Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1282/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh və İddiaçı2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış evinə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı1 cavabdehlər Cavabdeh və İddiaçı2 qarşı yaşayış evinə köçürülmə və digər yardımçı tikililərdən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1314/2023 nömrəli iş üzrə 28 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. XXX Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 ilə Cavabdeh arasında 22 aprel 2008-ci il tarixdə XXX RİHB Kəbirli kənd ərazi dairəsi üzrə icra nümayəndəliyində qeyd edilmiş nikah pozulmuş, uşaqları 08 avqust 2008-ci ildə anadan olan X3, 26 may 2011-ci ildə anadan olan X4 və 05 noyabr 2013-cü ildə anadan olan X6 analarının yanında qalmaları müəyyən edilmişdir.
2. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə görə, XXX rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1997-ci il tarixli 31 saylı qərarına əsasən İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə 0,28 ha torpaq sahəsi verilmişdir.
3. XXX RİHB Kəbirli kənd İƏD üzrə nümayəndəsinin 12 may 2023-cü il tarixli aray ışına əsasən, İddiaçı2 XXX rayonu XXX kəndində özünə məxsus 0,20 ha həyətyanı torpaq sahəsində ötən əsrin 40-cı illərində çiy kərpicdən tikilmiş, hal-hazırda qəzalı vəziyyətdə, yaşayış üçün tam yararsız, ümumi sahəsi 70 kv.m. olan köhnə ev və 1995-ci ildə mişar daşından tikilmiş ümumi sahəsi 80 kv.m, yaşayış sahəsi 40 kv.m olan 2 otaqlı fərdi yaşayış evi var. İddiaçı2 hazırda özünəməxsus olan həmin evdə yaşayır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 3 azyaşlı uşağı ilə birlikdə XXX rayonu XXX kəndində yerləşən evə köçürülməklə yaşayış hüququnun verilməsi, evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadələrində saxlanılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. XXX Rayon Məhkəməsinin 2(020)-869/2023 nömrəli iş üzrə 26 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Nurullayev) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
7. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1314/2023 nömrəli iş üzrə 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə ((hakimlər T.Heydərovun sədrliyi və məruzəsi ilə, İ.Əsədov və T.Kərimov) apellyasiya şikayəti qismən təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Apellyasiya instansiyası məhkəməsində ap arılmış araşdırma zamanı müəyyən edilmişdir ki, JN-XXX kod XXX saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı2, ailə üzvləri ilə birlikdə - X2, X5, X1 adına 0,28 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi ev, cavabdeh İddiaçı2 xüsusi mülkiyyətində olan torpaq sahəsində tikilmiş 2 otaqlı yaşayış evidir. Yaşayış evi köhnə tikili olmaqla (1995-cı il) təsərüffatbaşına kitabda qeydə alınmışdır.... Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh İddiaçı2 yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən mənzil onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi üçün özbaşına tikili kimi qəbul edilə bilməz. Hə mçinin yaşayış evinin təsərrüfatbaşına kitabda qeyd edilməsi ona hüquqlarını qeydə aldırmaq üçün əsas verir. Yəni qeyd edilən tikili üzərində İddiaçı2 gözlənilən mülkiyyət hüququ mövcuddur. Həmçinin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi cavabdeh İddiaçı2 xüsusi mülkiyyətindədir. Cavabdehlə iddiaçı arasında isə torpağın istifadəsi ilə bağlı heç bir qanuni razılaşma yoxdur, hal-hazırda cavabdeh oğlu ilə ailə münasibətlərinin pozulması səbəbindən iddiaçını qəbul etmir. Yəni tərəflərin birgə yaşamaqla bağlı könüllü razılaşması da mümkün deyildir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, əgər, yuxarıda göstərilən halları nəzərə almadan məhkəmə iddiaçını qeyd edilən yaşayış sahəsinə köçürmüş olsa, bu halda cavabdehin yaşayış sahəsi ilə bağlı hüquqlarından əlavə yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqlarını da pozmuş olacaq. Ona görə ki, torpaq sahəsindən istifadə edilmədən (cavabdehin torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarına toxunmadan) yaşayış sahəsindən istifadə qeyri-mümkündür.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinin dəlillərinə görə, bu gün də həmin kənddə pasport qeydiyyatındadırlar. Cavabdeh İddiaçı2 və onun həyat yoldaşının XXX şəhərində işləmələri və bina evində öz ailəsi ilə birlikdə yaşamaları, Cavabdeh da XXX şəhərində başqa bir qadınla ailə həyatı q uraraq yaşamaları məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfatı aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqların ın məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sa həsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyə tçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilə r və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.7. Azərbayca n Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.
2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərar: “Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahə dən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı: “1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azər baycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
23. İlk olaraq, yaşayış sahəsinə mülkiyyət hüququ yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlid ir. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluq tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
24. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və sair üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun digər xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan d igər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir.
25. Bu kontekstdə, kassasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin ilk dəlili əsassızdır. Belə ki, iddiaçının mübahisəli əmlakın yerləşdiyi kənddə qeydiyyatda olması onun yaşayış sahəsindən isifadə hüququnun olmasına dəlalət etmir. Çünki bu qaydada təfsir “Yaşayış yeri olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə ziddir. Həmin normaya görə isə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
26. Şikayətin 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad edən dəlili də əsaslı deyil. Belə ki, iddia ərizəsində iddiaçı göstərmişdir ki, “O, cavabdehlə ailə qurduqları zaman qaynatasının evinə gəlin köçmüşdür. Orada bir neçə il yaşamışlar. Həmin ev kərpicdən olduğundan həyətdə yeni ev inşa edib orada yaşamışlar.” XXX RİHB Kəbirli kənd İƏD üzrə nümayəndəsinin 20 fevral 2023-cü il tarixli arayışında da iddiaçının 2010-cu ildə daş evə köçdüyü qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının kərpic evdən daş evə köçməsi 01 oktyabr 2009-cu il tarixdən sonra baş verdiyi üçün, onun tələbinə həmin tarixdən əvvəl qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq oluna bilməz.
27. Şikayətin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Çünki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §16).
28. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik ed ilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1314/2023 nömrəli iş üzrə 28 avqust 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.