Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1296/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) ilk, Cavabdeh1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçınə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARI Kateqoriya (açar sözlər): mənzil-tikinti kooperativinin fəaliyyətindən irəli gələn mübahisələr, mənzildən çıxarılma, əqdin etibarsızlığı, əhəmiyy ətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi”nə dair ilk, Cavabdeh1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçınə qarşı “çıxarışın ləğvi, həmin çıxarışın verilməsinə əsas ol muş sənədlərin etibarsız hesab olunması, mənzilə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və mənzilin plan-sxeminin onun adına tərtib olunması”na dair qarşılıqlı iddia tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 17 dekabr tarixli 2(103)5543/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Sifarişçi İddiaçı MMC ilə icraçı "xxxx" MMC arasında bağlanmış 1 sentyabr 2009cu il tarixli xidmət müqaviləsinə əsasən, icraçı sifarişçiyə məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın təqdim edilməsi, həmçinin idarəsi, satışı, icarəsi üzrə sifarişçiyə vasitəçilik xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində m üqavilə ilə müəyyən edilmiş məbləği icraçıya ödəməyi öhdəsinə götürmüşdür. 2. ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası 4 sentyabr 2018-ci il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır.
3. İcraçı "xxxx" MMC ilə sifarişçi Cavabdeh1 arasında bağlanmış 19 aprel 2010-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmetini icraçının müvafiq sənədləşmələrə əsasən İddiaçı MMC-nin İ.Qutqaşınlı küçəsi 533-cü məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda sifarişçiyə satmasından, sifarişçinin isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun sifarişçinin ödəniş qrafikinə əsasən ödəməsi ndən ibarətdir. İcraçının sifarişçi ilə tikintisinə razılaşdığı yer 6 mərtəbə, bir bloklu bina, 20 nömrəli mənzilində yerləşməklə razılaşma qiyməti hər kv.m üçün 1450 manat olmaqla, ümumi 162,47 kv.m satış sahəsindən ibarət 3 otaqdan ibarət mənzildir. Həmin müqaviləyə 2 saylı əlavəyə əsasən, sifarişçi hər kv.m 1450 manat olmaqla, mənzilin dəyəri olan 235582 manatı tam və nağd şəkildə sifarişçinin qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür.
4. Cavabdeh1 tərəfindən 162,47 kv.m satış sahəsindən ibarət mənzil üçün "xxxx" MMC-yə 19 aprel 2010-cu il tarixli qəbzə əsasən 48000 manat (60000 ABŞ dolları), 25 may 2010-cu il tarixli qəbzə əsasən 8000 manat (10000 ABŞ dolları), 21 iyun 2010-cu il tarixli qəbzə əsasən 8000 manat (10000 ABŞ dolları), 21 iyul 2010-cu il tarixli qəbzə əsasən 8000 manat (10000 ABŞ dolları), 13 avqust 2010-cu il tarixli qəbzə əsasən 8000 manat (10000 ABŞ dolları) pul vəsaiti ödənilmişdir.
5. Cavabdeh1 11 iyun 2007-ci il tarixdə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, 14 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin c bəndinə (mülkiyyətçinin dəyişməsi ilə əlaqədar) əsasən direktor vəzifəsindən azad edilmişdir. 6. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 7 iyul 2010-cu il tarixli müqaviləyə əsasən icraçı abonentin evində (ünvan 3 ünvanında) 08AZ1010003İ16 saylı qaz sayğacının quraşdırmasına nəzarət etməyi və servis xidməti göstərməyi, abonent isə müvafiq qaydalara uyğun olaraq onu istismar etməyi öhdəsinə götürmüşdür. 7. "xxxx" MMC tərəfindən Cavabdeh1 21 fevral 2024-cü il tarixli xəbərdarlı q məktubu ilə 19 aprel 2010-cu il tarixli müqavilə üzrə yaranmış 155582 manat borcun 3 iş günü ərzində ödənilməsi barədə xəbərdar edilmişdir. 8. "xxxx" MMC tərəfindən 5 mart 2024-cü il tarixli pretenziya məktubu ilə 19 aprel 2010-cu il tarixli müqavilə üzrə 155582 manat borcunu ödəmədiyindən müqaviləyə xitam verilməsi və hazırda istifadə etdiyi İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı 6-cı mərtəbədə yerləşən 20 saylı mənzili 10 mart 2024-cü il tarixədək boşaltması və "xxxx" MMC-yə təhvil verməsi barədə Cavabdeh1 xəbərdar edilmişdir.
9. Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 20 (Yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 169, M 6, m7) 3 mart 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı MMC Cavabdeh1 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533- cü məhəllə, ev 99C, mənzil 20 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M6, m7) ünvanında yerləşən mənzildən (bundan sonra mübahisəli mənzil) Cavabdeh1 və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 19 aprel 2010-cu il tarixdə bağlanmış müqavilənin şərtlərinə əsasən mübahisəli mənzil "xxxx" MMC tərəfindən Cavabdeh1 satılmışdır. Cavabdeh1 isə öz növbəsində müqavilənin şərtlərinə əsasən "xxxx" MMC-yə həmin mənzil üçün 235582 manat ödəməli idi. Lakin qeyd edilən müqavilənin şərtlərini pozaraq Cavabdeh1 ödənişi tam şəkildə həyata keçirməmişdir və aldığı mənzil üzrə 155582 manat borcu qalmışdır. Bununla bağlı, "xxxx" MMC Cavabdeh1 ilə aralarında olan alğı-satqı müqaviləsinə istinad edərək, ilk olaraq 21 fevral 2024-cü il tarixdə cavabdehə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmişdir. Nəticə olmadığı üçün, "xxxx" MMC tərəfindən Ca vabdeh1 5 mart 2024-cü il tarixində pretenziya göndərilərək, aralarında olan 19 aprel 2010-cu il tarixli yuxarıda qeyd edilən mənzilin alğı-satqısına dair müqaviləyə xitam verdiyini bildirərək, həmin mənzili boşaldaraq təhvil verməsini tələb etmişdir. Cavabdeh mənzili boşaldaraq təhvil verməkdən imtina etmişdir və hazırda mənzildən istifadə edir. Mənzil İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir və bu barədə çıxarış verilmişdir.
12. İddiaçı Cavabdeh1 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-in ********** saylı 3 mart 2023-cü il tarixli çıxarışının ləğv edilməsi, həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab olunması, "xxxx" MMC tərəfindən faktiki mülkiyyətində olan mübahisəli mənzilə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və mənzilin plan-sxeminin onun adına tərtib olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı Cavabdeh1 iddiası onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə bağladığı 19 aprel 2010-cu il tarixli mənzil satışı müqaviləsinə əsasən mübahisəli mənzili almışdır. 11 iyun 2007 - 14 iyun 2018-ci il tarixlərdə "xxxx"ın nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi üçün “Gilan Holding”in rəhbərliyi ilə razılaşmaya əsasən 4 ay müddətində 100000 ABŞ dolları ödəyərək müqavilədə göstərilən məbləğin qalan hissəsi holdingin tikintilərində gördüyü işlə əvəz olunmuşdur. Buna görə də, ona hər hansı ödəniş cədvəli təqdim ol unmamış, pul tələb edilməmiş, müqavilə bağlanan tarixdən həmin mənzil ona təhvil verilmiş, qısa müddət ərzində təmiri başa çatdırıb həmin ünvana köçmüşdür, hal-hazıradək fasiləsiz ailəsi ilə birlikdə orada yaşayır. Onunla bağlanmış müqavilələr əsasında 7 iyul 2010-cu ildə qaz sayğacı, 20 iyul 2010-cu ildə işıq sayğacı quraşdırılmışdır. 21 fevral 2024-cü il tarixdə "xxxx" MMC tərəfindən 19 aprel 2010-cu il tarixli müqavilədə göstərilən məbləğin qalan hissəsinin 3 gün müddətində ödəmək tələbi ilə, əks halda müqavilənin 4-cü bəndinə əsasən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq, 5 mart 2024-cü il tarixdə "xxxx" MMC tərəfindən sözügedən müqavilənin ləğv edildiyini bildirməklə mənzilini təhvil vermək tələbi ilə pretenziya göndərilmişdir. 29 aprel 2024-cü il tarixdə mobil telefon nömr əsinə daxil olmuş SMS bildirişdə İddiaçı MMC-nin iddia tələbi üzrə cavabdeh qismində Yasamal Rayon Məhkəməsinə dəvət olunmuşdur. Məhkəmədə sənədlərlə tanış olduqda bəlli olmuşdur ki, faktiki mülkiyyətində olan mübahisəli mənzilə İddiaçı MMC müəmmalı şəkildə ********** saylı, 3 mart 2023-cü il tarixli çıxarış əldə edərək mənzilindən istifadəyə qadağa qoyulmasını, boşaldılmasını və təhvil verilməsini tələb edir. "xxxx" MMC ilə bağladığı 19 aprel 2010-cu il tarixli mənzil satışı müqaviləsinin ləğvinin məhkəmə qaydasında təsbit olunmadığı halda faktiki mülkiyyətində olan əmlaka İddiaçı MMC hansı əsaslarla çıxarış əldə etmişdir. İddiaçı MMC-nin həmin çıxarışı əldə etdikdən sonra 5 mart 2024-cü il tarixdə "xxxx" MMC-nin pretenziya göndərməsi müqavilənin qüvvədə olmasının etirafı deməkdir. Həmin pretenziyanın göndərilməsi "xxxx" MMC ilə İddiaçı MMC aralarında saxtakarlığın pərdələnməsinə dəlalət edir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(004)3032/2024 saylı qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2(004)2301/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh1 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin olunmamış, Cavabdeh1 iddiası qismən təmin olunaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mübahisəli mənzilə dair İdd iaçı adına aparılmış qeydin və 3 mart 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, 19 aprel 2010-cu il tarixli müqavilənin bağlanmasından və müqavilə üzrə borclu Cavabdeh1 tərəfindən sonuncu ödənişin ödənilməsindən 14 il müddət keçməsinə baxmayaraq, 19 aprel 2010-cu il tarixli müqavilənin digər tərəfi "xxxx" MMC yalnız 14 il sonra həmin müqaviləyə xitam verilməsi barədə pretenziya məktubu göndərmişdir. Həmçinin müqaviləyə 2 saylı əlavədən görünür ki, sifarişçi, yəni Cavabdeh1 hər kv.m 1450 manat olmaqla, mənzilin dəyəri olan 235582 manatı tam və nağd şəkildə sifarişçinin qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçinin ödəniş qrafikindən isə bəlli olur ki, həmin mənzilə görə 48000 manat (60000 ABŞ dolları) ilkin ödəniş kimi alınmış, 187582 ABŞ dolları isə qalıq olaraq qalmışdır. Cavabdeh1 daha sonra qalıq qalan məbləğdən 2010-cu ilin may, iyun, iyul, avqust ayları üzrə mənzilə görə daha 40000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Mənzilin dəyəri olan 235582 manatın tam və nağd şəkildə ödənilməsi müqavilədə qeyd edilsə də, ödəniş qarafikində qeyd edilən və yol verilən haldan bəlli olur ki, həmin müqavilə ilə Cavabdeh1 mənzilin dəyərinin bir hissəsini müqavilə bağlandığı vaxt, qalan məbləği isə sonra ödəməsi müəyyən olunmuşdur.
17. Lakin müqaviləyə və eyni zamanda müqaviləyə 2 saylı əlavəyə nəzər yetirdikdə görmək olur ki, qalıq qalan 187582 ABŞ dolların hansı müddət aralığında, nə vaxt ödəniləcəyi ilə bağlı tarix və ya vaxt müəyyən edilməmişdir. Mübahisəli mə nzillə bağlı 19 aprel 2010-cu il tarixdə alğı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən mənzil iddiaçının aşkar sahibliyində və istifadəsində olmuşdur. Belə olduğu təqdirdə, "xxxx" MMCnin həmin müqavilə üzrə qalıq qalan pulu ödəməməsinə istinad edərək müqaviləni birtərəfli qaydada 14 il sonra ləğv etdiyini bildirməsi hüquqdan sui-istifadə hesab edilə bilər. Bununla yanaşı, müqavilə üzrə nəzərdə tutulmuş qalan məbləği ödəməməsinin əsası kimi Cavabdeh1 birləşdirilmiş iş üzrə iddia ərizəsində və məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, 11 iyun 2007 - 14 iyun 2018-ci il tarixlərdə "xxxx"ın nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi üçün “Gilan Holding”in rəhbərliyi ilə razılaşmaya əsasən 4 ay müddətində 100000 ABŞ dolları ödəyərək müqav ilədə göstərilən məbləğin qalan hissəsi holdingin tikintilərində gördüyü işlə əvəz olunmuşdur. Bu səbəbdən həmin müqavilə üzrə 100000 ABŞ dolları ödədikdən sonra qalan məbləği ödəməmişdir. Müqavilə bağlanan tarixdən həmin mənzil ona təhvil verilmiş, qısa müddət ərzində təmiri başa çatdırıb həmin ünvana köçmüşdür, hal-hazıradək fasiləsiz ailəsi ilə birlikdə orada yaşayır. Onunla bağlanmış müqavilələr əsasında 7 iyul 2010-cu ildə qaz sayğacı, 20 iyul 2010-cu ildə işıq sayğacı quraşdırılmışdır. Qeyd edilən faktlar iş materialları və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
18. İş materiallarında olan Cavabdeh1 məxsus əmək kitabçasından da müəyyən olunur ki, Cavabdeh1 həqiqətən də 11 iyun 2007-ci il tarixdən 14 iyun 2018-ci il tarixinə qədər Az İnşaat-M MMC-nin direktoru vəzifəsind ə işləmişdir. 14 il ərzində "xxxx" MMC-nin öhdəliyin icrası ilə bağlı borcluya heç bir təsir tədbirini görməməsi onlar arasında həqiqətən də əvəzləşdirmə ilə bağlı yazılı olmasa da, şifahi razılığın həqiqətən olduğunu ehtimal etməyə əsas verir.
19. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, "xxxx" MMC tərəfindən 19 aprel 2010-cu il tarixli müqavilənin digər tərəfinə qarşı onun güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Belə olduğu təqdirdə, icra müddəti ilə bağlı şərt qeyd olunmamış müqavilənin 14 il sonra icra olunmaması bəhanəsi ilə ləğv edilməsi ağlabatan hesab oluna bilməz. Cavabdeh1 mübahisəli mənzilin dəyərinin yarısından çoxunu (100000 ABŞ dolları) ödəmiş və 14 ildir ki, həmin mənzildə yaşayır və bu dövr ərzi ndə ona qarşı hər hansı pretenziya ünvanlanmamış və tələb irəli sürülməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, Cavabdeh1 mübahisəli mənzilə dair 19 aprel 2010-cu il tarixli müqavilədən irəli gələn gözlənilən mülkiyyət hüququ vardır. Həmin müqavilədə nəzərdə tutulmuş mənzilin dəyərinin tam ödənilməsi həmin mənzilə hüquqların dövlət qeydiyyatına alınmasına əsas verir. Bu baxımdan, İddiaçı MMC-nin 19 aprel 2010-cu il tarixli müqavilə qüvvədə olduğu müddətdə Cavabdeh1 mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ olmasına baxmayaraq 3 mart 2023-cü il tarixdə çıxarış alması və həmin çıxarışa istinad edərək Cavabdeh1 həmin mənzildən çıxarılması və mənzildən istifadəsinə qadağa qoyulmasını tələb etməsi qanuni və əsaslı hesab edilə bilməz. Tarixdən də görünür ki, İddiaçı MMC çıxarışı 3 ma rt 2023-cü il tarixdə almış, "xxxx" MMC isə İddiaçı MMC çıxarışı aldıqdan 1 il sonra Cavabdeh1 21 fevral 2024-cü il tarixdə 19 aprel 2010-cu il tarixli müqavilədə göstərilən məbləğin qalan hissəsinin (155582 manat) 3 gün müddətində ödəmək tələbi ilə, əks halda müqavilənin 4-cü bəndinə əsasən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq, 5 mart 2024-cü il tarixdə isə müqavilənin ləğv edildiyini bildirməklə mənzilin təhvil verilməsi tələbi ilə pretenziya göndərmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 560.1, 560.2, 560.3.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azər baycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2(004)2301/2024 nömrəli qətnaməsindən İddiaçı MMC və Cavabdeh1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
22. İddiaçı MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq irəli sürdüyü iddianın təmin olunması barədə yeni qətnamə, Cavabdeh1 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MMC-yə və İddiaçı MMC-yə qarşı “Çıxarışının ləğv edilməsi, həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab olunması, "xxxx" MMC tərəfindən faktiki mülkiyyətində olan ünvan 5 ünvanında 7 saylı mənzilinə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və sözügedən mənzilin plan-sxemin onun adına təqdim olunması barədə iddia tələbi üzrə işin icraatına məhkəmədə baxılmalı olmadığı üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
23. İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü tələb İddiaçı MMC-nin adına mübahisəli mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin əsassız olması ilə bağlıdır. Belə olan halda, həmin tələbə ümumiyyətlə ümumi məhkəmədə baxıla bilməzdi və həmin işə inzibati icraat qaydasında baxılmalı idi. Tərəflər arasında bağlanmış müqavilədə o nun icrası müddəti göstərilməmişdir və bu da onu göstərir ki, müqavilə üzrə öhdəliklərin icrası müddəti müəyyən edilməmişdir. Bununla belə, iddiaçı müqavilədə nəzərdə tutulan öhdəliyi tam icra edərək yaşayış binasını inşa etmiş və mənzili cavabdehə təhvil vermişdir. Yəni iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilsə də, cavabdeh tərəfindən onun icrası yarımçıq qalmışdır. Ödəniş qəbzlərindən göründüyü kimi, cavabdeh mənzilin dəyərinin bir hissəsini müqavilə bağlanılan vaxt, bir hissəsini 2010-ci ildə hissə-hissə ödəmiş, yerdə qalan hissəsini isə ödəməkdən yayınmışdır. Müqavilədə mənzilin dəyərinin cavabdeh tərəfindən hissə-hissə ödənilməsi ilə bağlı hər hansı müddəa olmamışdır. Bununla belə tərəflər arasında mənzilin dəyərini məhz hissə-hissə ödənilməsi ilə bağlı işgüzar münas ibətlər formalaşmışdır. Bu da onu göstərir ki, cavabdeh mənzilin dəyərini hissə hissə ödəməli idi. Müqaviləyə Əlavə 2-dən də göründüyü kimi ödənişlərin cədvəli konkret müəyyən edilməmişdir. Lakin cavabdeh ona edilmiş həmin güzəştən sui-istifadə etmiş, öhdəliyi pozmuş və iddiaçı tərəfindən pulun tələb edilməməsindən yenə də sui-istifadə edərək hazırkı vaxtadək üzərinə düşən öhdəliyi icra etməmişdir. İşin hallarından göründüyü kimi "xxxx" MMC iddiaçının ona verdiyi səlahiyyətlərə əsasən mənzillərin satışını həyata keçirərək müqavilələr bağlamışdır. Mənzillərin dəyərlərinin hissə-hissə ödənilməsi ilə bağlı nə ididaçı ilə "xxxx" MMC arasında, nə də ki, sonuncu ilə cavabdeh arasında bağlanılmış müqavilələrdə müddəa olmamışdır. Bununla belə mənzillərin satışını təşkil etmək üçün ödənişlərin bəzi müştərilərə hissə-hissə ödənilməsinə şifahi qaydada icazə verilmişdir. Lakin bu, mənzil üzrə ödənişlərin uzun müddət ödənilməməsi, yaxud ümumiyyətlə ödənilməməsi üçün əsas yaratmır və yarada bilməz. "xxxx" MMC və iddiaçı sonda mənzillərə çıxarış verilən vaxt ödənilməmiş qalmış məbləğlərin ödənilməsinə ümid və güman etmişlər. Çünki alıcılar da bilirdilər ki, mənzilin dəyərini tam ödəməsələr, onlara mənzil üzrə çıxarışın verilməsi qeyri-mümkün olacaqdır. Eyni zamanda bağlanmış müqavilədə müddətin müəyyən edilməməsi cavabdehdən ödənilməmiş qalmış borcun tələb edilməsində hər hansı çətinliyin olmaması ilə bağlı iddiaçıda daxili inam yaratmışdır. Binaya çıxarışın planlaşdırılmış vaxta alınmaması, sənədlərin bir qisminin "xxxx" MMC tərəfindən iddiaçıya vaxtında təhvil verilməməsi və digər cari problemlər cavabdehə qarşı pulun ödənilməsi ilə bağlı araşdırmanı və sonradan borcun ödənilməsini tələb olunmasını gecikdirmişdir. Yəni binaya çıxarış alındıqdan sonra mənzillərin ödənişləri ilə bağlı təftiş başlanılmış və borcu olan müştərilər üzə çıxarılmışdır. Lakin iddiaçının adına çıxarış alındıqdan və cavabdehin ödənilməmiş qalmış borcunun olması müəyyən edildikdən sonra ondan həmin borcun ödənilməsi tələb edilmiş, o, isə borcunu ödəməkdən imtina etmişlər. Bu səbəbdən də iddiaçı dərhal borcun ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərmiş və pulun tam ödənilməsini tələb etmişdir. Lakin cavabdeh həmin xəbərdarlığa (pretenziya məktubu) məhəl qoymamış və bu səbəbdən iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Beləliklə cavabdeh mübahisəli mənzillə bağlı borcu ta m ödəmədiyi üçün o, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş hesab edilir və bu səbəbdən iddiaçı mülkiyyətçi kimi müqavilənin ləğv edilərək mənzilin ona qaytarılmasını tələb etməkdə tam haqlı olmuşdur. Birinci instansiya məhkəməsi ikinci tələb üzrə iddianı təmin edərkən Mülki Məcəllənin 140-cı maddəsini, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsini kobud şəkildə pozmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına aparılmış qeydin əsaslı olub-olmaması ilə bağlı hər hansı hüquqi dəyərləndirmə aparmamışdır. Digər tərəfdən məhkəmə ümumiyyətlə həmin tələbə mülki mühakimə icraatı qaydasında baxa bilməzdi. Məhkəmə tərəfindən mübahisəli mənzilə dair iddiaçının adına verilmiş çıxarışın ləğv edilməsi faktiki olaraq mülkiyyət hüquqlarına xitam verilməsinə bərabərdir və mülkiyyətə qanunsuz müdaxilə hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas olmuş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallar da iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı MMCnin adına mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeyd hər hansı əqd əsasında aparılmamışdır. Digər tərəfdən həmin qeydin aparılmasına cavabdehlə bağlanılmış hər hansı əqd də əsas olmamışdır. Yəni İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd inzibati akt əsasında aparılmışdır. Belə olan halda hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmasına yol verilmir və bu səbəbdən həmin iddianın icraatına MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Beləliklə qətnamə cavabde h tərəfindən irəli sürülmüş tələb hissəsində ləğv edilməli və ikinci tələb üzrə işə mülki qaydada baxılması yolverilməz olduğundan xitam verilməlidir. Müqavilənin əhəmiyyətli dərəcədə pozulması, onun ləğv edilməsi üçün əsasdır. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməkdən imtina etdiyindən, onunla bağlanmış müqavilə ləğv edilmiş sayılır. Cavabdehlə bağlanmış müqavilə ləğv olunduğundan, onun həmin mənzil üzrə hər hansı hüququ yoxdur. Bu səbəbdən o, mənzili boşaldaraq iddiaçıya geri qaytarmalı və bu yolla iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Digər tərəfdən cavabdehlə bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verilməsi, iddiaçının mənzil üzrə hər hansı hüquqlarının olmamasına dəlalət edir. Bu isə onu göstərir ki, cavabdehin ikinci tələbi irəli sürməyə subyektiv hüququ olma yıb. Cavabdehin mənzil üzrə hüquqları o halda yarana bilərdi ki, o, mənzil üzrə pay haqqını tam ödəmiş olsun. Mənzil satılan zaman qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Konstitusiya Məhkəməsi Plenumunun həmin maddənin şərhi ilə bağlı xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi qeyd olunan normativ hüquqi aktların tələblərinə əsasən cavabdehin mübahisəli mənzil üzrə sahiblik və istifadə hüquqlarının yaranması üçün, mənzilin pay haqqının tam ödənilməsi tələb olunur. Lakin cavabdehin pay haqqını tam ödəmədiyi üçün, habelə iddiaçının müqavilə üzrə ödənilməmiş pulun ödənilməsini tələb etmək hüququna xitam verilmədiyi üçün, cavabdeh mübahisəli mənzil üzrə çıxarışın mübahisələndirilməsi ilə bağlı subyektiv hüquqa belə malik olmamışdır. Qeyd olunan hallar isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bunda n başqa, məhkəmə qətnaməsində qeyd etmişdir ki, müqavilədə onun icra müddəti ilə bağlı şərt qeyd olunmamış və müqavilənin 14 il sonra icra olunmaması bəhanəsi ilə ləğv edilməsi ağlabatan hesab oluna bilməz. Cavabdeh1 mübahisəli mənzilin dəyərinin yarısından çoxunu (100000 ABŞ dolları) ödəmişdir və 14 ildir ki, həmin mənzildə yaşayır və bu dövr ərzində ona qarşı hər hansı pretenziya ünvanlanmamış və tələb irəli sürülməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, Cavabdeh1 19 aprel 2010-cu il tarixli müqavilədən irəli gələn mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmənin gəldiyi bu nəticə də göründüyü kimi əsassızdır. İlk növbədə qeyd olunmalıdır ki, cavabdehin mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ o vaxtı tanına bilərdi ki, o, müqavilə üzrə öhdəliklərini tam icra edərək m ənzilin dəyərini tam ödəsin. Lakin məhkəmə tərəfindən də müəyyən olunduğu kimi cavabdeh mənzilin tam dəyərini ödəməmişdir. İddiaçı tərəfindən 14 il ərzində müqavilə üzrə ödənilməmiş qalmış pulun cavabdehdən tələb edilməməsi, həmin pulun ona bağışlanmasına dəlalət etmir və cavabdehin öhdəliklərinin xitamına səbəb olmur. Əksinə iddiaçı 14 il ərzində cavabdehə güzəşt edərək mənzilin pulunu ödəməyi gözləmiş, lakin sonuncu bundan sui-istifadə edərək bu yolla öhdəliklərinə xitam verilməsinə əsassız olaraq ümid etmişdir. Bu səbəbdən məhkəmənin gəldiyi həmin nəticə də əsassız hesab edilməlidir. Bundan başqa qeyd olunmalıdır ki, Mülki Məcəllədə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının bərpasının məhkəmə qaydasında tələb edilməsi ilə bağlı hər hansı zaman məhdudiyyəti yoxdur. Bu səbəbdən iddia çının öz mülkiyyət hüquqlarının müdafiəsi və bərpası ilə bağlı 14 il və daha çox müddət sonra tələb irəli sürməsi qanundan irəli gələn hüquqdur və heç bir halda hüquqdan sui-istifadə kimi hesab edilə bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi birinci iddia üzrə irəli sürülmüş tələbləri, ikinci iddia üzrə irəli sürülmüş tələbin əsaslı olması ilə əlaqələndirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, hər iki tələb müstəqil tələblər olmuş və bir-birinə hər hansı bağlılığı olmamışdır. Belə ki, birinci tələb vindikasiya iddiası olmaqla mülkiyyət hüquqlarının bərpasına yönələn tələb olmuşdur. İkinci tələb daşınmaz əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi hər iki tələb fərqli olmaqla bir-biri ni istisna etmir. Hətta iddiaçının mübahisəli mənzilə mülkiyyət hüquqları qeydiyyata alınmadığı halda belə, cavabdehdən pozulmuş öhdəliyə görə mənzilin boşaldılaraq təhvil verilməsi tələbini irəli sürməyə haqqı və hüququ var. Məhkəmə cavabdeh tərəfindən müqavilə üzrə Mülki Məcəllənin 442-ci maddəsinin tələblərinin pozulub-pozulmamasına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Nəticədə birinci iddia üzrə tələbin qanuni əsası müəyyən edilmədən mübahisə həll olunmuşdur. Halbuki, məhkəmənin ilk vəzifəsi iddia tələbi üzrə tələbin qanuni əsasını müəyyən etməkdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbin qanuni əsasını məhz cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və nəticədə iddiaçının mülkiyyət hüquqlarının pozulması təşkil edirdi ki, məhkəmə işin bu hallarına hər hans ı hüquqi qiymət verməmiş və nəticədə iddiaçının tələbi üzrə mübahisə mahiyyəti üzrə həll edilməmiş qalmışdır. Beləliklə birinci instansiya məhkəməsi işə baxarkən mübahisəli mənzilə dair bağlanılmış müqavilə üzrə öhdəliklərin icrası vəziyyətinə hüquqi qiymət verilmədiyi üçün, onun birinci iddia tələbi üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz.
24. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin qismən ləğv olunaraq iddiasının təmin edilməyən hissəsində tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 14 il ərzində qarşı tərəfin pulu tələb etməməsi, hər hansı xəbərdarlıq, pretenziya göndərməməsi, iddianın irəli sürülməməsi Cavabdeh1 tərəfindən öhdəliklərin yerinə yetirilməsinin etirafıdır. Birinci inst ansiya məhkəməsi birləşdirilmiş iddia tələbinin "xxxx" MMC tərəfindən faktiki mülkiyyətində olan mübahisəli mənzilinə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və sözügedən mənzilin plan-sxeminin onun adına DƏDRX tərəfindən təqdim olunması hissəsini ağlabatan və qanuni hesab etməmişdir. Halbuki, mənzilə pay haqqının tam ödənilməsinə dair sənəd təqdim edilməsə də, 14 il ərzində qarşı tərəfin pulu tələb etməməsi, hər hansı xəbərdarlıq, pretenziya göndərməməsi, iddianın irəli sürülməməsi Cavabdeh1 tərəfindən öhdəliklərin yerinə yetirilməsinin etiraf etməsi deməkdir. Birinci instansiya məhkəməsi birləşdirilmiş iddia tələbinin “çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab olunması” hissəsinin təmin edilməməsini həmin sənədlərin nədən ibarət olduğunu, həmin sə nədlərin etibarsız hesab edilməsinə əsas olan halların və bu hissədə tələbin əsası olmaması ilə əsaslandırmışdır. Lakin mümkün sübutlar təqdim edilərək əlavə sübutların əldə olunması üçün məhkəmə tərəfindən zəruri sorğuların verilməsi üçün vəsatətlər verilməsinə baxmayaraq, bu istiqamətdə addım atılmamışdır və həmin hissələr qətnamə çıxarılarkən açıq saxlanılmışdır.
26. Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(103)-5543/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2(004)- 2301/2024 nömrəli qətnaməsinin qismən - iddianın təmin olunduğu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mübahisəli mənzilə dair İddiaçı adına aparılmış qeyd və 3 mart 2023-cü i l tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsində ləğv olunaraq Cavabdeh1 iddiasına həmin hissədə xitam verilməsi qərara alınmışdır.
27. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 qarşı mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiasının hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın məzmununa əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yəni bu normanın tətbiqi üçün tələb olunan şərtlər iddiaçının əmlakın mülkiyyətçisi, əmlakın özgəsinin sahibliyində və bu sahibliyin qanunsuz olmasıdır. Hazırkı situasiyada əmlak üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınması və əmlakın cavabdehin sahib liyində olması şərtləri mövcud olsa da, “sahibliyin qanunsuz olması” şərti mövcud deyildir. Yəni mənzil "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən sonuncunun qanuni sahibliyindədir.
28. Mənzilin qanuni əsaslarla Cavabdeh1 sahibliyində olmasına gəldikdə həmçinin qeyd etmək lazımdır ki, onun ailə üzvləri ilə birlikdə 14 il ərzində fasiləsiz olaraq həmin mənzildə yaşaması, bütün kommunal xərcləri ödəməsi, həmin dövrdə nə "xxxx" MMC, nə də ki, digər şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallardır. Belə ki, "xxxx" MMC-nin 2010-cu ildən mübahisəli mənzili Cavabdeh1 təhvil verməsi, sonuncunun həmin mənzili təmir etməsi və uzun illər orada yaşamasına MMC-nin etirazının olmaması işin mübahisələndirilməyən hallar ıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh1 öz ailəsi ilə birlikdə mübahisəli mənzildə 14 il ərzində fasiləsiz yaşamış, nə "xxxx" MMC, nə də ki, digər şəxs tərəfindən bu illər ərzində iddiaçıya qarşı mənzildən çıxarılma, pul tələbi və ya bu kimi digər iddialar qaldırılmamışdır. Bundan başqa, iddiaçı mübahisəli mənzildə yaşadığı dövr ərzində kommunal xidmətlərin göstərilməsi ilə bağlı həmin xidmətləri göstərən qurumlarla ("xxxx" ASC, “Azəriqaz” İB) müvafiq müqavilələr bağlamış, həmin qurumlar tərəfindən ona kommunal xidmətlər göstərilmiş, iddiaçı isə öz növbəsində həmin xidmətlərə görə haqq ödəmişdir.
29. Əmlakın Cavabdeh1 qanunsuz sahibliyində olmasını İddiaçı MMC müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası müqaviləyə birtərəfli qaydada x itam verilməsini əsaslı hesab etməyərək qeyd etmişdir ki, müqavilənin tərəfləri "xxxx" MMC və Cavabdeh1dur. "xxxx" MMC tərəfindən Cavabdeh1 21 fevral 2024-cü il tarixdə xəbərdarlıq məktubu ünvanlanaraq 155582 manat borcunu 3 iş günü ərzində ödəməsi barədə xəbərdar edilmiş, 5 mart 2024-cü il tarixli pretenziya məktubunda isə müqaviləyə xitam verilməsi bildirilmişdir. Lakin istər xəbərdarlığın, istərsə də pretenziyanın göndərildiyi vaxt müqavilə tərəfi olmasına baxmayaraq həmin mənzil üzərində "xxxx" MMC-nin heç bir hüququ olmamışdır, mənzil mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 3 mart 2023-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır.
30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, İddiaçı MMC-nin iddiası əsassı zdır və təmin olunması üçün əsaslar mövcud deyildir.
31. Cavabdeh1 iddia ərizəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilə dair 3 mart 2023-cü il tarixli çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab olunması hissəsində tələb əsassızdır.
32. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən həmin çıxarışın verilməsi üçün hansı sənədlərin əsas olması ilə bağlı sorğu göndərilmiş, alınmış cavaba əsasən müəyyən olunmuşdur ki, əsas ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 4 sentyabr 2018-ci il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınması barədə çıxarışdır, həmin çıxarış mübahisələndirilməmişdir, çıxarış ümumi binaya münasibətdə verildiyindən əsasını mülki əqdlərin təşkil etməsi ehtimalı yoxdur və inzibati qaydada müb ahisələndirilməlidir.
33. Cavabdeh1 iddiası "xxxx" MMC tərəfindən faktiki mülkiyyətində olan mübahisəli mənzilə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və mənzilin plansxeminin onun adına tərtib olunması hissələrində də əsassızdır. Belə ki, arayışın verilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə bu halda qoyula bilər ki, pay haqqının ödənilməsi rəsmi sənədlərə əsasən təsdiqini tapsın. Lakin bu barədə hər hansı bir sənəd mövcud olmadığına görə məhkəmə kollegiyası hesab etmişdir ki, iddia mənzilinə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və mənzilin plan-sxeminin onun adına tərtib olunması hissələrində əsassızdır və birinci instansiya məhkəməsi iddianın bu hissələrdə rədd olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
34. Yuxarıda göstərilənlərə əsasən məh kəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişadir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsaslıdır, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
35. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 157.2, 178.8, 390.7, 404.1, 404.2, 421.1, 423.1, 423.2, 425.1 və 447.1-ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.4, 110.5, 112.1, 113.1, 113.2 və 113.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3, 384.0.1, 385.2, 39 2, 402, 405-ci maddələrinə istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hazırkı iş üzrə 2(103)-5543/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini, yeni qərar qəbul edilməsi mümkün olmadığı halda qətnamənin ləğv edilib işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Cavabdeh1 nümayəndəsi vəkili Nümayəndə2 Mehti oğlu kassasiya şikayətinə etiraz edərək iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
40. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edə şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
41. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını g eri tələb edə bilər.
42. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
43. Maddə 390.7 Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
44. Maddə 404.1 Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
45. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədə n müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
46. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
47. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
48. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddət ində ondan cavab almadıqda irəli sürə bilər.
49. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
50. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
51. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə isti fadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
52. Maddə 110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyriyaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır.
53. Maddə 110.5. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir.
54. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
55. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tiki nti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəricilər göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.
56. Maddə 113.2. Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı t am ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
57. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüv vəsi yoxdur.
61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tər əfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamənin tam ləğv edilməsi tələb edilməsinə baxmayaraq, kassasiya şikayətinin dəlilləri İddiaçı MMC-nin iddiasının təmin edilməməsi hissəsində qətnamənin ləğvinə yönəlmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - İddiaçı MMC-nin iddiasının təmin edilməməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin mübahisəsləndirilən hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
71. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, İddiaçı MMC-nin apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Məhkəmnə kollegiyası qeyd etmişdir ki,
72. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətr aflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
74. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
76. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 17 dekabr tarixli 2(103)5543/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.