Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1287/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(104)-3524/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Ə.Şirinov, iş № 2(044)-1700/2019) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququn un tanınması və evə köçürülmə tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı iki azyaşlı uşağı ilə birlikdə N-də yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Şəfiyev, R.Z.Mamedov və A.H.Hüseynzadə) cavabdehin apellyasiya şikayəti təmin edilərək Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilərək iddiaçının iki uşağı ilə birlikdə fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası rədd olunmuşdur. İşin halları: Tərəflər xx xxxxxx 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan iki uşaqları olmuşdur. İddiaçı ailə qurduqdan sonra ərinin valideynləri ilə birlikdə yaşadığı evə köçmüş və orada yaşamışdır. Göygöl rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmuş, həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozularaq uşaqlar analarının yanında saxlanılmışlar. Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair iddiası qismən təmin edilmişdir. 2019-cu ilin aprel ayında İddiaçı iki azyaşlı uşağı ilə birlikdə əri ilə birgə yaşadığı evə istifadə hüququnun tanınması və evə köçürülməsi barədə iddia qaldırmış, mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək i şin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi İddiaçı evə köçürülmə tələbinə dair iddiasının əsassız olması barədə nəticəyə gəlib iddianı rədd edərkən mübahisə predmeti olan evin özbaşına tikili olmaqla yaşayış sahəsi hesab edilməməsini əsas göstərmişdir. Məhkəmə kollegiyasına görə özbaşına tikili qanunda müəyyən olunmuş mənzil fondlarının (dövlət, bələdiyyə, xüsusi) heç birinə aid olmamaqla orada yaşayan şəxs üçün heç bir hüquq yaratmadığından və həmin tikililərdən istifadə hüququ ilə əlaqədar münasibətlər mənzil qanunveri ciliyi ilə tənzimlənmədiyindən iddia təmin oluna bilməz. Kollegiya hesab edir ki, qətnamə qanunun tələblərinə və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. İş materiallarından görünür ki, mübahisəli ev həqiqətən də mülkiyyət hüququnun subyekti kimi dövlət qeydiyyatına alınmamaqla özbaşına tikilidir və qüvvədə olan mülki qanunvericilik həmin tikililərdən istifadə ilə əlaqədar münasibətləri tənzimləmir. Mülki Məcəllənin 180-ci maddəsinə görə isə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir (180.2) və müvafiq icra hakimiyyəti orqanının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. (180.4) Apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etsə də, nəzərə almamışdır ki, hə min evdən cavabdeh və onun valideynləri öz daimi yaşayış yerləri kimi istifadə etmiş və ailə qurması ilə əlaqədar cavabdeh iddiaçını da həmin evə köçürməklə oradan birgə istifadə etmişlər. Mübahisəli ev hazırda hər iki tərəfin yeganə yaşayış vasitəsi olmaqla onlar həmin evdən eyni hüquqla istifadə etmişlər. Ailə münasibətləri pozulduqdan sonra cavabdeh iddiaçını evə buraxmamaqla onu yeganə yaşayış yerindən mərhum etmiş və bununla əlaqədar onların arasında mübahisə yaranmışdır. Mübahisəli ev özbaşına tikili olsa da, ondan istifadə ilə əlaqədar yaranmış mübahisənin həlli qanunun bütün imkanlarından istifadə edilməklə təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisəli hüquq münasibətinin həlli imkanının qanunla tənzimlənməməsi iddianın rədd edilməsi üçün məhkəməyə əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münas ibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). (11.1) Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. (11.2) Qanunun göstərilən normasının tətbiqi oxşar münasibətləri tənzimləyən müddəaların qüvvəsinin tətbiq edilməklə mübahisənin həllinə imkan verdiyindən, kollegiya hesab edir ki, işə baxan məhkəmə kollegiyası hansı oxşar münasibətin və hansı normanın hazırkı iş üzrə tətbiq edilməli olmasını araşdırmalı və mübahisənin ona uyğun həll edilməsini təmin etməlidir. Yaşayış evindən istifadə üzrə mübahisəli hüquq münasibəti tərəfl ər arasında 2016cı ildə yarandığından, kollegiya hesab edir ki, mübahisə 2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına, konkret olaraq həmin Məcəllənin 68-ci maddəsinin tələblərinə uyğun həll edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1287/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1287/2020
11.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver