Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1293/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Əmrin ləğvi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4856/2024 nömrəli iş üzrə 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən İd diaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh cəmiyyətin 33 saylı mühafizə hissəsinə (sonradan adı dəyişdirilərək, Mərkəzi – Aran regionu üzrə mühafizə xidməti olmuşdur) 4-cü dərəcəli atıcı vəzifəsinə işə qəbul edilmişdir. 9 avqust – 10 avqust 2023-cü il tarixdə cəmiyyətin Mərkəzi-Aran regionu üzrə mühafizə xidmətinin “Göranboy 330 kv y/st-nin 1-ci postunda X1 xidmətdə olan X4 və xidmət etdiyi 2-ci postu özbaşına tərk edərək, 1-ci posta gələn atıcı İddiaçı, X1, yəni 1-ci post otağında yatılı vəziyyətdə aşkar edilmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tar ixli əmri ilə məsələ ilə bağlı araşdırmanın aparılması və nəticəsinə dair atıcı X4 və İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi üçün təkliflərin irəli sürülməsi tapşırılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasından Gürcüstan Respublikasına və İran İslam Respublikasına enerjinin ötürülməsində mühüm əhəmiyyət kəsb edən, həmçinin, ölkənin işğaldan azad edilmiş Qarabağ iqtisadi zonasında dövlət əhəmiyyətli mühüm strateji obyektləri, yaşayış məntəqələrini enerji ilə təmin edilməsinin vacib zənciri olan Göranboy 330 kv-luq paylayıcı məntəqəsinin 2-ci postunun mühafizəsinə təyin edilmiş atıcı İddiaçı ciddi nöqsana yol verərək, qadağan olunmasına baxmayaraq, mühafizə etdiyi postun ərazisini özbaşına tərk edib birinci postda, X1 xidmətdə olan atıcı X2 yanına gəlmişdir. Onların hər ikisi vəzifələrinin icrasından yayınmış, əmək funksiyalarının tələbinə zidd olaraq, həyat əhəmiyyətli mühüm strateji obyekt olan “Göranboy 330 kv-luq Paylayıcı Məntəqəsini mühafizəsiz qoymuş, postda stulların üzərində uzanaraq yatmışlar. Gecə saat 01:45 radələrində müəssisəyə yoxlamaya gələn Nəzarət idarəsinin əməkdaşları müəssisənin giriş qapısında səsləmələrinə, işıq siqnalı vermələrinə, eləcə də həndəvərdəki itlərin hürməsinə baxmayaraq, postda xidmətdə olan atıcı tərəfindən heç bir reaksiyanın olmadığını görmüş, post otağının pəncərəsindən içəridə atıcı İddiaçı oturacağın üzərində uzanaraq, yatmış vəziyyətdə aşkar etmiş və telefonla onun fotoşəklini çəkmişlər. Göstərilənlərlə bağlı xx.xx.2023-cü il tarixdə akt, habelə xx.xx.2023-cü il tarixdə arayış tə rtib edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə yazdığı izahatda xidmət etdiyi 2-ci postu özbaşına tərk edərək, 1-ci posta getdiyini və orada yatdığını və bu vəziyyətdə aşkar edildiyini etiraf etmişdir. Bundan sonra cəmiyyətin direktor müavini tərəfindən təqdimatla cəmiyyətin direktoruna müraciət edilərək, strateji obyektin mühafizəsində xidmətlə bir araya sığmayan, bağışlanılmaz cidd nöqsana yol verdiklərinə görə iddiaçı barəsində ciddi intizam tədbirinin görülməsi üçün müvafiq göstərişin verilməsi xahiş edilmişdir. xx.xx.2023cü il tarixdə isə cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinin sədrinə müraciət edilərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. Müraciətə uyğun olaraq, məsəl ə Komitənin xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında müzakirə edilmiş və qəbul edilmiş qərara əsasən komitə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına razılıq vermişdir. Cavabdeh cəmiyyətin xx.xx.2023-cü il tarixli, 99/K saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü tarixli, 99/k saylı əmrinin ləğv edilməsi, vəzifəyə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən hallarına, o cümlədən cavabdehin ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna və işdən çıxarılması barədə əmrinə istinad edərək onunla əsaslandırmışdır ki, indiyə kimi belə bir hadisə olmamışdir. Özünü narahat hiss etdiyi üçün bir balaca mürgüləmişdir. Bu da birinci səfər idi ki, elə hadisə baş verirdi. Bundan əlavə mühafizə xidmətinin atıcı vəzifəsində işləyərkən intizam qaydasında heç vaxt məsuliyyətə cəlb edilməmişdir.
4. Cavabdeh MMC iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə "Goranboy 330 kv-luq Paylayıcı Məntəqəsini" mühafizə edən "xxxx" MMC-nin Mərkəzi Aran regionu üzrə mühafizə xidmətinin atıcısı İddiaçı qadağan olunmasına baxmayaraq, xidmət etd iyi 2-ci postu özbaşına tərk edib 1-ci posta X3 gəlmiş və orda xidmət aparan X4 ilə bir qədər söhbət etdikdən sonra hər ikisi mühafizədən yayınaraq stulların üzərində yatmışdır. Həmin şəxslər öz hərəkətələri ilə "xxxx" MMC-nin Xidmətin təşkili və aparılması haqqında Təlimat'ın tələblərini kobud şəkildə pozmuş və əmək müqaviləsi üzrə əmək funksiyalarını və vəzifə öhdəliklərini bilərəkdən yerinə yetirməməklə əmək və icra intizamının normal ahəngini pozmuşdur. Halbuki, iddiaçı cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinin 3.1-ci maddəsinin “ə” bəndinə əsasən təlimatla müəyyən edilmiş əmək vəzifələrini əməl etmək barədə əmək funksiyasının icrasını öz öhdəsinə götürmüş və bu əmək müqaviləsi iddiaçının özü tərəfindən imzalanmışdır. Belə ki, təlimatın 17-ci bəndinə əsasən atıcıya yatmaq, həm çinin, xidmət postunu tərk etmək, xidmətdən yayınmaq qadağan edilmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim P.Zamanlı) xx.xx.2024-cü il tarixli, 2(011)-3188/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, göstərilən ərazinin dövlət əhəmiyyətli mühafizə olunmalı ərazi olduğunu nəzərə aldıqda, iddiaçının postu nəzarətsiz qoyaraq yatması həmin əraziyə nəzarət etməli olan iddiaçının əmək funksiyalarını lazımınca yerinə yetirmədiyinin göstəricisidir. İddiaçı iddia ərizəsində özünü narahat hiss etdiyi üçün mürgülədiyini qeyd etsə də, məhkəmə iddiaçının qeyd edilən mülahizəsinə qiymət verərək, hesab etmişdir ki, iddiaçı cavabdehlə əmək müqaviləsi bağlayaraq, onun nəzarətinə verilmiş ərazinin mühafizəsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Əgər o, səh hətində olan hər hansı bir nasazlığa görə həmin gün öz vəzifəsini icra edə bilmirdisə, bu barədə işəgötürən cavabdehi xəbərdar edə və tədbir görülməsini xahiş edə bilərdi. İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş özünün əmək funksiyalarını yerinə yetirmədiyindən və əmək vəzifələrini kobud şəkildə pozduğundan, onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsi əsaslı olmuşdur. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh əmək qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Yəni, məhkəmə hazırkı mübahisə üzrə işəgötürən tərəfindən əmək qanunvericiliyin hər hansı müddəalarının pozulmasını aşkar etməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı işə bərpa barədə iddiası əsa ssız olduğu üçün təmin edilməməlidir.
7. Məhkəmə iddianın “məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının hazırkı tələbləri onun əsas “işə bərpa” iddiası ilə birbaşa bağlı olduğundan, iddiaçının isə “işə bərpa” barədə iddiası əsassız olduğundan, bununla da iddiaçının məcburi iş buraxması müəyyən edilmədiyindən, iddia qeyd edilən hissədə də əsassızdır və təmin edilməməlidir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375 və 377-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-c və 80-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 və 377.1-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırm ışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə konkret olaraq əmək müqaviləsinə hansı əsasla xitam verilməsini dəqiq müəyyən etməmişdir. Əslində, onun yol verdiyi intizam xətası əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi kimi deyil, əmək vəzifələrinin kobud surətdə pozulması kimi qiymətlədirilməlidir. Məhkəmə işdən azad edilmənin əsasını dəqiq müəyyən etmədiyi üçün yekun qərar çıxararkən səhvə yol vermişdir. İşçinin işdən azad edilməsi üçün o hallar əmək müqaviləsinin kobud surətdə pozulması hesab edilir ki, onlar Əmək Məcəlləsinin 72-ci maddəsində göstəri lmiş olsunlar. Bu siyahı işçiyə qarşı ən ağır intizam tənbehinin tətbiq edilməsi üçün əsasların siyahısını nəzərdə tutduğu üçün həmin siyahının geniş təfsirinə yol verilmir. Hazırki işdə iddiaçının yol verdiyi intizamsızlıq bu maddənin hec bir bəndinin təsiri altına düşmür.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), F.Qasımov və X.Sarıyev) 2(103)-4856/2024 nömrəli iş üzrə 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
13. İddiaçının işlədiyi Mərkəzi – Aran regionu üzrə mühafizə xidmətinin mühafizəsini həyata keçirdiyi 330 kv -luq “Goranboy” Paylayıcı Məntəqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısı”na daxil edilmişdir. Mühafizə olunan ərazinin ümumi sahəsi 16 ha, sahədə yerləşən 1-ci mühafizə postunda növbədə olan mühafizəçinin hərəkət radiusu isə 60 metr təşkil edir. 2-ci mühafizə postunda növbədə olan mühafizəçi isə bütün sahəyə nəzarət edir və onun mühafizəsini həyata keçirir. Bu baxımdan 9 avqustdan – 10 avqusta keçən gecə 2-ci postda olan mühafizəçi olaraq iddiaçı bütün ərazinin mühafizəsini həyata keçirmək vəzifəsini daşımışdır.
14. İddiaçı 2023-cü ilin avqust ayının 9-dan 10-na keçən gecə 2-ci mühafizə postu üzrə növbədə olan zaman həyata keçirilmiş yoxlamadan sonra (özü də etiraf edir ki, bir dəfə yoxlanılmışdır) bu barədə aidiyyəti üzrə məlumat vermədən (özbaşına) öz postunu tərk edərək, 1-ci posta getmiş və orada stulların üzərində yatmışdır. Bu hal iş materiallarında olan sənədlərlə, o cümlədən fotoşəkillə öz təsdiqini tapır. Bununla belə, qeyd edilən hərəkəti ilə iddiaçı vəzifə təlimatı üzrə müəyyən edilmiş məntəqənin sayıq mühafizəsi və mətanətlə müdafiə edilməsi vəzifəsi də daxil olmaqla, üzərinə götürdüyü bir çox vəzifəsini, habelə vəzifələrindən irəli gələn qadağaları (yatmaq, xidməti postunu tərk etmək və sair) pozmuşdur. Həyatı təhlükədə olsa belə dəyişilməyincə və postdan çıxarılmayınca onu tərk etməmək vəzifəsi daşıyan, habelə xidməti vəzifələrini yerinə yetirərkən üzərində hətta kitabın oxunması qadağası olan iddiaçı nə ticədə bu postunu yatmaq niyyəti ilə tərk etmiş, bununla da xidmətdən yayınmışdır. İddiaçının bu hərəkəti onun həmin günü əmək funksiyalarını və əmək müqaviləsindən irəli gələn vəzifələrini yerinə yetirmək niyyətində olmadığını bitmənalı şəkildə təsdiq edir.
15. İddiaçının özünü narahat hiss etdiyi üçün 1-ci postda, stulun üstündə bir balaca mürgüləməsi barədə fikirləri isə ümumiyyətlə əsassızdır. Belə ki, hadisədən bir müddət əvvəl keçirilmiş yoxlama zamanı iddiaçı həmin əməkdaşlara bu barədə hər hansı məlumat verməmişdir. Bu prosesin “bir balaca mürgüləmə” adlandırılması isə ümumiyyətlə anlaşılmazdır. Belə ki, iddiaçı öz postunda, ayaq üstü və ya oturaq vəziyyətdə, yəni hardasa ondan asılı olmayan, ani surətdə yaranmış fiziki gücsüzlüyün təsiri altında yuxuya getməmişdir. Keçirilmiş yoxl amadan sonra artıq yoxlamanın bitməsinin əminliyi altında və məhz yatmaq niyyəti və məqsədi ilə aidiyyəti üzrə məlumat vermədən (özbaşına) öz postunu tərk edərək, 1-ci posta getmiş və orada mövcud olan imkanlardan istifadə edərək, yaratdığı şəraitdə yatmışdır. Bununla da nəzarətində olan 16 ha ərazini faktiki olaraq nəzarətsiz qoymuş, bunun nəticəsi olaraq iş yerində işin normal ahəngi pozulmuşdur. Halbuki, artıq müəyyən edildiyi kimi onun fəaliyyətini tənzimləyən vəzifə təlimatı, həm də əmək funksiyaları birmənalı şəkildə iş yerində yatmanı istisna edir. Hətta bu məsələ ilə bağlı yarana biləcək hər hansı anşlaşılmazlıqların qarşısını almaq üçün təlimatda konkret olaraq belə bir qadağa təsbit edilmişdir.
16. Bu baxımdan iddiaçının həmin hərəkətləri hüquqi nəticə etibarı ilə məhz onun əmə k funksiyasını və əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri səhlənkarlıqla yerinə yetirməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilənlər öz növbəsində işəgötürən tərəfindən iddiaçıya Əmək Məcəlləsi ilə müəyyən edilmiş intizam tənbehlərindən birinin verilməsi üçün əsas yaradır və həmin tədbirlər çərçivəsində onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsini mümkün edir.
17. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70, 71, 80, 186, 300, MPM-nin 14.2, 77.1, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırki iş üzrə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsinin qətnaməsində konkret olaraq əmək müqaviləsinə hansı əsasla xitam verilməsi dəqiq müəyyən edilməmişdir. Əslində, İddiaçı Oqtay oğlunun yol verdiyi intizam xətası əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi kimi deyil, əmək vəzifələrinin pozulması kimi qiymətlədirilməlidir. Aşağı instansiya məhkəmələri işdən azad edilmənin əsasını dəqiq müəyyən etmədiyi üçün yekun qərar çıxaranda səhvə yol vermişlər.
20. İşçinin işdən azad edilməsi üçün o hallar əmək müqaviləsinin kobud surətdə pozulması hesab edilir ki, onlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72 –ci maddəsin də göstərilmiş olsunlar. Bu siyahı işçiyə qarşı ən ağır intizam tənbehinin tətbiq edilməsi üçün əsasların siyahısını nəzərdə tutduğu üçün həmin siyahının geniş təfsirinə yol verilmir. Hazırki işdə iddiaçının yol verdiyi intizamsızlıq bu maddənin heç bir bəndinin təsiri altına düşmür. Ona gorə də, İddiaçı işdən azad edilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli 99/k saylı əmri məhkəmə tərəfindən qeyri-qanuni hesab edilərək ləğv edilməli, işə bərpa olunmalı və məcburi iş buraxma dövrü üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh MMC kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edi lməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. İddiaçı kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanı lması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
24. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
25. Maddə 71, 2-ci hiissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin ( onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
26. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi.
27. Maddə 80, 1-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
28. Maddə
84. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəs ində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları i lə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
37. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman və apelly asiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əmək qanunvericiliyinin normaları işin müəyyən edilmiş hallarına düzgün tətbiq edilmiş, işəgötürən tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur.
38. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütü n faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4856/2024 nömrəli iş üzrə 23 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.