Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1285/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayətinin qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11158/2019 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 2 3 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı 2010-cu ilin may ayından Azərbaycan Güləş Federasiyası İctimai Birliyində həkim vəzifəsində işləmiş və Birliyin Baş Katibinin 05 iyul 2018-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin avqust ayında İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının, ödəncin və mənəvi zərərin ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2787/2018 n ömrəli iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: E.E.Rəhimov) iddia qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda İctimai Birlik tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-205/2019 nömrəli, 04 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.Ə.Kərimli) Federasiyanın apellyasiya şikayəti qismən təmin edilərək qətnamənin əmrin ləğv edilməsi, işə bərpa və məc buri işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində ləğv edilərək iddianın həmin hissədə təmin edilməməsi, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsindən hər iki tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4816/2019 nömrəli, 01 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər – Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.M.Rüstəmov) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-205/2019 nömrəli, 04 mart 2019-cu il tarixli qətnaməsinin iddia tələbinin əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinin rədd edilməsinə dair hissədə ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, Güləş Federasiyası İctimai Birliyinin kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11158/2019 nömrəli, 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) Güləş Federasiyası İctimai Birliyinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2787/2019 nömrəli, 16 o ktyabr 2018-ci il tarixli qətnaməsinin İctimai Birliyin apellyasiya şikayəti üzrə əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinin təmin edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İctimai Birlik həmin qətnamədən kassasiya şikayəti və eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11158/2019 nömrəli, 24 may 2021-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi tərəfindən verilmiş ərizə təmin edilməmiş və qətnamədən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı işt irakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi 24 may 2021-ci il tarixli qərardaddan kassasiya şikayəti verərək mübahisələndirilən qətnamədən uzun müddət məlumatsız olmalarını, bir ildən artıq ölkədə pandemiya şəraitinin davam etməklə əksər dövlət orqanlarının məhdudlaşdırılmış iş şəraitində fəaliyyət göstərmələrini, belə vəziyyətdə müddətin bərpasından imtina edilməsinin qanunsuz olmasını əsas göstərməklə qərardadın ləğv edilməsi, qətnamədən kassasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin əsas sız olduğundan təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 24 may 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Birliyin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 405.0.1 Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunma mışsa kassasiya şikayəti qaytarılır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya qərardadın qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası MPM-in 405.0.1-ci maddəsinə gör ə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli qətnaməsinin surəti Federasiyaya 30 sentyabr 2019-cu il tarixdə rəsmi qaydada təqdim olunmuşdur. Lakin cavabdeh tərəfindən həmin qətnamədən şikayət 1 il 1 aydan sonra, yəni 08 dekabr 2020-ci il tarixdə verilmişdir. İşin müəyyən olunmuş həmin halları buraxılmış prosessual müddətin bərpası üçün əsas vermədiyindən, kollegiya ərizənin təmin edilməsindən imtina olunmasını əsaslı sayır və hesab edir ki, qərardad qanuni və əsaslı olduğundan kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsa sən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Güləş Federasiyası İctimai Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11158/2019 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1285/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1285/2022
23.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver