Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1296/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair QƏRARİ Açar sözlər: cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1600/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə x x xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-50/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib müxtəlif cəzalara məhkum edilmişlər. Hökmə əsasən, cavabdehlər törətdikləri oğurluq cinayət əməli nəticəsində İddiaçı (bundan sonra – iddiaçı) 41724,62 manat dəyərində ziyan vurmuşlar. Cavabdehlərdən Cavabdeh3 (onun valideynləri) iddiaçıya dəymiş ziyandan xx.xx.2019-cu il tarixdə 3000 manat, xx.xx.2018-ci il tarixdə 1800 ABŞ dolları, 200 manat və 1000 Rus rublu qaytarmışdır. İş üzrə qəbul edilmiş məhkə mə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək edərək, 1) 9500 manat, 2) 1 ABŞ dolları 1.70 manat olan dövrdə 13331 ABŞ dolları, 22662,70 manat, 3) 1 türk lirəsinin Azərbaycan manatına olan məzənnəsi 0,4360 manat olan dövrdə 459 lirə, yəni 200,12 manat, 4) 1 Rusiya rublunun Azərbaycan manatına olan məzənnəsi 0,0296 manat olan dövrdə 8000 rubl, yəni 236,8 manat nəğd pul və 12 adda qızıl-zinət əşyalarının özlərinin və ya dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ona məxsus mənzildən nəğd pul və qızıl-zinət əşyaları oğurlamaqla ona maddi ziyan vurmuşlar. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi ) 2(051)-419/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 13908,20 manat, Cavabdeh2 13908,20 manat və Cavabdeh3 7618 manat pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlərə qarşı maddi ziyanla bağlı tələbi əsaslıdır. Belə ki, cavabdehlərin iddiaçıya maddi zərər vurması məhkəmə hökmü ilə təsdiq olunmuşdur. Bununla belə, məhkəmə qeyd etmişdir ki, cavabdehlərdən Cavabdeh3 tərəfindən iddiaçıya vurulmuş ziyandan cəmi 6290 manat ödənilmişdir. Bu səbəbdən də, sonuncudan tutulmalı olan məbləğdən ödənilmiş pul çıxılmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.4, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1600/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şükürov (sədrlik edən və məruzəçi), A.Eyvazov və R.Əliyev) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış, məhkəmə müəyyən edilmiş hallara uyğun tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanunvericiliyin tələblərini pozmuş, işin hallarını tam və ətraflı araşdırmamış, yazılı sübutlara düzgün qiymət verməmişdir. MPM-nin 9.1, 9.2, 88-ci maddələrinə istinad edən kassator şikay ətində qeyd etmişdir ki, məhkəmə onun hüquqlarının pozulmasına gətirib çıxaran qətnamə qəbul etmişdir. Belə ki, o, cinayət işinə baxılan zaman iddiaçıya dəymiş ziyanı ödəmiş və bu barədə ərizə yazmışdır. Cavadehlər bir neçə oğurluq cinayətini ayrı-ayrılıqda və birlikdə törətmişlər. Sözügedən oğurluq cinayəti cavabdehlərdən Cavabdeh1 tərəfindən törədilmiş, kassatora və digər cavabdehə nə qədər pul verdiyini də qanuni qüvvəsini almış hökmdə əks olunmuş ifadəsində qeyd etmişdir. Qeyd olunan cinayət işi üzrə ona 8000 manat pul verilmişdir və o da, ziyandan 6290 manat iddiaçıya ödəmiş, 1710 manat borcunun qaldığını hesab etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kas sasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 şikayəti əsasında ona aid hissədə yoxladığından və kassasiya şikayəti yalnız həmin şəxs tərəfindən verildiyindən məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (rea l zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər ( maddə 1097.1). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (maddə 82.4). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İ ş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Cavabdehlərin oğurluq cinayət əməli nəticəsində iddiaçıya maddi zərər vurduqları qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir və MPM-nin 82.4-cü maddəsinə əsasən həmin hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Məhkəmə kollegiyası qeyd olunanları, habelə hüquqda ümumi qəbul olunmuş şikayət vermiş şəxsin ziyanına dəyişmənin yolverilməzliyi (non reformatio in peius) prinsipini nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1600/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1296/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1296/2021
01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver