə etdikləri firmaların fəaliyyətində durğunluq yarandığından və yara nmış borcların aradan qaldırılması üçün hər ikisi X8yə maliyyə dəstəyi etmiş, birgə bizneslərdə iştirakları olmuşdur. Pandemiyanın yaratdığı maliyyə çətinliklərini aradan qaldırmaq ücün iddiaçı 2021-2022-ci illərdə bacısı X8nin hesabına külli miqdarda vəsait köçürmüşdür. Məhkəməyə təqdim olunan məktublarda bu maliyyə vəsaitinin məhz 108000 dollar olmasının cavabdeh tərəfindən təsdiq edilməsi xahiş edilir və qeyd edilir ki, bu, ümumi ailə borcudur və məhkəmə zamanı aidiyyəti olaraq bölüşdürüləcək. Elektron yazışmaların mətnləri məhkəməyə tam deyil, natamam təqdim edilmişdir və yazışmalarda gedən 108000 dollar ailə borcu olaraq, boşanmada razılaşdırılan sazişdə cavabdehə aid öhdəlikdə şərtləndirilməmişdir.

9. Birinci instansiya məhkəməsində şahid X2 bildirmişdir ki, iddiaçı ilə birlikdə eyni şirkətdə işləyiblər. İddiaçı ona zəng edərək bildirmişdir ki, cavabdeh “X7”da bağ evi tikmək istəyir, ona pul lazımdır. Buna görə də onun 125000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə verməlidir. 2021-ci ilin sentyabr ayında cavabdeh ofisə gələrək 125000 ABŞ dolları məbləğində pul vəsaitini götürmüş və elə həmin vaxt da iddiaçıya ismarıc yazaraq pulu götürdüyü barədə məlumat vermişdir. Tərəfləri təxminən 15 ildir ki tanıyır.

10. Birinci instansiya məhkəməsində X11 bildirmişdir ki, o, hər iki tərəfi yaxşı tanıyır, tərəflərlə birlikdə magistratura pilləsində təhsil almışlar eləcə də, ailəvi dost olublar. Tərəflər arasındakı borc münasibətlərindən əvvəlcədən məlumatı olmamışdır. Sonradan iddiaçı ona bildirmişdir ki, cavabdehə borc pul verib, ancaq cavabdeh həmin borcu qaytarmır. O, i lk öncə borcun məbləğini bilməmişdir. Sonradan tərəflərlə görüş zamanı öyrənmişdir ki, iddiaçı cavabdehə 125000 ABŞ dolları məbləğində pul borc verib, sonradan müəyyən dəyişikliklər olmuş və borcun məbləği 108000 ABŞ dolları olmuşdur. Onun vasitəçiliyi ilə təşkil edilmiş tərəflər arasındakı görüşdə üç əsas məsələ müzakirə olunmalı idi. Birincisi, cavabdehə verilmiş 125000 ABŞ dolları məbləğində pul vəsaiti, ikincisi, iddiaçının bağ evinin tikintisinə cavabdeh tərəfindən çəkilmiş xərclərin miqdarı, üçüncüsü, torpaq sahəsinin yenidən ölçülməsi idi, çünki tərəflərin aldıqları torpaq sahəsi bitişik idi. Üçtərəfli görüş zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 125000 ABŞ dolları məbləğində pul vəsaitindən cavabdeh tərəfindən iddiaçının bağ evinin tikintisinə görə iddi açının əvəzinə ödədiyi pul vəsaiti və cavabdeh tərəfindən iddiaçıya verilmiş torpaq sahəsinin dəyəri çıxılmalı idi. İddiaçının bağ evinin tikintisi zamanı cavabdeh onun əvəzinə 9400 manat, yəni 5500 ABŞ dolları məbləğində ustalara ödəniş etmişdir. Görüşün qısa xülasəsini yazılı şəkildə o özü hazırlayıb tərəflərə göndərmiş və tərəflərdən də xahiş etmişdir ki, tanış olaraq təsdiq etsinlər. İlk öncə cavabdeh, daha sonra isə iddiaçı həmin xülasəni təsdiqləmişlər. Lakin, cavabdeh bildirirdi ki, aldığı borc şəxsi deyil, ailə xərcləri üçündür və mediasiya prosessi zamanı bölüşdürüləcək. Üçtərəfli görüş zamanı cavabdeh heç bir zaman bildirməyib ki, o, iddiaçıdan borc pul götürməyib. Cavabdeh etiraf edib ki, iddiaçıdan pul vəsaitini borc olaraq götürüb və həmin pulu “X7”da özünə bağ evi tikdirmək üçün alıb. İddiaçı tərəfindən 125000 ABŞ dolları məbləğində cavabdehə borc pul verilərkən həmin vaxt orada olmayıb, ancaq tərəflər özləri bunu etiraf ediblər.

11. Xətai Rayon Məhkəməsinin e-2(011)-4199/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, 108000 ABŞ dolları məbləğində pulun (Mərkəzi Bankın ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla), 4050 ABŞ dolları məbləğində illik 5 faiz məbləğində pulun və 497 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. (hakim Pərviz Zamanlı)

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehə 125 000 ABŞ dolları borc pul verdiyini iddia etdiyi üçün bu halda birincisi, 125000 ABŞ d olları məbləğində pulun borc məqsədilə cavabdehə verilib-verilməməsi, ikincisi borcun verilməsi sübuta yetirildiyi halda, borc müqaviləsinin qanuna uyğun bağlanıb-bağlanmaması akpektindən çıxış edərək mübahisəyə hüquqi qiymət verilməlidir.

13. Birinci aspektlə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasına görə borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları mülkiyyət hüququnun borcluya keçirilməsi borc müqaviləsinin bağlanmasının əsas şərtidir. Mülkiyyət hüququnun keçirilməsi isə pulun və ya digər əvəz edilən əşyaların borc alana faktiki olaraq, yaxud tərəflərin razılaşmasına uyğun formada verilməsi ilə mümkün ola bilər.

14. İddiaçının pulun cavabdehə nağd qaydada verilməsini bildirməsi ilə bağlı bir inci instansiya məhkəməsi qeyd etmişdir ki, bu halda 125000 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsini iddiaçı sübut etməlidir və bu halı təsdiq edən sübutlar (iş materiallarına əlavə edilmiş elektron poçt yazışmaları və şahid ifadələri) iddiaçı tərəfindən işə əlavə edilmişdir.

15. Birinci instansiya məhkəməsi tərəflərin bir-birlərinə ünvanladıqları və əlavə olaraq da bəzi hallarda X11 və X8yə göndərdikləri həmin elektron poçt yazışmalarını tədqiq etməklə müəyyən etmişdir ki, X11 vasitəçiliyi ilə tərəflər arasında xx.xx.2023-cü il tarixində danışıqlar aparılmış, həmin danışıqlarda ümumilikdə üç ayrı-ayrı məbləğlərdən ibarət pul vəsaitlərindən bəhs olunmuşdur. Onlardan birincisi, 360000 manat pul vəsaitidir ki, cavabdeh həmin pul vəsaitinn onun anasından alınmış borc olmasını bildir mişdir. İkincisi, 200000 manat pul vəsaitidir ki, cavabdeh həmin pulun bankdan götürülmüş kredit olmasını bildirmişdir. Üçüncüsü isə, mübahisələndirilən 108000 ABŞ dolları pul məbləğindəki vəsaitidir. Cavabdeh xx.xx.2023-cü il tarixli elektron poçt vasitəsilə yazışmasında hər üç məbləğdə göstərdiyi pul vəsaitinin onun keçmiş arvadı X8 ilə ortaq borcları olduğunu və bu borcların onların arasında bölünəcəyini qeyd etmişdir.

16. Həmin pul barədə tərəflər arasında e-mail danışıq belə olmuşdur ki, X11 xx.xx.2023-cü il tarixdə saat 16:31-də tərəflərin adı göstərilmiş e-poçt ünvanlarına aşağıdakı məzmunda məktub göndərmişdir: “1. X11 qısa şəkildə razılaşma tərtib edərək tərəflərə göndərmişdir, razılaşmanın məzmunu ondan ibarətdir ki, borcun ümumi məbləği 125000 ABŞ dollardır. Mənfi 5500 USD (9400 azn) X9 tərəfindən təmir zamanı Dima c-a ödənilib. Torpaq sahəsinin yenidən hesablanması üçün minus X USD (məbləğ X10 tərəfindən ölçmələr nəticəsində təsdiqlənməlidir, ilkin hesablama 7000 ABŞ dolları).

2. Yuxarıda borc X9 və X8nin ailəsinə verilmişdir və şərikli ailə borcudur və boşanma prosesi nəticəsində başqa cür razılaşdırılmadıqda, X8 ilə X9 arasında 50:50 nisbətində bölünür. Zəhmət olmasa, nəyisə səhv başa düşmüşəmsə təsdiq edin və ya düzəldin”. Eyni tarixdə saat 20:15-də cavabdeh iddiaçıya və X11 e-poçt vasitəsilə aşağıdakı məzmunda cavab yazır: “Sağ ol Nurin. Qeyd edim ki, bizim ailə olaraq (cavabdeh özü ilə X8ni nəzərdə tutur) ortaq borcumuz da anama olan 360.000 azn və banka olan 200.000 azn borcdan ibarətdir. Bütün bu borclar may ayından başlayacaq və tərəflərin (və ya məhkəmə nin) qərarından asılı olaraq, borc tərəflər arasında bölünəcək vasitəçilik prosesi ilə həll olunacaq”.

17. Bundan sonra, iddiaçı ölçmələrin dəqiqləşdirilməsi barədə həm cavabdehə, həm də X11 e-poçt vasitəsilə məktublar göndərilmişdir. Həmin yazıda iddiaçı torpaq sahəsinin dəyərinin təxminən 11000-12000 ABŞ dolları olacağını bildirmiş, cavabdeh isə buna heç bir etiraz etməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıya, X11 və X8yə e-poçt vasitəsilə göndərdiyi yazısında qeyd etmişdir: - “salam X10. Hesablaşmalara görə balans 108k USD təşkil edir. X8, zəhmət olmasa ümumi ailə borcunu öz tərəfinizdən təsdiq edin, çünki bu hər ikimizə aiddir və bölünmə predmeti olacaq 360 min azn, 200 min azn, 108 min usd” xx.xx.2023-cü il tarixdə isə cavabdeh iddiaçıya və X8yə e-poct vasitəsilə bu məzm unda məktub göndərmişdir: “salam X10. Boşanma prosesi çərçivəsində razılaşdıq ki, üzərimizə götürdüyümüz borclar ailə borcları kimi deyil, fərdi borclar kimi qəbul edilsin. Çıxardığım borcları mən, X8nin çıxardığı borcları X8 ödəyəcəyək”.

18. Birinci instansiya məhkəməsi qeyd edilən hallara əsasən göstərmişdir ki, cavabdeh 125000 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçı tərəfindən borc qismində deyil, iddiaçının özünün bağ evinin tikintisi üçün cavabdehə verdiyini bildirsə də, bu halı təsdiq edəcək sübutları təqdim edə bilməmiş, əksinə, müəyyən xərclərin çıxılmasından sonra iddiaçıya 108000 ABŞ dolları borcunun, həmin pulun X8 ilə birgə ailə borcları deyil, özünün fərdi borcunun olduğunu etiraf etmişdir. Bundan başqa, cavabdehin bildirdiyi kimi 125000 ABŞ dolları məbləğində pulun iddi açının öz bağ evinin tikintisi üçün verildiyi təqdirdə, yazışmalarda bununla bağlı heç nə qeyd edilməmişdir.

19. Birinci instansiya məhkəməsinin mövqeyinə görə sözügedən həcmdə pul vəsaitinin borc qismində iddiaçı tərəfindən cavabdehə verilməsi həm də şahid ifadələri əsasında öz təsdiqini tapır. Belə ki, şahidlərin ifadələrini şübhə altına alacaq heç bir sübut məhkəməyə təqdim edilməmiş, şahidlərin cavabdehə qarşı hər hansı formada qərəzli olması məhkəmə baxışında müəyyən edilməmiş, əksinə, şahidlərlə hər iki tərəf arasında uzun illər yaxın dostluq əlaqələrinin olması müəyyən edilmişdir.

20. Bundan başqa, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə e-poçt vasitəsilə aparılan danışıqlar zamanı iddiaçı həmin borcların X8 ilə ortaq borcları olduğunu qeyd etsə də, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən elektron poçt vasitəsilə göndərilmiş ismarıcda cavabdeh bildirmişdir ki, boşanma prosesi gedişində X8 ilə aralarında baş tutmuş razılığa əsasən tərəflərin hər birinin üzərinə götürdüyü borc, ailə borcu deyil, tərəflərin hər birinin şəxsi borcudur. Eyni zamanda, həm iş materialları ilə, həm də şahid ifadələri ilə də təsdiq olunmuşdur ki, iddiaçı pul vəsaitini Əkbər Yaqubov vasitəsilə cavabdehə vermişdir.

21. Birinci instansiya məhkəməsi şərh edilənlər əsasında belə qənaətə gəlmişdir ki, 125 000 ABŞ dolları məbləğində pul cavabdehə borc məqsədi ilə fiziki olaraq nağd qaydada verilməklə iddiaçı pula olan mülkiyyət hüququnu cavabdehə faktiki olaraq keçirmiş, lakin sonradan tərəflərin öz aralarında müəyyən xərclərin əvəzləşdirilməsi nəticəsində həmin borcun qalıq hissəsi 108 000 ABŞ dolları məbləğində qalmışdır.

22. Birinci instansiya məhkəməsi 125000 ABŞ dolları məbləğində pulun verilməsi ilə bağlı müqavilənin etibarlılıq (qanuna uyğun bağlanıb-bağlanmaması) məsələsinə münasibətdə isə qeyd etmişdir ki, 125000 ABŞ dolları məbləğində pul borc məqsədilə cavabdehə verilmiş, başqa sözlə, həmin məbləğdə pulun cavabdehə borc verilməsi faktı baş vermişdir. Lakin Mülki Məcəllənin 740-cı maddəsinin məzmununa görə borcun məbləği 3000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

23. Birinci instansiya məhkəməsinin qənaətinə görə qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 125000 ABŞ dolları (əvəzləşdirmədən sonra qalıq 108000 ABŞ dolları) məbləğində pulun verilməsi faktını özündə əks etdirən hüquqi nəticə baş vermişdir. Lakin bu hüquqi nəticənin etibarlı borc müqaviləsi statusuna gətirən qanuni əsas, yəni yazılı borc müqaviləsinin bağlanmaması qeyd edilən hüquqi nəticəni etibarsız etmişdir. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbasız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Lakin borc müqaviləsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmamasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur.

24. Tərəflər arasındakı etibarsız əqdin nəticəsinin tələb edilməsi müddəti ilə bağlı birinci instansiya məhkəməsi bildirmişdir ki, tərəflər arasında pulun qaytarılması ilə bağlı konkret müddətin olması məhkəmə araşdırması zamanı müəyyən olunmasa da, tərəflər arasındakı e-poçt yazışmalarından bəlli olur ki, borcun dəqiqləşdirilməsi və kim tərəfindən qaytarılmalı olması ilə bağlı 2023-cü ilin mart-iyun aylarında danışıqlar aparılmış, cavabdehlə arvadı X8 arasında bağlanmış barışıq sazişinin Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təsdiq edildiyi vaxtdan isə cavabdehin həmin borcu qaytarmaq öhdəliyi yaranmışdır.

25. İddianın illik 5 faiz olmaqla əlavə 4050 ABŞ dollarının tutulması hissəsinə qiymət verən birinci instansiya məhk əməsi hesab etmişdir ki, cavabdeh qaytarmalı olduğu 108000 ABŞ dolları pulu vaxtında qaytarmadığına və gecikdirdiyinə görə iddiaçıya gecikdirdiyi pul məbləğinin illik 5% miqdarında pul ödəməyə borcludur. Gecikdirilmiş müddət isə cavabdehin pulu qaytarması öhdəliyinin yarandığı gündən, yəni Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2500/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı qəbul edildiyi gündən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtadək, yəni xx.xx.2024cü ilədək qəbul olunmalıdır. Beləliklə, Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq cavabdeh pulu gecikdirdiyi 9 ay 15 gün müddət (xx.xx.2023- xx.xx.2024) üçün iddiaçıya illik 5% məbləğində, yəni 4050 ABŞ dolları məbləğində pul ödəməlidir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləni n 329.1, 329.2, 331.1, 337.1, 337.5, 445.7, 739.1, 740.2, 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

27. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazın dəlillərinə uyğun əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, tərəflər arasında olan faktiki münasibətlərə düzgün hüquqi qiymətin verilməməsini, nəticədə məhkəmə tərəfindən yanlış nəticəyə gəlinməsini, tərəflər arasında borc münasibətlərinin yaranmamasını, cavabdehin id diaçıdan borc istəməməsini, eləcə də iddiaçının cavabdehə 125000 ABŞ dolları borc verməməsini, bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübutun təqdim olunmamasını, iddiaçının təqdim etdiyi sübutlardan isə borc münasibətlərinin mövcudluğunun müəyyən olunmamasını, iddiaçının xaricdə yaşamasını, cavabdehin iddiaçının bacısı ilə ailəli olmasını, hazırda nikahlarının pozulmasını, əvvəllər münasibətlərinin yaxşı olduğu dövrdə iddiaçının anasının özü üçün “X7”da kottec tikdirdirib təmir etdirməsini, iddiaçının xaricdə yaşaması və qohumluq münasibətlərinin olması nəzərə alınaraq, həmin təmir işlərinə cavabdeh tərəfindən nəzarət olunmasını, iddiaçının bu məqsədlə xaricdən müəyyən pullar göndərməsini, lakin iddiaçı ilə cavabdeh arasında pulun borc verilməsi istiqamətində münasibətlərin yaranmamas ını, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin pulun borc verilməsini görmədiklərini, bunu bilavasitə iddiaçının özündən eşitdiklərini bildirmələrini, ifadələrinin ziddiyətli olmasını, şahidlərin iddiaçının yaxın adamları olmasını, məhkəmə tərəfindən bu hallara tənqidi yanaşılmamasını və s. göstərmişdir.

29. Apellyasiya baxışında cavabdeh əlavə olaraq bildirmişdir ki, cavabdehin iddiaçı ilə uzun müddətli qohumluq münasibətləri olduğu üçün onların bir-birinin işlərinin həll olunmasında qarşılıqlı yardımlaşmaları olmuşdur. Lakin iddiaçı cavabdehə heç vaxt borc məqsədilə pul verilməmiş, bu barədə aralarında hər hansı razılaşma, danışıqlar olmamışdır. Buna görə də, hazırda ona qarşı qalıdırılan iddia tələbini səbəbini anlamır. İddiaçının məhkəməyə təqdim etdiyi yazışmalarda onun i ddiaçıdan hər hansı məbləğdə borc pul istəməsi və ya aldığı borcu qaytaracağına dair hər hansı vəd yoxdur. Həmçinin, email hesablarından yalnız Elektron ünvan 1 cavabdehə məxsusdur, digəri yəni, Elektron ünvan 2 e-mail hesabının isə cavabdehə heç bir aidiyyatı yoxdur. Whatsapp yazışmalarında borc və onun məbləği ilə bağlı hər hansı qeyd yoxdur. Tərəflər arasında həqiqətən borc münasibətləri olmuş olsaydı, o zaman bu hal yazışmalarda görünərdi. İddia olunan pul vəsaiti kiçik məbləğ olmamaqla, onun şifahi formada verilməsi məntiqli deyildir. Qanunvericiliyə görə bu halda mütləq yazılı müqavilə bağlanmalı idi. Lakin, tərəflər arasında nəyinki bu cür müqavilə bağlanmamış, ümumiyyətlə, hər hansı yazılı və şübhədən kənar sübut yoxdur. Keçən uzun müddət ərzində iddiaçı borcun mövcudluğu ilə bağ lı hər hansı yazışmanı və ya digər sübutu təqdim edə bilməmişdi. Çünki həqiqətdə borc olmamışdır. Cavabdehin iddiaçının bacısı ilə nikahları pozulan dövrdə qarşılıqlı razılıqla əmlak aktivlərini və passivlərini bölmüşlər. İşdə olan Sazişdən də göründüyü kimi, cavabdeh yüksək məbləğlərdə olan əmlakları həyat yoldaşında saxlamışdır. Yəni, cavabdehin maddi imkanı yaxşı olmuş, iddiaçıdan borc almağına ehtiyacı olmamışdır. Həqiqətdə borc məsələsi olsaydı, onu da yazılı qaydada rəsmiləşdirərdilər. İddiaçı bacısının cavabdehlə ailə münasibətlərinin pozulmasından istifadə edərək qərəzli olaraq belə bir iddia qaldırmışdır. Bundan başqa, şahid kimi dindirilmiş şəxslərin heç biri tərəflər arasında borc münasibətlərinə bilavasitə şahid olmadığını, bu barədə yalnız sonradan iddiaçının sözlərindən eşitd iklərini bildirmişlər. Şahidlərdən biri iddiaçının ofisində çalışan işçi, digəri X11 isə iddiaçının ailəvi dostu olmaqla, münasibətləri çox yaxşıdır. Belə olan halda, birinci instansiya məhkəməsi şahid ifadələrinə tənqidi yanaşmalı və digər sübutlarla birgə onları qiymətləndirməli olduğu halda, bunları etməmişdir. Bundan başqa, torpaq sahəsi ilə bağlı tərəflərin münasibətinə gəldikdə, məhkəmə nəzərə almalı idi ki, daşınmaz əmlakla bağlı bütün əqdlər notariat qaydasında rəsmişləşdirilməli idi. Lakin bu istiqamətdə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

30. Apellyasiya baxışında iddiaçının nümayəndəsi şikayətə etiraz olaraq bildirmişdir ki, tərəflər arasında 125000 ABŞ dolları pulun borc verilməsi ilə bağlı hər hansı müqavilə və ya digər yazılı sənəd tərtib olunmam ışdır. Lakin whatsapp və e-mail yazışmaları, eləcə də şahid ifadələri ilə təsdiq olunur ki, həqiqətən tərəflər arasında borc münasibətləri yaranmışdır. Düzdür, tərəflər arasında yazışmalarda birbaşa cavabdeh tərəfindən borcun istənilməsi, onun qaytarılacağı və ya borcun etirafını göstərəcək hərəkətlər edilməmiş, lakin yazışmalarda cavabdeh dolayı yolla bunu etiraf etmişdir. Borcla bağlı isə tərəflər arasında danışıqlar əsasən şifahi telefon vasitəsilə aparılmışdır. İşin faktiki və təzkib olunmayan halı odur ki, iddiaçı cavabdehə həmin pul vəsaitini vermişdir. Tərəflərin həqiqətən “X7”da müvafiq sahələri vardır və orada təmir işləri aparılmışdır. Lakin 125000 ABŞ dolları cavabdehə məhz borc kimi verilmiş, təmir-tikinti işlərinə aidiyyəti olmamışdır.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5880/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin olunmamışdır (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev).

32. Məhkəmə kollegiyası mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır: 33. “İddiaçı tərəflər arasında borc münasibətlərinin olduğuna istinad edərək, məhz həmin borc münasibətləri üzrə cavabdehin ona 108000 ABŞ dolları borcu qaytarılmalı olduğunu iddia etmişdir. İddiaçı tələbinin əsası kimi məhkəməyə yalnız whatsapp və email yazışmalarını, habelə şahid ifadələrini təqdim etmişdir.

34. Hazırki iddia tələbi ilə bağlı müəyyən edilməli olan hallar aşağıdakılardır: 1) iddiaçını n hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara (tələb hüququna) malik olubolmaması, yəni tərəflər arasında iddia olunan pulun borc verilməsi istiqamətində mülki hüquqi münasibətlərin (eləcə də, etibarlı borc müqaviləsinin mövcudluğu, iddia olunan pul vəsaitinin məhz borc kimi cavabdehə verilməsi, borcun qaytarılması müddətinin bitməsi və s.) yaranması; 2) yuxarıda göstərilən hallar mövcuddursa, cavabdehin etirazları da nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması. Çünki işin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir. Bunun üçün də qeyd edilən halların mövcudluğunun ardıcıllıqla yoxlanması zəruridir.

35. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcə llənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir.

36. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də borc (kredit) müqaviləsidir. Tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

37. İddiaçı nın özünün bildirməsindən (iddia tələbindən) açıq-aşkar görünür ki, cavabdehlə aralarında 125000 ABŞ dollarına dair yazılı müqavilə bağlanmamışdır, eyni zamanda cavabdeh də iddianı etiraf etməyərək iddiaçı ilə ümumiyyətlə borc münasibətlərinin yaranmadığını bildirmişdir. Bununla yanaşı, Mülki Məcəllənin 337.5-ci 354.1-ci maddələrinə əsasən borc müqaviləsinin qanunla müəyyən edilmiş formasına riayət edilməməsi onun predmeti olan pulun tələb olunmasını istisna etmir. Lakin belə olan halda, iddiaçı ilkin olaraq iddiasının faktiki əsaslarının mövcudluğunu, yəni cavabdehlə həqiqətən aralarında 125000 ABŞ dolları pul vəsaitinin borc verilməsi sahəsində mülki hüquqi münasibətlərin yaranmasını sübut etmək yükünü daşıyır.

38. İddiaçı qeyd edilən halları sübut etdiyi təqdirdə, cavabdehin etirazları da nəzərə alınmaqla tərəflər arasından borc münasibətlərindən irəli gələn hazırki iddia tələbinin əsaslılığına (borc müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun formada bağlanması, borcun qaytarılma müddətinin başa çatması, öhdəliyİn tam və ya qismən icra olunması, qalıq borcun məbləği, yaxud müqavilənin formasına riayət edilmədiyi təqdirdə əsassız varlanmadan irəli gələn tələb hüququnun mövcudluğu və s.) qiymət verilə bilər. Əks halda iddia özü-özlüyündə əsassızdır.

39. İşə baxan birinci instansiya məhkəməsi işdə olan sübutlara (yazışmalara), eləcə də şahid ifadələrinə istinad etməklə tərəflər arasında borc münasibətlərinin yaranmasını, yəni iddiaçı tərəfindən həqiqətən cavabdehə 125000 ABŞ dolları borc verilməsini, qalıq borcun 108000 ABŞ dolları olmasını müəyyən etməklə iddianı qey d edilən hissədə qismən təmin etsə də, bununla razılaşmaq olmaz.

40. Belə ki, iddiaçının təqdim etdiyi sübutlardan tərəflər arasında 125000 ABŞ dollarının borc verilməsi istiqamətində mülki hüquqi münasibətlərin yaranması görünmür.

41. İddiaçının təqdim etdiyi Wathsapp yazışmalarının mətnindən tərəflər arasında borc münasibətlərinin yaranması, iddia olunan pul vəsaitinin borc verilməsi və s. bu istiqamətdə hər hansı qeyd müəyyən edilmir.

42. Doğrudur, həmin yazışmalarda hansısa qeyri-müəyyən pul vəsaitindən söhbət açılır, lakin bunun məhz cavabdehə borc olaraq verilməsi müəyyən edilmir. Bununla yanaşı, həmin yazışmada pul vəsaitinin əldə olunmasında sonra Sea Breeze-də işlərin tezləşdirilməsi ilə bağlı qeyd də vardır. Halbuki, cavabdeh də etirazında iddiaçı tərəfindən müvafiq ərazidə tikin ti işləri ilə bağlı bəzi pul vəsaitlərinin göndərilməsi hallarının mövcudluğunu bildirmişdir.

43. Ümumiyyətlə, iddiaçının qeyd edilən yazışmaları məhz borcla bağlı sübut kimi təqdim etməsi fonunda, orada bir dəfə də olsun birbaşa və ya dolayı olaraq bu istiqamətdə (pulun borc olaraq istənilməsi və verilməsi, onun miqdarı, qaytarılma müddəti və s.) hər hansı ifadənin işlədilməməsi ağlabatan olmamaqla, sadə məntiqə sığmır.

44. Xüsusilə, keçən uzun müddət ərzində tərəflər arasında borc münasibətlərinin olmasını təsdiq edən digər Wathsapp yazışmalarının da olmaması (iddiaçı tərəf bu istiqamətdə məhkəməyə hər hansı əlavə yazışma təqdim etməmişdir) cavabdehin etirazlarının əhəmiyyətini daha da artırır.

45. Beləliklə, iddiaçının təqdim etdiyi Wathsapp yazışmaları tərəflər arasında iddia olunan bo rc münasibətlərinin yaranmasını və mövcudluğunu sübut etmir.

46. İddiaçı sübut kimi həmçinin e-mail yazışmalarını da təqdim etmişdir. Həmin yazışmaların ümumi mətnindən və mahiyyətindən, eləcə də tərəflərin bildirməsindən aydın olur ki, X11 adlı şəxs cavabdehlə onun həyat yoldaşı X8nin nikahının pozulması prosesi zamanı onların əmlak bölgüsü məsələsinin qarşılıqlı razılıq yolu ilə həll olunması istiqamətində tərəflərin e-mail ünvanlarına müəyyən təkliflər göndərmiş, eləcə də tərəflərin əks münasibəti yer almışdır.

47. Məsələn, X11 xx.xx.2023-cü il tarixdə, saat 16:31-də tərəflərin adı göstərilmiş epoçt ünvanlarına aşağıdakı məzmunda məktub göndərmişdir: “1. Borc (125000-5500-X) USD a. Sea Breeze-də daşınmaz əmlakın tiikntisi üçün 125000 ABŞ dolları b. Mənfi 5500 USD (9400 azn) X9 tərəfin dən təmir zamanı Dima c-a ödənilib. Torpaq sahəsinin yenidən hesablanması üçün minus X USD (məbləğ X10 tərəfindən ölsmələr nəticəsində təsdiqlənməlidir, ilkin hesablama 7000 ABŞ dollarıdır).

2. Yuxarıdakı borc X9 və X8nin ailəsinə verilmişdir və şərikli ailə borcudur və boşanma prosesi nəticəsində başqa cür razılaşdırılmadıqda, X8 ilə X9 arasında 50: 50 nisbətində bölünür. Zəhmət olmasa, nəyisə səhv başa düşmüşəmsə, təsdiq edir və ya düzəldir”

48. Cavabdeh tərəfindən 26 mart 2023-cü il tarixdə saat 20.15-də X11 və iddiaçının adı göstərilmiş e-poçt ünvanlarına aşağıdakı məzmunda məktub göndərmişdir: “Sağ ol Nurin. Qeyd edim ki, bizim ailə olaraq ortaq borcumuz da anama olan 360.000 azn və banka olan 200.000 azn borcdan ibarətdir. Bütün bu borclar may ayından başlayacaq və tərəflərin (və y a məhkəmənin) qərarından asılı olaraq, borc tərəflər arasında bölünəcək vasitəçilik prosesi ilə həll olunacaq”.

