Məhkəmə qərarları › İş №2(102)-1296/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1296/2024

30.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1296/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpağın icarəyə verilməsi, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən istifadəyə maneələrin qadağan olunması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1785/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kürdəmir rayon AİK-nın xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X3, İddiaçı və Cavabdeh1 4.05 ha torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququna dair JN-348 nömrəli Dövlət Aktı tərtib edilmişdir.

2. Kürdəmir rayonu, Qarasaqqal kəndində yerləşən 4.0474 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı, Cavabdeh1 və X2 adına qeydiyyata alınmışdır.

3. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 115 saylı sərəncamı ilə Kürdəmir rayonu ərazisindən İsmayıllı rayonuna uzunmüddətli istifadə üçün ayrılmış 6 5 nömrəli “Maqsudbağı” adlanan qış otlaq sahəsindən 80 hektar torpaq sahəsi 10 il müddətinə (2000-2010-cu illər) Cavabdeh1 istifadəsinə verilmişdir. Bununla bağlı Cavabdeh1 ilə torpaq icarə müqaviləsi bağlanmış və torpaqdan müvəqqəti istifadəyə dair JN-0846 nömrəli şəhadətnamə verilmişdir.

4. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 130 saylı sərəncamı ilə rayonun inzibati ərazisindəki 65h saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsindən 80 hektar torpaq sahəsi 15 il müddətinə Cavabdeh1 istifadəsinə (icarəsinə) verilmişdir. Sonuncunun həmin torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qar şı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Qarasaqqal kəndinin inzibati ərazisində yerləşən 80 ha qış otlaq sahəsindən və tövlədən Cavabdeh2 və ona məxsus olan xırda buynuzlu heyvanların və atın çıxarılması, onun xırda buynuzlu heyvanları və atı ilə birgə həmin otlaq sahəsindən və tövlədən təyinatına uyğun istifadə hüququnun bərpa edilməsi, həmin otlaq sahəsinə köçürülməsi və gələcəkdə həmin otlaq sahəsindən və tövlədən əsassız olaraq çıxarılmasının Cavabdeh1 qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2000-ci ildə mərhum anası X1 onun qardaşı Cavabdeh1la birlikdə çalışdıqları təsərrüfatda 350 baş xırda buynuzlu, 40 baş iri buynuz lu təsərrüfatı saxlamaq üçün Kürdəmir rayonunun Qarasaqqal kəndi ərazisində yerləşən 65 nömrəli “Maqsudbağı” adlanan 1363 ha dövlət ehtiyat fondu torpaqlarına aid olan qış otlaq sahəsindən böyük qardaşları Nümayəndə köməkliyi ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Cavabdeh1 adına sənədləşdirilmişdir. 2010-cu ildə icarə müqaviləsinin vaxtı qurtarmış və Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə torpaq sahəsi Cavabdeh1 icarəsinə verilmişdir. 2011-ci ildə Vəzifə Muradova vəfat etmiş, ona məxsus xırda və iri buynuzlu heyvanlar Cavabdeh1 heyvanlarına birləşdirilmişdir. 2012-ci ildə Cavabdeh1 ailə qurmuş, bundan sonra ona qarşı olan münasibətləri dəyişməyə başlamış, onu torpaq sahəsindən uzaqlaşdırmışdır. Artıq malqaranın saxlanılması mümkün olmadığını g örüb, özünə məxsus xırda və iri buynuzlu heyvanları ləğv etmiş, bir neçə il aclıq içində yaşamış, 2018-ci ildə məşğulluq proqramına qoşulmuş, dövlət tərəfindən ona xırda buynuzlu heyvanlar verilmişdir. Həmin heyvanları saxlamaq üçün yenidən Cavabdeh1 müraciət etmiş, çox çətinliklə olsa da heyvanlarını saxlamağa ona imkan vermişdir. Öz şəxsi hesabına torpaq sahəsində ağıl tikmiş, ailəsi ilə birlikdə Nicatın da heyvanlarını saxlamağa başlamışdır. Lakin buna baxmayaraq Nicat yenə də ona qarşı haqsızlıq etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə Nicatın ona qarşı etdiyi hərəkətlərə görə DİN 102 xidmətinə zəng vurmuş, onun müraciəti əsasında polis əməkdaşları hadisə yerində olmuş, Nicatın həqiqətən də ona ziyan vurduğu, xırda və iri buynuzlu heyvanlarının ağıldan çıxarıldığının, ağılın sökü ldüyünün şahidi olmuşlar. Polis əməkdaşları Nicata onu tövləyə buraxmasını tapşırmışlar. Hazırda Nicat qaynı Cavabdeh2 ilə birləşib onlara məxsus qış otlaq sahəsindən istifadə edir, heyvanlarını onun tikdirdiyi tövlədə saxlayır.

7. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı ortancıl, cavabdeh isə onun kiçik qardaşıdır. Qış otlaq sahəsi onun köməkliyi ilə alınmış və sənədləşmə cavabdeh Nicatın adına aparılmışdır. Anasının sağlığında qardaşlar arasında mübahisə olmadığı üçün birgə təsərrüfat aparmış və özlərinin dolanışıqlarını təmin etmişlər. Sonralar ona məlum olmayan səbəblərdən iddiaçı heyvanları satmış və oradan çıxarılmışdır. Hazırda Nicata məxsus heyvanların çoxu satılmış, otlaq sahəsində olan heyvanların çoxu cavabdehin qaynı Cavabdeh2 məxsusdur. Nicatın hərəkətləri onu da qane etmədiyi üçün bir neçə dəfə ona iradlarını bildirmiş, lakin mübahisənin ailə daxilində həllinə nail ola bilməmişdir. Ona görə də hesab etmişdir ki, onun sayəsində yaratdıqları təsərrüfatdan kənar şəxslər və onların mal-qarası çıxarılmalı, əvvəllər olduğu kimi hər iki qardaş oradan birgə istifadə etməli və təsərrüfatlarını aparmalıdırlar.

8. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli 80 ha torpaq sahəsi yerli icra hakimiyyəti orqanının qərarı ilə ona ayrılmışdır və qanuni istifadəsindədir. Torpaq sahəsi onun icarəsinə verildikdən sonra təyinatı üzrə istifadə etməyə davam etmişdir. Anasının məsləhəti və onun razılığı ilə qardaşı da onunla bərabər öz heyvanlarını həmin sahədə saxlamışdır. Sonradan iddi açı təsərrüfatda olan heyvanlarını satmış və onun barəsində ayrı-ayrı dövlət orqanlarına şikayətlər etmişdir. Bir neçə dəfə Kürdəmir rayon Polis şöbəsinin, yerli icra hakimiyyətinin nümayəndələri icarəsində olan torpaq sahəsinə gəlib araşdırma aparmış, heç bir qanun pozuntusu aşkar edilmədiyindən hal-hazıra kimi fəaliyyətini davam etdirmişdir. İddiaçı qardaş kimi onunla rəftar etməmiş, onun şikayətlərindən bezərək fermadan uzaqlaşdırmışdır. Fermada və qış otlaq sahəsində iddiaçıya məxsus heç bir əmlak və eləcə də, mal-qara olmamışdır. İddia ərizəsində iddiaçı göstərmişdir ki, onlara məxsus fermaya guya qaynı Cavabdeh2 köçürmüş və qış otlaq sahəsində olan mal-qaralar da ona məxsus olmuşdur. Cavabdeh2 qonaq kimi ona məxsus fermaya gəlmiş və çıxıb getmişdir. Bundan əlavə, qış otlaq sahəsi onu n icarəsində olduğundan istədiyi şəxsin mal-qarasını ora buraxa bilər və ya ona kömək üçün dəvət edə bilər. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Kürdəmir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(041)-830/2023 nömrəli iş üzrə 8 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Xaliq İmanov) iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin icarəsində olan torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşdirildiyindən və dövlət qeydiyyatına alındığından, cavabdehin hüquqlarının müdafiəsi və toxunulmazlığı ilə bağlı həmin torpaq sahəsi üzərində dövlət təminatı mövcud olmuşdur.

11. Məhkəmə iş materialları və tərəflərin izahatları əsasında müəyyən etmişdir ki, Kürdəmi r rayonunun inzibati ərazisindəki 65h nömrəli “Maqsudbağı” adlanan qış otlaq sahəsindən 80 hektar torpaq sahəsi qoyunçuluğun inkişafı üçün qanuni əsaslarla Kürdəmir rayon Qarasaqqal kənd sakini Cavabdeh1 istifadəsinə (icarəsinə) verilmiş, həmin torpaq sahəsi üzərində onun icarə hüququ Dövlət qeydiyyatına alınmış, müddətinin xx.xx.2025-ci ildə bitəcəyi qeyd edilmişdir. Hazırda da oradan təyinatı üzrə istifadə edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qeyd edilən torpaq sahəsi üzərində heç bir hüququ olmamış, cavabdeh qardaşı kimi həmin torpaq sahəsindən istifadə etməsinə ona razılıq vermiş, sonradan iddiaçı ayrı-ayrı dövlət orqanlarına ondan şikayət etdiyi üçün münasibətləri pozulmuş və iddiaçını oradan uzaqlaşdırmışdır. Həmin torpaq sahəsinin birgə əldə edilməsi barədə heç bir s übut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, mübahisə edilən torpaq sahəsinə ayrı-ayrı şəxslərin və onlara məxsus xırda buynuzlu heyvanların köçürülməsi və istifadəsinə şərait yaradılması icarəçiyə aid məsələ hesab edildiyindən, həmin torpaq sahəsinə aidiyyəti olmayan şəxslərin, o cümlədən iddiaçının həmin şəxslərin və mal-qaranın oradan çıxarılması barədə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 51, 55, 67, 83, 103-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasi ya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə yekun nəticəyə gəlib qətnamə çıxararkən, iddiaçının vətəndaşı olduğu dövlətdə azad sahibkarlıq hüququnun həyata keçirilməsinə maneə yaradan halları araşdırmamış, Konstitusiyanın 59-cu maddəsini nəzərə almayaraq ailəsinin dolanacaq yeri olan heyvandarlıq təsərrüfatının saxlanılmasında hüququn normalarını cavabdehin xeyrinə təfsir etməklə ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə iclasında Nümayəndə verdiyi izahatında qış otlaq sahəsinin faktiki olaraq onun köməkliyi ilə alınaraq, sənədləşməni iddiaçının adına etdirməsini, analarının sağlığında torpaq sahəsind ə birgə, öz təyinatına uyğun təsərrüfat aparmaqlarını bildirsə də, məhkəmə bu faktiki halları araşdırmamışdır. Məhkəmə iddiaçının qeyd edilən torpaq sahəsi üzərində heç bir hüququnun olmaması qənaətinə gələrkən səhv nəticəyə gəlmişdir. Belə ki, həmin torpaq sahəsindən iddiaçının razılığı ilə əvvəllər təyinatına uyğun olaraq cavabdeh iddiaçı ilə birgə istifadə etmişdir. Sənədlərdə cavabdehin adı qeyd edilsə də, torpaq sahəsinin faktiki icarədarı iddiaçı olmuşdur.

16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1785/2023 nömrəli mülki iş üzrə 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tofiq Heydərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmə miş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli qış otlaq sahəsi üzrə tələbin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ olmamışdır. Çünki qış otlaq sahəsinin onun və ailəsinin də icarəsinə verilərək, istifadələrində olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Əksinə iş materiallarından aydın olmuşdur ki, mübahisəli qış otlaq sahəsi məhz Cavabdeh1 icarəsinə verilmişdir. Belə olan halda isə iddiaçının həmin qış otlaq sahəsi ilə bağlı hər hansı tələb irəli sürmək hüququnun mövcudluğundan bəhs edilə bilməz.

18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157, 158-ci, Torpaq Məcəlləsinin 51, 84-cü maddələrinə, Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.

24. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

25. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

26. Maddə 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

27. Maddə 51.6. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.

28. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.2. Qətnamə mübah isəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

41. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

42. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1785/2023 nömrəli iş üzrə 29 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar