Məhkəmə qərarları › İş №2(102)-1284/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1284/2022

14.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1284/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “mənzil sahəsi üzərində istifadə və sərəncam hüquqlarının tanınması barədə öhdəliyin qoyulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin ləğv edilməsi” tələbinə və iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: əqdlərin etibarsızlığı, yeni inşa olunan binada mənzilə hüquqların tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Y aquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(103)8460/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 31 yanvar 2019-cu il tarixli A-164/7 nömrəli müqaviləyə əsasən Cavabdeh1 ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin A blokunda 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69,10 kv.m, yaşayış sahəsi 60,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət A02 mənzilin X10 verilməsini, sonuncu isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürmüşlər. Cavabdeh1 MTK-nın 31 yanvar 2019-cu il tarixli 133 nömrəli maliyyə arayışına əsasən İddiaçı Cavabdeh1 MTK-nın ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində A blokunun 07-ci mərtəbəsində yerləşən, A7-02 mənzilin dəyərini tam ödəmişdir. 05 iyul 2018-ci il tarixli №0507/01-18 nömrəli müqavilə ilə sifarişçi "xxxx" MMC, X6 şəxsində və podratçı Cavabdeh1 MTK, X7 şəxsində, “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 3 ünvanında yerləşən 3, bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gələrək ehtimal olunan qiymət 5000000,00 manatı, ödəniş yerinə yetirilmiş işlər həcminə uyğun olaraq, tərəflərin qarşılıq lı razılaşmasına əsasən müvafiq həcmdə mənzil sahəsi ilə əvəz (barter) edilməsi müəyyən edilmişdir. 07 yanvar 2020-ci il tarixli təhvil-təslim aktına görə sifarişçi "xxxx" MMC ilə podratçı Cavabdeh1 MTK arasında 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, sifarişçiyə məxsus, ünvan 4 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış binasının tikintisi podratçıya həvalə olunmuşdur. Tərəflər təsdiq etmişlər ki, Cavabdeh1 MTK tərəfindən 12758,23 kv.m həcmində beton (taxta-qəlib) işləri yerinə yetirilmişdir. Tərəflər təsdiq etmişlər ki, podratçı tərəfindən yerinə yetirilmiş TQİ-nin ümumi dəyəri, əlavə dəyər vergisi daxil olmaqla 6490000,00 manat təşkil edir. 21 yanvar 2020-ci il tarixli mənzillərin bölgü aktına görə 07 yanvar 2020-ci il tarixində imzalanmış “Təhvil-Təslim AKT-na” uyğun olaraq, sifarişçi Cavabdeh2 MMC tərəfindən, podratçı “Konstra MTK”-a 62 ədəd mənzilin verilməsi barədə razılığa gəlinmiş 6700,00 kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. Cavabdeh1 "xxxx" MMC-yə ünvanladığı 24 yanvar 2020-ci il tarixli 47 nömrəli məktubuna əsasən Cavabdeh2 MMC və Cavabdeh1 MTK 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzanlanmış “Təhvil-Təslim AKTnın” habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixdə imzalanmış 62 ədəd, 6700,00 kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın” müddəalarına uyğun olaraq, adı, soyadı və digər məlumatları qeyd olunan şəxsin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 14 oktyabr 2020-ci il tarixli ********* nömrəli məktubuna əsasən X2 olduğu Cavabdeh1 MTK-nın icraçı direktoru vəzifəsində işləmiş X3 qanunsuz hərəkətləri barədə, həmçinin həmin binadan yaşayış və qeyri-yaşayış sahəsi almış çoxsaylı vətəndaşların müraciətləri əsasında aparılmış araşdırma üzrə toplanmış ilkin yoxlama materialında vəzifə səlahiyyətlərin sui-istifadə, vəzifə saxtakarlığı və külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayətlərinin tərkib əlamətləri olduğundan fakta görə 3 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Kor rupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 308.1 və 313-cü maddələri ilə ********* №-li cinayət işi başlanılmış və hazırda cinayət işi üzrə istintaq davam etdirildiyi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69,10 kv.m yaşayış sahəsi 60,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzil sahəsinə dair İddiaçı müqavilə üzrə hüququnu tanımaqla həmin sahədən istifadə ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh2 MMC və Cavabdeh1 MTK -nın üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK və İddiaçı arasında ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin A blokunun 7-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət mənzil sahəsinin alqı-satqısına dair 31 yanvar 2019-cu il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya 69100,00 manat məbləğində maliyyə vəsaiti ödənilmişdir. Cavabdeh1 MTK binanın tikintisini həyata keçirməklə, bütün vasitələrlə həmin binadan mənzil satışını həyata keçirməklə səlahiyyətli olduğunu elan etmiş, tikinti aparılan binadan öz reklam şitlərini asmışdır. Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 MMC-yə göndərilmiş 24 yanvar 2020-ci il tarixli bildirişə əsasən A bloku, Sıra № 2, mərtəbə 7, otaq sayı 2, 69,10 kv.m-lik mənzil sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi tələb edilmiş və “Orxan-TİT" MMC tərəfindən sözügedən bildirişdəki məlumat təsdiqlənmiş və həm Cavabdeh1 MTK, həm də "OrxanTİT” MMC bu faktı imza və möhürləri ilə təsdiqləmişlər. İddiaçı Cavabdeh1 MTK cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 69,10 kv.m yaşayış sahəsi, 60,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzilə dair 31 yanvar 2019-cu il tarixli A-164/7 tarixli saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 3 blokl u, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında 05 iyul 2018-ci il tarixli 0507/0118 nömrəli Əlavə dəyər vergisi ilə birlikdə ******* manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər arasında bağlanmış 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda 05 oktyabr 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və B blokları) 1-ci və 2-ci mərtəbəsində qeyri yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq “ŞƏHƏR İNCİSİ” yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Cavabdeh1 MTK-nın üzvü X8 tərəfindən verilən 29 yanvar 2018-ci il tarixli etibarnamədən sui-istifadə edən MTK-nın digər üzvü X1 təşkilat olan “Orxan-TİT" MMC-yə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. O cümlədən Cavabdeh1 MTK ilə İddiaçı arasında ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş A blokunun 7-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət A02 saylı mənzilə dair qeyriqanuni olaraq, heç bir hüquqi əsası olmayan 31 yanvar 2019-cu ıl tarixli A-164/7 tarixli saylı müqavilə bağlamışlar. Belə ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilədə MTK-ya podratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda MTK-nın üzvləri X14, X7, X11 etibardan sui-istifadə edərək, qeyriləri ilə əlbir olaraq 3-cü şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq küllü miqdarda vəsaitlərini mənimsəmişlər. Cavabdeh1 MTK və İddiaçı arasında bağlanmış 31 yanvar 2019-cu il tarixli A-164/7 tarixli saylı müqavilə əhəmiyyətsizdir. İddiaçı Cavabdeh2 MMC cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69,1 kv.m olan 2 otaqdan ibarət mənzil üzrə Cavabdeh1 MTK və İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qarşılıqlı iddia ərizəsi onunla əsasla ndırılmışdır ki, sifarişçi Cavabdeh2 MMC ilə podratçı Cavabdeh1 MTK arasında ünvan 6 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 5 iyul 2018-ci il tarixli 0507/01-18 saylı müqavilə üzrə Cavabdeh1 MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilən 2 3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh1 MTK-nın icraçı direktoru X7 tərəfindən MTK-nın digər payçıları olan X8, X15, X9, X14 və qeyrilərinin köməkliyi ilə müqavilənin qe yd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim” aktından görünür ki, tərəflər “A” və “B" blokları üzrə yerinə yetirilmiş forma 2 əsasında hesablanmış faktiki tikinti quraşdırma işlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq etmişlər ki, “Podratçı” tərəfindən 12758,23 kv.m həcmində beton (taxtaqəlib) işləri yerinə yetirilmişdir. Sözügedən akta əsasən “Podratçı” tərəfindən ümumi dəyəri 6490000,00 (ƏDV daxil) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetirilmiş, 12758,23 kv.m olan tikinti quraşdırma işlərinin müqabi lində, podratçıya 6700,00 kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəlmişlər. Sonradan 21 yanvar 2020-ci il tarixdə A və B blokları üzrə yerinə yetirilmiş Forma 2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma işlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim Aktı”na əsasən sifarişçi irəlindən podratçıya 62 ədəd mənzilin verilməsi barədə, 6700,00 ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. 24 yanvar 2020-ci il tarixdə isə podratçı tərəfindən sifarişçiyə məktub göndərilərək, “Təhvil-Təslim Aktı”nın və “Mənzillərin bölgü aktının” müddəalarına uyğun olaraq 62 ədəd, 6700,00 kv.m. ümumi mənzil sahəsinin onlar tərəfindən göstərilə cək şəxslərin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Lakin Cavabdeh1 MTK 12 mart 2020-ci il tarixdə 07 yanvar 2020-ci il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Cavabdeh2 MMC-nin iddiaçı qarşısında öhdəliyi Cavabdeh1 MTK-nın iddiasının təmin edilib-edilməməsindən asılıdır. Həmin təhvil-təslim aktına görə Cavabdeh2 MMC-nin üzərinə müəyyən öhdəçilik götürmə ehtimalı vardır. Həmin təhvil-təslim aktı etibarsız sayıldığı halda, Cavabdeh2 MMC-nin iddiaçı qarşısında heç bir öhdəçiliyi olmayacaqdır. Belə ki, təhvil-təslim aktının etibarsız sayıldığı halda iddiaçıya mənzil verilməsi barədə razılaşma öz əhəmiyyətini itirəcəkdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(005)2355/2021 nömrəli qətnamə si ilə (hakim V.Ş.Quliyev) ilk iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, A blokunun, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 69,10 kv.m, yaşayış sahəsi 60,80 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət A02 saylı mənzildən İddiaçı istifadəsinə yaradılan maneələrin Cavabdeh1 MTK tərəfindən aradan qaldırılması, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-na qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələrinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hes ab etmişdir ki, tərəflər arasında müqavilələr bağlanarkən Cavabdeh1 Mənzil Tikinti Kooperativi icraçı direktoru X5 etibarnamə verərək etibarnamə üzrə digər hüquqlarla yanaşı MTK adından bütün idarə və təşkilatlarda, MTKda müqavilə bağlamağı ərizə ilə müraciət etməyi hesab üzərində sərəncam verməyi və s. hüquqlarını etibar etmişdir. Bu hüquqlardan irəli gələrək X7 etibarnamə əsasında iddiaçı ilə mübahisəli mənzillərə dair müqavilə bağlanmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər, yəni daşınmaz əmlakların alqı-satqısı ilə əlaqədar hüquqi prosedurların MTK tərəfindən şəxsən deyil, onun etibarnamə üzrə nümayəndəsi X7 vasitəsilə həyata keçirilməsi mübahisələndirilən əmlakın iddiaçıya verilməməsi üçün əsas deyildir. Öhdəliklə bağlı Cavabdeh1 MTK-nı n müqavilə bağlaması isə, Cavabdeh2 MMC-nin deyil, məhz onun bu müqavilə şərtlərini yerinə yetirilməsini məcburi edir. Bu səbəbdən məhkəmə ilkin iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. İddiaçı Cavabdeh2 MMC-nin qarşılıqlı iddiası birinci instansiya məhkəməsi etmişdir ki, müqavilənin ləğv edilməsini yalnız müqavilə tərəfi tələb edə bilər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC müqavilə tərəfi olmadığı halda müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk iddia üzrə müqavilənin etibarlılığını nəzərə alıb yuxarıda qeyd edilənlərə əsaslanaraq hər iki qarşılıqlı iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) X16 apellyasiya şikayəti verərək, Bakı şəh əri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(005)2355/2021 nömrəli qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və mənzil sahəsi üzərində iddiaçının istifadə və sərəncam hüquqlarının tanınması barədə öhdəliyin Cavabdeh1 MTK ilə yanaşı Cavabdeh2 MMC-nin də üzərinə qoyulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 MTK apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(005)-2355/2021 nömrəli qətnaməsinin ləğv edilərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(103)-8460/2021 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazı movun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 MTK-nın apellyasiya şikayəti isə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(005)-2355/2021 nömrəli qətnaməsi ilkin iddianın təmin edilməyən hissəsində qismən, yəni mənzildən istifadə ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh2 MMC-nin də üzərinə qoyulmasının rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilərək, mənzildən istifadə ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh2 MMC-nin də üzərinə qoyulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəm əsi qeyd etmişdir ki, hazırki iş üzrə, ilk iddianın təmin edilməyən cavabdeh "xxxx" MMC-yə münasibətdə faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamış, Cavabdeh1 MTK-nın qarşılıqlı iddiasının faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilə dair müqavilə iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlansa da, iddia tələbində Cavabdeh2 MMC-nin üzərinə mübahisəli mənzildən istifadə ilə bağlı bü tün maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması da tələb edilmişdir. Bu cür tələb yalnız müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı olmur. Başqa sözlə ilk iddiaçı Cavabdeh2 MMC-dən yalnız Cavabdeh1 MTK ilə bağladığı müqavilənin şərtlərinin yerinə yetirilməməsinə görə maneələrin aradan qaldırılmasını tələb etmir. Tələb həm də mənzildən istifadə ilə əlaqədar yaranmış və yarana biləcək maneələrin aradan qaldırılması ilə əlaqədar öhdəliyin onun üzərinə qoyulması ilə bağlı olmuşdur. Cavabdeh2 MMC-nin qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilənin ləğvini tələb etməsi də ona dəlalət edir ki, o, da bu müqavilənin mövcudluğundan narazı və narahat olduğundan, istər-istəməz mübahisəli mənzildən istifadəyə iddiaçıya maneələr y aradacaq. Əks halda mübahisəli mənzilə dair hər hansı bir marağı olmasaydı yəqin ki, bu cür iddia ilə də məhkəməyə müraciət etməzdi. Ancaq iş materiallarından və ilk iddiaçının apellyasiya şikayətinin dəlillərindən açıq-aşkar görünür ki, Cavabdeh2 MMC də iddiaçı ilə digər cavabdeh arasında bağlanmış bu müqavilənin etibarlılığını, qanuniliyini və həqiqiliyini özünün davranışı və hərəkətləri ilə təsdiq etmişdir. Ona görə də, ilk iddia tələbi Cavabdeh2 MMC-yə qarşı da əsaslı olduğundan, qətnamə həmin hissədə ləğv edilməli və bu hissədə də iddia təmin edilməlidir. Çünki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Daha sonra apellyasiya məhkəməsi göstərmişdir ki, ilk iddiaçının iddia ərizəsində mübahisəli mənzilə dair müqavilə üzrə hüququnun tanınmasını, apellyasiya şikayətində isə mənzil üzərində istifadə və sərəncam hüququnun tanınmasını xahiş etmişdir. Qeyd olunan mənzilə dair müqavilənin etibarlı olmasına və qanuniliyinə dair qənaətə gəldiyi üçün məhkəmə iddianı qismən təmin etmişdir. Başqa sözlə əgər müqavilə etibarlı və qanunidirsə, o cümlədən pay haqqı tam ödənilmişdirsə, onsuzda iddiaçının mənzil üzərində sahiblik və istifadə hüququ tanınır. Üçüncüsü, Cavabdeh1 MTK şikayətində tərəflər arasında bağlanmış müqavilə və maliyyə arayışında olan imzaların və möhürün cavabdehə məxsus olmadığını, iş üzrə ekspertizalar təyin olunmalı olduğu halda təmin olunmadığını göstərsə də, bu dəlillər əsaslı ola bilməz. Birincisi ona görə ki, müqavilə və maliyyə arayışındakı imzanın MTK-nın sədri olan X5, eləcə də möhür cavabdehə məxsus olmasaydı bunu qarşılıqlı iddiasında aydın şəkildə göstərərdi, ancaq göstərməmişdir. Əksinə, qarşılıqlı iddiasında MTK-nın sədri Dilafir Rəsulovun ona verilmiş etibarnamədən sui-istifadə edərək sifarişçi Cavabdeh2 MMC-yə məxsus mənzilləri səlahiyyəti olmadan başqa şəxslərə, o cümlədən mübahisəli mənzili iddiaçıya satmasını və bununla da vətəndaşları aldadaraq külli miqdarda vəsaitlərini mənimsədiklərini təsdiq edir. Göründüyü kimi, müqavilə və maliyyə arayışındakı imzanın Dilafir Rəsulova, həmçinin möhürün MTK-ya məxsus olmaması nədənsə sonuncuya ya ümumiyyətlə əvvəldən məlum olmamış, yada gec məlum olmuşdur. Bu cür dəlillər bir-birinə zidd olduğundan və hüquqdan sui-istifadə etməklə müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərdən yayınmaq xarakteri daşıdığından əsaslı hesab edilə bilməz. Ona görə də mütləq ekspertizalar keçirilməsi zərurəti də ola bilməz. Çünki, MTK-nın qarşılıqlı iddiasındakı və şikayətindəki dəlillərin bir-biri ilə kəskin ziddiyyət təşkil etməsi ona dəlalət edir ki, sonuncu sanki qanunauyğun olsa da, olmasa da istənilən vasitədən istifadə edir ki, ilk iddiaçının mübahisəli mənzilə dair hüquqları pozulsun. MTK-nın balansında mənzillərin olmadığı yaxud mənzil satmaq səlahiyyəti olmadığı barədə dəlillər də işdə olan sübutlarla tam təkzib olunur. Bu cür vəziyyətdə, MTK-nın apellyasiya şikayəti təmin edilə bilməz. Nəhayət məhkəmə göstərmişdir ki, işdə olan 24 yanvar 2020-ci il tarixli, 012 nömrəli müraciətin məzmunundan bəlli olur ki, “Konstra" MTK tərəfindən Cavabdeh2 MMC-yə A bloku, Sıra № 2, mərtəbə 7, otaq sayı 2, 69.10 kv.m-lik mənz il sahəsinin rəsmiləşdirilməsi barədə müraciət göndərilmiş və Cavabdeh2 MMC tərəfindən həmin müraciətə əsasən həmin mənzil sahəsi iddiaçının adına rəsmiləşdirilmiş və bu fakt “Orxan-TİT“ MMC-nin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmişdir. Göründüyü kimi həmin mənzil sahəsinin iddiaçıya satılmasında səlahiyyətli şəxs qismində iştirak edən Cavabdeh1 MTK sözügedən alqı-satqı müqaviləsinin bəyənilməsi məqsədi ilə Cavabdeh2 MMC-yə müraciət etmiş, Cavabdeh2 MMC isə onu imza və möhürlə təsdiqləməklə alqı-satqı müqaviləsini bəyəndiyini bildirmişdir. Bu bildiriş əslində Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında həmin ünvanda yerləşən mənzilin İddiaçı adına rəsmiləşdirilməsi şərtinə dair razılığı özündə ifadə edən yeni bir müqavilə formasıdır. Çünki, Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC ar asında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura şəklində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixli "xxxx" imzalanmışdır. Göstərilən bütün bu hallar da MTK-nın şikayətinin dəlillərinin açıq-aşkar əsassız olduğunu bir daha təsdiq edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(103)-8460/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinə uyğun yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəb ul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Cavabdeh2 MMC X16 və Cavabdeh1 MTK arasında 31 yanvar 2019-cu il tarixli mənzil sahəsi barəsində müqavilənin bağlanmasına razılıq verilməmiş, MTK-nın isə belə səlahiyyəti olmamışdır. 2020-ci ildə MMC və MTK arasında mənzillərin bölgüsünə dair akt tərtib edilərək, qeyd olunan müqavilə MMC tərəfindən bəyənilmişdir. Sonra mübahisələndirilən mənzil iddiaçıya təhvil verilmişdir. Razılaşmaya əsasən iddiaçı iddia ərizəsindən imtina etməli olsa da, bunu etməmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(041)-1236/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam nəzərə almış, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 MTK tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini Cavabdeh2 MMC verdiyindən və ilk iddianın ona aid hissədə təmin edilməməsini xahiş etdiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya məhkəməsinin qətnaməsinin iddianın kassatora aid təmin olunmuş hissədə maddi və prosessual hüquq normalarına uyğunluğunun yoxla nılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.4-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə ol an prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Kassasiya şikayətinin dəlillər i ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 357 və 387.3- cü maddələrinin tələblərinin pozulmasını qeyd etsə də, faktiki olaraq Cavabdeh2 MMC tərəfindən İddiaçı və Cavabdeh1 MTK arasında bağlanmış müqaviləni bəyəndiyini etiraf etmiş və mənzili iddiaçıya təhvil verməklə qətnaməni icra etmişdir. Belə olan halda, müqavilə üzrə öhdəliklərin kassatorun üzərinə də qoyulmalı olmasına dair apellyasiya məhkəməsinin qətnaməsi qanuni olmuşdur. İddiaçının öz iddiasından imtina etməməsi qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, onun üzərinə belə öhdəlik götürməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razı laşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(103) -8460/2021 nömrəli qətnaməsi iddianın Cavabdeh2 MMC-yə aid təmin olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar