Məhkəmə qərarları › İş №2(102)-1290/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1290/2022

24.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1290/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7553/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialı tərəfindən 13.07.2004-cü il tarixdə verilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh VÖEN ********** dövlət qeydiyyat nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçı ilə cavabdeh fiziki şəxs Cavabdeh arasında 08 aprel 2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı Sərham marketə aşbaz köməkçisi vəzifəsinə müddətsiz olaraq işə götürülmüşdür. 13 mart 2019-cu il və 20 avqust 2020-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı ilə cavabdeh fiziki şəxs Cavabdeh arasında bağlanmış 08 aprel 2018-ci il tarixli əmək müqaviləsinə maaş dəyişikliyi ilə əlaqədar dəyişikliklər edilmişdir. İ ddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi izahatdan görünür ki, iddiaçı pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə işdən qanunsuz olaraq kənarlaşdırıldığını bildirərək 02 sentyabr 2020-ci il tarixdən etibarən əmək haqqının ödənilməsi və tutduğu vəzifə öhdəliklərini yerinə yetirmək üçün işə bərpa olunmasına köməklik edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh arasında olan mübahisə və pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə işdən qanunsuz olaraq kənarlaşdırılması barədə 06 sentyabr 2020-ci il tarixdə elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, məcburi qaydada normadan artıq iş saatlarına çıxılması və bununla da əmək müqaviləsi şərtlərinin pozuntusunu əsas tutaraq problemin həlli ilə bağlı ona dəstək göstərilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh ünvanladığı 25 sentyabr 2020-ci il tarixli və 07 oktyabr 2020-ci il tarixli məktublardan görünür ki, iddiaçı tutduğu vəzifədə öhdəliklərini yerinə yetirməsi üçün işə buraxılmasını cavabdehdən xahiş etmişdir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 11 sentyabr 2020-ci il və 21 sentyabr 2020-ci il tarixli məktublardan görünür ki, iddiaçıya üzrsüz səbəbdən işə gəlmədiyi və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunacağı barədə xəbərdarlıq edilmiş, öz xahişi ilə işdən azad olunmaq istəyirsə bu barədə ərizəsini təqdim etmək təklif olunmuşdur. 25 sentyabr 2020-ci il və 24 oktyabr 2020-ci il tarixli aktlara əsasən, Cavabdeh məxsus mağazada aşbaz köməkçisi vəzifəsində işləyən İddiaçı 04 sentyabr 2020-ci il tarixindən 24 oktyabr 2020-ci il tarixinə qədər heç bir üzrlü səbəb olmadan işə çıxmamış, işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı işə çıxması barədə dəfələrlə məktub göndərilsə də, o, işə çıxmaqdan imtina etmişdir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 26 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçıya əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunduğu bildirilmiş, əmrin surəti ona göndərilərək əmək kitabçası üçün müəssisənin kadrlar şöbəsinə yaxınlaşması xahiş olunmuşdur. Oktyabr 2020-ci il tarixli 103 0 nömrəli əmrdən görünür ki, İddiaçı 26 oktyabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq aşbaz köməkçisi vəzifəsindən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 26 oktyabr 2020-ci il tarixli 1030 nömrəli əmr 26 oktyabr 2020-ci il tarixdə elektron sistemə daxil edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ünvanladığı şikayət məktubu ilə əlaqədar Xidmətin sorğularına 21 sentyabr 2020-ci il, 07 dekabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixli məktublarla cavab verərək iddiaçının şikayətinin əsassız hesab edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə a ktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən aşbaz köməkçisi kimi işlədiyi dövrdə iş yerinə buraxılmamasının qanunsuz hesab edilməsi, cavabdehin 26 oktyabr 2020-ci il tarixli 1030 nömrəli əmrinin ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə aşbaz köməkçisi vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 08 aprel 2018-ci ildə fərdi sahibkar Cavabdeh ilə rəsmi qaydada əmək müqaviləsi bağlayaraq ona məxsus “Möcüzə” marketdə aşbaz köməkçisi vəzifəsində işə başlamış, əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Aylıq əmək haqqı ilə bağlı müxtəlif vaxtlarda əmək müqaviləsinə dəyişikliklər olmuşdur. İş rejimi bir gundən bir istirah ət verilməklə gundəlik 14 saat (08:00-dan 22:00-dək) təşkil etmişdir. Çalışdığı müddət ərzində nizam-intizam qaydalarına tam olaraq riayət etmiş və işində hər hansı bir səhlənkarlığa yol verməmişdir. 01 sentyabr 2020-ci il tarixdə növbə yoldaşının məzuniyyətə çıxması ilə əlaqədar o, fasiləsiz olaraq həm öz, həm də həmin işçinin növbəsinə gündəlik 14 saat olmaqla işə çıxmağa rəhbərlik tərəfindən şifahi göstərişlə məcbur edilmişdir. Bu hala etiraz etdiyi üçün isə işdən kənarlaşdırılmışdır. Cavabdeh 26 oktyabr 2020-ci il tarixli 1030 nömrəli əmri ilə onun əmək müqaviləsinə 26 oktyabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, birtərəfli qaydada, yəni işəgötürənin təşəbbüsü ilə xitam verilmişdir. Elə həmin tarixdə də ona məktub göndərilər ək guya əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunduğu qeyd olunmuşdur. Halbuki o, özü dəfələrlə işəgötürənə şifahi və yazılı qaydada məktublarla müraciət edərək tutduğu vəzifədə öhdəliklərini yerinə yetirməsi üçün işə buraxılmasını xahiş etmiş, hətta qanunsuz olaraq işə buraxılmadığı üçün X1 də şikayət etmişdir. O, barəsində çıxarılan 1030 nömrəli əmrlə razı deyil və hesab edir ki, həmin əmr və işdən azad olunmağı qanunsuzdur. Qeyd olunan əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında iş əgötürənin əmrinin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər məlumatlar göstərilir. Əmrdən görünür ki, əmrin məzmununda işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq əmək müqaviləsini birtərəfli qaydada, yəni işəgötürənin təşəbbüsü ilə ləğv etmişdir. Lakin cavabdeh qeyd olunan maddədə nəzərdə tutulmuş hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hansı əmək vəzifələrini kobud şəkildə pozmağını əmrdə göstərməmiş və əsaslandırmamışdır. Halbuki onun tərəfindən əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetir məməsi, əmək vəzifələrini kobud şəkildə pozmağı olmamışdır. İş yerində o, əvəzçilik qaydasında fasiləsiz işlədiyi müddətdə etiraz etdiyi üçün işdən kənarlaşdırılmışdır. Belə ki, o, 03 sentyabr 2020-ci il tarixdə işdə olmuş, lakin başqa işçinin də əvəzinə işə çıxdığı üçün işə saat 10:00-da gəlmiş, bununla bağlı giriş koda da vurulmuşdur. İşə gec gəldiyi üçün 20 manat məbləğində cərimə olunmuş, o, bununla razılaşmayıb müdiriyyətə şikayət etdiyi üçün rəhbərlik tərəfindən işdən qovulmuş, 04 sentyabr 2020-ci il tarixdə saat 07:50-də iş yerində olmuş, lakin mühafizəçilər tərəfindən işə buraxılmağı ilə bağlı İnsan resursları əməkdaşı Nigar xanımı gözləməli olduğunu ona bildirilmişdir. Nigar xanım gəldikdən sonra ona müdiriyyətin göstərişinə əsasən öz xahişi ilə işdən azad olunması barədə ərizə tə qdim etməyini ondan təkidlə tələb etmişdir. Beləliklə, o, işə buraxılmamış, ona bildirilmişdir ki, ərizəni yazıb öz xahişi ilə işdən ayrılsın, bunu etmədiyi təqdirdə iş yerini tərk etmək ondan tələb olunmuşdur. 05 sentyabr 2020-ci il tarixdə onun istirahət günü olmuş, 06 sentyabr 2020-ci il tarixdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 şikayət etmişdir. Bundan sonra o, yazılı formada rəsmi qaydada işəgötürənə müraciət edərək iş yerinə buraxılmağını xahiş etmiş, həmçinin cavabdehin ona göndərdiyi məktublara da rəsmi cavab vermişdir. 06 sentyabr 2020-ci il tarixdə elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 müraciət edərək pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə işdən çıxmaqla bağlı ərizə yazmadığı və bununla bağlı hər hansı əmr verilmədiyi halda işdən qanunsuz olaraq kənarlaşdırıldığını bəyan etmişdir. X1 yazılı izahatını da təqdim etmiş və izahatında 02 sentyabr 2020-ci il tarixdən etibarən əmək haqqının ödənilməsi və tutduğu vəzifə öhdəliklərini yerinə yetirmək üçün işə bərpa olunmasını da xahiş etmişdir. Onun işdən çıxmaq istəyi olmamış, o işdən könüllü ayrılmamışdır, əksinə o, işəgötürən tərəfindən məcburi qaydada işdən uzaqlaşdırılmış və karantin dövründə işini itirmək məcburiyyətində qalmışdır. Cavabdeh heç bir əsas və səbəb olmadan onu işdən azad etmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunsuz və əsassız əmr qəbul etmişdir. Onun azyaşlı uşaqları var, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində o, işsiz qalmış, ailəsinin qazanc yeri kəsilmiş və bu hal güzəranlarına mənfi təsir göstərmişdir. İ şdən çıxarılma barədə əmri aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev, iş № 2(008)-1184/2021) iddia tələbi təmin edilərək, İddiaçı Cavabdeh tərəfindən aşbaz köməkçisi kimi işlədiyi dövrdə iş yerinə buraxılmamasının qanunsuz hesab edilməsi, Cavabdeh İddiaçı 26 oktyabr 2020-ci il tarixdən aşbaz köməkçisi vəzifəsindən azad olunması və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə oktyabr 2020-ci il tarixli 1030 nömrəli əmrin ləğv olunması və iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə aşbaz köməkçisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi barədə 1030 nömrəli əmrindən görünür ki, əmrin tarixi hissəsində gün göstərilməmişdir. İddiaçı ilə əmək müqaviləsinə 26 oktyabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam verilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün işəgötürənlə mübahisəsindən qısa müddət, yəni 2 gün sonra işə bərpa olunmasına köməklik edilməsi üçün aidiyyəti orqana, həmçinin cavabdehin özünə dəfəl ərlə müraciət etmiş, lakin cavabdeh tərəfindən buna şərait yaradılmamış, əksinə iddiaçıdan öz xahişi ilə işdən çıxması barədə ərizə təqdim etməsi tələb olunmuşdur. Əmrdən və işin tədqiq olunan hallarından görünür ki, cavabdeh 1030 nömrəli əmrində əmək müqaviləsinin ləğv olunmasının ümumi sözlərlə ifadə edərək əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamış, həmçinin, özünün və ya habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə iddiaçı tərəfindən hər hansı formada ziyan dəyməsini sənədlərlə sübut etməmişdir. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndindəki əsasla əmək müqaviləsini ləğv edərkən Əmək Məcəlləsinin 71, 84-cü maddələrinin tələblərinə ciddi əməl etməli olduğu halda bunu etməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov, iş № 2(103)-7553/2021) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(008)-1184/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında baş vermiş mübahisə ilə əlaqədar, iddiaçı 04 sentyabr 2020-ci il tarixdə işçi kimi vəzifəsini yerinə yetirərək işə gəlsə də, işə buraxılmamış, işdən azad olunması barədə əmrin olmamasına baxmayaraq, iş yerinə daxil olaraq əmək funksiyalarını yerinə yetirməsinə imkan verilməmişdir. Bu halın əksini sübut edən faktlar və dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və beləliklə də iddiaçını iş yerinə buraxmamaqla cavabdeh kobud pozuntuya yol vermiş və bu da iddiaçının əmək hüquqlarının birbaşa pozulmasına səbəb olmuşdur. İddiaçı işə buraxılmaması barədə X2 Xidmətinə müraciət etmiş, işəgötürən isə İddiaçı 52 gün üzrsüz səbəbdən işə gəlmədiyi halda onunla bağlanmış əmək müqaviləsinə yalnız 26 oktyabr 2020-ci il tarixdə xitam verməsini əsaslandırmamışdır. Bundan əlavə, əmrdə İddiaçı hansı əmək funksiyasını yerinə yetirməməsi açıqlanmamış, əmr əsaslandırılmamışdır. Sadalanan faktiki halları, qeyd edilən hüquq normalarını və apellyatorun şikayətinin dəlillərini təhlil edərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini t əmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli 2(103)-7553/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İd diaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7553/2021 nömrəli 28 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və h üquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi tam yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: əmək müqaviləs i ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş ya şına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 83-cü maddəsinin ikinci bəndinə əsasən əmək müqaviləsinə xi tam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər məlumatlar göstərilir. 84-cü maddəsinin 2-ci hissəsinin tələbinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 187-ci maddəsinin birinci bəndinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Həmin maddənin ikinci bəndinə görə isə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşka r edildiyi gündən bir ay keçənədək verilə bilər. 300-cü maddəsinin 1-ci bəndində təsbit olunmuşdur ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəm iyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəli llərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə x arakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7553/2021 nömrəli iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar