Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-129/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə istifadə hüququnun itirilməsi və evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə istifadə hüququnun itirilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)1031/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı” Cavabdeh (bundan sonra “cavabdeh”) əmisidir. 2. ünvan 1 avqust 2009-cu ildə iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınıb.
3. İddiaçı və cavabdeh ünvan 1 evdə qeydiyyatdadırlar.
4. Mübahisə iddiaçıya fərdi yaşayış evinə cavabdehin istifadə hüququ ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi (iddia tələbinin həcminin artırılması barədə ərizə) ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 saylı evdən cavabdehin istifadə hüququnun itirilməsi və sonuncunun evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh idd iaçının qardaşı oğludur. ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli 5 otaqlı 125.3 kv m. yaşayış, 48.9 kv.m köməkçi sahədən ibarət yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ünvanda iddiaçı öz ailə üzvləri ilə birlikdə və cavabdeh də öz anası ilə yaşayır.
7. İddiaçının tikdirdiyi evə köçənədək də iddiaçı öz ailə üzvləri ilə birlikdə və cavabdeh də öz valideynləri ilə birlikdə iddiaçının mərhum atası X2 evində yaşamış və orada da qeydiyyatda olmuşlar.
8. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evi əvvəllər 2 mərtəbəli və 2 otaqdan ibarət olmuşdur. İddiaçı evin tikintisini artıraraq hazırda 2 mərtəbəli 5 otaqlı ev tikdirmişdir. Təxminən 1986-cı il tarixdən iddiaçı cavabdeh və onun anasına evinin açıq balkonundan evə bitişik, yəni açıq balkon kimi istifadə etdiyi qeyri-yaşayış sahəsini çöl hissədən düzəldib yaşayış sahəsi kimi müvəqqəti olaraq ev alan müddətədək yaşamaları üçün vermişdir. Təqribən 2 il bundan əvvəl bankdan kredit götürmək istəyən zaman iddiaçıya məlum olmuşdur ki, cavabdeh onun xəbəri və razılığı olmadan hərbi xidmətdən qayıdandan sonra tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1 evə qeydiyyata düşmüşdür.
9. Hazırda cavabdehin bildirdiyinə görə vərəsə kimi iddiaçının özünün qanuni vərəsələri olduğu halda, iddiaçıdan vərəsə kimi pay istəyir. Cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evində heç bir hüququ olmadığı halda, qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozur və mülkiyyəti üzərində sərbəst şəkildə sərəncam verə bilmir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1 57-ci maddəsinə istinad etmişdir.
11. Cavabdeh iddiya etiraz edərək göstərib ki, mübahisədə adı keçən ev babasının mülkiyyətində olub. 2010-cu ildə atası vəfat edib. İddiaçı hanslsısa yolla evi özəlləşdirib və iki əmi həmin evi öz aralarında bplüblər. Onun və ailə üzvlərinin bundan xəbəri olmayıb.
12. Birinci instansiya məhkəməsi yerli baxış keçirmiş və müəyyən müəyyən etmişdir ki, mübahisəli ünvanda iki fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evlərindən biri, yəni ünvan 1 hazırkı mülki iş üzrə iddiaçının mərhum atası və hazırkı mülki iş üzrə cavabadehin babası X1 miras qalmış əmlakdır. Hazırkı mülki iş üzrə cavabdeh valideynləri ilə birlikdə 1981-ci ildən ünvan 1 ünvanda yaşayır. Digər fərdi yaşayış evi ünvan 1ramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 10 nömr əli iclas protokoluna əsasən İddiaçı ayrılmışdır.
13. Cavabdehin nümayəndəsi (anası) bildirmişdir ki, mərhum Mirzəyev Rafiqlə 1981ci ildə ailə qurmuş, ünvan 8 evə gəlin köçmüşdür. Elə həmin vatxdan da o, ailəsi ilə brilikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayıblar. Uşaqları da, həmin ünvanda yaşayır. Oğlu XXnın (cavabdehin) ünvan 2ydiyyata düşməsindən nə oğlunun, nə də ki, özünün xəbəri yoxdur. O, həmçinin nümayəndəsi olduğu oğlu ünvan 8 evdə yaşayırlar.
14. Şirvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(032)-63/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Mustafayev)
15. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 10 nömrəli iclas protokolu ilə Əli Bayramlı (indiki Şirvan) şəhəri, Dəmir yol küçəsi döngə 1, 11 A nömrəli sahədə tikilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi ev və 400 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Həmçinin ünvan 1ndə olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 125.3 m2 yaşayış, 48.9 m2 köməkçi sahədən ibarət 11 A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
16. Bundan əlavə, mübahisəli ünvanda iki fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evlərindən biri, yəni ünvan 1 ev 11 hazırkı mülki iş üzrə iddiaçının mərhum atası və hazırkı mülki iş üzrə cavabadehin babası X1 miras qalmış əmlakdır. Cavabdeh valideynləri ilə birlikdə 1981-ci ildən ünvan 1 ev 11 ünvanda yaşayır. Digər fərdi yaşa yış evi ünvan 1ramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli, 10 nömrəli iclas protokoluna əsasən İddiaçı ayrılmışdır.
17. Birinci instansiya məhkəməsi iddia tələbinin mənzilə istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddia rədd edilməlidir.
18. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ünvan 1 11 A saylı fərdi yaşayış evindən istifadə hüququna dair mülkiyyətçi (iddiaçı) ilə cavabdeh arasında bağlanan və notarial qaydada təsdiqlənən hər hansı yazılı razılaşma olmamışdır. Bu isə Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən qeyd edilən daşınmaz əmlaka münasibətdə cavabdehlərin istifadə hüquqlarının yaranmadığını təsdiq edir və bu səbəbdən yaranmayan hüquq itirilə də bilməz.
19. İddiaçının iddia tələbinin cavabdehin ünvan 1 11 A saylı evdən çıxarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, keçirilmiş yerli baxışın və tərəflərin vermiş olduğu izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh faktiki olaraq mübahisəli ünvanda yaşamır. Cavabdeh ailəsi ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən tikilidə (1981-ci ildən) yaşayırlar.
20. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, cavabdehin mübahisəli yaşayış sahəsində qeydiyyatda olması onun həmin yaşayış sahəsinə dair hər hansı hüquqlarının yaranması və yaşaması qənaətinə gəlməyə əsas vermir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsi və Mülki Məcəllənin 152.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansi yası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti belə əsaslandırılıb: - cavabdeh faktiki olaraq mübahisəli ünvanda yaşamır. Cavabdeh ailəsi ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən tikilidə (1981-ci ildən) yaşayırlar; - Şirvan şəhər İHB-nin 1 nömrəli sahə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 7255 №-li arayışından görünür ki, iddiaçı və cavabdeh ünvan 3 ünvanda qeydiyyatdadırlar; - həmçinin məhkəmənin sorğusuna əsasən Şirvan şəhər polis şöbəsinin xx.xx.2023cü il tarixli 3-13-11/2-30611/23 №-li cavab məktubunda qeyd edilmişdir ki, cavabdeh ünvan 5 ünvanında 2012-ci il ta rixdən qeydiyyatdadır. Lakin şəxsin həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə araşdırma nəticəsində müəyyən etdiyini qeyd etsə də, lakin iş materiallarına əlavə edilmiş sənədlərdə cavabdehin ünvan 7 evdə yaşamasına dair sübut növü olan dəlil yoxdur. Əksinə, iş materialına əlavə edilmiş sənədlərdə iddiaçı ilə cavabdehin ünvan 6 ünvanda pasport qeydiyyatında olması təsdiqini tapır; - birinci instansiya məhkəməsi araşdırmada cavabdehin öz anası ilə 1981-ci ildən yaşadığını müəyyən etdiyini göstərsə də, həmin dəlil də öz təsdiqini iş materialına əlavə edilmiş sənədlərlə sübuta yetirilmir; - bundan başqa, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, cavabde h ünvan 7 ünvanda yaşayır. Lakin cavabdeh öz izahatında da göstərmişdir ki, ünvan 1 11A saylı ev babasının mülkiyyətində olmuş və 2010-cu il tarixdə atası rəhmətə getmişdir, sonra əmisi, yəni iddiaçı evi özəlləşdirmişdir və iki əmisi həmin evləri aralarında bölmüşlər. O və ailə üzvləri bundan xəbəri olmamışdır; - cavabdehin nümayəndəsi Nümayəndə da göstərib ki, o, mərhum əri Mirzəyev Rafiqlə 1981-ci ildə ailə həyatı qurmuş, ünvan 8 evə gəlin köçmüşdür. Elə həmin vaxtdan da o ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşamışlar. Oğlu XXnın (cavabdehin) ünvan 6 evə qeydiyyata düşməsindən nə oğlunun, nə də ki, özünün xəbəri yoxdur; - göründüyü kimi, cavabdeh və onun nümayəndəsi izahatlarında həm təsdiqedici, həm də təkzibedici izahatlar verməklə tam sübuta yetirilir ki, ünvan 1 sa ylı ev iddiaçının atası X2 mülkiyyətində ola bilməzdi və cavabdehin atası 2010-cu il tarixdə vəfat etdikdən sonra özü ünvan 1 saylı evi də özəlləşdirə bilməzdi. Çünki, Nümayəndə mərhum əri Mirzəyev Rafiqlə 1981-ci ildə ailə həyatı qurmuş, ünvan 8 evə gəlin köçdüyünü bildirmişdir. İddiaçıya isə xx.xx.1984-cü il tarixdə ünvan 8 ünvanda 0,04 ha torpaq sahəsi və üzərində inşa edilməsi üçün 2 mərtəbəli və 2 otağlı evin tikilməsi üçün sənədləşdirilməklə verilmişdir; - həmçinin cavabdehin nümayəndəsi cavabdehin həmin evə necə pasport qeydiyyatına düşməsindən nə onun, nə də oğlunun xəbəri olmadığını deməsi ondan xəbər verir ki, 2012-ci il tarixdə cavabdeh iddiaçının razılığı olmadan evə pasport qeydiyyatına düşməsi ola bilsin ki, özünün iradəsi əsasında və yaxud ola bilsin ki, özünün iradəsindən a sılı olmayaraq Şirvan şəhər polis şöbəsinin pasport qeydiyyatı bölməsinin bilərəkdən qeydiyyata salınmasından baş vermişdir. Bütün bu hallarla sübuta yetirilir ki, sözügedən evin mülkiyyətçisi olaraq onun iradəsinə zidd olaraq cavabdeh yaşamaqla və pasport qeydiyyatında olmaqla konstitusion baxımından onun mülkiyyət hüququnu pozur.
24. Apellyasiya baxışında iddiaçı əlavə olaraq bildirmişdir ki, 1984-cü ildə XDS-nin qərarı ilə torpaq onun adına verilmiş və orada tikinti işləri aparmışdır. Həmin torpaq sahəsi 2009-cu ildə özəlləşdirilmişdir. Atası və qardaşı 2010-cu ildə rəhmətə getmişdir. Cavabdeh onun qardaşı oğludur. Torpaq sahəsində 2 ev mövcuddur. 11A ünvanı onun, 11 ünvanı isə atasının evi olub və qardaşı orada yaşayır. Qardaşı əvvəl Xırdalanda yaşamışdır, daha sonra 1989-99-cu illərdə bu evə köçmüşdür. 0.6 ha torpaq sahəsi atasına, 0.4 ha torpaq sahəsi ona verilmişdir. Ata evi balaca qardaşının evidir. Cavabdeh onun evində - birinci mərtəbədə yaşayır. Cavabdeh ona məxsus evdən istifadə hüququ olmamasına rəğmən, habelə onun xəbəri olmadan qeydiyyata düşərək orada qeydiyyatdadır və onun həmin evdən qeydiyyatdan çıxmasını istəyir.
25. Apellyasiya baxışında cavabdehin nümayəndəsi (anası) bildirmişdir ki, 1981-ci ildə mübahisəli evə gəlin köçmüşdür. Üç övladı orada dünyaya gəlmişdir. Torpaq sahəsində bir ev var. Həmin evi ortadan hasarla iki yerə bölüblər. Ora ata yurdudur. Onların orada yaşamaq hüquqları var. 11A bütöv ünvandır. Onlar birinci mərtəbə, qarşı tərəf isə yuxarıda yaşamışlar. Yoldaşının işi ilə əlaqədar olaraq cəmi 1-2 il Xırdalanda yaşamışlar.
26. Şirvan Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1031/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir. (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Cahid İmanov, Tale Kərimov)
27. Apellyasiya instansiyası məhkəməsi cavabdehin istifadə hüququnun yaranmadığı halda, yaranmayan hüququn itirilməsinin də mümkünsüzlüyü bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq göstərib ki, iddiaçı ilə yanaşı, cavabdehin də ünvan 9 ünvanda qeydiyyatda olması, habelə adıçəkilən ünvanda yaşaması işin mübahisəsiz halıdır. Habelə iş materiallarından və apellyasiya şikayətinin dəlillərindən aşkar görünür ki, cavab dehin valideynləri, yəni iddiaçının mərhum qardaşı X ilə arvadı Nümayəndə 1981-ci ildən mübahisəli evdə yaşamışlar. Beləcə, X elə həmin vaxtdan ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşamışlar. Cavabdehin həmin ünvana pasport qeydiyyatına 2012-ci ildə düşməsinə baxmayaraq, anadan olandan (1997-ci ildən) həmin ünvanda yaşaması mübahisəsizdir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 10 nömrəli iclas protokolundan çıxarışa əsasən Əli Bayramlı (indiki Şirvan) şəhəri, Dəmir yol küçəsi döngə 1, 11A nömrəli sahədə tikilmiş 1 mərtəbəli 2 otaqlı fərdi evin və 400 kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi qərara alınmış, əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli se riya MH ******* nömrəli çıxarışla ünvan 1ndə mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 125.3 m2 yaşayış, 48.9 m2 köməkçi sahədən ibarət 11A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına 3 nömrəli reyestr kitabında 28 nömrəli vərəqdə qeydiyyata alınmışdır.
29. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdeh 1997-ci ildən etibarən mübahisəli ünvanda - ünvan 10 bu səbəbdən də 1982-ci il Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən onun adıçəkilən evdən istifadə hüququ yaranmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 1-da yerləşən fərdi yaşayış evi xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır.
31. Apellyasiya ins tansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarlarında əks olunmuş hüquqi mövqeyə istinadən bildirmişdir ki, dövlət qeydiyyatına alınması iddiaçının həmin mübahisəli evə məhz göstərilən andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Buna görə də iddia təmin edilməlidir.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni 1982-ci il Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv, yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi ünvan 1, fərdi yaşayış evinin əvvəllər 11 saylı olmasını və hansı vaxtdan 11 A olması barədə heç bir xüsusata toxunmamış, yalnız iddiaçının atası Rzanın və qardaşı Rafiqin ölümündən sonra, yəni 2010-cu ildən sonra yeni ünvan alması barədə, sonra bir torpaq sahəsində yerləşən mübahisəli evin sonradan bütünlüklə 11A olmasını hansı əsaslarla baş verməsini araşdırmamışdır. Çünki birinin digərlərinə münasibətdə tək hərəkət etməsi və 2012-ci ilə qədər cavabdehin yaşadığı evin sonradan iddiaçının mülkiyyətində olması şübhəlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mənzil Məcəlləsi (1982) Maddə
53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətənda şlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə
54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifa də etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxı lmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
37. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni dü zgün hesab etmir.
40. İddia tələbi cavabdehin evə istifadə hüququnun itirilməsi, onun evdən çıxarılması barədədir. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan evə cavabdehin ondan xəbərsiz 2012-ci ilə qeydiyyata düşməsinə, cavabdehin həmin evin birinci mərtəbəsində heç bir hüququ olmadan yaşamasına istinad etmişdir. Cavabdeh isə iddiaya etiraz olaraq anadan olduğu vaxtdan mübahisəli evdə yaşamasını bildirmişdir.
41. İşdəki sənədlərə əsasən iddiaçı xx.xx.2009-cu il tarixli, MH seriyalı ******* nömrəli çıxarışa görə ünvan 1ndə 0,04 ha torpaq sahəsinin və üzərindəki 2 mərtəbəli 5 otaqlı, 125.3 m2 yaşayış, 48.9 m2 köməkçi sahədən ibarət 11A nömrəli fərdi yaşayış evinin tam mülkiyyətçisidir.
42. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərib ki, ünvan 1 11 A saylı fərdi yaşayış evi ndən istifadə hüququna dair mülkiyyətçi (iddiaçı) ilə cavabdeh arasında bağlanan və notarial qaydada təsdiqlənən hər hansı yazılı razılaşma olmamışdır. Bu isə Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən qeyd edilən daşınmaz əmlaka münasibətdə cavabdehin istifadə hüquqlarının yaranmadığını təsdiq edir və bu səbəbdən yaranmayan hüquq itirilə də bilməz. Həmçinin yerli baxışın və tərəflərin izahatına əsasən cavabdehin faktiki olaraq ünvan 1 11A saylı evdə yaşaması müəyyən edilmədiyindən cavabdehin həmin ünvandan çıxarılması tələbi də təmin edilə bilməz.
43. Birinci instansiya məhkəməsi həm də göstərmişdir ki, cavabdeh ailəsi ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən tikilidə (1981-ci ildən) yaşayır. (bax: 18-19-cu bəndlər)
44. İddianı təmin ed ən apellyasiya instanasiya məhkəməsi isə müəyyən etmişdir ki, iddiaçı ilə yanaşı, cavabdehin də ünvan 9 ünvanda qeydiyyatda olması, habelə adıçəkilən ünvanda yaşaması işin mübahisəsiz halıdır. Cavabdehin valideynləri, yəni iddiaçının mərhum qardaşı X arvadı Nümayəndə ilə 1981-ci ildən mübahisəli evdə yaşamışlar. Beləcə, X elə həmin vaxtdan ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşamışlar. Cavabdehin həmin ünvana pasport qeydiyyatına 2012-ci ildə düşməsinə baxmayaraq, anadan olandan (1997-ci ildən) həmin ünvanda yaşaması mübahisəsizdir.
45. Əvvəla, cavabdehin hazırda faktiki olaraq harada yaşaması ilə bağlı işin konkret hallarının nədən ibarət olmasını müəyyən etmək mümkün deyil.
46. Belə ki, birinci instansiya məhkəməsi yerli baxışın nəticələrinə, eləcə tərəflərin izahatı na əsasən bir tərəfdən cavabdehin faktiki olaraq ünvan 1 11A saylı evdə yaşamasının müəyyən edilmədiyini və buna görə də cavabdehin həmin ünvandan çıxarılması tələbinin təmin edilməsinin istisna edildiyini göstərmiş, digər tərəfdən də cavabdehin ailəsi ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən tikilidə (1981-ci ildən) yaşadığını göstərmişdir. Halbuki iddiaçının mülkiyyətində olan 2 mərtəbəli ev elə 11A saylı evdir.
47. Başqa sözlə, cavabdehin faktiki olaraq harada yaşaması ilə bağlı ziddiyyətli mövqe olub.
48. Həmçinin yerli baxış zamanı müəyyən edilib ki, mübahisəli ünvanda iki fərdi yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evlərindən biri, yəni ünvan 1 hazırkı mülki iş üzrə iddiaçının mərhum atası və hazırkı mülki iş üzrə cavabdehin b abası X1 miras qalmış əmlakdır. Hazırkı mülki iş üzrə cavabdeh valideynləri ilə birlikdə 1981-ci ildən ünvan 1 ünvanda yaşayır.
49. Cavabdehin nümayəndəsi (anası) birinci instansiya məhkəməsində ünvan 8 evə gəlin köçməsini, elə həmin vaxtdan da ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşamalarını, cavabdehin ünvan 2ydiyyata düşməsindən nə cavabdehin, nə də ki, özünün xəbərinin olmamasını, oğlunun (cavabdehin) ünvan 8 evdə yaşamasını, apellyasiya baxışında isə torpaq sahəsində bir evin olmasını, həmin evi ortadan hasarla iki yerə böldüklərini, oranın ata yurdu olmasını, 11A-nın bütöv ünvan olmaqla, birinci mərtəbədə özlərinin, yuxarı mərtəbədə isə iddiaçının ailəsi ilə yaşamasını bildirmişdir.
50. Göründüyü kimi, tərəflərin dedikləri üst-üstə düşmür, onların hər biri cavabdehi n faktiki olaraq harada yaşaması ilə bağlı faktiki halları müxtəlif məzmunda göstərmiş, bu xüsusda işin faktiki halının onlardan hansının dediyinə uyğun olmasını isə məhkəmələr işdəki digər sübutlarla müəyyən etməyiblər.
51. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları göstərilməlidir.
52. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi göstərib ki, cavabdeh 1997-ci ildən etibarən mübahisəli ünvanda - ünvan 10 bu səbəbdən də 1982-ci il Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən onun adıçəkilən evdən istifadə hüququ yaranmışdır. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 20 10-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarlarında əks olunmuş hüquqi mövqeyə əsasən iddia təmin edilməlidir.
53. Apellyasiya instansiyası məhkəməsinin mövqeyindən görünür ki, cavabdehin mübahisəli ünvandan istifadə hüququnu 1997-ci ildən əldə etməsi işin mübahisəsiz halıdır və 1982-ci il Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tətbiqindən də belə nəticə çıxır ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdehin istifadə hüququ əldə etdiyi vaxtda mübahisədə adı keçən ev dövlət fondunda olub.
54. İşin müəyyən edilən hallarına görə Əli Bayr amlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 10 nömrəli iclas protokolunun çıxarışına əsasən Əli Bayramlı (indiki Şirvan) şəhəri Dəmir yol küçəsi döngə 1, 11A nömrəli sahədə tikilmiş 1 mərtəbəli 2 otaqlı fərdi ev və 400 kv.m torpaq sahəsinin adına sənədləşdirilməsi qərara alınmış, iddiaçının həmin evə dair mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır.
55. İddiaçının evə mülkiyyət hüququ qeydə alınan zaman yeni Mənzil Məcəlləsi hələ qüvvəyə minməmişdi. Həmin dövrdə yaşayış sahəsinə istifadə hüququ ilə bağlı məsələlər münasibətlərin yarandığı zamandan asılı olaraq 1982-ci il Mənzil Məcəlləsi və Mülki Məcəllənin 228-ci maddəsi ilə nizama salınırdı.
56. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvə də olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
57. Bir halda ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli hüquq münasibətinin yarandığı zaman (1997-ci il) qüvvədə olan Mənzil Məcəlləsinin (1982-ci il) 53 və 54-cü maddələrinə görə mübahisəli evdən istifadə hüququnun qanuna əsasən yarandığı qənaətinə gəlmişdisə, belə olan halda, iddiaçının həmin evə dair mülkiyyət hüququ yarandıqdan sonra da mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqinin mümkünlüyünü müzakirə edə bilərdi. Çünki apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından və gəldiyi qənaətdən belə nəticə çıxır ki, ev iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınarkən cavabdehin artıq qanun əsasında həmin evə istif adə hüququ olmuş və mülkiyyət iddiaçıya cavabdehin istifadə hüququ ilə yüklü keçmiş və bu hüquq şəxsi servituta çevrilmişdir.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında da hüquqi mövqe belə olub ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir.
59. Apellyasiya instansiyası məhkəməsi isə işin hallarına Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsini müzakirə etməmiş, Konstitusiya Məhkəməsinin “Xəyalə Məmmədovanın şikayəti üzrə” 11 iyul 2014-cü il tarixli qəra rına istinadən iddianın rədd edilməsi nəticəsinə gəlmiş, bununla belə, iddianın hansı maddi hüquq normasına əsasən rədd edilməsini də qətnamədə göstərməmişdir. Baxmayaraq ki, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməli idi. (MPM, 220.4)
60. Mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqinin mümkün sayıldığı halda isə Mülki Məcəllənin 228.2-ci maddəsinə görə iddia yalnız cavabdehə kompensasiya verilməsi halında müsbət həll edilə bilərdi.
61. Məhkəmə kollegiyası onu da izah edir ki, Konstitusiya Məhkəməsinin “Xəyalə Məmmədovanın şikayəti üzrə” qəbul etdiyi 12 iyun 2013-cü il tarixli qərarında işin halları tamam fərqli olmuş, həmin işdə mübahisəli ev nə dövlət fonduna, nə də fərdi fonda daxil olmayan ev ol muş, üstəlik, X.Məmmədovanın yaşayış sahəsinə istifadə hüququnun qanun əsasında yaranması halı olmamışdır. Hazırki işdə isə apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisədə adı keçən evdə istifadə hüququnun qanun əsasında yaranmasını müəyyən etmişdir. Bu baxımdan, Konstitusiya Məhkəməsinin istinad edilən həmin Qərarda əks edilən hüquqi mövqeyi hazırki işin halları baxımdan tətbiq edilə bilməz.
62. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 63. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
64. Qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədlərdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
65. Barəsində kassasiya şikayəti verilən qətnamə isə əsaslılıq və qanunilik barədə prosessual qanunvericiliyin müəyyən etdiyi tələblərə cavab vermir.
66. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qərarı əks mövqe nümayiş etdirmək üçün formal əsas kimi qəbul etməyərək, hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları ar adan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına və tərəflərin hüquq münasibətinə uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
67. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1031/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.