Məhkəmə qərarları › İş №2(102)-1293/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1293/2023

03.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1293/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 (üçüncü şəxslər Qaradağ Rayon Polis İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlun dan ibarət tərkibdə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 (üçüncü şəxslər Qaradağ Rayon Polis İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi) qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılma” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-121/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh7 kassasiya şikayətinə əsasən mülki işə 3 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. BŞİH Başçısının Azə rbaycan Dövlət Dəmir Yoluna məxsus yaşayış binalarının balansa götürülməsi haqqında xx.xx.2001-ci il tarixli sərəncamı ilə sonuncuya məxsus Binəqədi, Qaradağ, Əzizbəyov, Xətai, Nərimanov, Nəsimi, Nizami, Suraxanı, Sabunçu və Səbail şəhər rayonlarının ərazisində yerləşən, sahəsi 300263 kv.m olan mövcud yaşayış fondu Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (bundan sonra – iddiaçı, yaxud Departament) balansına və xidmət dairəsinə verilmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3427/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh7 cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilərək, iddiaçı Cavabdeh7 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin, 1 saylı mənzilinə köçürül məsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11796/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3427/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4638/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh7 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11796/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Həmin qərarla müəyyən edilmişdir ki, mübahisəli mənzil dövlət mülkiyyətindədir, həmin mənzilə dair dövlətin adından çıxış etmək səlahiyyəti Departamentə malikdir. İddiaçınin mənzil üzərində sahiblik və istifadəsini təmin etmək imkanı məhz həmin orqanla bağlanmış sosial kirayə müqaviləsi əsasında yarana bilərdi ki, işin araşdırılmış halları ilə belə müqavilənin mövcudluğu təsdiq olunmur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh7 mübahisəli mənzilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli qətnaməsi ilə iddiaçılar-Cavabdeh1 oglunun, Mehtiyeva Eİmira Nəsib qızının və Cavabdeh3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin 1 saylı mənzilinə istifadə hüquqları tanınmışdır. Bundan sonra Cavabdeh7 Cavabdeh1 yazılı razılığı əsasında xx.xx.2016-cı il tarixdən sözügedən mənzilə qeydiyyata alınmışdır.Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh1 istifadə hüqu qlarının tanınmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və iddia təmin edilməmişdir. Eyni zamanda iddiaçının mübahisəli mənzildə yaşaması təsdiq edilməmişdir. Bundan başqa, mübahisəli mənzil Departamentin balansında olduğu halda mənzil üzərində hüquq müəyyən olmayan şəxslərə qarşı tələb irəli sürməsi düzgün olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında qohumluq münasibətləri olmamışdır. Hətta onlar arasında qohumluq münasibəti olmuş olsa belə bu fakt iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranması əsası kimi qəbul edilə bilməz. İlkin olaraq ona görə ki, cavabdehlərin özləri müəyyən edildiyi kimi mənzil üzərində h ər hansı hüquqa malik deyildirlər. Cavabdehin mənzilə hüququ olmadığı halda iddiaçının cavabdehin razılıq verməsinə istinad edərək mənzil üzərində istifadə hüququnun yaranmasını göstərə bilməz. Mübahisəli mənzildə iddiaçının və ya cavabdehlərin birlikdə və ayrı-ayrı olaraq yaşayaraq təsərrüfat idarə etmələri də müəyyən edilməmişdir. İddiaçı ilkin olaraq sübut etməli idi ki, mənzil üzərində hər hansı hüquqa malikdir və həmin hüquqa istinad edərək mənzilə köçürülməsi mütləqdir. Lakin iddiaçı mübahisəli mənzil üzərində hər hansı hüququnun olmasına dair sübutlara malik deyildir, belə hüququnun olması təsdiq olunmadığından o, mənzilə köçürülməyini tələb etmək üçün subyektiv hüquqa malik deyildir.

5. Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2044/2021 nömrəli qərarı idd iaçı Cavabdeh7 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə kirayə müqaviləsinin bağlanması” barədə iddiası təmin edilmiş, mübahisəli mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2022-ci il tarixli, 2-1(103)- 723/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1209/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2022-ci il tarixli, 2-1(103)723/2022 nömrəli qərarı dəyişdirilmədən sax lanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və həmin şəxslərin başqa yaşayış sahəsi verilmədən həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı BŞİH-in Başçısının Aparatının strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göst ərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. İddiaçı BŞİH-in Başçısının verdiyi səlahiyyətlər həddində mənzil-kommunal təsərrüfatı üzrə idarəetmə orqanı funksiyalarını həyata keçirir. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı yaşayış binası əvvəllər "xxxx" QSC-nin mənzil fonduna aid olmuş, BŞİH-in Başçısının sərancamı ilə dövlət mənzil fonduna keçirilməklə iddiaçının balansına verilmişdir. BŞİH-in Başçısının qeyd edilən sərəncamının icrası ilə əlaqədar iddiaçının xx.xx.2002-ci il tarixli sərəncamına əsasən Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və 128 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. Departamentin tabeliyində olan Qaradağ rayonu Mənzil-K ommunal Təsərrüfatı Birliyinin 128 saylı MənzilKommunal İstismar Sahəsinin məlumatına əsasən mübahisəli mənzil vaxtı ilə X2 istifadəsində olmuş, həmin şəxs Azərbaycan Respublikasından köçüb getmişdir. Bundan istifadə edərək cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 dövlət mənzil fonduna aid yaşayış sahəsini ələ keçirmək məqsədi ilə mübahisəli mənzildə qeydiyyata düşmüş, lakin həmin mənzildə qeydiyyatda olmaları barədə əraziyə xidmət edən 128 saylı MənzilKommunal İstismar Sahəsinin xidməti kitablarında 2017-ci ilədək heç bir qeydiyyat aparılmamışdır. Bundan əlavə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7 yanvar 2014cü il tarixli, 2(002)- 144/2014 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, X1,Cavabdeh3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 46 saylı evin 1 saylı mənzili nə istifadə hüquqları tanınmış, digər Cavabdeh7 isə məhkəmə qətnaməsi ilə qeydiyyata alınmış mənzilə dair heç bir sərəncam vermək hüququ olmayan şəxs Cavabdeh1 yazılı razılığı əsasında qanunsuz olaraq həmin mənzilə qeydiyyata alınmışdır. Bu minvalla dövlət mənzil fonduna aid yaşayış sahəsində 12,0 m² sahə üzrə bir nəfərin qeydiyyata alınması nəzərdə tutulsa da, cəmi 17,52 m²-dən ibarət olan bir otaqlı mənzilə dörd nəfər şəxs qeydiyyata alınmışdır. Bununla da, dövlət mənzil fonduna aid mübahisəli mənzil balans saxlayan təşkilatın xəbəri olmadan cavabdehlər tərəfindən qanunsuz olaraq ələ keçirilmişdir.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-21/2019 nömrəli, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Kamran Əsədov)

9. Məhkəmə mövqeyini onunla əsasla ndırmışdır ki, mübahisəli mənzil iddiaçının balansındadır və cavabdehlərin həmin mənzilə dair heç bir hüquqları mövcud deyildir. Buna görə Departamentin cavabdehlərin həmin mənzildən başqa yaşayış sahəsi verilmədən çıxarılması barədə tələbi qanuni və əsaslı olmuşdur.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud olmadığına görə iddiaçının bu barədə iddia tələbi əsaslı hesab edilmir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu ildə “Marks Belçikaya qarşı” işi üzrə qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 164.1-ci, 164.2-ci maddələrinə el əcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 119-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh7 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-121/22 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şeyda Məhərrəmovanın sədrliyi və məruzəsi ilə,Məmməd Məmmədov və Rəşad Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mübahisəli mənzildən başqa yaşayış sahəsi verilmədən çıxarılmaları, iddia tələbinin qalan hissədə, yəni cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi hissəsində rədd edilməsi qət edilmişdir.

14. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil dövlət mülkiyyətindədir, həmin mənzilə dair dövlətin adında çıxış etmək səlahiyyəti iddiaçıdadır.

15. Həmçinin qanuni qüvvəsini almış qətnamə ilə cavabdehlərin həmin mənzilə dair istifadə hüquqlarının olmaması müəyyən edilmişdir.

16. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdehlərin mənzil üzərində sahiblik və istifadəsini təmin etmək imkanı məhz həmin orqanla bağlanmış sosial kirayə müqaviləsi əs asında yarana bilərdi ki, Cavabdeh7 bu barədə iddiası qanuni qüvvəsini almış qətnamə ilə rədd edilmiş, digər cavabdehlərə münasibətdə də belə bir müqavilənin mövcud olması müəyyən edilməmişdir.

17. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud olmadığından, iddia tələbi - mənzildən istifadə hüququna xitam verilməsi hissəsində əsassız olmuşdur, çünki mövcud olmayan hüquqlara xitam verilə bilməz.

18. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə dair hər hansı hüquqları olmadığından, iddia tələbi - həmin mənzildən başqa yaşayış sahəsi verilmədən çıxarılma hissəsində əsaslı olduğu üçün təmin edilməlidir.

19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29cu m addəsinə, «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu ildə “Marks Belçikaya qarşı” işi üzrə qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 164.1-ci, 164.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazin dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh7 kassasiya şikayəti verərək (vəkil Nümayəndə) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi yaxud qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətçi özgənin qanunsuz sahibli yindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İşin hallarından məlum olur ki, mübahisəli mənzil hazırkı iş üzrə iddiaçıya məxsus deyil.Belə ki, mübahisəli mənzilin mülkiyyətçisi Nina Nikolayevna adlı qadındır. Cavabdeh7 isə həmin mənzilə həmin qadının notarial razılığı ilə köçmüşdür.

22. Kassator eyni zamanda bildirmişdir ki, mənzil dövlət qeydiyyatına alınmadığından və istismara 2000-ci ildən əvvəlki dövrlərdə verildiyindən 01 oktyabr 2009cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi haqqınd a qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Mənzilin orderi iddiaçının özünün də etirafına əsasən Nina Nikolayevna adlı rus milliyyətindən olan qadının adınadır. Yuxarıda adı çəkilən normanın mənasından görünür ki, səlahiyyətli orqanın vermiş olduğu qərar əsasında hər hansı yaşayış sahəsinə köçmək həmin qərara uyğun verilmiş order əsasında həyata keçirilməlidir ki, hələ 1991 -ci ildə Azərbaycan SSR Mənzil Məcəlləsi qüvvədə olduğundan həmin dövrdə yaranmış mülki münasibətlərə həmin qanunun müvafiq normaları tətbiq olunmalı idi. Apellyasiya məhkəməsi isə 01 oktyabr 2009-cu il tarixdən sonra qüvvəyə minmiş Mənzil Məcəlləsində bu halın nəzərdə tutulmadığını əsas gətirərək qanuni və əsaslı qərarı ləğv etmişdir ki, bununla da, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməli olmayan normanı tətbiq etmişdir.

23. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı və üçüncü şəxs Qaradağ rayon Mənzil-Kommunal təsərrüfatı Birliyi kassasiya şikayətinə dair ayrı-ayrılıqda yazılı etirazlar təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Kons titusiyası

25. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əş yaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

29. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldi yi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır;

38. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır;

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində ləğvi xahiş edilən qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan fak tlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

45. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessua l qanun pozuntularına yol verməmişdir.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-121/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar