Məhkəmə qərarları › İş №2(102)-1295/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1295/2025

02.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1295/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qanuni nümayəndə cavabdeh Bank Olmayan Kredit Təşkilatı Cavabdeh MMC-yə ("xxxx" BOKT MMC-yə), habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının, istifadə olunmamış məzuniyyətə görə məzuniyyət pulunun, əmək haqqının gecikdirilməsinə görə ödəncin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işdən azad olunması barədə ərizənin etibarsız h esab olunması barədə ərizənin nəticələri, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)5463/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 16 fevral 2024-cü il tarixli müddətli əmək müqaviləsi ilə Qanuni nümayəndə hər ay 1700 manat məbləğində əmək haqqı ödənilməklə, 15 fevral 2025-ci il tarixədək "xxxx" BOKT MMC-yə əlavə iş yeri üzrə baş hüquqşünas vəzifəsinə işə qə bul edilmişdir. 2. 18 mart 2024-cü il tarixdə Qanuni nümayəndə ərizə ilə MMC-yə müraciət edərək, onu həmin tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

3. Bundan sonra, iddiaçı eyni tarixdə təkrar ərizə ilə cavabdehə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin etibarsız hesab edilməsini və 19 mart 2024-cü il tarixdən etibarən tutduğu vəzifəyə (baş hüquqşünas) geri qayıtmağa şərait yaradılmasını xahiş etmişdir. İddiaçı eyni məzmunlu müraciəti elektron poçt vasitəsi ilə öz elektron poçt ünvanından cavabdehin elektron poçt ünvanına da göndərmişdir. 4. "xxxx" BOKT MMC-nin 18 mart 2024-cü il tarixli, 23 K nömrəli əmri ilə Qanuni nümayəndə ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüs ü ilə) 18 mart 2024-cü il tarixdən xitam verilmiş və həmin tarixdə son haqq hesab olaraq, ona 656,63 manat məbləğində pul ödənilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən təqdim edilmiş 30 oktyabr 2024-cü il tarixli məktuba əsasən Qanuni nümayəndə ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə 18 mart 2024-cü il tarixdə saat 15:10-da daxil edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Qanuni nümayəndə cavabdeh "xxxx" BOKT MMC-yə (hazırda "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi haqqında 18 mart 2024-cü il tarixli, 23K sayl ı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə işə bərpa edilməsi, cavabdehdən 18 mart 2024-cü il tarixdən işə bərpa olunan günədək 1.700 manat aylıq əmək haqqı hesabı ilə məcburi iş buraxma müddəti üçün əmək haqqının, istifadə olunmamış məzuniyyətə görə məzuniyyət pulunun, əmək haqqının gecikdirilməsinə görə 18 mart 2024-cü il tarixdən işə bərpa olunan günədək 1.700 manat aylıq əmək haqqının 1 faizini, yəni 17 manatın hər gün üçün hesablanaraq ona ödənilməsi, cavabdehdən onun xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq, 1.000 manat məbləğində pulun, habelə ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı öz hesabına məzuniyyətdən qayıtdıqdan sonra rəhbərliyin otağına çağırılmış və ona deyi lmişdir ki, artıq yolları ayrılmalıdır və o, ərizə yazmalıdır. İddiaçı otaqdan çıxdıqdan sonra ərizə yazaraq, işdən ayrılmaq istədiyini bildirmiş və iş yerini tərk etmişdir. Lakin, daha sonra fikrini dəyişərək, işdə qalmaq istədiyini başa düşmüşdür. Elə həmin gün ərizə yazaraq işdən çıxma ərizəsini geri götürdüyünü bildirmiş, həm poçtla, həm də mail vasitəsilə ərizəsini göndərmişdir. Ərizə şirkətin işçisi tərəfindən qəbul edilmişdir. Eyni gündə Əmək Müfəttişliyinə müraciət etmiş və şirkətə barışıq təklif etmişdir. Lakin, bu müraciətlər heç biri müsbət nəticə verməmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, e-2(011)4700/2024 nömrəli qətnaməsi ilə (hakim S.Eyvazova) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəf cavabdehin xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsini düzgün hesab etmədiyini və eyni gün ərizəsini geri götürdüyünə görə işə bərpa edilməli olduğunu qeyd etmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsi işçinin tək tərəfli iradəsi əsasında ləğv edildikdə qanunvericilik işəgötürəni xəbərdarlıq müddəti ilə bir növ qoruyur və ona işçinin işdən getdiyi zaman müəyyən tədbirlər görmək üçün zaman verilir. Xəbərdarlıq müddəti bir tərəfdən işəgötürənə əvəzedici mütəxəssis tapmağa və istehsal prosesinin adi axımını pozmamağa imkan verir, digər tərəfdən isə işçiyə qərarını dəyişdirmək və əvvəllər verilmiş olduğu ərizəni geri götürmək hüququ verən dövrdür. Bu müddət tərəflərin razılığı ilə azaldıla bilər.

11. Göründüyü kimi, xəbərdarlıq müddəti işçi işd ən konkret vaxt, tarix göstərmədiyi zaman kəsimi üçün nəzərdə tutulub və xəbərdarlıq müddəti daha çox işəgötünənin hüququnu qorumaq məqsədi daşıyır. Əmək qanunvericiliyi işdən çıxmaqla bağlı işçiyə xəbərdarlıq müddətinə riayət etməklə bağlı öhdəlik qoyur, yalnız istisna hallarda xəbərdarlıq müddətinə riayət edilməməsinə icazə verilir.

12. Bununla yanaşı, əmək qanunvericiliyində işçinin xəbərdarlıq müddətini gözləmədən dərhal və ya onun müəyyən etdiyi müddətdə əmək münasibətlərinə xitam vermək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladı qda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi bu halların dairəsini açıq saxlamış, digər hallarda da işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv edilməsini mümkün hesab etmişdir.

13. Eyni zamanda ƏM-in 69-cu maddəsinin 5-ci hissəsində qeyd edilmişdir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Hazırkı iş üzrə işçi öz ərizəsində 18 mart 2024-cü il tarixini qeyd etmiş, işəgötürən isə həmin gün işdən çıxma əmrini qəbul etmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan R espublikası Əmək Məcəlləsinin 2.2, 2.3, 3.3, 3.9, 10, 11, 12, 14, 45.1, 68.1, 68.2, 69, 83.1, 83.2, 300.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı Qanuni nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)-5463/2024 nömrəli qətnaməsi ilə (hakim F.Abdıyevin sədrliyi və məruzəsi ilə, hakimlər C.Musayeva və F.Babayev) iddiaçı Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhk əməsinin 24 iyun 2024-cü il tarixli, 2(011)-4700/2024 nömrəli qətnaməsinin “əmrin ləğv edilməsinin, işə bərpa edilmənin və məcburi iş buraxma müddəti üçün əmək haqqının, habelə mediasiya xərcin tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin çıxarılması, iddianın həmin hissədə təmin edilməsi, cavabdeh "xxxx" MMC-nin ("xxxx" BOKT MMC-nin) “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 18 mart 2024-cü il tarixli, 23K nömrəli əmrin ləğv edilməsi, iddiaçı Qanuni nümayəndə "xxxx" MMC-də ("xxxx" BOKT MMC-də) tutduğu “baş hüquqşünas” vəzifəsinə bərpa edilməsi və cavabdeh "xxxx" MMC-dən ("xxxx" BOKT MMC-dən) iddiaçı Qanuni nümayəndə xeyrinə əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının, habelə mediasiya prose sində ödənilmiş 60 manat məbləğində pulun əvəzinin tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi, Əmək Məcəlləsinin 69-cu maddəsinə istinadən qeyd etmişdir ki, bu maddə əməyin və əmək müqaviləsinin azadlığı prinsipini əks etdirməklə, əmək müqaviləsinin növündən, işçinin əmək funksiyasından və işəgötürənin hüquqi statusundan asılı olmayaraq, işçiyə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək və bununla da əmək münasibətinə xitam vermək hüququ verir. Xəbərdarlıq müddətinin müəyyən edilməsi hüquqi əhəmiyyətə malik olmaqla işəgötürənə işdən çıxacaq işçinin yerinə yeni işçi tapmaq və onunla əmək müqaviləsi bağlamaq imkanı yaratmaq məqsədi daşıyır. İşəgötürən ərizənin verildiyi gündən yeni işçi axtarışına başlamağa tam haqlıdır. Eyni zamanda, əmək qanunvericiliyində xəbərdarlıq müddətinin qısaldılmasının, o cümlədən ümumiyyətlə müəyyən edilməməsinin mümkünlüyü təsbit edilmiş və bu vəziyyətin yaranmasına əsas olan ümumi hallarla yanaşı konkret hallar da göstərilmişdir. Başqa sözlə, 1 aydan daha qısa müddətin müəyyən edilməsi, o cümlədən işçinin ərizə verilən tarixdə işdən çıxmaq niyyətində olması ilk növbədə işçinin iradəsindən asılıdır və həmin vaxt yaranmış (mövcud olan) hər hansı bir halla bağlıdır ki, onun da yuxarıda göstərilən səbəblərdən ərizədə qeyd edilməsi zəruridir.

18. Hazırkı iş üzrə iddiaçı da Əmək Məcəlləsinin 69-cu maddəsinin yaratdığı hüquqi imkanlardan istifadə edərək, 18 mart 2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, lakin ərizədə bunun hansı halla bağlı olduğunu qeyd etməmiş və bundan sonra iş yerini tərk edib getmişdir. Bu hadisə təxminən səhər saat 10:00 radələrində baş vermişdir. Bir neçə saat sonra isə iddiaçı 2 üsulla cavabdehə müraciət edərək, həmin ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. X3 30 oktyabr 2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş məlumata əsasən cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi cavabdeh tərəfindən “Əmək və məşğulluq” altsisteminə saat 15:10-da daxil edilmişdir. Sifarişli poçt xidməti tərəfindən iddiaçının ərizəsinin cavabdehə çatdırılması vaxtı barədə hər hansı məlumat olmasa da (iddiaçı 2-3 s aatdan sonra göndərildiyini, cavabdeh isə bunun hər hansı əhəmiyyətinin olmadığını bildirir), elektron poçt vasitəsi ilə göndərilmiş digər ərizənin cavabdehin rəsmi elektron poçtuna bundan əvvəl, yəni saat 14:17-də göndərilməsi öz təsdiqini tapır.

19. Bununla belə, ən azı elektron poçt vasitəsi ilə ərizə (müraciət) əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsindən əvvəl göndərilmiş, bununla da iddiaçı əmək münasibətlərinin davam etdirmək niyyətində olduğunu bildirmişdir. Belə olan halda, əmək müqaviləsi ləğv edilə bilməzdi. Hüquqi nəticə etibarı ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən edilmiş qaydalara əməl olunmamaqla ləğv edilmişdir. İddiaçının ərizələrinin hüquqi qüvvəsi olmuş, lakin onlar ca vabdeh tərəfindən nəzərə alınmamışdır.

20. Apellyasiya kollegiyası bu mövqeyinin davamı olaraq qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr də nəinki həmin gün, hətta 2024-cü ilin aprel ayının əvvəlində belə iddiaçıya təqdim edilməmişdir. Bu hal əmrin və əmək kitabçasının təhvil verilməsi ilə bağlı tərəflər arasında olan yazışma ilə də öz təsdiqini tapmışdır. Əmək münasibətlərinə 18 mart 2024-cü il tarixdə xitam verildikdən sonra nəinki dərhal, hətta bir müddət həmin vəzifəyə hər hansı şəxs işə qəbul edilməmişdir. Cavabdeh tərəf 2 həftədən sonra başqa şəxsin bu vəzifəyə işə qəbul edildiyini, lakin 1 aydan sonra işdən çıxdığını, bir də həmin vəzifəyə işçinin, işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan zaman qəbul edildiyini bildirir, lakin bu halları təsdiq edən hə r hansı sübut təqdim edə bilmir. Təqdim etdiyi təqdirdə belə yenə də 2 həftə ilə bağlı reallıq dəyişilməz qalır. Göstərilənlər öz növbəsində cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 18 mart 2024-cü il tarixli əmrin ləğv edilməsini şərtləndirir.