49. Qeyd olunan yazışmalardan görünür ki, cavabdehə göndərilən e-maildə ümumi formada 125.000 dollar borcun mövcudluğu qeyd edilsə də, bunun mahiyyəti açıqlanmır, cavabdeh isə cavab məktubunda ailə borcu kimi (cavabdeh özü ilə keçmiş arvadı X8ni nəzərdə tutur) 360.000 manat və 200.000 manatı qeyd etmiş, məhz iddiaçıya 125.000 ABŞ dolları borcunun olmasını (istər tək, istərsə də ailə borcu kimi) təsdiq etməmiş, bu barədə hər hansı fikir bildirməmişdir. İddiaçı isə sonrakı e-mail yazışmalarında məsələyə aydınlıq gətirməyə cəhd belə etməmişdir.

50. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli digər e-mail yazışmalarına əsasən cavabdeh iddiaçıya, X11 və X8yə e-poct vasitəsilə göndərdiyi yazısında qeyd edir: “Salam X10. Hesablaşmalara görə balans 108k USD təşkil edir. X8, zəhmət olmasa ümumi ailə borcunu öz tərəfinizdən təsdiq edin, çünki bu hər ikimizə aiddir və bölünmə predmeti olacaq 360 min azn, 200 min azn, 108 min usd”

51. İddiaçının nümayəndəsi qeyd edilən e-mail yazışmasında cavabdehin 108000 ABŞ dollarını yazmaqla, məhz hazırki iddiada göstərilən borcunu etiraf etməsini bildirmişdir.

52. Cavabdeh isə həmin yazısında söhbətin iddiaçının iddia etdiyi 125000 ABŞ dolları borcdan (və ya onun qalığından) deyil, həyat yoldaşı ilə boşanma prosesində birdə ailə borclarından getdiyini, elə həmin ərəfədə həyat yoldaşı ilə aralarında birgə nikah zamanı əldə olunmuş əmlakların (aktiv və passiv) bölünməsi barədə barışıq sazişinin bağla nmasını və sazişdə müvafiq pul vəsaitlərinin də yer aldığını bildirmişdir.

53. Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərardadına əsasən cavabdehlə onun həyat yoldaşı X8 arasında bağlanmış barışıq sazişi təsdiq olunmuş, tərəflər həqiqətən həmin sazişlə bir çox mübahisəli məsələləri (əmlakların bölünməsi, pul vəsaitlərinin ödənilməsi, uşaqlarla bağlı məsəllər və s.) qarşılıqlı razılıq yolu ilə həll etmişlər.

54. İddiaçının təqdim etdiyi digər e-mail yazışmasında cavabdehin adından xx.xx.2023-cü il tarixdə aşağıdakı məzmunda məktub göndərilmişdir: “Salam X10. Boşanma prosesi çərçivəsində razılaşdıq ki, üzərimizə götürdüyümüz borclar ailə borcları kimi deyil, fərdi borclar kimi qəbul edilsin. Çıxardığım borcları mən, X8nin çıxardığı borcları X8 ödəyəcəyək”.

55. Lakin, cavabdeh qeyd olunan email hesabının ona məxsus olmamasını (cavabdeh Elektron ünvan 1 hesabının ona məxsus olduğunu bildirsə də, Elektron ünvan 2 hesabının ona aid olmadığını bildirmişdir) bildirmişdir.

56. Həqiqətən e-mail poçt ünvanlarından görünür ki, onlar fərqli olmaqla, sonuncunun əvvəli “p” hərfi ilə başlayır.

57. Lakin hətta həmin sonuncu yazışmanın məhz cavabdeh tərəfindən göndərildiyi şərti olaraq qəbul edilsə belə, yenə də orada birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi istiqamətində ifadələr yer almış, söhbətin məhz hazırki iş üzrə tərəflər arasında iddia olunan borc münasibətlərindən getməsi (onun həllindən və s.) birmənalı müəyyən edilmir.

58. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı Wathsapp yazışmalarında olduğu kimi email yazışmalarında da cavabdehə 125000 ABŞ dolları şəxsi borc verməsini, borcunu tələb etməsini və s. bu kimi halları aydın və anlaşılan formada ifadə etməmişdir. Ümumiyyətlə, e-mail yazışmaları əsasən ər-arvad arasında boşanma prosesi çərçivəsində əmlak bölgüsü ilə bağlı məsələlərin bir hissəsini əhatə etmiş, bunun məntiqi nəticəsi olaraq tərəflər arasında məhkəmədə müvafiq barışıq sazişi bağlanmışdır.

59. Sonuncu e-mail yazışması iddiaçı tərəfindən 12 iyun 2023-cü il tarixdə, saat 12.43-də birtərəfli qaydada cavabdehin təsdiq etmədiyi Elektron ünvan 2 e-mail ünvanına 108000 ABŞ dolları pulun ailə borcu, yoxsa şəxsi borc olması ilə bağlı məktub göndərilmiş, həmin məktubda yenə qeyd edilən borcun mahiyyəti aydın göstərilməmiş, hazırki iddia ilə bağlılığı müəyyən olunmamışdır.

60. Eyni zamanda həmin məktuba cavabdeh tərəfindən ona hər hans ı təsdiqedici cavabın verilməsi barədə məhkəməyə sübut da təqdim olunmamışdır (yuxarıda da qeyd edildiyi kimi, cavabdeh həmin e-mail ünvanın ona məxsus olmamasını bildirmişdir).

61. Xüsusilə qeyd edilməlidir ki, iddiaçının həmin e-mail ünvanın cavabdehə məxsus olmasını zənn etməsi fonunda, sonradan ona cavab verilməməsinin səbəblərini aydınlaşdırmaması, borcla bağlı məsələyə aydınlıq gətirməyə cəhd göstərməməsi (bu istiqamətdə sübut təqdim olunmamışdır) ağlabatan olmamaqla, sadə məntiqə sığmır.

62. Beləliklə, iddiaçının təqdim etdiyi e-mail yazışmaları da tərəflər arasında iddia olunan borc münasibətlərinin mövcudluğunu sübut etmir.

63. İddiaçı məhkəməyə sübut kimi həmçinin şahidləri (X2 və X11 ) təqdim etmiş, lakin şahidlər tərəflər arasında borc münasibətlərinin yaranmasından əvvəldən mə lumatlı olmamalarını, bunu sonradan məhz iddiaçıdan eşitmələrini bildirmişlər.

64. Bununla yanaşı, şahid X2 cavabdehə 125000 ABŞ dolları verməsini bildirsə də, cavabdeh bu halı təsdiq etməmiş, həmin şahidin iddiaçının işçisi olmasını, iddiaçının mənafeyi naminə belə ifadə verməsini bildirmişdir.

65. Həqiqətən, işdən görünür ki, həmin şahid ifadəsində məhz iddiaçı ilə birlikdə işləməsini bildirmiş (iddiaçı tərəf bu halı təsdiq etmişdir), ümumi cümlələrdə pulun cavabdehə verilməsini deməklə kifayətlənmişdir (bununla yanaşı, şahid pulun borc olaraq verilməsini deyil, “X7”da bağ evinin inşası üçün verdiyini qeyd etmişdir).

66. Göründüyü kimi, şahidlər iddiaçının yaxınlığı ilə tanınan şəxslər olmaqla yanaşı, heç biri tərəflər arasında borc münasibətlərinin yaranmasının bilavasitə şahidi olmadıq larını bildirməmişlər. Belə olan halda şahidlərin ifadələri də vəziyyəti dəyişdirməməklə, tərəflər arasında borc münasibətlərinin yaranması istiqamətində mötəbər sübut növü kimi qəbul edilə bilməz.

67. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla tərəflər arasında konkret borc münasibətlərinin yaranması müəyyən olunmur. Bu səbəbdən də iddia tam əsassızdır. İddiaçı tələbinin faktiki əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

68. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasının hazırki iddia ilə bağlı gəldiyi nəticə, tərəflərin başqa əsaslardan çıxış edərək müvafiq tələb hüquqlarını istisna etmir.”

69. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152, 337.5, 354.1 739.1 (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiya), 740- cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

70. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

71. Kassator şikayətini Mülki Prosessual Məcəllənin 14.1, 62, 76, 88 və 106-cı maddələrinə istinad etməklə belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilən e-mail yazışmalarından, səs yazılarından və şahid ifadələrindən iddiaçı ilə cavabdeh arasında pulun alınması və onun qaytarılması ilə bağlı müvafiq danışıqlar olduğu aşkarlanır. Cavabdeh özü ziddiyyətli izahatlar verərək, öhdəliyindən yayınmağa çalışsa da, pul vəsaitin in ona verilməsini inkar etməmiş, fərqli məqsəd üçün verildiyini qeyd etməyə çalışmış, lakin buna dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İşə baxan apellyasiya məhkəməsi e-mail yazışmalarının məzmununa qanunverciliyin tələbinə uyğun olaraq sübut kimi düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılan zaman e-mail yazışmalarını, o cümlədən e-mail ünvanlarının həqiqiliyini mübahisələndirməsə də, apellyasiya şikayətində bu dəlili irəli sürərək məsuliyyətdən yayınmağa çalışmışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə cavabdehin işin bu halını nəyə görə aşağı məhkəmədə bildirmədiyini araşdırmamış, o cümlədən yazışmaların həyata keçirildiyi kompyuteri tələb edərək zəruri ekspertiza təyin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri

72. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu h alda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hə dlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 418.4.6. Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri

73. Kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

75. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almış dır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

77. İddiaçı tələbində 108000 ABŞ dolları (ödəniş gününün manat məzənnəsi ilə) məbləğində borcun və gecikdirilmiş vaxt üçün həmin məbləğin illik 5 faiz həcmində olmaqla 22950 manatın cavabdehdən tutulmasını xahiş edir. İddiaçı tələbinin əsası kimi cavabdehə 125000 ABŞ dolları borc verməsinə, sübut kimi isə cavabdehlə Wathsapp, email yazışmalarına və şahid ifadələrinə istinad etmişdir.

78. Qeyd olunmalıdır ki, təqdim edilən e-mail yazışmaları orijinalında rus dilində olmuş, məhkəməyə həmin yazışmaların Azərbaycan dilinə tərcümə edilmiş versiyası təqdim edilmişdir.

79. Birinci instansiya məhkəməsi qeyd edilən e-mail yazışmalarına əsasən iddianın qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsi isə rədd edilməsi qənaətinə gəlmişdir.

80. İş materiallarında olan və məhkəmələrin tədqiq etdiyi e-mail yazışmalarından birində cavabdehin iddiaçı ilə pul münasibətlərində yaranmış mübahisəli məqamlarla bağlı vasitəçilik edən X11 adlı şəxs tərəflərə 26 mart 2023-cü il tarixdə saat 16:31-də aşağıdakı məzmunda məlumat vermişdir: “Borc (125000-5500-X) USD a. Sea Breeze-də daşınmaz əmlakın tiikntisi üçün 125000 ABŞ dolları b. Mənfi 5500 USD (9400 azn) X9 tərəfindən təmir zamanı Dima c-a ödənilib. Torpaq sahəsinin yenidən hesablanması üçün minus X USD (məbləğ X10 tərəfindən ölçmələr nəticəsində təsdiqlənməlidir, ilkin hesablama 7000 ABŞ dollarıdır). Yuxarıda qeyd edilən borc X9 və X8nin ailəsinə verilib və ailənin ümumi borcudur.”

81. Cavabdehi n həmin məktuba 26 mart 2023-cü il tarixdə saat 20:15-də verdiyi cavabı (iş v.9) belə olmuşdur: “qeyd edim ki, bizim birgə ailə borcumuz həmçinin anama olan 360000 manat və banka olan 200000 manat məbləğində borcdan ibarətdir.”

82. İddianı rədd edən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, sübut kimi təqdim edilən e-mail yazışmalarında iddiaçı cavabdehə 125000 ABŞ dolları şəxsi borc verməsini, borcunu tələb etməsini və s. bu kimi halları aydın və anlaşılan formada ifadə etməmişdir.

83. Qeyd edilməlidir ki, həmin yazışmada cavabdeh borcun onunla arvadı X8nin ümumi ailə borcu olmasını qeyd etsə də, borcunun olmasına etiraz məzmununda hər hansı fikir bildirməmiş, üstəlik, cavabında həmçinin anasına 360000 manat və banka 200000 manat məbləğində birgə ailə borclarının olduğunu demişd ir.

84. Eyni zamanda, cavabdeh 07 aprel 2023-cü il tarixdə saat 21:53-də arvadına, iddiaçıya və X11 adlı şəxsə göndərdiyi e-maildə (iş v.9) iddiaçıya xitabən öz hesablamasına görə 108000 ABŞ dollarının qalıq olmasını, arvadına xitabən isə onun tərəfindən ümumi ailə borcunun təsdiq edilməsini xahiş etmiş, həmin borcun onların hər ikisinə aid olmaqla bölgü predmeti olmasını bildirərək, hətta borcun məbləğlərini də belə göstərmişdir: 360 min azn; 200 min azn, 108 min usd.

85. Cavabdeh apellyasiya baxışında iştirak etsə də, onun 26 mart 2023-cü il tarixdə saat 20:15-də verdiyi cavabda “həmçinin” deməklə, anasına 360000 manat və banka olan 200000 manat məbləğində borcdan savayı, əlavə hansı borcu nəzərdə tutmasına, ümumiyyətlə, onun Nurin Həsən adlı şəxsin məktubuna cavabında (cavab həm də iddi açıya ünvanlanıb) 108000 ABŞ dolları borca nəyə görə etiraz etməməsinə, eləcə də cavabdehin 07 aprel 2023-cü il tarixdə saat 21:53-də yazdığı e-mailə, onun məzmunu kontekstində qiymət verilməmiş, həmin e-maildə ümumi ailə borcu kimi göstərilən 108 min usd borcun bölgü zamanı cavabdehə və ya arvadına aid olub-olmamasına aydınlıq gətirməmişdir.

86. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında hazırki münasibətlər onların qohumluq əlaqələrinin olduğu vaxt yaranıb, bu zaman onlar arasındakı münasibətlərin yazılı sənədlərlə rəsmiləşməməsi qəbuledilən bir hal ola bilər. İddiaçı da öz fikrincə bu münasibətlərin cavabdeh tərəfindən sonradan təsdiq edilməsi ilə bağlı özündə olan mövcud sübutları – əsasən cavabdehlə e-mail yazışmalarını təqdim edib.

87. Belə olan halda, həmin yazışmalarda o lan iddiaçının mövqeyi ilə cavabdehin mövqeyi müqayisəli şəkildə təhlil edilməklə, onlara qiymət verilməli idi. Lakin yuxarıda qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən mövqeyini əsasən e-mail yazışmalarında yalnız iddiaçı tərəfindən cavabdehə 125000 ABŞ dolları şəxsi borc verilməsinin, borcun tələb edilməsinin və s. bu kimi halların aydın və anlaşılan formada ifadə edilməməsi ilə əsaslandırmış, cavabdehin həmin yazışmalardakı fikirlərini isə qiymətləndirməmişdir. Halbuki yazışmalar qarşılıqlı olmaqla, onlarda borcla bağlı cavabdehin də fikirləri əksini tapmışdır.

88. Həmçinin nəzərə alınmayıb ki, bu yazışmaları iddiaçı yox, kənar şəxs olan X11 adlı şəxs təşkil etmiş, cavabdeh də həmin yazışmalarda iştirak edərək öz mövqeyini həm yazışmanı təşkil edən şəxs ə, həm də iddiaçıya bildirmişdir.

89. Bundan əlavə, işdən görünür ki, iddiaçı tərəfdən X2 və X11 adlı şəxslər şahid qismində dindiriliblər. Apellyasiya instansiyası məhkəməsi həmin şahidlərin tərəflər arasında borc münasibətlərinin yaranmasından əvvəldən məlumatlı olmamalarına, bunu sonradan məhz iddiaçıdan eşitmələrinə, eləcə şahid Əkbər Yaqubovun iddiaçının işçisi olmasına, iddiaçının mənafeyi naminə ifadə verməsinə istinadən onların ifadəsini qəbul etməmişdir.

90. Lakin borcla bağlı tərəflər arasında yazışmaları təşkil edən X11 iddiaçının işçisi deyil, onun özünün də deməsinə görə tərəflər arasındakı borc münasibətlərindən əvvəlcədən məlumatı olmayıb, sonradan iddiaçıdan bu barədə öyrənib, bundan sonra tərəflər arasındakı münasibətlərdə vasitəçilik edib və məhz bu zaman tərəflərin fakti ki münasibətlərindən xəbərdar olub.

91. Mülki Prosessual Məcəllənin 104.1-ci maddəsinə görə şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.

92. Yalnız tərəflər arasındakı borc münasibətlərindən əvvəlcədən məlumatlı olmaması səbəbindən şahidin ifadəsinin qəbul edilməməsi əsaslı sayıla bilməz. X11 bildiyi məlumatlar borc münasibətlərindən sonraya da təsadüf edə bilər, üstəlik, şahid həmin məlumatlardan sonradan xəbər tutmasının tarixçəsini izah etmiş, məsələni tərəflərlə müzakirə etdiyini, müzakirənin nəticəsi olaraq tərəflərə e-maillə təklif göndərdiyini demişdir. Həmin şəxsin tərəflərin tələbə yoldaşı (qrup yoldaşı) olmasını, bu yazışmaları təşkil etməsini cavabdeh də inkar etməmişdir.

93. Qeyd edilənlərdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət sübutların qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməsi baxımından əsaslı sayıla biməz. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək etmək üçün e-mail yazışmalarına və şahid ifadələrinə istinad etsə də, həm sübutlar cavabdehin etirazının dəlilləri ilə müqayisəli şəkildə qiymətləndirilməmiş, bununla da MPM-in məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olması barədə tələbi pozulmuşdur.

94. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

95. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5880/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar