Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1294/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh İmişli rayon X4 Şahmat Məktəbinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mil-Muğan Regional Təhsil İdarəsi) iş üzrə QƏRARİ Açar sözlər: işəgötürənin işçiyə vurduğu ziyan, mənəvi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İmişli rayon X4 Şahmat Məktəbinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mil-Muğan Regional Təhsil İdarəsi) “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(1*6)1754/2*23 nömrəli, 28 noyabr 2*23-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) 16 aprel 2*15-ci il tarixdə İmişli rayon X4 Şahmat məktəbində (bundan sonra – cavabdeh) daimi əsaslarla məşqçi müəllim vəzifəsinə qəbul edilmişdir.
2. İmişli rayon Təhsil şöbəsinin 4* saylı əmri ilə həmin məktəbdə vakant direktor vəzifəsinin icrası 2* aprel 2*15-ci il tarixdən tədris ilinin sonunadək müvəqqəti olaraq iddiaçıya həvalə edilmişdir.
3. Təhsil nazirinin 3 iyul 2*17-ci il tarixli, K-197/1 nömrəli əmrinə əsasən İmişli rayon Təhsil şöbəsi üzrə verilmiş 11 avqust 2*17-ci il tarixli, 72 nömrəli əmrlə iddiaçı həmin məktəbin direktoru vəzifəsindən azad edilmişdir.
4. Əmrdən sonra iddiaçı şahmat müəllimi kimi işə buraxılmadığından məhkəməyə müraciət etmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2*21-ci il tarixli, 2(1*6)-125*/2*21 nömrəli qətnaməsi ilə həmin məktəbdə məşqçi müəllim vəzifəsində əmək funksiyasının icrasına yaradılan maneələr aradan qaldırılaraq, 1* oktyabr 2*19-cu il tarixdən vəzifəsinin icrasına faktiki başladığı vaxtadək minimum əmək haqqının hesablanaraq, ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz işə buraxılmaması səbəbindən məruz qaldığı mənə vi sarsıntı və iztirablarla əlaqədar sağlamlığı pozulduğu üçün 5**** manat məbləğdə mənəvi zərər və 5* manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işsiz qaldığı 4 il 6 ay müddətində məruz qaldığı mənəvi sarsıntı və iztirablarla əlaqədar əsəbləri pozulmuş və şəkərli diabet xəstəliyinə düçar olaraq, sağlamlığını itirmişdir.
7. Cavabdehin nümayəndəsi X2 birinci instansiya məhkəməsində verdiyi izahatında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən məktəbdə məşqçi müəllim vəzifəsinə bərpa olunmuş və məcburi işburaxma dövrü üçün hesablanmış əmək haqqı ona ödənilmişdir. İddiaçının xəstəliklərinin onun əmək fu nksiyalarını yerinə yetirə bilməməsi ilə heç bir əlaqəsi yoxdur.
8. İddiaçı sübut qismində məhkəməyə səhhəti barədə tibbi sənədlər təqdim etmişdir.
9. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(*36)-625/2*23 nömrəli, 12 aprel 2*23-cü il tarixli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia təmin edilməmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıda aşkar edilən “şəkərli diabet” və “tez-tez residivləşən gedişlə nevroz” xəstəliyi onun sözügedən məktəbdə məşqçi müəllim vəzifəsində işinə davam edə bilmədiyi dövrdə deyil, ondan qabaq yaranmış və əmək funksiyasını yerinə yetirə bilməməsi ilə əlaqədar olmamışdır. Ona görə də, iddiaçı işə buraxılmaması ilə əlaqədar məruz qaldığı mənəvi sarsıntı və izdirablara görə cavabdehdən kompensasiya tələb etm əkdə haqlı deyil. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi onun iddia ərizəsində sadaladığı çoxsaylı məqamlara münasibət bildirməmiş, iddianı hansı səbəbdən rədd etdiyini açıqlamamışdır. İşdən çıxarıldıqdan sonra mənəvi iztirablar çəkdiyindən xəstəliklərə düçar olduğu və bununla bağlı müvafiq sübutları təqdim etdiyi halda, məhkəmə onun daha əvvəl xəstələndiyini qeyd etmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(1*6)-1754/2*23 nö mrəli, 28 noyabr 2*23-cü il tarixli qətnaməsi ilə (hakimlər – Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Cahid İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən məhz cavabdehin qanunsuz hərəkətləri nətic əsində ona mənəvi zərər yetirilməsi barədə mötəbər sübutlar təqdim etməmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 386.1, 1*96.1, 1*96.2 və 1*97.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.1, 14.2, 76, 77.1, 78, 88, 89.1, 217.2 və 217.4-cü maddələrinə, həmçinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2**8-ci il tarixli, 7 nömrəli qərarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin mülki prosessual qanunvericilik baxımından şərh edilməsinə dair” 18 mart 2*19-cu il tarixli və N.Məmmədovanı n şikayəti üzrə 31 yanvar 2**6-cı il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanun da və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 1*96.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1*96.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Maddə 1*97.1. Mülki hüquq pozuntusu (delik t) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 3 noyabr 2**8-ci il tarixli, 7 nömrəli qərarı 24. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığını n pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin mülki prosessual qanunvericilik baxımından şərh edilməsinə dair” 18 mart 2*19-cu il tarixli qərarı
25. Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitu siyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi d əlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçü n o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən məhkəm ənin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
37. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının məhkəmə tərkibləri tərəfindən f ərqli qərarların qəbul edildiyi barədə dəlilə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.*3.2*19-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və MPM-in tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
38. Bu baxımdan tərəflərin sübutları təqdim etməklə bağlı prosessual qanunvericiliyi n onlara verdiyi imkanlardan (hüquqlardan) istifadə səviyyəsindən asılı olaraq analoji mübahisələrə dair konkret mülki işlər üzrə məhkəmələr fərqli hallar (hüquqi həqiqət) müəyyən edə və həmin hallara hüququn tətbiqi əsasında fərqli nəticələrə gələ bilər və bu, heç də məhkəmə təcrübəsinin vahidliyinin pozulması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
40. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstə rilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-1754/2*23 nömrəli, 28 noyabr 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.