21. Apellyasiya instansiyası məhkəməsi ərizəni cavabdehin rəhbərinin təhdidi altında yazılması barədə dəlili ilə bağlı vurğulamışdır ki, cavabdehin 07 mart 2024-cü il tarixli əmrinə əsasən iddiaçı 11 mart 2024-cü il tarixdən 7 gün müddətinə ödənişsiz məzuniyyətə buraxılmış və bundan sonra işə məhz 18 mart 2024-cü il tarixdə başlamışdır. Bu tarixdə də iş yerinə gəldikdən bir saat sonra əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət edərək, həmin günü onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, lakin əri zəsində bu təxirə salınmazlığın hansı halla bağlı olduğunu göstərməmişdir. Həm ərizə verilənədək, həm də ərizə verildikdən sonra iddiaçının nəinki həmin günü, hətta ümumiyyətlə işdən çıxmasının hər hansı bir səbəbi müəyyən edilməmişdir. Cavabdeh də bu hərəkətin hər hansı halla bağlı olduğunu bildirmir, iddiaçının iradə ifadəsi olduğunu qeyd edir. Halbuki, bir mənalı şəkildə bu təcililiyin səbəbi olmalıdır. Belə nəticəyə gəlmək olur ki, ödənişsiz məzuniyyətdən qayıtdıqdan və həmin vaxt müddət etibarı ilə cəmi 1 ay işlədikdən sonra cavabdehlə hər hansı ziddiyyətli münasibətin, habelə əmək fəaliyyəti ilə bağlı narazılığın olmadığı bir şəraitdə, hüquqşünas olan iddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin ona verdiyi 1 aylıq xəbərdarlıq müddətindən və bu müddət ərzində 1.700 manat əmək haqqı alm aq imkanından istifadə etməyərək, habelə hər hansı səbəb göstərməyərək, 1.700 manat aylıq əmək haqqı olan işdən ərizə yazdığı 18 mart 2024-cü il tarixdə çıxır və bundan sonra hər hansı yerdə əmək fəaliyyəti ilə məşğul olmur. Halbuki, bu nəticənin nəinki məntiqi, ümumiyyətlə hər hansı izahı yoxdur.

22. Nəticədə iddiaçının ödənişsiz məzuniyyətdən istifadə etməsi də anlaşılmaz olur. Belə ki, iddiaçının iradə ifadəsinə münasibətdə onun ödənişsiz məzuniyyətdə olması ilə ərizə yazmasının hər hansı səbəbli əlaqəsi müəyyən edilmir. Belə olan halda, ərizənin məhz həmin məzuniyyətdən sonra yazılması, ümumiyyətlə bu məzuniyyətə olan zərurətin səbəbləri aydın deyil. Digər tərəfdən iddiaçı işdə cəmi bir saat olmuş və ərizə yazdıqdan sonra iş yerini tərk etmiş, həmin vaxt hər hansı təhvil təslim də apar ılmamışdır. Belə olan halda, qəti niyyətdə olan iddiaçı həmin ərizəni iş yerinə getmədən də poçt xidməti vasitəsi ilə göndərə bilərdi.

23. Apellyasiya kollegiyası qeyd etmişdir ki, ərizə yazdıqdan sonra iddiaçı bu barədə əmri və əmək kitabçasının ona təhvil verilməsini gözləmədən iş yerini tərk etmiş, bundan sonra 02 aprel 2024-cü il tarixli məktubla cavabdehə müraciət edərək, həmin sənədlərin ona təhvil verilməsini tələb etmişdir. Halbuki, öz iradəsinə əsasən tutduğu vəzifədən azad olunan iddiaçının həmin gün bir müddət gözləməklə, habelə sonradan razılaşdırılmış vaxtda həmin yerə getməklə bu sənədləri təhvil almasına hər hansı maneə olmamalı idi və iddiaçı bu məsələdə belə bir çətinliklərlə üzləşməməli idi.

24. İddiaçının tutduğu vəzifədən azad edildikdən sonra həmin vəzifəyə 2 həftə son ra başqa işçinin götürüldüyü bildirilir. Başqa sözlə, 18 mart 2024-cü il tarixdə cavabdehin bu vəzifəyə hər hansı namizədi olmamışdır. Buna baxmayaraq, son haqqhesab həmin günü nahar vaxtı, saat 13:54-də köçürülmüş, müvafiq bildiriş isə sistemə 15:10-da daxil edilmişdir. Bu rəsmiləşdirmənin belə qısa müddət ərzində və iddiaçının işdən çıxma barədə ərizəsinin etibarsız hesab edilməsi barədə müraciətinə məhəl qoymadan aparılmasına olan zərurətə də hər hansı aydınlıq gətirilməmişdir.

25. Bununla belə, göstərilənlər, habelə iddiaçının X5 Xidmətinə pozulmuş hüquqların bərpa edilməsi barədə 18 mart 2024-cü il tarixdə məktub ünvanlaması və cavabdehin nümayəndəsinin 25 noyabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə münasibətdə fikirlə ri (işəgötürənin işçi ilə heç bir şəxsi və qərəzli münasibəti olmayıb, işçi ilə söhbət aparılıb və ona birlikdə işləməyin istənilmədiyi bildirilib. İşçi ilə aparılmış söhbət tam işgüzar etikaya uyğun olub. İşçi öz xahişi ilə işdən çıxmağa razı olmasa idi, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı işəgötürənin təşəbbüsü ilə işdən çıxarıla bilərdi) belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının 18 mart 2024-cü il tarixdə yazdığı ərizə onun həqiqi istəyini əks etdirməmiş, hüquqi nəticə etibarı ilə iradəsinə zidd olmuşdur. Bu halın mövcudluğu da cavabdehin 18 mart 2024-cü il tarixli əmrinin ləğv edilməsini şərtləndirir.

26. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini bu hissədə əsaslı hesab etmiş və belə qənaətə gəlmişdir ki, cavabdehin “Əmək m üqaviləsinə xitam verilməsi haqqında” 18 mart 2024-cü il tarixli, 23K nömrəli əmri ləğv edilməlidir.

27. Apellyasiya kollegiyası, iddia üzrə “əmrin ləğv edilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməsi qənaətinə gəlindiyini, iddia tələbinin “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsinin bu tələbə münasibətdə törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə “əmrin ləğv edilməsi” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsində də əsaslıdır, iddiaçı cavabdeh cəmiyyətdə “baş hüquqşünas” vəzifəsinə bərpa edilməli, lakin cavabdehdən iddiaçının xeyrinə məcburi iş buraxma müd dəti üçün əmək haqqı əmək müqaviləsinin qüvvədə olduğu müddət üzrə tutulmalıdır. Belə ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı 15 fevral 2025-ci il tarixədək cavabdeh cəmiyyətə əlavə iş yeri üzrə baş hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir.

28. Apellyasiya kollegiyası yuxarıda göstərilən tələblərin təmin edildiyini, habelə bu barədə də tələbin olduğunu nəzərə alıb, belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən mediasiya prosesində ödənilmiş 60 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Apellyasiya instansiyası məhkəməsi iddianı “istifadə olunmamış məzuniyyətə görə məzuniyyət pulunun cavabdehdən tutulması” hissəsində əsassız hesab etmiş və bu tələblə bağlı qeyd etmişdir ki, Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv edilməsi qaydala rına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrini tənzimləyən 300-cü maddəsi bu qəbildən olan əmək mübahisəsi çərçivəsində məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi, habelə işçiyə dəymiş zərərin məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı məsələlərin həllini nəzərdə tutmuş, eyni zamanda, dəymiş zərərin məbləği anlayışına aydınlıq gətirmişdir. Lakin bu maddədə göstərilən məsələnin həlli nəzərdə tutulmamışdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi məzuniyyət hüququnun həyata keçirilməsi və məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydasını müəyyən etmişdir. Bu məsələ də həmin qaydalar çərçivəsində iddiaçı vəzifəsinə bərpa edildikdən sonra son haqq-hesab olaraq istifadə edilməmiş 3 məzuniyyət günü üçün pulun ödənilməsi də nəzərə alınmaqla işçi işəgötürən münasibətləri çərçivəsində həll edilməlidir. Başqa sözlə, hazırkı mərhələdə bu tələbin təmin edilməsi üçün hər hansı əsas mövcud deyil. Apellyasiya şikayətinin bu tələb üzrə dəlilləri əsassızdır və təmin edilə bilməz.

30. Apellyasiya məhkəməsi “əmək haqqının gecikdirilməsinə görə 18 mart 2024-cü il tarixdən işə bərpa olunan günədək aylıq əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, əmək müqaviləsinə 18 mart 2024-cü il tarixdə xitam verilmiş və həmin gün iddiaçıya son haqq-hesab ödənilmişdir. İddiaçı bu məbləğin düzgün hesablanmadığını (az hesablandığını) bildirmir, işə bərpa olunan günədək aylıq əmək haqqının hər gün üçün 1 faizini tələb edir. Halbuki, əmək müqaviləsinə xitam verildikdən və bununla bağlı tələb olunan məbləğdə son haqq-hesab ödənildikdən sonra işəgötürənin əmək haqqı ödənilməsi ilə bağlı işçi qarşısında hər hansı öhdəliyi qalmır. Azı bir faiz məbləğində ödənc isə işəgötürənin təqsiri üzündən verilməsi gecikdirilmiş əmək haqqına hesablanır. Məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı öhdəliyi də işçinin vəzifəsinə bərpa edilməsi ilə bağlı yaranır. Bu səbəbdən məhkəmə kollegiyası bu tələb üzrə də apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

31. Apellyasiya kollegiyası “cavabdehdən vurulmuş mənəvi zərərin əvəzinin tutulması” tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona münasibətdə Əmək Məcəlləsinin 290-cı maddəsində göstərilən və mənəvi zərərin vurulması kimi qiymətləndirilən əməllərə və hərəkətlərə yol verildiy ini sübuta yetirə bilmir. İddiaçı ümumiyyətlə mənəvi sarsıntı və iztirab keçirməsinin, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün hər hansı mötəbər sübut təqdim etməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 69-cu maddəsinin 1-ci hissəsinə, 69-cu maddəsinin 3-cü hissəsinə, 69-cu maddəsinin 7-ci hissəsinə, 131-ci maddəsinin 1 və 2-ci hissələrinə, 172-ci maddəsinin 5-ci hissəsinə, 196-cı maddəsinin 5-ci hissəsinə, 290-cı maddəsinin 3-cü hissəsinə, 300-cü maddəsinin 1-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4, 384.0.2, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

33. Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyəti (əvvəlki adı "xxxx" BOKT MMC) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2(103)-5463/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 11, 69.1, 69.3, 69.5, 69.7, 290-cı, Mülki Prosessual Məcəllənin 13.7, 14.2, 77.1, 386-cı maddələrinin tələbləri pozulmuşdur.

