Məhkəmə qərarları › İş №2(102)-129/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-129/2020

10.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-129/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10627/2019 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-2450/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.B.Axundov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan şəxslər hesab edilməsi” barədə iddiası təmin edilərək, cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə (keçmiş 10cu Xrebtovı küçəsi) küçəsi 227 saylı evdən istifadə hüquqları olmayan şəxslər hesab edilməsi qət edilib və qətnamə qanuni qüvvəyə mindikdən sonra onların həmin evdən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilib. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10627/2019-saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, V.T.Həsənov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabehlərlərə qarşı iddia qaldıraraq, onların Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə (keçmiş 10-cu Xrebtovı küçəsi) küçəsi 227 saylı evdən istifadə hüquqları olmayan şəxslər hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçü n apellyasiya instansiyası məhkəməsinə qaytarılması və ya mübahisəli evdən istifadə hüququnun iki il müddətinə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, Cavabdeh2, vəkili xx və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə dəyişdirilmədən saxlanılmasına baxmayaraq, Cavabdeh1 qətnamədən kassasiya şikayəti verməmişdir, Cavabdeh2 isə kassasiya şikayətində qətnaməni əslində özünə aid hissədə mübahisələndirmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini Cavabdeh2 kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız ona a id hissədə hissədə yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx xxxxxx 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı” haqqında Çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə (keçmiş 10-cu Xrebtovı küçəsi) küçəsi, istifadədə olan 0,0033 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 45,1 kv.metr olan 227 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. Hazırda, iddiaçı, sözügedən evin xüsusi mülkiyyətində olduğunu, Cavabdeh2 həmin evdə yaşamadığını, formal qeydiyyatda qaldığını, qanunvericiliyin tələbinə əsasən Cavabdeh2 onun mülkiyyətində olan evdən istifadə hüququnun əmələ gəlmədiyini, onun evdə daimi qeydiyyatda qalmasının mülkiyyətçi kimi onun hüququ nu pozduğunu göstərib, Cavabdeh2 evdən istifadə hüququ olmayan şəxs hesab edilməsini iddia etmişdir. Cavabdeh2 isə, iddia ərizəsinə etiraz ərizəsində, izihatında, apellyasiya və kassasiya şikayətlərində, iddiaçının gəlini olduğunu, xx xxxxxx 2002-ci il tarixdə rəsmi nikah əsasında onun oğlu xxx la ailə qurduğunu, sonuncunun yaşadığı mübahisəli evə gəlin köçdüyünü, həmin evdə onun xxx la birgə nikahından xx xxxx 2005-ci il tarixdə x, xx xxxxxxx 2012-ci il tarixdə x adlı iki uşaqlarının doğulduğunu, 2007-ci ildə evə daimi pasport qeydiyyatına alınmaqla, xx xxxxx 2019-cu il tarixədək həmin evdə mülkiyyətçi ilə birlikdə yaşayıb ümumi təsərrüfat apardığını, əri xx xx xxxxxx 2009-cu il tarixdə “baş beyinin əzilməsi” diaqnozu üzrə öldüyünü, sonuncunun valideynləri tərəfindən uşalarının əlindən al ınaraq evdən qovulduğunu göstərib, iddia tələbinə etiraz etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli ev iddiaçının xüsusi mülkiyyətindədir, Cavabdeh2 isə onunla birgə yaşayan ailə üzvləri sırasına aid deyil və qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh2 evdən istifadə hüququ əmələ gəlməyib və sonuncunun həmin evdə formal qeydiyyatda qalması mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi bununla razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 münasibətdə iş üzrə əhəmiyyəti olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, əvvəla, işin mübahisə olunmayan hallarından görünür ki, iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüququ yalnız xx xxxxxx 2017-ci il tarixdən əmələ gəlmişdir və həmin tarixədək evin hüquqi statusuna dair işdə, heç bir mötəbər yazılı sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh2 mübahisəli evə xx xxxxxx 2002-ci il tarixdə iddiaçının mərhum oğlu xxx un arvadı, ailə üzvü qismində gəlin köçməsinə, xx xxxxx 2019-cu il tarixədək həmin evdə fasiləsiz və etirazsız olaraq yaşamasına diqqət yetirmədən, evin xx xxxxxx 2017-ci il tarixədək olan hüquqi statusuna aydınlıq gətirmədən, evin hansı əsasla iddiaçının mülkiyyətinə keçməsini, 2002-ci ildə evin ümumiyyətlə mülkiyyətdə olub-olmamasını, kimin mülk iyyətində olmasını araşıdırmadan, bir sözlə məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmək üçün iddiaçının bilavasitə məhkəmə iclasında iştirakını təmin edib hazırki mübahisəli məsələyə onun münasibətini öyrənmədən, eləcə də xx xxxxxx 2017-ci il tarixədək evin hüquqi statusuna dair zəruri sübutları məhkəməyə təqdim etməyi iddiaçıya təklif etmədən və ümumiyyətlə Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmadan, hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası M PM-nin 14.1-ci maddəsinin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsində göstərilir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 392.2-ci maddəsinə görə, apellyasiya şikayəti təmin edilmədikdə...apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərməyə borcludur. Ona görə də kassa siya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə mübahisəli evin xx xxxxxx 2017-ci il tarixədək olan hüquqi stutasına aydınlıq gətirilməli, bundan sonra həmin evin mülkiyyətdə olub-olmaması, kimin mülkiyyətində oması aydınlaşdırılmaqla, Cavabdeh2 münasibətdə iddia tələbinin əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Nəzərə alınmadır ki, Cavabdeh2 mərhum xxx un arvadı, ailə üzvü olub və onun evdən istifadə hüququ xxx un evə olan hüququndan törəmədir. Əgər mübahisəli evin xx xxxxxx 2017ci il tarixədək xxx un mülkiyyətində oması müəyyən edilərsə, bu halda evə mülkiyyət hüququnun qeyd olunan tarixdən iddiaçıya keçməsi Cavabdeh2 evdən istifadə hüququna xitam verilməsi və ya ümumiyyətlə onun evdən istifadə hüququnun əmələ gəlməməsi qənaətinə gəlməyə əsas vermir. Çünki, Mülki Məcəllənin 228.5-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birlikdə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqa malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ həmin Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarına əsasən, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsində göstərilən qaydanın əks olunması Konstitutsiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Eyni zamanda həmin Məcəllənin 228.4-cü maddəs ində göstərilir ki, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən Cavabdeh2 evdən istifadə hüququnun Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinin tələbləri baxımından əmələ gəlmədiyini qeyd etdiyi halda, digər tərəfdən iddiaçının ona qarşı “evdən istifadə hüququ olmayan şəxs hesab edilməsinə dair” abstrakt iddiasını təmin etməklə ziddiyyətli nəticəyə gəlmişdir və nəzərə almamışdır ki, mülki məhkəmə icraatının başlıca məqsədi fiziki və hüquqi şəxslərin pozulmuş və ya mübahisəli hüquq və azadlıqlarının, habelə onların qanuni mənafelərinin müdafiəsindən və qorunmasından ibarətdir (MPM-nin 2.2-ci maddəsi). “xx şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır, iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafi ə edən akt kimi çıxış etməlidir. Hazırki halda isə, iddiaçının əsas məqsədi əslində Cavabdeh2 evdən qeydiyyatından çıxarmaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində qətnamənin qanuni qüvvəyə mindikdən sonra Cavabdeh2 evdən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi də qeyd olunan halı təsdiq edib. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən, bu hala da diqqət yetirilməli, Cavabdeh2 münasibətdə iddia tələbinin əsaslığına düzgün hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstər ilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən Cavabdeh2 aid hissədə ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tə ləblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10627/2019 saylı qətnaməsi qismən- Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə (keçmiş 10-cu Xrebtovı küçəsi) küçəsi 227 saylı evdən istifadə hüququ olmayan şəxs hesab edilməsinə aid hissədə ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar