Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1294/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, torpaqdan çıxarılma, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(107)1314/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qa ydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Balakən rayonu, Hənifə kəndi 0,70 ha və 0,7833 ha kənd təsərrüfatlı təyinatlı torpaqlar üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır
2. Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli, 07 nömrəli qərarı ilə Cavabdeh Mahamarasul oğlunun, X2, X3 və X4 ümumi birgə mülkiyyətinə Balakən rayonu, Hənifə kəndi ərazisindən 1,32 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir.
3. Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(019)-559/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxa rılması və İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətinə verilmiş Balakən rayonu, Hənifə kəndində yerləşən 0,25 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının xüsusi m ülkiyyəti olan 1,4833 ha kənd təsərrüfatı təyinatlı sahəsinin zəbt etdiyi 0,45 ha ölçüdə hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 23 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Balakən rayonu, Hənifə kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) 0,70 ha ölçüdə və 05 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə qeyd olunan sahəyə bitişik 0,7833 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) torpaq sahəsini almış, hər iki torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Torpaq sahəsinin ölçülərini yerində müəyyən edən zaman DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşı bitişik olan torpaq sahəsindən ən azı 0,40 ha çox torpağın Cavabdeh tərəfi ndən zəbt olunduğunu bildirmişdir. İddiaçı cavabdehə zəbt etdiyi torpağı boşaltmasını, hasarı da söküb öz yerindən çəkməsini bildirsə də, sonuncu torpaq sahəsinin ona və ailəsinə məxsus olduğunu demişdir. 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən alınan torpağın 0,45 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi bildirilmişdir. Cavabdeh və onun ailəsinin mübahisə edilən ərazidə 0.80 ha pay torpaqları olduğu halda, onlar 1,50 ha çox torpaq sahəsindən istifadə edirlər ki, onun zəbt edilmiş 0,45 ha torpağı da həmin zəbt etdikləri torpağın içərisindədir.
7. Birinci instansiya məhkəməsində alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin 22 iyun 2022-ci il tarixli mütəxəssis rəyinə və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 iyul 2022-ci il tarixli rəyinə əsasən - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi ********** qeydiyyat nömrəli 27 oktyabr 2020-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0,7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0,6182 hektardır və həmin ölçülər hüquq müəyyənedici sənədlərə uyğun deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyal ı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********17 olan, ********** qeydiyyat nömrəli 14 aprel 2016-ci il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0,5385 hektardır və həmin ölçülər hüquq müəyyənedici sənədlərə uyğun deyildir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi ********** qeydiyyat nömrəli 27 oktyabr 2020-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0,7833 ha kənd təs ərrüfatı təyinatlı torpaq sahəsinin 0,16 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********17 olan, ********** qeydiyyat nömrəli 14 aprel 2016-cı il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,16 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir.
8. Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 nömrəli qərardadı ilə (hakim Z.C.Tahirov) İddiaçı Cavabdeh qarşı Cavabdeh xüsusi mülkiyyəti olan 1,4833 ha kənd təsərrüf atı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0,45 ha ölçüdə hissəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işin icraatına Cavabdeh RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0,70 ha torpaq sahəsinin zəbt etdiyi 0,25 ha hissəsindən çıxarılması hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsasına görə xitam verilmişdir.
9. Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 nömrəli qətnaməsi ilə (hakim Z.C.Tahirov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndində yerləşən 0,7833 ha kən d təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Şəki LTİ-nin rəisi İ.Süleymanovun və mühəndisi Z.Mollayevin mütəxəssis rəyinə əlavə edilən sxem 1-də göstərilən 0,16 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi ilk olaraq qeyd etmişdir ki, iddianın 0,70 ha torpaq sahəsinin qanunsuz istifadə olunmuş 0,25 ha hissəsindən cavabdehin çıxarılması tələbi hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 sentyabr 2020-ci il tarixli qətnamə si olduğundan Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaya həmin hissədə xitam verilmişdir.
11. İddianın Cavabdeh İddiaçı xüsusi mülkiyyəti olan 0,7833 ha torpaq sahəsinin qanunsuz istifadə olunan hissəsindən çıxarılması tələbi üzrə məhkəmə, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 iyul 2022-ci il tarixli rəyini mötəbər sübut kimi qəbul edib hesab etmişdir ki, bu hissədə iddia qismən təmin olunmalıdır.
12. Belə ki, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan 0,7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,16 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 1) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur.
13. Birinci instans iya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 238.1, 238.2, 238.3, 239.2-ci, Torpaq Məcəlləsinin 82, 84, 111-ci, ə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(107)-1314/2022 nömrəli qətnaməsi ilə (hakim E.Ş.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər G.İ.Cav adovanın və V.İ.Məlikovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(019)-16/2022 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və göstərmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən cavabdehin təqsiri ucbatından istifadə edə bilmir. Buna səbəb isə cavabdehin həmin torpaq sahəsinin bir hissəsinin onun olmasını iddia edib, həmin hissəni zəbt edərək iddiaçının istifadə etməsinə maneə yaratmasıdır. Zəbt olunmuş torpaq sahəsi cavabdehin və digər şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdeh və digər şəxslər tərəfindən hər hansı h üquq müəyyənedici sənədlər məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı cavabdehin hüquqlarını bu və ya digər formada pozması aşkar olunmamışdır. Əksinə, işdə olan sənədlərdən görünür ki, cavabdeh torpaq sahəsindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq iddiaçının istifadəsinə müdaxilə etməkdədir. Bu faktlar iş üzrə alınmış mütəxəssis və ekspertiza rəyləri ilə təsdiq olunur. İş üzrə verilmiş ekspert rəyi real vəziyyəti əks etdirdiyi üçün apellyasiya məhkəməsi həmin rəyi sübut növü kimi qəbul etmiş, onunla razılaşmış və apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertiza keçirilməməsi barədə dəlilini əsassız saymışdır.
17. Apellyasiya inst ansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
18. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(107)-1314/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbay can Respublikası Torpaq Məcəlləsinin 43-cü, Mülki Məcəllənin 152.1, 152.5, 238-ci, Mülki Prosessual Məcəllənin 88, 101.7, 102.1, 103.1-ci maddələrinin, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndinin tələbləri pozulmuşdur.
20. Belə ki, cavabdehin və onun ailə üzvlərinin Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 1051R/5290,00 kv.m. cizgisində göstərilən ərazi tamamilə başqa bir yerdən, başqa bir şəxsin həyətyanı torpaq sahəsindən verilmişdir. Faktiki istifadə vəziyyəti ilə hüquq müəyyənedici sənədlər arasındakı uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanı əsasında aparılan uçot işləri başa çatdıqdan sonra və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkünlüyü qeyd edilmişdir. Hazırda rəqəmsal kadastr xəritələri hazırlanıb başa çatdırıldığından, tərəflərin naturada istifadə etdikləri torpaq sahəsinin cizgilərinin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri əsasında hazırlanmış torpaqların rəqəmsal kadastr xəritəsinə uyğun işlənib-işlənməməsinin müəyyənləşdirilməsi işin obyektiv tam və ədalətli həlli üçün zəruridir. İddia tələbinin 0,7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə qeyd edilməli dir ki, mübahisənin hərtərəfli, tam və obyektiv araşdırılması üçün məhkəmə öz təşəbbüsü ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, verilmiş ekspertiza rəyi və rəyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemindən görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə hüquq müəyyənedici sənədlərə əsasən işlənmiş torpaq sahəsinin cizgiləri arasında fərq mövcuddur. Yəni hüquq müəyyənedici sənədlər mülkiyyətçilərin istifadəsində olan torpaq sahəsinə uyğun işlənməmişdir. 0,7833 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədi hazırlayarkən DƏDRX bilərəkdən digər torpaq mülkiyyətçilərinin hüquqlarını pozmaqla, cavabdehə verilmiş Dövlət Aktında göstərilən cizgilərin üzərinə başqa bir sənəd işləmiş, iddiaçının naturada mövcud olmayan torpaq sahəsinin bir hissəsini cavabdehin torpaq sahəsindən azaltmaqla buna nail olmuşlar. Apellyasiya instansiya məhkəməsi MPM-in sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur.
21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.1, 152.5, 238.1-ci maddələrini düzgün tətbiq etmiş, əsas lı olaraq işdə olan ekspert rəyinə istinad etmişdir. Kassasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırma sı hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları i lə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin ic azəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozu lmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və i ddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göst ərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəmə sinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nətic əsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
32. Belə ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Hər iki tərəf mübahisələndirilən tor paq sahəsinin onun mülkiyyətində olmasını iddia edir.
33. Birinci instansiyası məhkəməsi işin həlli ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və iş üzrə qərarın 7-ci bəndində qeyd olunan məzmunda rəy alınmışdır. Məhkəmə həmin rəyə istinad edərək iddianı təmin etmiş, apellyasiya məhkəməsi isə rayon məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.
34. Lakin, ekspert rəyinin verilməsi üçün əsas olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin 09 fevral 2022-ci il tarixli mütəxəssis rəyinin 4-cü bəndinə və həmin rəyə əlavə olunmuş Sxem-4 əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0,7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-1051, KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Balakən rayon AİK-nın 14 iyul 2001-ci il tarixli, 07 nömrəli qərarı əsasında Cavabdeh Mahamarasul oğlunun, X2, X3 və X4 ümumi birgə mülkiyyətinə verilmiş 1051F/0.37 ha cizgisində göstərilən ərazinin 376 kv.m hissəsi ilə üst-üstə düşür.
35. Göründüyü kimi, mütəxəssis rəyi ilə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsinin iddiaçının adına tərtib olunmuş Plan və ölçü sənədi ilə onun mülkiyyəti kimi göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmiş, həmin hal ekspert rəyində əksini tapmamışdır.
36. Hazırki iddianın həlli üçün iddiaçının torpaq sahəsinin zəbt olub-olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olub-olmamasının müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə araşdırma aparılmamış və apellyasiya məhkəməsi yuxarıda qeyd olunan halı nəzərə almadan iddianın təmin edilməsini qanuni hesab etmişdir.
37. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi MPM-in 101.7, 103.1, 218.1 və 392-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
38. Məhkəmə kollegi yası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, mil li məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
40. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
42. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
43. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(107)-1314/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.