35. Belə ki, işəgötürən işçinin hüquqlarını və qanuni mənafelərini pozacaq heç bir hərəkət etməmiş, işçi tərəfindən ona təqdim edilmiş ərizəni qanuna müvafiq qaydada icra etmişdir. İşəgötürən təqdim olunmuş ərizənin icrasını yerinə yetirmiş, əmək müqa viləsinə xitam verilməsi haqqında 18 mart 2024-cü il tarixli 23K saylı əmrə əsasən hesablanmış son haqq hesabı işçinin hesabına köçürmüş və Azərbaycan Respublikası ƏƏSMN yanında X3 altsistemində əmək müqaviləsinə xitam verilməsinə dair bildirişi daxil etmişdir. Apellyasiya instansiya məhkəməsi qətnaməsində iddiaçının işdən çıxma barədə ərizəsinin ləğv edilməməsinə dair elektron poçt ünvanına göndərdiyi məktubunun vaxtını əsas götürmüş, lakin işəgötürənə təqdim edilmiş işdən çıxma ərizəsinin icrası ilə bağlı hallara düzgün qiymət verməmişdir. X3 təqdim etdiyi məktubdan görünür ki, kassatorun əmək müqaviləsi bildirişi “Əmək və Məşğulluq” altsisteminə saat 15:10-da daxil edilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməməsi, yenidən işə qayıtması barədə göndərdiyi ərizəsinin çatdırılması barədə sifarişli poçt xidmətinin çatdırılması barədə məlumat olmamış, rəsmi elektron poçtuna özü qeyd etdiyi saatda 14:17-də göndərilməsi isə hələ o sənədin çatması barədə tam sübut deyildir. Sənədlərin çatdırılması “Poçt haqqında” Qanunda nəzərdə tutulmuş sifarişli poçt göndərişi qəbzi ilə sübuta yetirilməli idi. Çünki bütün mübahisəli məsələlər ilə bağlı bildiriş, xəbərdarlıq, ərizə, məktub və s. poçt xidməti vasitəsilə çatdırılır, çatdırılma qəbzi isə bütün hallarda sübut kimi istifadə edilir. Elektron ünvanın yazılışında hər hansı bir fərq olduqda bir neçə saniyə sonra geri qayıdır, yaxud təşkilatın elektron ünvanında (server) hər hansı problem olarsa, həmçinin kənar ünvanlardan rəsmi elektron ünvana daxil olan məktubların çox zaman “SPAM” yəni şübhəli məktub kimi digər xanaya düşmə e htimalını nəzərə alaraq bu hallara görə elektron ünvanına göndərdiyi yazışma sübut kimi qiymətləndirilməli deyildir. İddiaçı məzuniyyətdən qayıtdıqdan sonra özü rəhbərliyə yaxınlaşaraq, rəhbəri olduğu 20 saylı Mediasiya təşkilatında işlərinin çox olmasını, "xxxx" MMC-də işləri keyfiyyətli aparmağa vaxtının çatdırmadığını bildirmiş və ərizə yazıb təqdim edən kimi əmək müqaviləsinə xitam verilməsini rəhbərlikdən xahiş etmişdir. Nəzərə alınmalıdır ki, əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. İddiaçı onun hədə-qorxu gələrək işdən çıxması ilə bağlı heç bir əsas qeyd etməmiş və şikayət etməmişdir.

36. Kassasiya şikayətinə Azərbayc an Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

37. İddiaçı Qanuni nümayəndə kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

38. Etiraz işin faktiki halları ilə əsaslandırılmış, maddi və ya prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:

39. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

40. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, hazırkı kassasiya baxışının predmetini cavabdehin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tə tbiq edilən hüquq:

41. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 49-cu maddəsinin 5-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 7 4-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 68-ci maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 68-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vas itəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 68-ci maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərl ə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq po zuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

45. Kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməklə məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi təşəbbüsü ilə (buna dair iradəsinin olubolmamasından asılı olmadan) məhz iddiaçı çıxış etdiyindən, onun bu müqaviləyə qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verildiyi anadək ərizəsini geri götürmək hüququ da olmuşdur. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının buna dair müraciətini mübahisəli əmrə dair bildirişin müvafiq icra hakimiyyətinin yaratdı ğı elektron sistemə yerləşdiyi anadək işəgötürənə çatdırılması müəyyən edildiyindən, işəgötürənin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad edilməklə verdiyi əmr qanuni hesab oluna bilməz.

46. Xüsusən qeyd olunmalıdır ki, cavabdeh iddiaçının müraciətini göndərdiyi elektron poçt ünvanının ona məxsus olmamasını işin faktiki hallarını araşdıran məhkəmələrdə iddia etməmiş və buna dair hər hansı sübutu təqdim etməmişdir. Müraciətin vaxtında oxunmamasının riski və hüquqi nəticələri isə cavabdehin üzərinə düşür.

47. Digər tərəfdən isə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları səlahiyyətləri çərçivəsində hüquqi qiymət verməklə müəyyən etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsi iradəsinə də uyğun olmamışdır. Odur ki, işəgötürə n tərəfindən Əmək Məcəlləsinin 69-cü maddəsinin 7-ci hissəsinin tələbləri də pozulmuşdur.

48. Kassasiya şikayətinin dəlilləri bu hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlıdır. Halbuki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1. 5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2024-cü il i tarixli, 2(103)-5463/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar