Məhkəmə qərarları › İş №2(102)-1290/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1290/2023

17.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1290/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X4 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7649/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qətnaməsind ən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli 73/K nömrəli əmri ilə Təsərrüfat şöbəsinə anbardar vəzifəsinə işə qəbul edilmiş, Cəmiyyətin Təsərrüfat şöbəsi ləğv olunduğundan, xx.xx.2013-cü il tarixli 02/9 saylı əmrlə Logistika şöbəsində anbardar vəzifəsinə keçirilmişdir. 2. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh MMC adlandırılmış, İddiaçı xx.xx.2021-ci il tarixli 466K saylı əmrlə “Sun Food" MMC-nin Xırdalan logistika Departamentinin Mərkəzi Anbar şöbəsinə anbardar vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli 466K saylı əmrlə həmin cəmiyyətin Tədarük zəncir Direktorluğu, Xır dalan Logistika departamenti Mərkəz anbar şöbəsinə anbardarı (geri qayıdan məhsullar üzrə) vəzifəsinə qəbul olunmuş, “Sun Food" MMC-nin 564-K nömrəli xx.xx.2022-ci il tarixli əmri əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad edilmişdir.

3. Cavabdeh MMC-nin əməkdaşlarının tərtib etdikləri 17 fevral 2022-ci il tarixli akta görə aktı imza edənlər qeyd edilən tarixdə Tədarük Zənciri X1 departamentinin X3 anbardar (geri qayıdan məhsullar üzrə) vəzifəsində çalışan İddiaçı anbarında keçirilən sayım zamanı aşağıdakıları aşkar etmişlər: məhsul kodu 14008506 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan 60 ədəd və 14008696 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan 52 ədə d əksik çıxmışdır.

4. Cavabdeh MMC-nin Tədarük Zənciri X1 departamentinin Mərkəz anbar şöbəsinin müdüri Bəxtiyar Musayevin MMC-nin direktoruna xx.xx.2021-ci il tarixdə ünvanladığı xidməti məlumatda “Bildirirəm ki, X2, Xırdalan Logistika Departamenti, X3 Anbardar (geri qayıdan məhsullar) vəzifəsində işləyən İddiaçı tərəfindən görülən işlərdə nöqsanlar aşkar edilmişdir. İddiaçı tərəfindən anbarda olan məhsulların şəxsi məqsədi üçün istifadə edilməsi təsdiqlənmişdir. Əməkdaşın işlədiyi bölməni və vəzifəsini diqqətə alaraq qanuna uyğun olaraq tədbir alınmasını xahiş edirəm. Məlumat olaraq diqqətinizə çatdırıram” göstərilmişdir.

5. İddiaçı xx.xx.2022-ci il tarixli izahatında göstərmişdir ki, “...xx.xx.2021-ci il tarixində vaxtına az qalmış məhsullar geri qayıtmışdır. Onu qeyd edim ki, məhsul sa tışa yararsız vəziyyətdə olmuşdur. Bir neçəsini çayla içmişdim. Bunun bir də təkrarlanmayacağına söz verirəm”. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən qanunsuz olaraq tutduğu vəzifədən azad edilməsi barədə MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli əmrinin ləğv olunması, MMC-nin Xırdalan Logistika departamentinin Mərkəz anbar şöbəsinə anbardar (geri qayıdan məhsullar üzrə) vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının hesablanması və ödənilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istina d etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixdə “Qafqaz Ticarət" MMC-nin Logistika şöbəsində fəhlə vəzifəsinə işə düzəlmiş, sonradan həmin cəmiyyətin xx.xx.2010-cu il tarixli əmri ilə Logistika şöbəsində anbardar vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2012-ci il tarixdə "xxxx" MMC-nin Təsərrüfat şöbəsində anbardar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixində həmin cəmiyyətin Təsərrüfat şöbəsi ləğv olunduğuna görə cəmiyyətin Logistika şöbəsində anbardar vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixində "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh MMC adlandırılmış, xx.xx.2021-ci il tarixində MMC-nin Xırdalan logistika Departamentinin Mərkəzi Anbar şöbəsinə anbardar vəzifəsinə, xx.xx.2022-c i il tarixdə isə həmin cəmiyyətin Tədarük zəncir X1 departamentinin Mərkəz anbar şöbəsinə anbardar (geri qayıdan məhsullar üzrə) vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixində MMC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən qanunsuz olaraq tutduğu vəzifədən azad edilmiş, hazıradək əmr ona təqdim edilməmişdir. Dəfələrlə MMC-yə yaxınlaşıb işdən çıxarılması barədə əmri tələb etsə də, ona həmin əmrin təqdim edilməsindən qəsdən imtina olunmuşdur. MMC-nin xx.xx.2022-ci il tarixli əmri əsassızdır və ləğv edilməlidir. Belə ki, həmin əmrin verilməsi üçün heç bir qanuni əsas olmamışdır. MMC əvvəlcə ondan könüllü olaraq işdən çıxması barədə ərizə verməsini tələb etmiş, bunu qəbul etmədiyinə görə heç bir qanuni əsas olmadan formal olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə istinad olunmaqla qərəzli şəkildə işdən çıxarılmışdır Açıq-aşkar görünür ki, tərəfindən işdən çıxmaq barədə yazılmış ərizə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq onun sərbəst iradə ifadəsi olmamış, Cavabdeh MMC tərəfindən onun işdən çıxarılmasına dair verilmiş əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir.

8. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, iddiaçı əmək intizamını pozmuşdur. Belə ki, o işəgötürənin mənafeyinə zidd hərəkətə yol vermiş, anbarda olan məhsulları şəxsi məqsədi üçün istifadə etmişdir. Ona görə də işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır.

9. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3370/2022 nömrəli iş üzrə 23 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia ərizəsi təmin edilmiş, Cavabdeh MMC-nin İddiaçı barəsində xx.xx.2022-ci il, 564K saylı əmək müqaviləsinə xitam verilmə barədə əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də anbardar (geri qayıdan məhsullar üzrə) vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mülki iş üzrə hallar araşdırılarkən iddiaçı tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə nəzərdə tutulmuş pozuntulara yol verməsi aşkar edilməmişdir. İddiaç ının kodu 14008506 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan 60 ədəd və 14008696 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan isə 52 ədəd yeməsi cavabdeh üçün hər hansı maddi zərərə səbəb ola və ya işəgötürənin, qanuni mənafeyinə ciddi xələl gətirə bilməz, nəzərə alınmalıdır ki, iddiaçının yediyi konfetlərin istifadə müddətinin bitməsinə az qalmışdır.

11. Qanunvericiliyin tələblərindən göründüyü kimi “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərin və hüquq pozuntularının” Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini təşkil edə bilməsi üçün, məhz onun yol verdiyi pozuntuların müəssisədə mənfi nəticələr (yəni, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürən in, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və ya işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) doğurması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilərdi.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə sonuncunun işgüzar nüfuzuna xələl gətirməsi (anbarda olan istifadə müddəti bitmiş məhsuldan yeməsi) səbəbindən xitam verildiyini irəli sürsə də, məhz iddiaçının təqsirl i hərəkətləri nəticəsində sözügedən ziyanın ortaya çıxdığını (yarandığını) kifayətedici aydınlıqla sübuta yetirə bilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh müəssisə vurulmuş maddi ziyanın iddiaçının qəsdən və bilərəkdən sistematik olaraq etməsi iş materialları ilə müəyyən olunmur. Göründüyü kimi özünə maddi ziyan vurulmasını hesab edən cavabdeh iddiaçı barəsində xx.xx.2022-ci il tarixli 564K nömrəli əmri verərkən həmin ziyanın məhz iddiaçının təqsirli hərəkətləri nəticəsində yarandığını təsdiq edə biləcək təkzib olunmaz sübuta malik olmamış, belə sübut məhkəməyə də təqdim edilməmişdir. Digər tərəfdən, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə müqa vilənin ləğv edilməsinin əsası kimi iddiaçının konkret hansı pozuntuya yol verdiyi barədə məlumat göstərilməmişdir.

13. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunmuşdur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 3, 68-ci, 70, 71, 72, 74, 76, 83, 186, 187, 189 və 300-cü və Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamışdır. İdd iaçı yararlıq müddətinin bitməsinə 6 ay qalan 290,40 manat dəyərində məhsulu şəxsi məqsədi üçün istifadə etməklə müəssisəyə ziyan vurmuş, məhkəmə eləcə də onun iddia müddətini ötürmüş olmasını nəzərə almamış, tamamilə formal yanaşma ilə iddianı təmin etmiş, qanunsuz qətnamə çıxarmışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7649/2022 nömrəli mülki iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam veril məsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamışdır. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Digər tərəfdən, iddiaçıya istinad olunan pozuntu nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçıya istinad edilən pozuntu, onun işlədiyi anbarda məhsul kodu 14008506 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan 60 ədədinin, kodu 14008696 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan 52 ədəd əksik çıxması olmuş, dəyəri 290,40 manat təşkil edən həmin məhsulların (şokoladlar) iddiaçı tərəfindən şəxsi məqsədləri üçün istifadə edildiyi (istehlak olunduğu) müəyyənləşdirilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçının yol verdiyi sözügedən pozuntu, yəni onun satışdan çıxarılaraq anbara geri qaytarılan ümumilikdə 290,40 manat dəyərində şokolad məhsulların ı istehlak etməsi (yeməsi) işəgötürənin mənafeyinə ciddi xələl gətirən pozuntu kimi qiymətləndirilə bilməz. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsi (§20) əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə 2012-ci ildən cavabdeh müəssisədə fəhlə kimi fəaliyyət göstərən, ötən müddət ərzində hər hansı intizam tənbehi almayan iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə x itam verilməsi həmin pozuntunun - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır. Beləliklə, məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir.

20. Cavabdeh müəssisənin nümayəndəsinin apellyasiya şikayətinin dəlili kimi irəli sürdüyü, iddiaçının iddia müddətini ötürmüş olması arqumenti ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək ve rdiyi ərizə əsasında tətbiq edilir (§15); cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsində qətnamə çıxarılana qədər müvafiq arqumenti irəli sürməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq olunmasına dair ərizə verməmiş olması onun özündən asılı olan səbəblərdən baş vermiş və buna görə də iddia müddətinin ötürülmüş olmasına dair apellyasiya şikayətində irəli sürdüyü dəlil apellyasiya instansiyası tərəfindən nəzərə alınmamalıdır. Digər tərəfdən qeyd olunmalıdır ki, iş materiallarında əmrin, əmək kitabçasının və son haqq-hesabının iddiaçıya nə vaxt verilmiş olması barədə məlumat ümumiyyətlə mövcud deyildir və bu mənada onun iddia müddətini ötürmüş olmasından bəhs oluna b ilməz. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının qanunvericiliklə təminat altına alınan subyektiv hüquqlarının pozulmuş olduğu müəyyən edildiyindən, iddia müddətinin ötürülmüş olması arqumentinin – hətta bu arqument qəbul edilmiş olsaydı belə - onun iddiasının rədd edilməsi üçün əsas hesab edilməsi ədalətsiz və lazımi əsasa söykənməmiş olardı.

22. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi bar ədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrin məzmunu və əsaslandırılması barədə Əmək Məcəlləsinin 71.3-cü maddəsini və 83-cü maddəsini yanlış tətbiq etmiş, həmçinin, məhz işəgötürənin əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin imperativ forma və məzmun tələblərini müəyyən edən Əmək Məcəlləsinin 84-cü maddəsini ümumiyyətlə nəzərə almayaraq tətbiq etməmiş, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı işəgötürənə əmrin təsviri (giriş) və qərar hissədən sadə formada tərtib edilməsi hüququ tanıyan Əmək Məcəlləsinin 84.3-cü maddəsini iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmiş, nəticədə cavabdeh tərəfin hüquq və qanuni mənafelərinin kobud şəkildə pozulma sı ilə nəticələnən qətnamə qəbul edilmişdir. Məhkəmə iş üzrə tətbiq edilməli olan Əmək Məcəlləsinin 71.2-ci maddəsini, 70-ci maddəsinin "xxxx" bəndini və 72-ci maddənin “c” bəndini doğru tətbiq etməmişdir. İddiaçının təqsirli olaraq (qəsdən) törətdiyi hüquq pozuntusuna görə cavabdehin təsərrüfatında işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunanları ümumiyyətlə araşırmadan və heç bir ağlabatan sübut, dəlil və arqument olmadan qanunsuz və əsassız olaraq iddiaçının törətdiyi pozuntunun işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmadığı qənaətinə gəlmişdir. Bundan əlavə, iddiaçının törətdiyi pozuntu nəticəsində cavabdeh iddiaçı tərəfindən məhv edilmiş məhsulları təchizatçı şirkətə (MAMAM CHOCOLATE AND BAKERY MMC) geri qaytarmalı olduğu halda geri qaytara bilməmiş, nəticədə həm təchizatçı şirkət qarşısında işgüzar nüfuzunun zədələnməsinə gətirib çıxarmış, həm də iddiaçının ona vurduğu maddi ziyanı onun əvəzindən təchizatçı şirkətə cavabdeh özü ödəmişdir. Apellyasiya instansiya məhkəməsi qanunvericiliyin tələbinə əsasən, iddiaçının pozuntusu nəticəsində cavabdehə hər hansı formada ziyan dəyib-dəymədiyini araşdırmalı olduğu halda, əksinə cavabdehə ciddi ziyan dəyib-dəymədiyini araşdırmışdır. Halbuki apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, qanunvericilik işçi tərəfindən işəgötürənin hüquq və mənafelərinə dəyə biləcək ziyanı hər hansı dərəcə (az, orta və ya ciddi ziyan və s.) ilə şərtləndirməmişdir. Ona görə də məhkəmə cavabdehə ziyan dəydiyini qəbul etsə də, sırf ciddi ziyan dəymədiyinə istinad edərək iddia tələblərinin təmin edilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir. Digər ən ciddi əsas ondan ibarətdir ki, apellyasiya instansiya məhkəməsi Əmək Məcəlləsinin 186.2-ci maddəsini iş üzrə doğru tətbiq etməmişdir. Bundan əlavə apellyasiya instansiya məhkəməsi alternativ tənbeh tədbirləri adı altında töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, cərimə intizam tənbehlərinin tətbiq edilə bilməsini qeyd etsə də, bu tənbeh tədbirlərinin iş üzrə tətbiq edilə bilməsinin hüquqi və faktiki əsaslarını nəzərə almamışdır. Məsələn, apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehin təsərrüfatında kollektiv müqavilə mövcud olmadığı üçün cərimə intizam tənbehi hazırki iş üzrə tətbiq edilə bilməzdi. Töhmət və şiddətli töhmət intizam tənbehləri ilə bağlı da qe yd olunmalıdır ki, iddiaçı artıq 2 dəfə töhmət intizam tənbehi tənbeh olunmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Mülki prosessual qanunvericiliyə görə iş üzrə iddia tələblərini, yəni cavabdehin əmrinin ləğv edilməli olmasını və iddiaçının işə bərpa olunmasını sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi heç bir əsaslandırma göstərmədən sübutetmə yükünü cavabdehə aid etmiş, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 58.7, 82, 88 və 106-cı maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

26. Maddə

375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsi

27. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

28. Maddə

71. Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

29. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

30. Maddə

83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

31. Maddə 186, 2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlı qla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək.

32. Maddə 186, 3-cü hissə. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

33. Maddə

187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar e dildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

34. Maddə

296. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət e də bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; Mülki Məcəllənin 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir.

35. Maddə 300, 1-ci hissə. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olar aq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kassasiya şikayətində qeyd edilən dəlillər apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunlu olmuş və sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmaqla Mülki Prosessual Məcəllənni 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

49. Əmək müqaviləsinə xitam vreilməsinin əsasları və qaydaları, əmək müqaviləsinin xitamının sənədləşdrilməsi qaydaları, fərdi əmək mübahisələrinin həlli qaydaları və həmin mübahisələrin həllində iddia müddətləri barədə Əmək Məcəlləsinin normalarını apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin həllin də düzgün tətbiq və təfsir etmişdir.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Odur ki, Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7649/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar