Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1292/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2(103)6349/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər i, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 64 “A” saylı evin 54 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X2 adına qeydə alınıb və Reyestr Xidməti tərəfindən onun adına 3 iyul 2001-ci il tarixli Çıxarış verilmişdir. 2. 21 dekabr 2001-ci il tarixdən Cavabdeh, X4 və Şahid2 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 64 “A” saylı evin 54 saylı mənzilində daimi pasport qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 64 “A” saylı evi n 54 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı, işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzil onun mülkiyyətindədir. Övladı olan cavabdeh xx xxxxxx 1987-ci il təvəllüdlü olmaqla, yaşayış yeri üzrə 21 dekabr 2001-ci il tarixdən mənzildə daimi qeydiyyatdadır. 2021-ci ildə cavabdeh ölkə hüdudlarını tərk edərək, xarici ölkəyə köçmüş, orada yaşayır və işləyir. Həmin vaxtdan cavabdeh mənzilə qayıtmamışdır. Cavabdeh və onun arvadı X1 nikaha daxil olduqdan sonra bir müddət onunla birgə yaşamış və onların birgə nikahından 12 dekabr 2014-cü il tarixdə İnarə adlı övladları doğulmuşdur. Cavabdeh ona xəbər vermədən və razılığını almadan qızı İn arəni də mənzilə qeydiyyata saldırmışdır. Hazırda cavabdeh ilə Səhyəbanı Qayıbovanın nikahı pozulmuşdur. Səhyəbanı Qayıbova övladı ilə birlikdə başqa ünvanda yaşayır. O, mənzilini yaxşı şəraitli evlə dəyişmək istəyir, lakin cavabdeh mənzildə qeydiyyatda olduğundan bunu edə bilmir. O, cavabdehə müraciət etsə də, buna razılıq verməkdən imtina etmişdir. Cavabdehin bu kimi hərəkəti və mənzildə yaşamadan qeydiyyatında qalması onun mülkiyyət hüququnu pozur və mülkiyyət hüququnu realizə edə bilmir.
5. Məhkəmə iclasına videokonfrans vasitəsilə iştirakı təmin edilmiş cavabdeh iddia tələbini qəbul etməyək bildirmişdir ki, 2019-cu il tarixdən magistr təhsili ilə bağlı və 2021-ci il tarixdən isə daimi olaraq Almaniyada Federasiyasında yaşayır və işləyir. Anası ilə soyuq münasibətdə olmasının səbəbləri ailədə yaranmış narazılıqlardır. Mübahisəli ünvana 2001-ci il tarixdən qeydiyyata alınmışdır. Daha sonra ailə qurduqdan sonra 2014-cü il təvəllüdlü övladı həmin mənzilə qeydiyyata alınıb. Anası tərəfindən bacısı vasitəsi ilə evin satılması barədə təklif olunsa da, razılaşmamışdır. Özü yaşadığı ölkədə kirayədə qalır, aylıq gəlirləri var. Azərbaycan Respublikasına qayıdan zaman anası ilə münasibəti yaxşı olmadığı üçün qeydiyyatda olduğu ünvana getməmişdir. Həmin mənzildən istifadəsində iddiaçı tərəfindən hər hansı maneə ilə qarşılaşmamışdır, özünün seçimi əsasında otelde ödəniş etməklə bir neçə gün qalmış, daha sonra isə ölkəni tərt etmişdir. Anası tərəfindən mənzilin dəyərinin yarısı ona ödənildiyi halda mənzilin satılmasına razılıq verəcəkdir. Hazırda nikahı pozulmuşdur, övladı və keçmiş arvadı öz ailəsi ilə birlikdə yaşayır. Onun kompensasiyaya ehtiyacı yoxdur və yalnız mənzilin dəyərinin yarısını tələb edir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(001)4074/2024 saylı qətnaməsi ilə (hakim Elnarə Vəliyeva) iddia təmin edilərək, cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 64 “A”saylı evin 54 saylı mənzilindən istifadə hüququnun itirlmiş hesab edilməklə xitam verilməsi qət edilmişdir.
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 64 “A” saylı evin 54 saylı mənzili 2001-ci ildən iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının ailə üzvü olmaqla həmin mənzildən istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Cavabdehin mənzilə dair istifadə hüququ mövcud olduğundan, kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsinin mümkünlüyü barədə iddiaçıya məhkəmə tərəfindən təklif edilmiş, cavabdeh isə kompensasiya hüququndan istifadə etmək istəmədiyini, yalnız mənzilin yarı dəyərini tələb etdiyini bildirmişdir. Həmçinin, cavabdeh faktiki olaraq iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxıb getməklə, daimi əsaslarla xarici ölkəyə köçməklə həmin mənzildə yaşamır.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdehin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin müvafiq qərarına uyğun olaraq kompensasiya verilməməsi anlayışına uyğun olmuşdur. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin övladı X4 da həmin mənzilə qeydiyyata düşmüş, lakin cavabdehin nikahı pozulduğundan uşaq hazırda anasının himayəsindədir. Bu fakt cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında hal-hazırda etibarlı ailə əlaqələri mövcud deyil, eyni zamanda cavabdeh 2019-cu ildən ölkə hüdudlarını tərk etməklə daimi əsaslarla xarici ölkədə yaşamaqla artıq uzun müddətdir ki, Azərbaycan Respublikasından köçüb getmiş və hal-hazırda Almaniya Federasiyasında yaşayır və onun yaşayış sahəsinə olan ehtiyacını iddiaçının evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması mülki iş materialları ilə öz təsdiqini ta pmır.
11. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin mənzildə yaşamaması, onun həmin yaşayış sahəsinə ehtiyacının olmamasına (istifadə hüququnu əmələ gətirən əsasın aradan qalxmasına) dəlalət edir. Buna görə də iddia təmin edilməli, cavabdehin iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququ itirlmiş hesab edilməklə xitam verilməlidir.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 152.1, 157.4, 228.1, 228.5-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini etiraz ərizəsinə uyğun əsaslandıraraq qeyd etmişdir ki, o, xarici ölkədə təhsil alır və təhsilini başa vurduqdan sonra ölkə ərazisinə qayıdacaqdır. Azərbaycan Respublikasında cavabdehin yeganə yaşayış yeri mübahisəli mənzildir. Lakin, qeyd edilən hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozularaq iddianın təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2(103)-6349/2024 saylı qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən, məruzəçi), Fuad Talışınski və Azad İmanov) cavabdehin apellyasiya şikayəti təmin ed ilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(001)-4074/2024 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddiaçının cavabdehə qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiası rədd edilmişdir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli mənzil 2001-ci ildən iddiaçının mülkiyyətindədir. İddiaçının övladı olan cavabdeh 14 yaşından mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh təhsili ilə bağlı o, 2019-cu ildən 2021-ci ilədək mütəmadi olaraq xaricə gedib-gəlmiş, 2021-ci ildən isə Almaniya Federasiyasında yaşayış və işləyir. Hazırda tərəflərin münasibətləri gərgindir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh id diaçının ailə üzvü- övladı olmaqla mübahisəli mənzildən istifadə hüququ mövcuddur və bu hal işin mübahisəsiz halıdır. İddianın əsaslı olması barədə qənaətə gəlmiş birinci instansiya məhkəməsi cavabdehin ona verdiyi və yuxarıda qeyd edilən mövqeyi təkzib edən izahatına, habelə iddianın əsaslı hesab edilməsi üçün etibarlı sübutların olmamasına əhəmiyyət verməmişdir. Belə ki, cavabdehin özündən başqa onun anası olan iddiaçı və bacısı olan Şahid2 da bildirmişlər ki, cavabdeh 2021-ci ildən etibarən xaricdə yaşayıb işləsə də, mütəmadi olaraq Azərbaycan Respublikasına qayıdıb, lakin onların münasibətləri yaxşı olmadığı üçün Azərbaycan Respublikasına qayıdanda cavabdeh mübahisəli mənzildə yaşamır.
18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki iş materialları və “Elektron Məhkəmə” İnform asiya Sistemində olan məlumatlarla müəyyən olunur ki, iş üzrə cavabdeh hazırda da Azərbaycan Respublikasının vətəndaşıdır, mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır və o, mütəmadi olaraq Azərbaycan Respublikasından çıxır və qayıdır. Belə olan halda müəyyən edilir ki, cavabdehin yaşayış sahəsinə ehtiyacının aradan qalxması öz təsdiqi tapmadığından, mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün əsas yoxdur. Ona görə də iddia rədd edilməlidir.
19. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 152.1, 157.4, 228.1, 228.5-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2 Kamal oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin halları birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq, hüquqi qiymət verilməsinə və nəticədə iddianı təmin etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar birinci instansiya məhkəməsinin qətnaməsində göstərdiyi qanunlarla eynilik təşkil etsə də, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni hansı qanun normasını rəhbər tutmaqla əsaslandırmamışdır. Bundan başqa, apellyasiya şikayətində cava bdehin yeganə yaşayış yerinin iddiaçının mənzili olduğu qeyd olunmuşdur. Bu hal həqiqətə uyğun deyil. Belə ki, istənilən şəxsin bir neçə yaşayış yeri ola bilər, lakin qeydiyyatı bir ünvanda olmalıdır. Şikayətdə göstərildiyi kimi cavabdehin yeganə yaşayış yeri iddiaçının mənzilidir, onda 2019-cu ildən cavabdeh öz doğma ölkəsinə “turist” qismində gəldiyi müddətdə həmin mənzildə yaşamamışdırsa, harada yaşamışdır.? Halbuki, cavabdeh özü Azərbaycan Respublikasına qısa müddətli gələndə hazırkı iş üzrə məhkəmə iclasında videokonfrans zamanı bildirmişdir ki, özünün seçimi əsasında otelde bir neçə gün qalmış, daha sonra isə ölkəni tərk etmişdir. Bu isə o, anlama gəlir ki, cavabdeh uzun bir müddət ərzində iddiaçının mənzilində yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar deyil, onun daimi yaşa ması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Cababdehin iddiaçının mənzilində yaşayış sahəsinə ehtiyacı yoxdur. Bunu da iddiaçı dəfələrlə məhkəmə iclasında bildirmişdir. Bundan başqa, cavabdeh hər dəfə Azərbaycan Respublikasına gələndə iddiaçının mənzilindən başqa müxtəlif yerlərdə “turist” kimi bir neçə gün yaşaması və sonra isə ölkəni tərk edərək daimi yaşadığı xarici ölkəyə qayıtması, onu sübut edir ki, cavabdehin iddiaçının mənzilində yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Bundan əlavə, cavabdehin yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması nə iş, nə də hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Apellyasiya instansiyası məhkəməsi cavabde hin məhdud mülkiyyət hüququnu, yəni mənzildən istifadə hüququnu qeyd etsə də, cavabdehin həmin mənzildə 2019-cu ildən etibarən yaşamadığını, mənzilə dair heç bir ödəniş etmədiyini və hətta mənzilin normal gedişatı ərəfəsində sıradan çıxan və təmirə ehtiyac duyulan işlərdə iştirak etmədiyini nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinə irad bildirərək, iddianın əsaslı hesab edilməsi üçün etibarlı sübutların olmamasına əhəmiyyət verməməsinə diqqəti yönəltsə də, həmin sübutların toplanılması və məhkəmə iclasında çəkişmə prinsipinə riayət edərək ararşdırılmasını, bununla bağlı tərəflərin mövqelərinin və sair sübutların toplanmasını həyata keçirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın də lilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
25. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həm in hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
26. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gü ndən yaranır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə
9. Yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanu ni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tut ulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.
40. Belə ki, işin mübahisə olunmayan hallarına görə, cavabdeh iddiaçının oğludur, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaç ının adına qeydə alınıb və Reyestr Xidməti tərəfindən onun adına 03 oktyabr 2001-ci il tarixli Çıxarış verilib. 21 dekabr 2001-ci il tarixdə cavabdeh mənzilə qeydiyyata alınıb, 07 yanvar 2014-cü il tarixdə isə rəsmi nikah əsasında Ələkbərli (Qayıbova) Səhyəbanı Hümbət qızı ilə ailə qurub və onların birgə nikahından 12 dekabr 2014-cü il tarixdə İnarə adlı övladı doğulub. 2016-cı ildə cavabdeh övladı İnarəni də mənzilə qeydiyyata aldırıb. Sonradan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə Səhyəbanı Qayıbova ilə cavabdeh arasında bağlanmış nikah pozulub.
41. Eyni zamanda işdən, işdə iştirak edən şəxslərin izahatlarından görünür ki, cavabdeh ailə üzvləri ilə birlikdə bir müddət mübahisəli mənzildə yaşasalar da, sonradan Səhyəbanı Qayıbova övladını da gö türərək valideynlərinin yaşadıqları mənzilə qayıdıb, cavabdeh isə 2019-cu ildə magistr təhsili almaq üçün Almaniya Federasiyasına gedib, 2021-ci ildən isə daimi olaraq orada yaşayır və işləyir.
42. Hazırda iddiaçı, cavabdehin 2019-cu ildən magistr təhsili almaq üçün Almaniya Federasiyasına getdiyini, 2021-ci ildən daimi olaraq orada yaşayıb, işlədiyini, faktiki olaraq daimi yaşamaq üçün digər ölkəyə köçüb getdiyini, mənzildə formal qeydiyyatda qaldığını, mənzilin saxlanılmasında və kommunal xidmətlərin ödənilməsində iştirak etmədiyini, əksinə, mənzildə qeydiyyatda qaldığı üçün onun razılığı olmadan mülkiyyətçi kimi hüquqlarını həyata keçirə bilmədiyini göstərib, cavabdehin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini iddia etmişdir.
43. Cavabdeh isə 2019-cu ildən magistr təhsili ilə bağlı, 2021-ci ildən isə daimi olaraq Almaniya Federasiyasında yaşayıb, işlədiyini, 2001-ci ildən mənzilə qeydiyyatda olduğunu, iddiaçı ilə aralarında olan narazılığa görə mənzilin satılmasına razılıq vermədiyini, aylıq gəlirləri olsa da, yaşadığı ölkədə kirayədə qaldığını, Azərbaycan Respublikasına qayıtdığı zaman iddiaçı ilə münasibətləri yaxşı olmadığı üçün mənzilə getmədiyini, onun mənzildən istifadəsinə iddiaçı tərəfindən heç bir maneçiliyin yaradılmadığını, özünün seçimi əsasında ödəniş etməklə bir neçə gün oteldə qaldığını, daha sonra ölkəni tərk etdiyini, kompensasiyaya ehtiyacının olmadığını, yalnız mənzilin dəyərinin yarısını tələb etdiyini göstərib, iddiaya etiraz etmişdir.
44. Göründüyü kimi cavabdeh, son 5 ildir ki, mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı ilə bir gə yaşayıb ümumi təsərrüfat aparmır və onların ailə münasibətlərinə faktiki olaraq 2019-cu ildən xitam verilib.
45. Belə ki, cavabdehin özünün izahatı ilə müəyyən olunur ki, o daimi olaraq 2021-ci ildən Almaniya Federasiyasında yaşayır və işləyir, mübahisəli mənzilin saxlanılmasında, kommunal xəclərinin ödənilməsində iştirak etməyib, başqa sözlə, mənzildən istifadə ilə bağlı onun elə bir marağı qalmayıb. Hətta, müvəqqəti Azərbaycan Respublikasına gəldikidə belə o, mübahisəli mənzildə deyil, oteldə qalıb, onun kompensasiyaya ehtiyacı yoxdur və yalnız mənzilin dəyərinin yarısını tələb edir.
46. İşin qeyd olunan halları işdə iştirak edən şəxslərin izahatları, habelə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri ilə də təsdiq olunmuşdur.
47. Kassasiya in stansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq hesab edir ki, hazırkı mübahisənin obektiv həlli üçün ilk növbədə qanunvercilikdə mülkiyyət hüququnun mümkün məhdudiyyətlərini nəzərdə tutan normalar təhlil olunmalıdır.
48. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Hər bir halda mülkiyyət hüququnun məhdudlaşdırılması qanunun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. 49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir.
50. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hi ssəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.
51. Bu hüququn hansı növ məhdud əşya hüququ olması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.
52. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur.
53. Mülki Məcəllənin 255.8-ci maddəsinin mənasına görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir.
54. Sadalanan normalara görə, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir.
55. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ” Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir.
56. Belə ki, normanın mənasına görə, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: birincisi, yaşayış binasının tərkib hissəs inin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu; ikincisi, yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması.
57. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.
58. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, cavabdehin son 5 il ərzində mübahisəli mənzildə yaşamamasını, onun daimi olaraq Almaniya Federasiyasında yaşamasını, işləməsini, tərəflər ara sındakı ailə münasibətlərinə isə 2019-cu ildən faktiki olaraq xitam verilməsini, onlar arasında son 5 ildir ki, etibarlı ailə əlaqələrinin kəsilməsini, cavabdehin 2021-ci ildən daimi olaraq yaşayış sahəsinə olan ehtiyacını iddiaçının mülkiyyətində olan mənzildən istifadə etməməklə qarşılamasını və bunu hər hansı məcburiyyət üzündən deyil, məhz daimi yaşamaq üçün digər ölkəyə köçüb getdiyi üçün etməsini nəzərə almadan, yalnız cavvabdehin irəli sürdüyü formal mülahizələrə əsaslanaraq, onun mübahisəli mənzildən digər yaşayış sahəsinə daimi deyil, müvəqqəti köçüb getməsinə dair işin halları barədə səhv nəticəyə gəlib və bununla da yuxarıda sadalanan normaların tələblərini pozub,
59. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
60. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələblər i baxımından düzgün hüquqi qiymət verilməlidir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2(103)-6349/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.