Məhkəmə qərarları › İş №2(102)-1289/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1289/2025

22.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1289/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1289/2025 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6310/2024 nömrəli, 5 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2021-ci il tarixli akta əsasən Cavabdeh İddiaçı 46.250 ABŞ dolları məbləğində pulu borc olaraq götürmüş, Toğana kəndində yerləşən evini girov qoymuşdur. 2. xx.xx.2022-ci il tarixli əlyazmaya əsasən İddiaçı yazaraq bildirmişdir ki, “bu neçə illər ərzində Cavabdeh, X10, X4, X8 arasında bir neçə dəfə olan borcları (pulları) tam bağlandığını və heç bir kəslə aralarında iddialı borc qalmadığını oğlu X2 şahidliyi ilə təsdiq edir və mətni oğlu Ruslan yazdığını təsdiq edir.” 3. xx.xx.2022-ci il tarixli borcverən İddiaçı və borcalan Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən borc verən borc alana 51.000 manat məbləğində pulu verməyi, borc alan isə həmin pulu 2023-cü ilin mart ayından başlayaraq 5.000 manat, sonuncu ay isə 6.000 manat olmaqla borc verənə t am şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. 4. 20.07.2023-cü il tarixli mədaxil orderinə əsasən Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 10.020 manat məbləğində pul ödənilmişdir. 5. 02.10.2023-cü il tarixli mədaxil qəbzinə əsasən V***** R***** T***** oğluna məxsus 416973******1808 kart hesabına 4.000 manat məbləğində pul köçürülmüşdür. 6. 09.10.2023, xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixli qəbzlərə əsasən RU*******V******* hesaba ayrı-ayrılıqda 500 manat məbləğində pul köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraci ət etmiş, cavabdehdən 67.132 ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentinin, məhkəməyə ödənilmiş 420 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi onun qaynı Rasimin vasitəsilə tanımışdır. Rasimlə uzun illər dostluq münasibətləri olmuşdur. Həmin vaxt Qəşəmin işləri yaxşı getmədiyi üçün xx.xx.2021-ci il tarixdə iddiaçı Cavabdeh 46.250 ABŞ dolları borc vermişdir. Borcun qarşılığında bildirmişdir ki, əgər öhdəliyini icra etməsə, ona məxsus olan Göygöl rayonu, Toğana kəndində yerləşən 0,18 ha torpaq sahəsini satsın və pulu götürsün. Bununla bağlı olaraq özü və həyat yoldaşı X3 tərəfindən verilmiş etibarnamə ləri və evin sənədlərini təqdim etmişdir. Göygöl rayonu, Toğana kəndində yerləşən villanın təqribi qiyməti 350.000-400.000 manat civarındadır. Bundan sonra iddiaçıdan əlavə olaraq 2022-ci ilin yay ayında 30.000 ABŞ dolları pul istəmişdir. Evin sənədləri iddiaçıda olduğu üçün ona güvənərək əlavə 30.000 ABŞ dolları vermişdir. Lakin, bir müddət keçdikdən sonra bilmişdir ki, cavabdeh iddiaçıya verdiyi etibarnaməni ləğv etdirmişdir. Bundan sonra onun barəsində Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etmişdir. Polis əməkdaşları hər ikisini çağıraraq izahatlarını almışdılar. İş Şövqü adlı şəxsin icraatında olmuşdur. Bir müddət sonra iddiaçıya Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən zəng gəlmişdir. Bildirmişlər ki, şikayət vardır. Ancaq polis şöbəsindən ona növbəti hər hansı çağırış gəlməmişdi r. Bugünədək cavabdeh tərəfindən ona hər hansı ödəniş edilməmişdir. Ona görə də məhkəmə müdafiəsi hüququndan istifadə edərək, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

9. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, o, iddiaçıdan aldığı borcların 90%-ni qaytarmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə aralarında son haqqhesab aparılmış və yerdə ona cəmi 51.000 manat borcu qalmışdır. Qalan 51.000 manat borca görə isə xx.xx.2024-cü il tarixdə notariusda borc müqaviləsi bağlamışlar. Həmin borcun da 15.500 manatını qaytarmışdır. Yerdə qalan borcu, yəni 35.500 manat borcu isə etiraf etmiş və hissə-hissə ödəyəcəyini iddiaçının özünə də bildirmişdir. Ona görə də iddia tələbini qismən qəbul edərək, heç bir yerdən gəlirinin olmadığını, yeganə bir yaşayış evi olduğunu nəzər ə alaraq, həmin borcun ayda 500 manatdan az olmamaqla ödəyəcəyini bildirərək, ona köməklik göstərilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini və tərəfindən ona edilmiş dəqiqləşdirməni müdafiə edərək bildirmişdir ki, cavabdehin məhkəməyə ünvanlamış olduğu etiraza münasibətən iddia tələbində azaltma etmişlər. Belə ki, cavabdeh iddiaçıya 15.500 manat məbləğində ödəniş etməsini bildirmişdir. Onlar da bununla razlaşaraq, iddia tələbini bu hissədə azaltmışlar. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə iclasında cavabdeh iddia tələbinə münasibətən bildirmişdir ki, o, iddiaçını yeznəsi Rasim Ələkbərov vasitəsi ilə tanımışdır. İddiaçı Gəncə şəhərində sələmçilik ilə məşğul olmuş dur. O və onun bir sıra qohumları dəfələrlə iddiaçıdan sələmə pul götürmüşlər. Həmin pulları isə ya geri qaytarmış, ya da girov kimi iddiaçıya verdikləri əmlaklar satılaraq iddiaçı öz borcunu ondan əldə edilən gəlirdən götürmüşdür. İddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsindən öncə iddiaçıdan götürmüş olduğu bütün pullar tərəfindən iddiaçıya ödənilmişdir. Bununla bağlı iddiaçının özünün əlyazması da vardır ki, tərəfindən məhkəməyə təqdim edilmişdir. Kredit müqaviləsi ilə bağlı isə bildirmişdir ki, onunla bağlı polisə şikayət etmişdir. Polis idarəsində aralarında gəlinmiş razılığa əsasən müəyyən etmişlər ki, ona ümumilikdə 51.000 manat borcu var. O da həmin borcla razılaşmışdır. Daha sonra o ona bildirmişdir ki, notariusa getsinlər, bunu təsdiq etdirsinlər. Onlar birlikdə notariusa getmişlər. Notariusdan bildirilmişdir ki, gərək notariusun hesabına 51.000 manat qoyulsun ki, belə bir müqaviləni bağlamaq mümkün olsun. İddiaçı özü 51.000 gətirmiş və formal olaraq notariusun hesabına qoymuşdur. Aralarında müqavilə bağlandıqdan sonra isə o, 51.000 manat pulu götürərək iddiaçıya qaytarmışdır. Daha sonra o, 51.000 manat borcundan iddiaçıya 15.500 manat pulu ödəmişdir. Yerdə qalan borcu isə qaytarmamışdır. Bunu etiraf etmişdir. İddiaçı tərəfin ABŞ dolları ilə qeyd etdiyi vəsait isə adıçəkilən kredit müqaviləsindən öncəyə aid olmuşdur. Onun iddiaçı ilə kredit müqaviləsi bağlanılarkən olan bütün borcu kredit müqaviləsi ilə tam bağlanmış və o, kredit müqaviləsində qeyd edilmiş pulun ödənilməsini öz üzərinə götürmüşdür. Sonda iddiaçıya 35.000 manat məbləğində borcun olmasını qə bul etmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-3435/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında borc münasibətlərindən irəli gələn akt tərtib edilmiş, iddiaçı tərəfindən cavabdehə 4.650 ABŞ dolları məbləğində, daha sonra iddiaçı tərəfindən yenidən cavabdehə müəyyən məbləğdə borc pul verilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən yekun qalan borc puldan 1.500 manat pulun ödənildiyini nəzərə alaraq ümumilikdə 67.132 ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentinin cavabdehdən tutulmasını tələb etsə də, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, hazır da iddiaçı cavabdehdən borc pulu ABŞ dolları ilə tələb etsə də, iş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazmadan göründüyü kimi iddiaçı hazırkı iş üzrə cavabdehin həmin tarixə heç bir borcunun olmamasını etiraf etmiş və bunu iddiaçının oğlunun şahidliyi ilə təsdiq etmişdir. Bundan sonra tərəflər arasında borcun olmaması barədə yekun aktın imzalanmasından sabahkı gün xx.xx.2022-ci il tarixli yeni bir kredit müqaviləsi bağlanaraq iddiaçı tərəfindən bu dəfə cavabdehə borc olaraq 51.000 manat məbləğində pul vəsaitini vermiş, cavabdeh isə həmin pulu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında daha əvvəl ABŞ dolları ilə verilən borc pul üzrə bağlanan kredit müqaviləsi sonradan ləğv edilmiş və onlar arasında sonradan manatla yeni borc pulun verilməsinə dair yeni bir müqavilə bağlanmış və həmin müqavilədə isə əvvəlki borcun davamı (novasiya qaydasında) kimi hər hansı qeyd şərt qeyd edilməmişdir.

14. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, ABŞ dollarına münasibətdə bağlanan kredit müqaviləsi ləğv edildiyindən hazırda iddiaçının cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli akt üzrə ödənilməyən borcu qalmadığından əvvəlki ABŞ dolları ilə verilmiş pulun yenidən tələb edilməsi əsassız olmuşdur.

15. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı hal-hazırda qüvvədə olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin cavabdehdən tutulmasına dair ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, hazırda cavabdeh sonradan bağlanan müqavilə üzrə iddiaçıdan aldığı 51.000 manat məbləğində borcd an 15.500 manatı qaytardığını, iddiaçıya 35.500 manat məbləğində borcunun olmasını da etiraf etmişdir.

16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 389, 405, 407, 421, 423, 424, 531, 739, 740-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat.

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 76.250 ABŞ dolları məbləğində borc münasibəti olmuşdur. Bu fakt cavabdehin məhkəməyə elektron q aydada verdiyi etiraz ərizəsi və xx.xx.2024-cü il tarixdə məhkəmədə verdiyi izahatı ilə təsdiq olunmuşdur. Məhkəmə iclasının audio və video qeydiyyatına baxmaqla bu faktın doğruluğunu əyani şəkildə təsdiq etmək olar. MPM-in 77.1-ci maddəsinə əsasən cavabdeh 76.250 ABŞ dolları borcunun qaytarılmasını xx.xx.2022-ci il tarixli aktla və digər ödəniş qəbzləri ilə təsdiq etmək istəmişdir. Birinci instansiya məhkəməsi də, qeyd oluna aktı mötəbər sübut kimi qəbul etməklə tərəflər arasında kredit müqaviləsinin xitam olunması qənaətinə gəlmişdir. Əgər məhkəmə aktın məzmununa diqqət etsəydi açıq-aşkar görünərdi ki, borc münasibətləri yalnız onunla, Cavabdehlə deyil, digər şəxslər arasındadır. Həmin digər şəxslər isə birgə borcludular. Həmin kredit münasibətinə xitam verilmişdir. İddiaçı tərəf olaraq məhkəmədə qaldırdıqları iddia yalnız Cavabdeh qarşı yönəlmişdir və bunu təsdiq edən aktı da, iddia ərizəsinə əlavə etmişdir. Qeyd olunan aktın mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. xx.xx.2022-ci il tarixli aktda diqqət çəkən məqamlardan biri odur ki, tərəflər bir neçə illər ərzində mövcud olmuş borc pullarla bağlı mübahisəyə son qoymuşlar. İddiaçı tərəf olaraq tələb etdikləri pul məbləği münasibətlər xx.xx.2021-ci il tarixdə yaranmışdır. Cavabdehin təqdim etdiyi tarix isə bir il sonraya aid olmaqla, İddiaçılə Cavabdeh, X10, X4 və X8 arasında olan borc münasibətlərinə aid olmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasının audio-video qeydiyyatı aparılarkən Cavabdeh 67.132 ABŞ dollarının qaytarılmasını əsaslandıra bilməmişdir.

19. Bakı Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-6310/2024 nömrəli, 5 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Xəyal Sarıyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, cavabdehdən 35.500 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hər iki tərəfin izahatları ilə təsdiq olunmuşdur ki, tərəflər arasında borc münasibətləri olmuşdur. Tərəflər xx.xx.2022-ci il tarixli əlyazma ilə borcun tam bağlandığını yazdıqdan 1 gün sonra aralarında olan borcun etirafı barədə xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlamışlar.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə kredit müqaviləsi adlansa da hər iki tərəfin izahatı ilə təsdiq olunmuşdur ki, həmin müqavilə borcun etirafı müqaviləsidir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıya xx.xx.2022ci il tarixli yeni kredit müqaviləsinə əsasən borcdan 15.500 manat ödənilməsini bildirmiş, İddiaçı 15.500 manat pul ödənildiyini təsdiq etmişdir. Belə olan halda 35.500 manat borcun ödənilmədiyi işin mübahisəsiz halıdır. İddiaçı izahatında bildirmişdir ki, “qalan pulun əvəzində Göygöl rayonu, Toğana kəndində yerləşən evə dair etibarnamə veriləcəyini bildirildi. Lakin, etibarnaməni sonradan xəbəri olmadan bir tərəfli qayda da ləğv edilib”.

23. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı cavabdehin 35.500 manatdan artıq borcunun olmasını sübut edə bilməmişdir. Ona görə də iddia tələbi qismən əsaslıdır.

24. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.2, 739,1, 739.2, 740.1, 740.2, 882.1, 882.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88 və 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. K assasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin müdafiə hüququnu təmin etməmiş, iş üzrə apellyasiya baxışında iştirakını təmin etməmişdir. Məhkəmə prosesi barədə hər hansı bir bildiriş əldə etməmişdir. Elektron Məhkəmə sistemindən özü şəxsən istifadə edə bilməmişdir. Hüquqşünas, qohumlar bu barədə ona yardım etdikləri üçün elektron məhkəmə sisteminə də daxil ola bilməmişdir.

27. Məhkəmə iddia tələbini qismən təmin etməklə də pozuntuya yol vermişdir. Düzdür, cavabdehin hazırda iddiaçıya 35.500 manat borcu qalmışdır. Onların şifahi razılaşması var ki, o borcu cavabdeh ayda 500 manat olmaqla ödəsin. İddiaçıya ABŞ dolları borcu ilə heç bir borcu qalmamışdır. Hamısını ödəmişdir. İş materiallarına əlavə etdiyi qəbz də bunu tam təstiq etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan R espublikasının Mülki Məcəlləsi.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

30. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonra kı hərəkətləri nəzərə alınır.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula v ə ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

35. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

36. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

37. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

38. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

39. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərə k işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

54. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borcun tam bağlanması ilə bağlı xx.xx.2022-ci il tarixli əlyazmanın imzalandığı gündən 1 gün sonra iddiaçı ilə cavabdeh arasında 51.000 manat borcun verilməsi ilə bağlı notariat qaydada müqavilə imzalanmışdır. İşə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh izahatında bildirirdi ki, iddiaçı onunla bağlı polisə şikayət etmiş, polis idarəsində aralarında razılığa gəlinmiş və müəyyən edilib ki, c avabdehin iddiaçıya 51.000 manat borcu var. Cavabdeh bu borcla razılaşıb. Daha sonra iddiaçı cavabdehə bildirib ki, notariusa gedib bu borcu təsdiq etsinlər. Onlar birlikdə notariusa gediblər. Notariusdan onlara bildirilib ki, gərək notariusun hesabına 51.000 manat pul qoyulsun ki, belə bir müqaviləni bağlamaq mümkün olsun. İddiaçı özü 51.000 manat pulu gətirib və formal olaraq notariusun hesabına qoyub. Aralarında müqavilə bağlandıqdan sonra o, 51.000 manat pulu götürərək iddiaçıya qaytarıb. Daha sonra o, 51.000 manat borcundan iddiaçıya 15.500 manat pulu ödəyib. Yerdə qalan pulu isə qaytarmayıb, bunu etiraf edir. İddiaçının dollarla qeyd etdiyi vəsait isə adıçəkilən kredit müqaviləsindən öncəyə aiddir. Onun iddiaçı ilə kredit müqaviləsi bağlanılarkən olan bütün borcu kredit müqaviləsi il ə tam bağlanmış və o, kredit müqaviləsində qeyd edilmiş pulun ödənilməsini öz üzərinə götürüb. İddiaçı da cavabdeh tərəfindən 15.500 manat pulun qaytarılması ilə razılaşaraq birinci instansiya məhkəməsində işə baxılarkən iddia tələbinin həcmini azaltmışdır.

55. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

56. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız old uğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

57. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

58. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

59. Bundan başqa məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə tərəfindən cavabdehin müdafiə hüququnun təmin edilməməsi, iş üzrə ap ellyasiya baxışında iştirakını təmin etməməsi, məhkəmə prosesi barədə hər hansı bir bildiriş əldə etməməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixə saat 11:20-yə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2024-cü il tarixdə saat 10:12-də, təxirə salındıqdan sonra xx.xx.2024-cü il tarixə saat 15:40-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə isə xx.xx.2024-cü il tarixdə saat 09:16-da cavabdehin istifadəsində olan ***-*******, ***-******* mobil nömrələri vasitəsi ilə ona SMS bildirişlər göndərilmiş və məlumatlandırılmışdır.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

61. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6310/2024 nömrəli, 5 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar