Məhkəmə qərarları › İş №2(102)-1287/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1287/2024

14.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1287/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi (işə bərpa, işçilərin sayə və ya ştatları ixtisar edildiyinə görə (ƏM-in 70-ci maddəsinin “b” bəndi)), məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələblər), sübutların qiymətləndirilməsi, (yazılı və maddi sübutların qiymələndirilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “işə bərpa olunma, itirilmiş əmək haqqının və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6247/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 63 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən AMEA X16 rəhbəri xidmətinin baş mütəxəssisi vəzifəsində təyin edilmişdir.

2. Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 574 nömrəli, xx.x x.2022-ci il tarixli sərəncamı ilə AMEA X16 rəhbəri xidmətinin baş mütəxəssisi İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmağı barədə AMEA prezidentinin xx.xx.2022-ci il tarixli, 574 nömrəli sərəncamının ləğv edilməsi və AMEA X12 baş mütəxəssis vəzifəsinə bərpa edilməyi, məcburi işburaxmaya görə itirilmiş əmək haqqının birdəfəlik ödənilməsi, habelə qanuni hüquqlarının pozulduğuna və ona dəymiş mənəvi ziyana görə 30000 manat məbləğində təzminat ödənilməsi öhdəliyinin AMEA X13 üzərinə qoyulma sı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildən 2014-cü ilədək gənc mütəxəssis kimi təyinat üzrə Azərbaycan SSR Sosial Təminat Nazirliyi sistemində müfəttiş, baş müfəttiş, Əməyin təşkili və hüquq təminatı şöbəsinin rəisi, Nəsimi rayon Sosial təminat şöbəsinin müdiri, “Azneftmaş” X8 Hüquq və müqavilə şöbəsinin rəisi, Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatında baş məsləhətçi-hüquqşünas, Normativ hüquqi aktlar sektorunun müdiri, Ərizə və müraciətlərə baxılması şöbəsinin müdiri və s. vəzifələrdə çalışmışdır. İşlədiyi müddətdə barəsində heç bir intizam tənbeh tədbiri görülməyib. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə layiq görülmüşdü r və dövlət qulluğunda fərqlənməyə görə fəxri fərmanla təltif olunmuşdur. xx.xx.2014-cü ildə Azərbaycan Milli Elmlər X6 aparatında yeni yaradılmış Hüquq və kadrlar idarəsinə işə dəvət olunmuşdur. Həmin tarixdən xx.xx.2020-ci ilədək AMEA-nın X16ınin Hüquq və kadrlar idarəsində baş mütəxəssis-hüquqşünas, idarə rəisinin müavini və sentyabr 2018-ci ildən həmin idarənin bazasında yaradılmış Kadrlar və hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. xx.xx.2020-ci ildə AMEA-nin sabiq prezidenti Ramiz Mehdiyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilərək AMEA-nın Dendralogiya İnstitutuna baş mütəxəssis hüquqşünas vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci ildən yenidən AMEA Rəyasət Heyətinə dəvət olunaraq müddətsiz əmək müqaviləsinə əsasən aparat xidmətinin baş mütəxəssisi vəzifəsinə t əyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul tarixli 1769 nömrəli Fərman imzalamış və həmin fərmanın icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 470S-nömrəli Sərəncamı qəbul edilmişdir. Həmin fərman və sərəncamın icrasının təmin edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti xx.xx.2022-ci il tarixli 14/1 nömrəli və xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarlar qəbul etmişdir. Məhz həmin adıçəkilən hüquqi aktlara istinad edərək AMEA prezidentinin xx.xx.2022-ci il tarixli 574 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ştatları ixtisar edildikdə) bəndinə əsasən tutduğu vəzifədən qanunsuz olaraq işdən azad edilmişdir. Həmin sərancamı aşağıda qeyd etdiyi hallar üzrə qanunsuz hesab edir: 1.Sərancamın giriş hissəsinin 1-ci cümləsində istinad edilərək qeyd edilən AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarında onun işlədiyi Aparat rəhbərinin xidmətində baş mütəxəssis vəzifəsinin ləğv edilməsi nəzərdə tutulmamışdır.

2. Həmin sərəncamın 2-ci cümləsində adıçəkilən və guya ona təqdim edilən Xəbərdarlıqda AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə AMEA X16 rəhbəri xidmətinin baş mütəxəssisi vəzifəsinin ləğv edildiyi göstərilmişdir. Həmin qərarı görməmişdir və onun məzmunu ona məlum deyil. Hətta bu qərar olsa belə, həmin qərarın ona münasibətdə hüquqi qüvvəsi yoxdur. Çünki Xəbərdarlıqda qeyd olun an xx.xx.2022-ci il tarixindən sonra ona AMEA prezidentinin xx.xx.2022-ci il tarixli 328 nömrəli sərəncamı ilə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək 36 gün əmək məzuniyyəti verilmişdir.

3. Adıçəkilən Xəbərdarlıqda qeydiyyat tarixi və nömrəsi qeyd edilmədiyi, habelə əmək müqaviləsinə xitam veriləcəyi gün dəqiq göstərilmədiyi üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimata əsasən həmin sənəd rəsmi sənəd kimi qəbul edilə bilməz. Məhz bu səbəbdən həmin Xəbərdarlığın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsin ə əsasən ona şamil edilmədiyi üçün xx.xx.2022-ci il tarixdə xüsusi qeyd etməklə onu geri qaytarmışdır.

4. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçinin əmək müqaviləsinə xitam verilərkən həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin üzvü olduğu Həmkarlar Təşkilatının qabaqcadan razılığı olmalıdır. Lakin onun üzv olduğu Həmkarlar Təşkilatının bu barədə heç bir yığıncağı, müzakirəsi və razılığı olmamışdır.

5. Onun işdən azad olmağı barədə sərəncamın başlığında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti yazıldığı halda, həmin sərəncama qanunsuz olaraq AMEA-nın 1-ci vitse prezidenti vəzifəsini icra edən akademik-katib Arif Həşimov imza etmişdir. Hansı ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə xx.xx.2022-ci il tar ixdən AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibbəyli təsdiq olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə elektron imza vasitəsilə işəgötürən tərəfindən elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Həmin elektron imza isə qanunla işəgötürənə - AMEA prezidentinə məxsusdur və digərləri tərəfindən mənimsənilməsi qanunla məsuliyyət yaradır. Dövlət orqanlarında 35 ildən artıq peşəkar hüquqşünas kimi məsul vəzifələrdə çalışmışdır. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə malikdir. Döv lət qulluğunda fərqlənməyə görə fəxri fərmanla təltif olunmuşdur. Heç zaman barəsində intizam tənbeh tədbiri olmayıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Mediasiya Şurası tərəfindən verilmiş Əmək, Ailə, Komersiya münasibətləri, İstehlakçı hüquqlarının qorunması və Uşaqların hüquqlarının qorunması üzrə müvafiq Sertifikatlara layiq görülmüş aktiv Mediatordur. xx.xx.2021-ci il tarixdən Mediasiya Şurasının üzvüdür. Pensiya yaşına 1 il bir ay qalıb. Bütün bunlar nəzərə alınmaqla işçilərin sayının azaldılması və ya ştatların ləğv edilməsi səbəbi ilə onun işdən azad edilməyini həm qanuna, həm dövlətçiliyə, həm də insanlığa zidd hesab edir.

7. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı ambulator müalicədə o lduğu halda, onu xx.xx.2022-ci il tarixindən qanunsuz olaraq işdən azad ediblər.

5. Sonradan iddiaçı ərizə verərək, 2(009)-621/2023 saylı mülki iş üzrə cavabdehin Azərbaycan Milli Elmlər Akademiyası olması barədə dəqiqləşdirməni qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, onun işdən azad olunmağı barədə AMEA Prezidentinin 04 noyabr 2022- ci il tarixli 574 nömrəli sərəncamının ləğv edilməsi və AMEA X12 baş mütəxəssis vəzifəsinə bərpa edilməyi, məcburi iş buraxmaya görə itirilmiş əmək haqqının birdəfəlik ödənilməsi, habelə qanuni hüquqlarının pozulduğuna və ona dəymiş mənəvi ziyana görə 30000 (otuz min) manat məbləğində təzminat ödənilməsi öhdəliyinin AMEA X13 üzərinə qoyulması tələbi ilə bağlı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 2-(009)-621/20 23 saylı 14 fevral tarixli mülki iş üzrə cavabdeh Azərbaycan Milli Elmlər X6 Aparatı göstərilmişdir.

7. Cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə tanış deyildir. Lakin xx.xx.2022-ci il tarixli ona həmin tarixdə elan olunmuş xəbərdarlıqdan görünür ki, həmin tarixdə iddiaçı qərar ilə tanış edilmiş və ona əmək müqaviləsinin xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunacağı barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, azı 6 təqvim həftəsi qabaqcadan xəbərdar edilmişdir. İddia ərizəs ində özü etiraf edir ki, xəbərdarlığı imzaladıqdan, orada qeydlərini apardıqdan sonra onu geri qaytarmışdır. İddiaçı öz çıxışlarında dəfələrlə bildirir ki, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə xitam verilməli idi, lakin iddiaçı nəzərə almır ki, baxılan halda əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə (müəssisə ləğv edildikdə) xitam verilə bilməzdi, çünki baxılan halda Azərbaycan Milli Elmlər Akademiyasında işçilərin sayı və ştatlar ixtisar olunmuşlar, Azərbaycan Milli Elmlər Akademiyasının özünün ləğvindən söhbət belə getmir. İddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən, AMEA X16ı Həmkarlar Təşkilatının qabaqcadan razılığı olmamışdır. Lakin məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun xx.xx.2022-ci il tarixli təqdimatı və eyni zamanda, AMEA X16ı Kadrlar şöbəsinin müdiri Natiq Mehdiyevin AMEA X13 bir sıra struktur vahidlərinin ləğv edilməsi ilə əlaqədar həmin struktur vahidlərində işləyən işçilərin əmək müqavilələrinin ləğv edilmələri məsələlərinə baxılması barədə xx.xx.2022-ci il tarixli 04-62 nömrəli müraciəti AMEA X16ı Həmkarlar Təşkilatının iclasında müzakirəyə çıxarılmışdır. Müraciət AMEA X16ı Həmkarlar Təşkilatının xx.xx.2022-ci il tarixli iclasında müzakirə olunaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 -ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən, AMEA X13 ləğv edilmiş struktur vahidlərində işləyən işçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78ci və 79-cu maddələrinə uyğun olaraq onların ixtisar zamanı işdə saxlanmağa üstünlüyü və əmək müqaviləsinə xitam verilməsinin qadağan edildiyi hallar nəzərə alınmaqla əmək müqavilələrinə xitam verilməsinə razılıq verilmişdir.

4. İddiaçı iddia ərizəsində iddia edir ki, onun işdən azad olunması haqqındakı sərəncamı AMEA-nın prezidenti deyil, buna səlahiyyəti olmayan birinci vitse-prezident vəzifəsini icra edən akademik-katib Arif Həşimovun imza etməsi qeyri-qanuni olmuşdur. Lakin iddiaçı nəzərə almamışdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin “Azərbaycan Milli Elmlər X9 aparatında h əyata keçirilən islahatlar barədə” xx.xx.2022-ci il tarixli 557 nömrəli Sərəncamı ilə Azərbaycan Milli Elmlər X9 aparatında həyata keçirilən islahatlarla əlaqədar AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli və xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarları ilə yaradılmış yeni şöbə və bölmələrdə xəbərdarlıq edilmiş işçilər barədə verilən sərəncam və əmrlərin xx.xx.2022-ci il tarixinədək imzalanması səlahiyyətləri AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, akademik-katib akademik X14 həvalə edilmişdir. Bu hal Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinə və Həmin Məcəllənin 49-cu və 188-ci maddələrinə zidd deyildir, çünki həmin vaxt Azərbaycan Milli Elmlər X9 aparatında həyata keçirilən islahatlarla əlaqədar AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli və xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarları ilə yaradılmış yeni şöbə və bölmələrdə xəbərdarlıq edilmiş işçilər barədə verilən sərəncam və əmrlərin xx.xx.2022-ci il tarixinədək imzalanması səlahiyyətləri AMEA-nın birinci vitse prezidenti vəzifəsini icra edən, akademik-katib akademik X11 həvalə edilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin 9.6-cı bəndinə əsasən Akademiyanın prezidenti səlahiyyətlərinin müvəqqəti icrasını birinci vitse-prezidentlərinə tapşıra bilər.

5. İddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştat ları ixtisar edildikdə müəyyən vəzifələr üzrə əmək funksiyalarının icrası üçün tələb olunan ixtisas və peşəkarlıq səviyyəsi olan işçilər işdə saxlanılmalıdır. Nəzərə alınsa ki, Azərbaycan Milli Elmlər X2 “AMEA X13 bir sıra struktur vahidlərinin ləğv edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə “AMEA X13 rəhbərinin xidməti” struktur vahidinin işçilərinin sayı azaldılmamış və ya ştatları ixtisar edilməmişdir, struktur vahidi tamamilə ləğv edilmişdir, yəni işdə saxlanılmalı işçilər olmadığı üçün işçilər arasından peşəkarlıq səviyyəsinə görə seçim etmək zərurəti yaranmamışdır.

6. İddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır və onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı ambulator müalicədə olduğu halda, onu 04 noyabr 2022-ci il tarixindən qanunsuz olaraq işdən azad ediblər. Bildirilir ki, Azərbaycan Milli Elmlər X9 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən və videokamera görüntülərindən də görünür ki, iddiaçı 2022-ci ilin noyabr ayının 1-dən 4-ə kimi hər gün işdə olmuşdur. Həmçinin AMEA X13 İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 8-1/2-378/2023 nömrəli arayışında da iddiaçının əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixində və sonrakı günlərdə AMEA-ya əmək qabiliyyətinin olmaması vərəqəsinin (tibbi sənədinin) olması barədə hər hansı bir məlumat vermədiyi və bu haqda heç bir müvafiq sənəd tə qdim etmədiyi bildirilir.

7. Əlavə olaraq əmək müqavilələrinin qeydiyyatları aparılan məlumat bazasından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda baş mütəxəssis (əlavə) vəzifəsində, xx.xx.2023-cü il tarixindən isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin X4 baş mütəxəssis (əsas) vəzifəsində işləyir. Bu isə o deməkdir ki, bir çox ixtisara düşmüş əməkdaşlardan fərqli olaraq, iddiaçı nəinki əlavə, hətta əsas iş yeri ilə təmin olunmuşdur. Cavabdeh tərəf iddiaçının iddialarını tamamilə əsassız hesab edərək onların təmin olunmayaraq, rədd olunması barədə yekun məhkəmə qərarının qəbul olunmasını xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi həmçinin iddia müddətinin tətbiqinə dair ərizə verə rək göstərmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad edilməsinə baxmayaraq, “işə bərpa” tələbi ilə məhkəməyə yalnız xx.xx.2022-ci il tarixdə müraciət etmişdir, yəni 1 ay 26 gündən sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa, qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bununla da iddiaçı əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət müddətini ötürmüşdür. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərə əsasən iddiaçı iddia ərizəs ini iddia müddəti keçdikdən sonra verdiyindən iddiaçının iddiasından imtina barəsində müvafiq məhkəmə qərarı çıxarılması xahiş edilmişdir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-621/2023 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin xx.xx.2022-ci il tarixli 574 nömrəli sərəncamının ləğv edilməsi, İddiaçı AMEA X12 baş mütəxəssis vəzifəsinə bərpa edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixindən qətnamə icra edilən müddətədək iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan iddiaçının adına olan əmək qabiliyyətinin olmamasına dair ******* nömrəli və rəqəsinə əsasən ona “aritmiya və hipertoniya” diaqnozu qoyulmuş və ambulator qaydada müalicədə olmuşdur. İddiaçının əmək qabiliyyətinin olmadığı dövrdə iş yerinə müəyyən səbəblərdən (məsələn şəxsi əşya götürmək və s.) gəlməsi onun iş yerində olması kimi qiymətləndirilə bilməz.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar» adlanan 79-cu maddəsi imperativ xarakter daşıyır və işəgötürənin bu barədə məlumatlı olmaması onun iddiaçı barədə qəbul etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 574 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamının qanuni olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Məhkəmə, qeyd edilən qanun normasının tələbinin kobud surətdə pozulması i lə iddiaçının əmək müqaviləsinin xitam verilməsinə dair Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 574 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamının qanunsuz sayılması üçün kifayət qədər hüquqi əsas yaratdığından prosessual qənaət prinsipindən irəli gələrək həmin sərəncamın qanunsuzluğuna dair iddiaçının digər dəlillərinin əsaslı olub-olmamasına qiymət verilməsini zəruri saymamışdır.

12. Məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinin məzmununa əsasən iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi işburaxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəy miş zərərin məbləği işəgötürən tərəfındən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Beləliklə, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli hüquqi qiymət verməklə məhkəmə hesab etmişdir ki, AMEA Prezidentinin xx.xx.2022-ci il tarixli 574 nömrəli sərəncamı ləğv edilməli və iddiaçı AMEA X12 baş mütəxəssis vəzifəsinə bərpa edilməli, xx.xx.2022-cü il il tarixdən qətnamə icra edilən müddətə iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir.

13. Məhkəmə iddianın mənəvi ziyana görə 30000 manat məbləğində təzminat ödənilməsi öhdəliyinin AMEA X13 üzərinə qoyulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində rədd edilməlidir.

14. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı qeyd etmişdir ki, işin materiallarından görünür ki, iddiaçı sadalanan normaların tələblərinə uyğun olaraq ilk növbədə mediasiya təşkilatına müraciət etmiş və cavabdeh özü də mediasiya prosesində tərəf kimi iştirak etmişdir. Başqa sözlə, iddiaçı AMEA tərəfindən pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliyin tələblərinə riayət etmiş və iddia müddətini ötürməmişdir.

15. Məhkəmə öz mövqeyin i Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 68.2, 70-ci maddəsinin “b” bəndinə, 77.1, 77.2, 77.3, 77.4 və 79-cu maddəsinin İ və İİ hissələrinə, 296, və 300.1-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 24.7 və 35.1-ci maddələrinə, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6, 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

17. Apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmənin məqsədi hansı yolla olu rsa olsun iddiaçının əsassız iddialarını təmin etmək olduğundan, əmək qabiliyyətinin olmaması haqqında vərəqəsinin Baş Səhiyyə Mərkəzinin 4 nömrəli Birləşmiş Şəhər xəstəxanası tərəfindən deyil, “Baş Səhiyyə Mərkəzi” X17 14 nömrəli Birləşmiş Şəhər xəstəxanasının Poliklinikası tərəfindən verilməsinə fikir belə verməmişdir. Azərbaycan Milli Elmlər X9 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən və videokamera görüntülərindən də görünür ki, iddiaçı 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi hər gün bütün iş günü işdə olmuşdur. Həmçinin, AMEA X13 İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 8-1/2-378/2023 nömrəli arayışında da X10 əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixində və sonrakı günlərdə AMEA-ya əmək qabiliyyətinin olmaması vərəqəs inin (tibbi sənədinin) olması barədə hər hansı bir məlumat vermədiyi və bu haqda heç bir müvafiq sənəd təqdim etmədiyi bildirilir. Cavabdehin məhkəməyə təqdim etdiyi Azərbaycan Milli Elmlər X9 aparatının inzibati binasının girişində turniket aparatının qeydləri məhkəmədə elan olunmuş və binanın girişində quraşdırılmış videokameraların videogörüntülərinə isə proses tərəflərinin iştirakları ilə baxışlar keçirilmiş, iddiaçının 2022ci ilin noyabr ayının 02-dən 04-ə kimi hər gün bütün iş günü işdə olması tamamilə təsdiq olunmuş, eyni zamanda, qeyd olunan sübutlar mülki iş materiallarına əlavə olunmuşlar. Odur ki, məhkəmənin iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməsi ilə gəldiyi nəticələr xəstəlik tarixinin saxta olması səbəblərindən ö z təsdiqini tapmır. İddiaçının iddiasının qismən təmin olunması halı da tamamilə əsassızdır. İddiaçının bütün iddiaları məhkəmə tərəfindən təmin olunmamalı idi. Digər tərəfdən, özünü məhkəməyə ambulator xəstə olmuş şəxs kimi təqdim etmiş iddiaçı xəstəlik vərəqini yalnız məhkəməyə təqdim etmişdir. Bunun səbəblərinin dəqiqləşdirilməsi üçün isə məhkəmə “Baş Səhiyyə Mərkəzi” PublikHüquqi Şəxsin 14 nömrəli Birləşmiş Şəhər xəstəxanasının Poliklinikasından xəstələrin qeydiyyatı kitabını götürüb, məhkəmədə onun baxışını keçirməlidir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının ambulator xəstə olması kimi qeyd etdiyi tarixlərdə və vaxtlarda iddiaçı bütün iş günü müddətində iş yerində olmuş və təbii ki, həmin tarixlərdə və vaxtlarda onun hansısa həkimin qəbulunda və ya ambulator müalicədə olmasını iddi a etmək absurddur. Bu halın daha da dəqiqləşdirilməsi üçün iddiaçının daim istifadəsində olan ***-***-**-** mobil telefonun 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi olan dövr üçün mobil telefon operatorundan həmin mobil nömrənin anten-əhatə dairələri haqqındakı məlumatların götürülməsi də kifayət edər.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6247/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və F.H.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-621/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, AMEA X16 rəhb əri xidmətinin baş mütəxəssisi vəzifəsində işləyən iddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirmişdir.

20. AMEA X13 bir sıra struktur vahidləri ləğv edildiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, xx.xx.2022-ci il tarixində xəbərdarlıq edilməklə Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 574 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

21. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı ambulator müalicədə olduğu halda, xx.xx.2022-ci il tarixindən işdən azad edilmişdir.

22. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddiaçının 01-04 noyabr 2022-ci il tarixlərdə işdə olduğunu göstərmişdir.

23. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının həmin tarixlərdə cavabdehin inzibati binasına hər hansı səbəbdən gəlib-getməyi onun həmin tarixlərdə əmək fəaliyyəti ilə məşğul olması anlamına gəlmir. Belə ki, iddiaçı stasionar deyil, ambulator müalicədə olmuş, habelə iddiaçının 01-04 noyabr 2022-ci il tarixlərində iş yerində əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən hər hansı sübutlar (məsələn, sənədlərin tərtib edilməsi və s.) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nət icəyə gəlmişdir ki, iddiaçının əmək qabiliyyətinin olmadığı dövrdə iş yerinə müəyyən səbəblərdən (məsələn şəxsi əşya götürmək və s.) gəlməsi onun iş yerində olması kimi qiymətləndirilə bilməz.

25. Bununla yanaşı, Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9 saylı qərarı ilə təsdiq olunmuş və hazırda qüvvədə olan “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi haqqında Təlimat”ın tələbləri sahə həkimi tərəfindən pozulmamış, sözügedən xəstəlik vərəqəsinin saxta olması müəyyən edilməmişdir.

26. Apellyasiya məhkəməsi cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə əmək kitabçasını işəgötürəndən qeydiyyat kitabında imza etməklə qəbul etmiş, bununla da hüququnun pozulmasını həmin gün aşkar etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə mediasiya ilə bağlı təklifi cavabdehə göndərmiş, bununla da mediasiya prosesi qanunvericiliyin tələblərinə uyğun olaraq başlamış, bundan sonra Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2022-ci il tarixli arayışı aldıqdan sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iddiaçı cavabdeh tərəfindən pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliyin tələblərinə riayət etmiş və 1 aylıq iddia müddətini ötürməmişdir.

27. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin iddia çının əmək qabiliyyətinin müvəqqəti olmamasını aşkar etdikdən sonra əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli sərəncamını ləğv etmək və iddiaçı işə çıxdığı tarixdə yeni sərəncam qəbul etmək imkanı olmuş, lakin bunu etməmişdir.

28. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 379-cu maddəsinə, “Mediasiya haqqında” Qanunun 21 və 35-ci maddələrinə, Əmək Məcəlləsinin 70, 71, 79, 296 və 300-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217, 384 və 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddiaçının iddialarının tamamilə rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmələr iddiaçının xəstəliyi ilə bağlı cavabdeh tərəfin vermiş olduğu çoxsaylı vəsatətlərə baxmayaraq, bu halla bağlı qətiyyən heç bir araşdırma aparmamışlar. ünvan 1 ünvanında yerləşən Azərbaycan Milli Elmlər X9 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən, videokamera görüntülərindən və iş vaxtının uçotu tabelindəki qeydlərdən tamamilə aydın görünür ki, İddiaçı 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi hər gün bütün iş günü iş yerində olmuşdur. Əgər İddiaçı əmək qabiliyyətinin olmamasına dair ******* nömrəli tibb vərəqəsi verilirsə, necə olur ki, o, əmək qabiliyyətli olmadığı günlərdə tam əmək qabiliyyətli şəxs kimi bütün iş günü iş yerində olmuş və işləmişdir. İddiaçı əmək müqaviləsinə xitam verildiyi 04 noya br 2022-ci il tarixində və sonrakı günlərdə onda AMEA-ya əmək qabiliyyətinin olmaması vərəqəsinin (tibb sənədinin) olması barədə nəinki hər hansı bir məlumat verməmiş, hətta 29 dekabr 2022-ci il tarixdə Məhkəmədən əvvəl Bakı 8 saylı X3 keçirilən zaman belə onda hər hansı bir tibbi sənədin mövcud olmasını bildirməmişdir. İddiaçının iş yerində olması ünvan 1 ünvanında yerləşən Azərbaycan Milli Elmlər X9 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən keçməsi, videokamera görüntüləri və iş vaxtının uçotu tabeli ilə sübut olunur. İşin məhkəmələr tərəfindən yekun qərarları qəbul edərkən işdə olan kifayət qədər sübutlarla müəyyən olunmuş işin bütün faktiki halları nəzərə alınmamışdır. Məhkəmələr işə baxarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9 -cu maddəsinin mülki işlər üzrə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hallarına yol verilmiş, maddi hüquq normaları pozulmuş və onlar düzgün tətbiq edilməmişdir. Yəni prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün ona görə əsasdır ki, çünki, bu pozuntular düzgün məhkəmə qərarı qəbul edilməməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək cavabdeh tərəfindən verilmiş ka ssasiya şikayətinin dəlillərinin formal, mülahizə xarakterli olduğunu əsas göstərərək şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

32. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Əmək Məcəlləsi

33. Maddə 70. “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər

34. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

35. Maddə 79.1. İşəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

36. Maddə 296, İİ hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

37. Maddə 296, İİİ hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozu lduğu gündür.

38. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq poz untusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya mə hkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdlıraraq hesab edir ki, aşağıdakı əsaslara cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

47. İş materiallarından görünür ki, İddiaçı ilə olan əmək müqaviləsinə işəgötürənin 574 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə xitam verilmiş, bu zaman qanunvericiliyə görə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilənədək tətbiq edilməli qaydalara riyaət olunmuşdur.

48. Əmək müqaviləsinə xitam ver ilməsi barədə xx.xx.2022-ci il tarixli sərəncam verilərkən iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixidək əmək qabiliyyətinin olmaması barədə Bakı Baş Səhiyyə Mərkəzi” X17 14 nömrəli Birləşmiş Şəhər xəstəxanasının Poliklinikası tərəfindən verilmiş xəstəlik vərəqəsini təqdim etmiş, işə baxan məhkəmələr həmin sənədi mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, həmin sənədin saxta olmaması məhkəmə araşdırmaları nəticəsində və Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarı ilə müəyyən edilmişdir, iddiaçının 04 noyabr 2022-ci il tarixdə iş yerində olması onun müəyyən səbəblərdən (məsələn şəxsi əşya götürmək və s.) iş yerinə gəlməsi onun iş yerində olması və əmək fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirilə bi lməz, çünki iddiaçının həmin gün əmək fəaliyyəti məşğul olması barədə cavabdeh tərəf sübutlar təqdim edə bilməmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının barəsində olan xəstəlik vərəqəsinin faktiki vəziyyəti əks etdirməməsi, xəstəlik vərəqəsində göstərilən tarixlərdə, yəni 2, 3 və 4 noyabr 2022-ci il tarixlərdə iddiaçı əmək qabiliyyətli olmaqla iş saatlarında iş yerində olması, iddiaçının adına olan xəstəlik vərəqəsini faktiki vəziyyəti əks etdirməməsi, saxta olması barədə apellyasiya şikayətində göstərilən və işə baxılan zaman cavabdeh tərəfin irəli sürdüyü dəlillərə apellyasiya məhkəməsi əhəmiyyət verməmiş, bu barədə təqdim olunmuş sübutlara tam və hərtərəfli baxmamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.

50. İş materiallarına görə işəgötürən Azərbaycan Milli El mlər X9 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərində və videokamera görüntülərində iddiaçının 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi hər gün iş yerində olması müəyyən edilmiş, iddiaçının özü də bu halı qismən təsdiq etmişdir.

51. AMEA X13 İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 8-1/2-378/2023 nömrəli arayışında da İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdə və sonrakı günlərdə AMEA-ya əmək qabiliyyətsiziyinə dair vərəqənin (tibbi sənədin) olması barədə hər hansı bir məlumat verməmiş və bu haqda heç bir müvafiq sənəd təqdim etməmişdir.

52. İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixdə əmək qabiliyyətsiziyinə dair tibbi sənəd yalnız hazırkı iddia tələbi ilə müraciət edərkən məhkəməyə təqdim olunmuş, id dia ərizəsinə əlavə edilmişdir.

53. Cavabdeh tərəfin müraciəitnə əsasən iddiaçının adına verilmiş xəstəlik vərəqəsi ilə bağlı araşdırma aparılmış, Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə xəstəlik vərəqəsi verilərkən Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9 saylı qərarı ilə təsdiq olunmuş və hazırda qüvvədə olan “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi haqqında Təlimat”ın tələblərinin sahə həkimi tərəfindən pozulmaması, sözügedən xəstəlik vərəqəsinin saxta olmasının müəyyən edilməməsi əsası ilə toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilmiş, həmin qərarda həmçinin hazırkı iş üzrə qanuni qüvvəyə minməmiş Səbail Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsinə istinad olunmuşdur.

54. Azərbaycan Mi lli Elmlər Akademiyasının “Baş Səhiyyə Mərkəzi” X17 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasına qarşı hazırkı iş üzrə iddiaçının adına verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin barədə iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edilmişdir.

55. İddiaçı 18 oktyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda baş mütəxəssis (əlavə), sonradan isə X4 baş mütəxəssis işləmişdir. İşə baxan məhkəmələr onun 04 noyabr 2022-ci il tarixdə əlavə iş yerində əmək fəaliyyəti ilə məşğul olmadığını müəyyən etməmişdir.

56. Göründüyü kimi iddiaçının onunla olan əmək müqaviləsinə xitam verilən zaman iş yerində əmək fəaliyyəti ilə məşğul olmasına əsas verə biləcək hallar vardır. Məhkəmə həmin halları nəzərə almadan, əmək qa biliyyətinin müvəqqəti itirilməsinin yalnız xəstəlik vərəqəsi ilə təsdiq olunmasını əsas gətirərək iddianın təmin olunması barədə nəticəyə gəlsə də, cavabbeh Azərbaycan Milli Elmlər Akademiyasının müraciətinə əsasən prokurorluq orqanlarında aparılmış araşdırmanın, yəni Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı cinayət işinin başlanmasının rədd olunmasına dair qərarın son nəticəsini və Azərbaycan Milli Elmlər Akademiyasının “Baş Səhiyyə Mərkəzi” X17 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasına qarşı hazırkı iş üzrə iddiaçının adına verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin etibarsız hesab olunması barədə iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin qərarını gözləmədən məhkəmənin gəldiyi nəticə əsaslı hesab oluna bilməz.

57. İşin yuxarıda qeyd olunan f aktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsa sən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6247/2023 nömrəli iş üzrə 18 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar