Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1283/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:işə bərpa barədə) 12.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(103)8323/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdehnə qarşı iddia qaldıraraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 14 sentyabr 2020-ci il tarixli, k-96 saylı əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və sair barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Qafarova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, işəgötürənin 12 mart 2020-ci il tarixli, 350 saylı əmək müqaviləsinə əsasən, iddiaçı cavabdehin X2 X aparıcı müfəttiş vəzifəsinə işə qəbul edilib və əmək müqaviləsi 12 sentyabr 2020-ci il tarixədək, yəni altı ay müd dətinədək bağlanıb. İşəgötürənin 14 sentyabr 2020-ci il tarixli, k96 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 14 sentyabr 2020-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə) xitam verilib. Tərəflərin izahatları ilə mübahisəsiz qaydada təsdiq edilir ki, iddiaçı 23 sentyabr 2020-ci il tarixli məktubla cavabdehə müraciət edərək 14 sentyabr 2020-ci ildən 18 sentyabr 2020-ci il tarixədək əmək qabiliyyətinin olmaması vərəqəsini cavabdehə təqdim edib. Göründüyü kimi iddiaçının 14 sentyabr 2020-ci ildən 18 sentyabr 2020-ci il tarixədək əmək qabiliyyətinin olmaması barədə 640031 saylı əmək qabiliyyətinin olmaması vərəqəsi cavabdehə 23 sentyabr 2020-ci il tarixdə təqdim edilib. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin 14 sentyabr 2020-ci il tarixli, k-96 saylı əmri əmək qanunverciliyinin tələblərinə tam uyğundur. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 70, 73, 79-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin mülddətinin qurtarması əsasına görə) xitam verilməsinə dair işəgötürənin 14 sentyabr 2020-ci il tarixli, k-96 saylı əmrinin ləğv edilməsi, iddiaçının cavabdehdə X aparıcı müfəttiş vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işəgötürənin 12 mart 2 020-ci il tarixli, 350 saylı əmək müqaviləsinə əsasən, iddiaçı cavabdehin X2 İdarəsinin Estetik Nəzarət Şöbəsinə aparıcı müfəttiş vəzifəsinə işə qəbul edilib və əmək müqaviləsi 12 sentyabr 2020-ci il tarixədək, yəni altı ay müddətinədək bağlanıb. İşəgötürənin 14 sentyabr 2020-ci il tarixli, k-96 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 14 sentyabr 2020-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə) xitam verilib. Tərəflərin izahatları ilə mübahisəsiz qaydada təsdiq edilir ki, iddiaçı 23 sentyabr 2020-ci il tarixli məktubla cavabdehə müraciət edərək 14 sentyabr 2020-ci ildən 18 sentyabr 2020-ci il tarixədək əmək qabiliyyətinin olmaması vərəqəsini cavabdehə təqdim edib. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinin tələbləri pozulub, yəni iddiaçı xəstəliyinə görə üzrlü səbəblərdən iş yerində olmadığı halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin sözügedən əmri qanuni və əsaslı sayıla bilməz. Ona görə də iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 73, 74, 179-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Maddənin 2-ci bəndində göstərilir ki, işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahi səsinə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, işəgötürənin 12 mart 2020-ci il tarixli, 350 saylı əmək müqaviləsinə əsasən, iddiaçı cavabdehin Xə aparıcı müfəttiş vəzifəsinə işə qəbul edilib və əmək müqaviləsi 12 sentyabr 2020-ci il tarixədək, yəni altı ay müddətinədək bağlanıb. İşəgötürənin 14 sentyabr 2020-ci il tarixli, k-96 sayl ı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 14 sentyabr 2020-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə) xitam verilib. Tərəflərin izahatları ilə mübahisəsiz qaydada təsdiq edilir ki, iddiaçı 23 sentyabr 2020-ci il tarixli məktubla cavabdehə müraciət edərək 14 sentyabr 2020-ci ildən 18 sentyabr 2020-ci il tarixədək əmək qabiliyyətinin olmaması vərəqəsini cavabdehə təqdim edib. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsin i tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Maddənin 2-ci bəndində göstərilir ki, işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsi birinci insitansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlillərin i araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinin tələbləri pozulub, yəni iddiaçı xəstəliyinə görə üzrlü səbəblərdən iş yerində olmadığı halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin sözügedən əmri qanuni və əsaslı sayıla bilməz. Ona görə də iddia qismən təmin edilməlidir. Kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd edir ki, əmək qanunverciliyinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı b ir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Lakin, işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə sözügedən əsasla xitam verərkən yuxarıda qeyd olunan normaların tələblərini gözləməyib. Ona görə də iddianı mübahisələndirilən hissədə təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan normaların tələblərini hazırkı əmək mübahisəsinə düzgün tətbiq edib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(103)-8323/2021 saylı qətnaməsi mübahisələndirilə n hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1283/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1283/2022
12.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver