Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-129/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa, iddia müddətinin tətbiqi və həmin müddətin hesablanması qaydası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4461/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx xxxxxxx 2018-ci il tarixli 1000/1838ş saylı əmri ilə xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun baş müfəttişi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixində xidməti araşdırma başlanmış, müvafiq izahatlar əlavə edilməklə xx.xx.2018-ci il tarixli raport təqdim edilmiş və həmin raportun araşdırılmasına dair xx.xx.2018-ci il tarixli arayışla İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi ilə intizam məsuliyyətinə cəlb edilməli olması və toplanmış materialların hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməli olması hesab edilmişdir. Xidməti araşdırmanın nəticəsi olaraq elə həmin tarixdə xx.xx.2018-ci il tarixli əmrlə İddiaçı tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. xx.xx.2019-cu il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Qərarla xx.xx.2018ci il tarixdə cinayət işi başlanmış, xx.xx.2019-cu il tarixdə iş üzrə icr aat dayandırılmış və xx.xx.2019-cu il tarixli qərarla gömrük orqanı əməkdaşı İddiaçı əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2018-ci il tarixli 1000/1838ş nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi sanitar karantin xidməti şöbəsin in baş müfəttişi vəzifəsinə, xx.xx.2018-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunun baş müfəttişi vəzifəsinə təyin olunmuşdur. Xidmət etdiyi vaxt ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə və xidməti nöqsanlara yol verməməyə çalışmış, rəhbərlik tərəfindən iki dəfə həvəsləndirmə tədbiri görülmüşdür. İşlədiyi dövrdə bir dəfə də olsun intizam məsuliyyətinə cəlb edilməmiş, xəbərdarlıq belə almamışdır. Bütün bunlara baxmayaraq, xx.xx.2018-ci ildə subyektiv mövqe əsasında barəsində xidməti araşdırma başlanmış, qərəzli şəkildə aparılmış və Komitə rəhbərliyinə yanlış məruzə edilmişdir. Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi XX xx.xx.2018-ci il tarixli 1700-011/0xxxx/001227 nömrəli raportuna əsasən guya o, x xxxxxxx 2 018-ci il tarixdə postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən həm gün idarə etdiyi “Toyota Camry” markalı X dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya Federasiyası vətəndaşı X1 qulluq mövqeyindən sui-istifadə etməklə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq olduğunu qeyd edərək aldatmış, malın ölkə ərazisinə buraxılması müqabilində 1000 Rusiya rublu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş vermiş, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rublunu özünə götürmüşdür. Xidməti araşdırmanın nəticəsi olaraq, xx.xx.2018-ci il tarixli 1000/1838ş nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmə k müqaviləsinə xitam verilmişdir. Əməlində heç bir hüquq pozuntusu olmadığı halda barəsində əsassız materiallar hazırlanaraq, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmış və təsdiqini tapmamışdır. Belə ki, idarənin “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli qərarına əsasən, ********* nömrəli cinayət işi üzrə onun əməlində cinayət tərkibinin olması müəyyən edilməmiş və iş üzrə icraata xitam verilmişdir. Gömrük orqanlarında xidmətinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsas götürülsə də cavabdeh qurum tərəfindən hərəkətlərində pozuntunun nədə if adə edildiyi əsaslandırılmamışdır. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddiaçının iddia müddətini ötürdüyünü qeyd edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, hazırki mülki iş üzrə İddiaçı xx.xx.2018-ci il tarixdən işdən azad edildiyindən xəbərdar olmuş və həmin tarixdən də işə çıxmamışdır. İddiaçı qanunla müəyyən edilmiş müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı işdən azad edilməsi barədə əmrin xx.xx.2018-ci il tarixdə verildiyini bildiyi tarixdən bir ay müddətində məhkəməyə müraciət edə bilərdi. İddiaçı qeyd olunan əmri ilə onun hüquqlarının həmin tarixdən yəni xx.xx.2018-ci il tarixdən məhdudlaşdırıldığını həmin va xt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu səbəbdən də İddiaçı mübahisələndirilən əmri almadığına görə məhkəməyə bir ildən çox müddət keçdikdən sonra müraciət etməsi üzrlü səbəbdən hesab edilməklə xx.xx.2018-ci il tarixli 1000/1838 nömrəli əmrin ləğvi üçün əsas hesab edilə bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Təhminə Xəlilova) xx xxxxxx 2020-ci il tarixli, 2(004)-622/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə qətnaməni onunla əsaslandırlmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. İddiaçı iddia müddətinin ötürülməsinin səbəbini on a işdən azad olunmasına dair əmrin vaxtında verilməməsi ilə izah etsə də, məhkəmə iddiaçının bu dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının işdən azad olunmasını bilmədiyi qəbul olunsa belə, işəgötürən tərəfindən ona əmək müqaviləsinin şərtlərinə əməl olunmamasını və ona xx xxxxxxx 2018-ci il tarixdən başlayaraq əmək haqqının verilməməsini bildiyi gün Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən onun hüquqlarının pozulduğunu aşkar etdiyi gün kimi nəzərə alınmalıdır. İddiaçı hüquqlarının pozulduğunu bildiyi gündən bir il sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 296, Azərbaycan Res publikası Mülki Məcəlləsinin 375.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-622/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Ziya Şirinov və Azad İmanov) xx xxxx 2020-ci il tarixli 2(103)-4461/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şika yəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-622/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı işdən azad olunması barədə xx.xx.2018-ci il tarixli əmrin surətinin ona xx.xx.2019-cu il tarixdə təqdim edildiyini və müddəti ötürmədiyini bildirir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsi ilə bağlı olaraq onun işdən azad olunması barədə xx xxxxxxx 2018-ci il tarixli 1000/1838ş nömrəli əmrdən çıxarış ona təqdim edilmişdir. İddiaçı, yəni iddiaçı həmin məktubda “əslini qəbul etdim” qeydi ilə imza edərək əmrdən çıxarışı almışdır. Məhkəmə hesab etmiş dir ki, iddiaçının əmrdən çıxarışı faktiki olaraq xx.xx.2019-cu il tarixdə alması müəyyən olunsa da, bu hal o nəticəyə gəlməyə əsas vermir ki, iddiaçı həmin tarixə qədər işdən azad olunmasından məlumatsız olmuşdur. Bu müddət ərzində iddiaçı sadalanan proseslərdən məlumatı olmuş, eyni zamanda xx.xx.2018-ci il tarixdən işdən azad edildiyindən əmək haqqı verilməmiş və işə getməmişdir, belə olan halda isə o, hüquqlarının müdafiəsi üçün hər hansı addım atmamış, həmçinin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verildikdən sonra da o, hüquqlarının müdafiəsi üçün hərəkətsizlik göstərmiş, yalnız xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək xx.xx.2019-cu il tarixdə əmrdən çıxarış əldə etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.x x.2018-ci il tarixli əmrdən məlumatsız olması inandırıcı görünmür, digər tərəfdən iddiaçı hüquqlarının pozulduğunu bildiyi gündən etibarən, hüquqlarının vaxtında müdafiəsi üçün müvafiq addımlar atmamış və hərəkətsizlik göstərmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-4461/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının "əmrdən çıxarışı faktiki olaraq xx.xx.2019-cu il tarixdə alması müəyyən olunsa da, bu hal o nəticəyə gəlməyə əsas vermir ki, iddiaçı həmin tarixə qədər işdən azad olunmasından məlumatsız olmuşdur.” qənaəti ilə bağlı qeyd olunmuşdur ki, əmək qanunvericiliyinə əsasən, işçinin işlədiyi müəssisə ilə əmək müqaviləsinin ləğv edilməsini təsdiq edən yeganə sübut işəgötürənin əmrinin surəti və işçinin əmək kitabçasıdır. Əmək qanunvericiliyi konkret olaraq, işəgötürənin üzərinə əmək müqavilələrini Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq vəzifəsini qoymuş və konkret olaraq, birmənalı şəkildə müəyyən etmişdir ki, əmrin surəti və işçinin əmək kitabçası sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyasının iddiaçı barədə xidməti araşdırma aparılması və toplanmış materialların hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi, cinayət işi üzrə icraata xitam verilməsindən məlumatlı olmasını, eyni zamanda, əmək haqqının verilməməsi və işə getməməsini, iş üzrə icraata xitam verildikdən sonra da dərhal ərizə ilə müraciət etməməsini əsas gətirib, iddiaçının əmək müqaviləsinə xitam verilməsindən xəbərdar olması qənaəti əsassızdır. Belə ki, əmrin mübahisələndirilməsi üçün işdən çıxmanın səbəb və əsası şəxsə əmrin surəti verildikdən sonra məlum olur. İşçiyə şifahi olaraq işdən çıxarılması məlum olsa da həmin əmrdə göstərilənlər ona məlum deyilsə, bu halda öz mülahizəsi ilə pozulmuş hüququnun bərpasını tələb etməsi imkansızdır. Ən azı, işçi əmri almaqla hansı əsasla işdən çı xarıldığını bilə bilər. Bundan başqa, hazırki halda iddiaçı işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi ilə yanaşı “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrin ləğv edilməsini mübahisələndirir. Belə olan halda, şəxsə nə qədər ki, işdən çıxarılma barədə əmr göndərilməyib, hüququnun pozulduğunu aşkar etdiyi gün əmrin surətinin ona verildiyi gün hesab olunmalıdır. Digər tərəfdən, məhkəmə kollegiyası bütün sadaladığı mülahizələri və bunun nəticəsində formalaşdırdığı ehtimalları əvəzinə, əmək qanunvericiliyinin dəqiq və konkret müddəalarına istinad edərək, hüquq normasının tələbini nəzərə almalıdır. Əmək qanunvericiliyi bu öhdəliyi birmənalı şəkildə işəgötürənin üzərinə qoyub. Nə qədər ki, bu pozuntu var və işəgötürən vəzifəsini yerinə yetirərək, işç ini məlumatlandırmayıb, digər vasitələrlə işçinin “işdən çıxarılmağı” ilə bağlı məlumatlı olması qənaəti sadəcə məhkəmənin ehtimalıdır və belə bir əsaslandırma tamamilə yanlışdır. Məhkəmə kollegiyasının belə bir əsaslandırmasına nəzərən, daha fərqli mövqe sərgiləsək, deyə bilərik ki, əmr birtərəfli əqddir, buna görə də Azərbaycan Respublikası ƏM-nin 83 və 84-cü maddələri onun məzmununa dair ciddi tələbləri nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, əmrlə işəgötürən yenilik doğuran bir hüququnu müqaviləyə birtərəfli qaydada xitam verməni həyata keçirir. Deməli, əmr işçiyə çatdırılmalıdır ki, arzulanan hüquqi nəticəni - müqavilənin xitamını doğursun. Yəni, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Cavabdeh tərəfindən kassasiya şikayətinə da ir yazılı etiraz təqdim edilərək qeyd edilmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmri ilə onun hüquqlarının xx.xx.2018-ci il tarixdən məhdudlaşdırıldığını bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu səbəbdən də İddiaçı mübahisələndirilən əmri almadığına görə məhkəməyə bir ildən çox müddət keçdikdən sonra müraciət etməsi üzrlü səbəbdən hesab edilməklə xx.xx.2018-ci il tarixli 1000/1838ş nömrəli əmrin ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4461/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillə rini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa, qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin, əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 62.1 “c” bəndinə əsasən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulm asının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Maddə 62.3 İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarında iddia müddəti ilə bağlı müəyyən etmişdir ki, “şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digə r tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və q ərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan əsaslı və qanuni sayıla bilməz. İş materiallarından görünür ki, iddiaçı işdən çıxarılması ilə bağlı əmrin surətini xx.xx.2019-cu il tarixdə almış, xx.xx.2019-cu il tarixdə əmrin ləğvi və işə bərpa tələbi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə iddia ərizəsi vermiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(81)4398/2019 saylı qərardadı ilə iddiaçı dövlət qulluqçusu ol madığından irəli sürülən tələbin inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu səbəbindən iddia mümkün sayılmamışdır. İddiaçı hazırki iddia ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.2018-ci il tarixdə işdən azad olunduqdan 1 il ərzində işə gəlməməsinə, həmin müddətdə əmək haqqı almamasına görə onun işdən azad olunmasından məlumatlı olması və buna görə də, məhkəməyə müraciət etmək üçün iddia müddətini buraxması barədə qənaətə gəlməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinin tələblərini düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən işə çıxmamasını, həmin müddətdə əmək haqqı almamasını özü barəsində ap arılan araşdırma ilə əlaqədar olaraq həmin Məcəllənin 62-ci maddəsinin “c” bəndinə əsasən işdən kənarlaşdırılması və bu müddətdə ona əmək haqqı ödənilməməsi ilə əlaqələndirə bilərdi. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş işçiyə bu barədə əmrin surətinin, işçinin əmək kitabçasının və işəgötürənin son haqq-hesabının sonuncu iş günü işçiyə verilməsi isə həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin vəzifəsi olmuşdur. Belə olan halda, həmin əmrin əldə edilməsi üçün iddiaçının hərəkətsizlik göstərməsi barədə məhkəmənin qənaəti ilə razılaşmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətin in başlanğıcını düzgün müəyyənləşdirməmiş, əmrin surətini aldıqdan sonra onun məhkəməyə müraciət üçün müddətin buraxılıb-buraxılmaması, buraxılıbsa, bunun üzürlü səbəbdən baş verib-verməməsini araşdırmamışdır. Həmçinin məhkəmə qəbul etdiyi qətnaməsini yalnız iddia müddətinin keçməsi ilə əsaslandırmışdır. Halbuki, kollegiyanın qənaətinə görə iddia müddətinin ötürülməsindən asılı olmayaraq işə baxan məhkəmə iddia tələblərinin qanuniliyinə də hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə i ddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarı) Nəzərə alınmalıdır ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim ol unmasını təklif edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarı) Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi yuxarıda qeyd edilən maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yen i qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4461/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.