Məhkəmə qərarları › İş №2(102)-1282/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1282/2023

26.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1282/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ 2(102)-1282/23 (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaqubviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6957/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti üzrə işə 26 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 13 04.2015-ci il tarixdə Cavabdeh Gəncə X6 İdarəsinin Gəncə şəhəri üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-cı dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmişdir.

2. Gəncə X6 İdarəsinin rəisi A.A.Muxtarov tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş “Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin Peşə təlimatında” sözügedən vəzifənin funksiyalarına xidmət göstərdiyi ərazidə daşıyıcı və məhəllədaxili qaz xətlərində qoşulma nöqtəsinədək qaz xətlərinə, onların üzərindəki avadanlıqlara, qaz sayğaclarına, bağlayıcı armaturlara, bütün yivli və qaynaq birləşmələrinə texni ki baxışın keçirilməsi və aşkar edilmiş sızmaların aradan qaldırılması; (bənd 2.4.), məişətdə, sənayedə təbii qazdan səmərəli istifadə edilməsi, xidmət sahəsi üzrə qaz itkisinə yol verilməməsinə nəzarət edilməsi, (bənd 2.8.), xidmət göstərdiyi ərazidə dövrü olaraq istehlakçıların sayğac göstəricilərinin qeydiyyata alınması və məlumatların aidiyyəti üzrə təqdim edilməsi; (bənd 2.9.) qaz sayğaclarına müdaxilə edilməsi, onların yararsız hala salınması haqqında, həmçinin oğurluq hallarının baş verməsi haqqında dərhal xidmət sahəsinə məlumat verilməsi; (bənd 2.14), rəsmi razılıq olmadan istehlakçılar tərəfindən qaz cihazlarının, qaz xətlərinin yerinin dəyişdirilməsi, ləğv edilməsi və yeni qaz xəttinin çəkilməsi, qaz cihazlarının quraşdırılması kimi hallara yol verilməməsi, göstərilən faktların aşkar olunduğu təqdirdə aidiyyəti üzrə xidmət sahəsinə məlumatın təqdim edilməsi; (bənd 2.15.), Qaz xəttlərinin üzərində quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi, sayğaclara və plomblara müdaxilə, sayğacların sökülməsi, sındırılması zamanı dərhal akt tərtib etməklə və qaz təminatını dayandırmaqla aidiyyəti üzrə xidmət sahəsinə məlumat verilməsi; (bənd 2.18) xidmət göstərdiyi sahədə təbii qazdan qeydiyyatsız istifadə, sayğacdan kənar xətt vasitəsilə və ya rezin borularla qoşulma hallarına yol verilməməsi və bu tip neqativ hallara rast gələn zaman qazın verilməsinin dayandırılması haqqında aidiyyəti üzrə xidmət sahəsinə məlumat verilməsi (bənd 2.19.) və sair kimi vəzifələr qoyulmuş və bu icra edilməməsinə görə məsuliyyət daşıdığı müəyyən edilmişdir.

3. Vəzifəsinin icrası za manı yol verdiyi nöqsanlarla bağlı qəbul edilmiş müvafiq əmrlər əsasında iddiaçı barəsində bir sıra intizam tənbeh tədbirləri tətbiq edilmişdir. Belə ki, ona xx.xx.2015, xx.xx.2016, xx.xx.2017, xx.xx.2019, xx.xx.2020-ci il tarixlərdə töhmət, xx.xx.2020-ci il tarixdə "sonuncu xəbərdarlıqla şiddətli töhmət”, xx.xx.2021-ci il tarixdə "aylıq əmək haqqının 1/4-dən çox olmamaq şərtilə cərimə, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə töhmət, xx.xx.2021-ci il tarixdə "aylıq əmək haqqının 1/4-dən çox olmamaq şərtilə cərimə, xx.xx.2022-ci il tarixdə "sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir. İddiaçı əmrlərlə tanış olmasını imzası ilə təsdiq etmişdir.

4. Sonuncu intizam tənbehindən sonra, xx.xx.2022-ci il tarixdə iddiaçı izahat verərək göstərmişdir ki, xidmət etdiyi Cava dxan-Avtozavod yaşayış massivi ərazisində yerləşən Cavadxan 427 ünvanında quraşdırılmış 10568495 nömrəli sayğaca mütəmadi olaraq qrafik üzrə nəzarət olunub. Sayğacın sərfiyyatı real olaraq yerində oxunub. Sayğaca onun tərəfindən vaxtaşırı baxış keçirilib və gözlə görünən müdaxilə halı aşkar etməmişdir. Həmin ünvanda daimi yaşayış yoxdur.

5. Gəncə RQİİ-nin X3 heyətinin xx.xx.2022-ci tarixli 2 saylı Protokolu ilə iddiaçının xidmət göstərdiyi ərazidə yol verdiyi ciddi nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsini qərara almışdır. İddiaçı sözügedən protokolun qəbul edildiyi iclasın vaxtı barədə xx.xx.2022-ci il tarixli məktubla məlumatlandırılmışdır. 6. "Azəriqaz” İB-nin Gən cə X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, "Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Əmr iddiaçıya xx.xx.2022-ci ildə təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma dövrünün əmək haqqının tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən əmrlə razılaşmır. İşdən çıxarılması barədə əmr əsassız və qanunsuzdur. Belə ki, onun tərəfindən əmək müqaviləsinə əs asən iş vaxtı hər hansı qayda pozuntusuna yol verilməmiş, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi hallar baş verməmişdir. Sözügedən əmri xx.xx.2022-ci il tarixdə şəxsən müraciət etdikdən sonra almışdır. Digər tərəfdən mübahisələndirilən əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilməyərək onun izahatı alınmamış, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmasına baxmayaraq, qanunvericiliyinin prossesual normalarının tələbləri kobud şəkildə pozulmuşdur. xx.xx.2022-ci il tarixli 305/2022 saylı vəkil sorğusuna verilən natamam cavab məktubuna əlavə olunan sənədlərə baxdıqda görünür ki, onun işdən çıxarılması barədə verilən əmrlə həmkarlar ittifaqının verdiyi müvafiq rəy eyni tarixə təsadüf edir. Daha sonra onun işdən çıxarılmasına əsassız səbəb olan hal- tərəflər arasında bağlanan əmək müqaviləsinin 3-cü bəndində çilingərin "Sayğacdan göstərici götürmək” kimi hər hansı bir vəzifəsi yoxdur. Eyni zamanda ona ardıcıl verilən intizam tənbehləri barədə rəsmi tanış olması barədə imzalanan vərəqlərdə kobud pozuntular aşkarlanır. Sorğuda onun izahatlarının verilməsi tələb olunsa da, bu verilməmişdir. Eyni ilə sorğuya cavab olaraq göndərilən müvafiq Vəzifə təlimatı qanunvericiliyin tələblərinə uyğun gəlmir, etibarsız və əsassızdır. Bu kimi hallar verilmiş əmrin qanunsuz və əsassız olduğunu təsdiq edir. Bundan başqa, əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Əslində onunla müddətsiz əmək müqaviləsi başlanmışdır və həmin müqavilənin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir.

9. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı xx.xx.2015-ci ıl tarixli əmrlə Gəncə X6 İdarəsinin Gəncə şəhəri üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-cı dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı üzərinə düşən öhdəliyə əməl etməmiş, qeyd edilən əmək müqaviləsinə, eyni zamanda peşə təlimatına səhlənkar yanaşmışdır. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 3-cü bəndində çilingərin s ayğacın göstəricisini götürmək kimi hər hansı vəzifəsi yoxdur. Halbuki, Gəncə X6 İdarəsinin rəisi X.İ.Namazov tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli təlimatın vəzifə öhdəlikləri göstərilmişdir.. Buna baxmayaraq iddiaçıya vəzifə öhdəliklərini yerinə yetirməməsi səbəbindən müxtəlif tarixlərdə çoxsaylı intizam tənbehləri verilmişdir. Sonuncu tənbehdən sonra işçi ilə əmək müqaviləsinin ləğv edilməsi məsələsinə münasibət bildirilməsi üçün Gəncə X6 idarəsinin Həmkarlar Təşkilatına müraciət edilmiş, Təşkilatın xx.xx.2022-ci il tarixli iclası təşkil edilmiş və 02 saylı xx.xx.2022-ci il tarixli Qərarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin "ç” bəndinə əsasən ləğv edilməsinə etiraz olunmamışdır. Göründüyü kimi, İddiaçı və zifə öhdəliklərini və əmək funksiyasını lazımınca icra etmədiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir.

10. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev, iş N e-2(011 )-4398/2022) iddia təmin edilməmişdir.

11. İşin məhkəmə baxışı zamanı müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, Gəncə X6 İdarəsinin Gəncə şəhəri üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-cı dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin əmək funksiyalarına o cümlədən, xidmət göstərdiyi ərazidə dövrü olaraq istehlakçıların sayğac göstəricilərinin qeydiyyata alınması və məlumatların aidiyyəti üzrə təqdim edilməsi, xidmət göstərdiyi sahədə təbii qa zdan qeydiyyatsız istifadə, sayğacdan kənar xətt vasitəsilə və ya rezin borularla qoşulma hallarına yol verilməməsi və bu tip neqativ hallara rast gələn zaman qazın verilməsinin dayandırılması haqqında aidiyyəti üzrə xidmət sahəsinə məlumat verilməsi daxildir.

12. İddiaçının həmin funksiyaları icra etməməsi nəticəsində xidmət göstərdiyi ərazidə, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan X4 məxsus evdə yaşayış olmasına baxmayaraq həmin ünvanda quraşdırılmış G-4 Eister tipli qaz sayğacının göstəricisinin 1 il 5 ay götürülmədiyi müəyyən olunmuş, 2021-ci ilin sentyabr ayında isə Bağ yeri ev 357 saylı ünvanda İSQNŞ-nin əməkdaşları tərəfindən sayğacdan kənar əlavə xətt aşkar olunmuş, qaz sayğacının göstəricisinin 1 il 5 ay götürülməməsi və sayğacdan kənar qazdan istifadə olunması nəticəsində ca vabdeh təşkilata qanunsuz istifadə olunmuş qazın dəyərinin ödənilməməsi şəklində maddi ziyan dəymişdir.

13. Məhkəmə, iddiaçının işdən qanunsuz azad olunması barədə dəlillərinin məhkəmə baxışında təsdiqini tapmamasını və əmrin ləğv edilməsi üçün əsasların olmamasını nəzərə alıb, qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq hesab etmişdir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Əmək Məcəlləsinin 11 (b), 45 (1), 68(1), 70 (ç), 71 (2), 80(1), 80(2), 71, 83, MPM-nin 2.1, 4.1, 9cu maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

16. Apel lyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda tərtib edilərək əlavə onunla əsaslandırılmışdır ki, Həmkarlar ittifaqının qərarı olmadığı halda, birinci instansiya məhkəməsi həmkarların iclas protokoluna hüquqi qiymət vermişdir. Halbuki, iclas protokolu və qərar fərqli və ayrı- ayrılıqda tərtib olunub rəsmləşdirilən hüquqi sənədlərdir. Onun işdən azad edilməsi haqqında əmrdə qeyd edilmiş, əmrin verilməsi üçün göstərilmiş əsaslarda göründüyü kimi işəgötürən tərəfindən həmkarlar təşkilatına təqdimat verilməmiş, həmkarlar təşkilatının razılaşdırılmış qərarı qəbul edilməmişdir. Həmkarlar təşkilatı bir gün ərzində guya ki, iclas keçirmiş və sadəcə iclas protokol tərtib edilmişdir. Eyni zamanda işçinin işəgötürənə vurduğu ziyan sübuta yetirilməmişdir. İşdən azad edilməsi haqqında əmrdə, əsas o lmuş sənədlərdə, o cümlədən digər sənədlərdə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyanın dəyməsi haqqında heç bir qeyd aparılmamış və sübut təqdim edilməmişdir.

17. Cavabdeh tərəf apelyasiya şiayətinə etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2022-ci il tarixli, qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, İlham Kərimli, iş N 2(103)-6957/2022) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhk əməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi halların baş vermədiyini əsaslandırmaq üçün irəli sürdüyü dəlilini əsassız hesab edir. Belə ki, işin materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh təşkilatda işlədiyi müddətdə əmək funksiyası lazımi qaydada icra etməməsi səbəbindən dəfələrlə intizam məsuliyyətinə cəlb olunmuş, sonuncu dəfə də əmək funksiyası ilə üzərinə qoyulmuş vəzifələri lazımi qaydada icra etməməsi, verilmiş intizam tənbehlərindən nəticə çıxarmaması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir.

20. Apelyasiya məhkəməsinin iclasında iddiaçı ona əvvəllər verilmiş intizam tənbehlərindən məlumatlı olmasını, intizam tənbehləri barədə verilmiş əmrlərlə tanış olmasını, ondan bunla rla əlaqədar izahatlar alındığını bildirsə də, intizam tənbehləri barədə əmrləri əsassız hesab etdiyini bildirmiş, lakin həmin intizam tənbehləri barədə əmrləri mübahisələndirmədiyini bildirmişdir.

21. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı öz əmək funksiyalarının icrası zamanı vəzifələrini lazımi qaydada icra etməməsi və bunun nəticəsində də dəfələrlə intizam məsuliyyətinə cəlb olunmasına baxmayaraq, işində dönüş yaratmamış və öz hərəkətləri ilə vəzifə öhdəliklərini yerinə yetirməməsi müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuş və cavabdeh də haqlı olaraq onunla bağlanmış əmək müqaviləsini əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilməklə ləğv etmişdir. Bu səbəbdən də iddiaçının qeyd edilən apely asiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı hesab edilmir.

22. Apelyasiya şikayətində iddia edilmişdir ki, işəgötürən olaraq "Azəriqaz” İB tərəfindən İddiaçı isdən azad edilməsi qanunvericilikdə tələb olunan çərçivədə asaslandırılmamışdır. Məhkəmə kollegiyası bu dəlili aşağıda qeyd edilən səbəblərdən asassız hesab etmişdir.

23. Birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi İddiaçı əmək funksiyalarını icra etməməsi nəticəsində xidmət göstərdiyi ərazidə, yəni ünvan 2 ünvanda abonent tərəfindən sayğacdan kənar əlavə xətt vasitəsi ilə qanunsuz olaraq qazdan istifadə halı aşkar olunmuşdur. Bununla, o, onunla "Azəriqaz” İB arasında imzalanmış əmək müqaviləsinin 3.1-ci bəndinin tələblərini pozmusdur.

24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin iddiaçının işdən azad olunması barədə əmrlə həmkarlar təşkilatının rəyinin eyni tarixdə olmasının qanun pozuntusu olması barədə dəlilinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, işəgötürən cavabdeh əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, təqdimatla həmkarlar komitəsinə müraciət etmiş, həmin təqdimat həmkarlar komitəsinin iclasında müzakirə edilmiş və təqdimat əsaslı hesab edilərək, iddiaçının işdən azad edilməsinə razılıq verilmişdir. Həmkarlar təşkilatının rəyi ilə işəgötürənin əmrinin eyni gündə olması qanunvericiliyin tələblərinin pozuntusu kimi qiymətləndirilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən həmkarlar ittifaqı təşkilatı təqdimat daxil olduqdan sonra ən geci 10 gün müddətində yekun qərarı işəgötürənə təqdim etməlidir. İşəgötürən tərəfindən verilmiş təqdimata həmin gün baxılması qanun pozuntusu hesab edilə bilməz. Buna görə də kollegiya apelyasiya şikayətinin həmin dəlillərini də əsassız hesab etmişdir.

25. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab etmişdir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Əmək Məcəlləsinin 10, 68, 70 (ç), 71.2, 71.3, 72, 80, 83-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (vəkil Nümayəndə1) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası qətnaməsinin 11-ci səhifə, 51-ci abzasında işəgötürənin həmkarlar təşkilatına təqdimat verilməsi, bir gün ərzində həmkarlar təşkilatında iclasın keçirilməsi, iclasın qanunsuz keçirilməsi ilə bağlı dəlillərə münasibət bildirmədən, hətta həmkarlar təşkilatının razılaşdırılmış qərarının olmamasına baxmayaraq, onun əsaslı dəlillərini əsassız hesab etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası razılaşdır ılmış qərar əvəzinə protokoldan çıxarışı qanuni qəbul etməklə öz qərəzli mövqeyini nümayiş etdirmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə görə həmkarlar təşkilatı yalnız işəgötürənin təqdimatı əsasında iclas keçirməli və sonda razılaşdırılmış qəbul edilməlidir. Belə bir qərar isə qəbul edilməmişdir.

29. X3 heyəti 31 yanvar 2022-ci il tarixli protokolu iki şəxs, sədr və katib tərəfindən imzalanmışdır, bu isə iclasın idarə heyətinin 2 üzvünün iştirakı ilə keçirildiyini göstərir. Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının Nizamnaməsinə əsasən Komitənin iclası komitə üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. İclasda 2 nəfər komitə üzvü iştirak etdiyinə görə səlahiyyətli sayılmır. Bundan belə nəticə çıxır ki, idarə heyəti iclasda iştirak edən 2 üz vü iclas protokolun tərtib edilməsinə səlahiyyətləri olmamışdır. Habelə qərar qəbul edilmiş olsaydı belə hüquqi əsası olmazdı. 30. 31 yanvar 2022-ci il tarixli əmdə əmrdə işçi ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi nəinki əsaslandırmamış, hansı pozuntunun edilməsi belə aydın deyil.

31. Mübahisələndirilən əmrdə, əsas olmuş sənədlərdə, o cümlədən digər sənədlərdə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyanın dəyməsi haqqında heç bir qeyd aparılmamış və sübut təqdim edilməmişdir. Bu hallar olmadığı sürəcə işçiyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsi qanunsuzdur. 3

2. MPM-in 367-ci maddəsinin məzmununa görə işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfimdən MPM-nin 367-ci maddəsinin tələblərini nəzərinə çatdırmaqla etiraz etməyinə baxmayaraq cavabdehdən əlavə sənədlər qəbul etmişdir. Məhkəmə Kollegiyasının qanunu pozmaqla cavabdehdən sənəd qəbul etməsi qərəzli mövqedə olduğunu sübut edir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Məcəlləsi:

34. Maddə

68. Bənd

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada x itam verilə bilər.

35. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

36. Bənd ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

37. Maddə 71. bənd

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mən afelərinə hər hansı formada ziyan dəymiş olsun.

38. Bənd

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

39. Maddə 80.1 bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

40. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandı rma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

41. Maddə 80.3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

42. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

43. Maddə 186.2

2. İşçi əmək funks iyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Qətnamədən kassasiya şikayəti verən kassator qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razıla şır.

54. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

55. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6957/2022 nömrəli, 29 noyabr 20 22-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar