Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1297/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı qətnamə ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1175/2022 nömrəli, 4.10.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 12 aprel 2023ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" İKB ASC ilə Cavabdeh2(bundan sonra- cavabdeh 1) arasında 23 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana illik 25 % dərəcəsi ilə, 60 ay müddətinə 27.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit öhdəliklərinin icrasının təminatı üsulu kimi "xxxx" İKB ASC ilə ipoteka qoyan Cavabdeh1 (bundan sonra- cavabdeh 2) arasında 23 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka qoyanın mülkiyyətində olan Ağdaş şəhəri B.Vahabzadə küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən iki otaqlı, ümumi sahəsi 204,57 kv.m olan fərdi yaşayış evi (mübahisəli ev) ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 68.000 manat məbləğində qiymətləndirilmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li “Çıxarışına əsasən ipoteka ilə yüklülük reyestrdə qeydiyyata alınmışdır.
4. Ağdaş Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli, 2(014)-51/2016 saylı qətnaməsi ilə borcalandan 25.007 manat əsas borc, 5.090 manat faiz borcu, 2.500 manat cərimə borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 32.657 manat borcun "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tələbin Ca vabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 68.000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan pul vəsaitinin borclalanın Banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan artıq qalan vəsaitin Cavabdeh1 qaytarılması qət edilmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli, 2(107)-1471/2016 saylı qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli, 2(014)-51/2016 saylı qətnaməsi, borcalandan 25.007 manat əsas borc, 5.090 manat faiz borcu, 2.500 manat cərimə borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" İKB ASC-nin xeyrinə tutulması hissəsi dəyişdirilmədən saxlanılmışdır.
6. Şəki Apellyasiya Məhkəməsini n 23 dekabr 2016-cı il tarixli, 2(107)-1471/2016 saylı qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli, 2(014)-51/2016 saylı qətnaməsi qismən- tələbin Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 68.000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan pul vəsaitinin borclalanın Banka olan borcunun ödənilməsinə yönəldilməsi hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə baxılmamış saxlanılmış və iddiaçıya izah edilmişdir ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
7. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəs i tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarış ilə müəyyən olunur ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC (bundan sonra bank) olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. Bank cavabdehlərə qarşı “qətnamə ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 1-dən Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə tutulmuş 25007 AZN əsas, 5090 AZN faiz borcu, 2500 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh1 məxsus 23 sentyabr 2014 – cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış,146.72 kv.m köməkç i sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə tutulmuş cəmi 32597 AZN məbləğində borcun Ağdaş şəhəri, B.Vahabzadə küçəsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin hərracda satışından əldə olunan vəsait hesabına banka ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; cavabdeh 2-yə məxsus olan mübahisəli evi və 0.08 ha torpaq sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinə yönəld ikdə və o satıldıqdan 1 ay sonra cavabdeh 2-nin, cavabdeh 1 və Cavabdeh3 (bundan sonra cavabdeh 3 )mübahisəli ev istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdeh 2-nin, cavabdeh 1-in və cavabdeh 3-ün həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bank məhkəməyə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh 1-dən Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)1471/2016 saylı qətnaməsi ilə tutulmuş 25007 AZN əsas, 5090 AZN faiz borcu, 2500 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun cavabdeh 2-yə məxsus 23 sentyabr 2014 – cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş mübahisəli yaşayış evinin və torpaq sah əsinin açıq hərracdan satılması və Şəki Apelyasiya Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(107)-1471/2016 saylı qətnaməsi ilə tutulmuş cəmi 32597 AZN məbləğində borcun mübahisəli yaşayış evi və 0.08 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına Bank –a ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; cavabdeh 2-yə məxsus olan mübahisəli yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdeh 2-nin, cavabdeh 1-in və cavabdeh 3-ün mübahisəli yaşayış evinin və 0.08 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, hər 3 cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təh vil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bank işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmirməmişdir. 11. "xxxx" MMC-nin Pre/0472021 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi haqqında hesabatında qeyd olunmuşdur ki, mübahisəli yaşayış evinin və 0,08 ha torpaq sahəsinin (51.782+6.565) likvid dəyəri 58.347 manat təşkil etmişdir.
12. Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev ) 3 fevral 2022-ci il tarixli, 2(014)33/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, 20 sentyabr 2014-cü il tarixli ərizədən məlum olur ki, cavabdeh 2-yə məxsus olan mübahisəli yaşayış evinin və 0.08 ha torpaq sahəsinin ipoteka qoyulmasına razılıq vermişdir. İpoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutduğu fərdi yaşayış evini könüllü boşatlmağı və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür.
14. Cavabdeh 3 tərəfindən verilmiş 20 sentyabr 2014-cü il tarixli ərizədə məlum olmuşdur ki, cavabdeh 2-yə məxsus olan mübahisəli yaşayış evinin və 0.08 ha torpaq sahəsinin ipoteka qoyulmasına razılıq vermişdir. İpoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutduğu fərdi yaşayış evini könüllü boşatlmağı və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. 15. "xxxx" MMC tərəfindən verilmiş 01 oktyabr 2021-ci il tarixli PRE/07/2021 saylı qiymətləndirmə rəyindən məlum olmuşdur ki, cavabdeh 2-yə məxsus mübahisəli yaşayış evinin bazar dəyəri 57 535 (əlli yeddi min beş yüz otuz beş) manat, likvid dəyəri 51 782 (əlli bir min yeddi yüz səksən iki) manat, 0.08 ha torpaq sahəsinin bazar qiyməti 7725 manat, likvid dəyəri 6565 manat təşkil etmişdir. 16. "xxxx" MMC tərəfindən verilmiş müşayiət məktubuna əsasən Ağdaş rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(014)-1310/2021 saylı qərardadı üzrə, 1(bir) adda əmlakların qiymətləndirilməsinin xərci, yəni hər bir ə mlaka 500 manat təşkil edir. 17. 02 aprel 2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında cavabdeh 2-yə ünvanlanmış bildirişin surətinə əsasən Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. 18. 09 aprel 2021-ci il tarixli Nikoyl İKB ASC-i tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir.
19. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" ASC-i ilə cavabdeh 1 arasın da bağlanmış kredit müqaviləsi əsasında, sonuncu Bankdan 27000 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq cavabdeh 2-in mülkiyyətindəki mübahisəli yaşayış evinin və 0.08 ha torpaq sahəsi 2014-cü il 23 sentyabr tarixli 5-G-1-0-3212-14 (İ) nömrəli ipoteka müqaviləsilə yüklü edilmişdir. Bank həmin məbləğdə pulu cavabdeh 1-ə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh 1 bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bu səbəbdən də bank məhkəməyə müraciət etmiş və ipoteka bildirişinin qeydə alınması düzgün aparılmadığından Şəki A pelyasiya Məhkəməsinin 23 dekabr 2016-ci il tarixli 2(107)1471/2016 saylı qətnaməsi ilə tərəfin apellyasiya şikayəti qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 14 iyun 2016-ci il tarixli 2(014)-51/2016 saylı qətnaməsi cavabdeh 1-dən bankın xeyrinə 25007 AZN əsas, 5090 AZN faiz borcu, 2500 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia qismən təmin edilmiş, lakin iddianın tutmanın ipoteka predmetinə yönəldiməsi hissəsi isə baxılmamış saxlanılmışdır.
20. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır, buna görə də borc tələbi ipoteka ilə yüklü edilmiş cavabdeh 2-nin mülkiyyətindəki mübahisəli yaşayış evinə və 0.08 ha torpaq sahəsinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərracda satılmalı, Ağdaş şəhəri, B.Vahabzadə küç əsində yerləşən, 2 otaqlı, 204.57 kv.m ümumi, 57.85 kv.m yaşayış,146.72 kv.m köməkçi sahəsindən ibarət 60 saylı fərdi yaşayış evinin və 0.08 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti fərdi yaşayış evi üçün 51782 (əlli bir min yeddi yüz səksən iki) manat, 0.08 ha torpaq sahəsi üçün isə 6565 (altı min beş yüz altmış beş) manat müəyyən edilməlidir. Fərdi yaşayış evi və torpaq sahəsi satılmalı və ondan əldə ediləcək vəsait Şəki Apellyaisya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh 1-dən tutulmalı olan borcunun və iddia verilərkən dövlət büdcəsinə keçirilmiş rüsumun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ cavabdeh 2-yə qaytarılmalı, borc məbləği qeyd olunan qətnamənin icrasına kifayət etmədikdə qalıq bor c məbləğinin ümumi qayda da icra olunaraq cavabdeh 1-dən tutulmalıdır. Fərdi yaşayış evi və torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər oranı tərk etməli və cavabdehlərin qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsinə istifadə hüququnun itirilmiş hesab olunmalı, cavabdehlər fərdi yaşayış evindən çıxarılaraq, həmin fərdi yaşayış evi boşaldılmalı və banka təhvil verilməlidir.
21. Məhkəmə belə qənaətə gəlmişdir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilmiş “satıldıqda” ifadəsi alqı-satqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqısatqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka qoyanın və ailə üzvlərinin mənzili tərk etmələrinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin n 269.1-, 269.4, 269.5, 295,296,317, 319.1,421.2,442,443.1,448.1,48.2,-cü, maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.3.3, 59.3.2, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh 2 qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,cavabdeh 1 kredit götürdükdən sonra müəyyən səbəblərdən maddi vəziyyətləri qəflətən ağırlaşmışdır. Kreditin qaytarılması müddətinin uzadılması ilə bağlı dəfələrlə banka müraciət etsələr də, Bank bununla razılaşmamışdır. Şəki Apellyasiya Məhkəməsinin kredit borcunun tutulması ilə bağlı 2016-cı il tarixli qətnaməsi icraya yönəldikdən sonra borcun əmək haqlarına və pensiyaya yöndəldilməsi xahiş edilsədə lakin 6 ilə yaxın müddət keçməsinə baxmayaraq borcun pensiyaya və əmək haqqına yönəldilməsinə maraqlı olmadığına görə susqunluq nümayiş etdirmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri bank tərəfin “canfəşanlığı” sayəsində cəmi 58.000 manat qiymətləndirilmişdir. Halbuki, iddiaçının birinci tələbinə baxılarkən ipoteka ilə yüklü edilmiş əml ak 78.000 manat məbləğində qiymətləndirilmişdir. Necə ola bilər ki, 2016-cı ildə ipoteak ilə yüklü edilmiş əmlakın dəyəri 78.000 manat olduğu halda 6 il sonra bu dəyər 58.000 manat kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən qeyd etdiyi halları və dəlilləri məhkəmədə bildirmək hüququndan istifadə edə bilməmişdir. Məhkəmənin mötəbər sübut kimi istinad etdiyi "xxxx" MMC-nin rəyi ilə razı deyil və təkrar qiymətləndirmənin keçirilməsi ilə bağlı vəsatətini məhkəməyə təqdim edə bilməmişdir.
25. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1175/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X3 (sədrlik edən və məruzəçi), X5 və X2) apellyasiya şikayəti təmin edilməyərək, Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan sənədlərdən görünür və apellyasiya şikayəti vermiş Cavabdeh1 tərəfindən mübahisələndirilmir ki, Cavabdeh1, iddiaçı Bank və iş üzrə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə sonuncunun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus torpaq sahəsi və mənzili, mənzildə yaşayan iş üzrə digər cavabdehlərin razılığı ilə Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bununla əlaqədar olaraq Bank ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmış, ipoteka predmetlərinin ilkin satış qiyməti tərəflərin razılaşmasına uyğun olaraq 68.000 manat müəyyən edilmişdir. “İpoteka müqavil əsinə” əsasən ipoteka ilə yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestrdə qeydiyyata alınmış, ipoteka ilə yüklülük barədə reyestrdən xx.xx.2014-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* №-li “Çıxarış” verilmişdir.
27. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə 25.007 manat əsas borc, 5.090 manat faiz borcu, 2.500 manat cərimə borcunun borcalan Cavabdeh2 iddiaçı Bankın xeyrinə tutulması qət edilmişdir.
28. Göründüyü kimi, xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə öhdəliklərin Cavabdeh2 tərəfindən lazımınca icra edilməməsi nəticəsində yaranmış borcun borcalandan Bankın xeyrinə tutulması barədə qanuni qüvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Bu baxımdan Məhkəmə, hazırki icraat zamanı Cavabdeh2 tərəfind ən borcun ödənilməməsinin səbəblərini araşdırmağı lüzüm görmür.
29. Bundan başqa, Cavabdeh1 apelyasiya şikayətində bildirir ki, borcalan Cavabdeh2 tutulmalı olan borcun hazırki iş üzrə cavabdehlərin əmək haqqı və pensiyalarına yöənildilməsi barədə müraciət etsələr də, həmin müraciətlərinə cavab verilməmişdir. Bu da onu təsdiq edir ki, Bank borcun həmin ödəniş növlərinə yönəldilməsində maraqlı deyil.
30. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, ilə xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə borcalan Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh1, özünə məxsus torpaq sahəsini və mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bu barədə tərəflər arasında “İpoteka müqaviləsi” bağlanmışdı r. Başqa sözlə, ipoteka qoyan Cavabdeh1 daşıyacağı risklər barədə məlumatlı olmuş və borcalanın öhdəliklərinin icrasına könüllü olaraq mülkiyyətində oan daşınmaz əmlaklarla təminat vermişdir. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ilə torpaq sahəsinin və mənzilin ilkin satış qiyməti kimi müəyyən etdiyi müvafiq olaraq 6.565 və 51.782 manat həmin əmlakların real qiymətindən aşağıdır.
31. Bununla bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi ipoteka predmeti olan torpaq sahəsinin və mənzilin ilkin satış qiymətini müəyyən etmək məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirmə rəyini almışdır. Həmin rəydə göstərilir ki, torpaq sahəsinin likvid dəyəri 6.565 manat, fərdi yaşayış evinin likvid dəyəri 51.782 manatdır. Bu qiymətlə razılaşmayan Cavabdeh1 heç bir sübut gətirmədən, məsələn hər hansı digər bir qiymətləndirmə rəyinə istinad etmədən ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin daha yüksək olması barədə mövqeyi isə düzgün hesab edilə bilməz.
32. Məhkəmə hesab edir ki, torpaq sahəsinin ilkin satış qiymətinin 6.565 manat, mənzilin ilkin satış qiymətinin isə 51.782 manat məbləğində müəyyən edən Rayon Məhkəməsi ədalətli mövqe nümayiş etdirmişdir.
33. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi mübahisələndirilən hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin ləğv edilmə si və ya dəyişdirilməsi üçün əsaslı deyil.
34. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1,269.4, 269.5, 317, 319.1, 385.1, 386, 442, 443.1, 448.1, 448.4 -cü maddələrinə, “ İpoteka haqqında” qanununun 34.1, 34.1.1, 39.3, 39.3.3, 59.3, 59.3.2, 59.4 -cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1175/2022 saylı 04 oktyabr 2022-ci il tarixli qətnaməsini ləğv edərək, işi təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbləri nəzərə alınmamış və düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, əmlaklar ipoteka ilə yüklü edildiyi halda yüklü edilmiş əmlakın dəyəri 23 yanvar 2014-cü il tarixində 68 000 manat qiymətləndirildiyi halda, "xxxx" MMCtərəfindən rəy verilərkən ipoteka qoyulmuş əmlakların likvid dəyəri 58 347 manat olaraq qiymətləndirilmişdir. Halbuki, "xxxx" MMC rəydə heç bir ağlabatanlılıq dəyərləndirməsi nümayiş etdirmədən yalnız absurd likvid dəyər müəyyən etmiş və əmlakların real bazar qiymətlərini əks etdirməmişdir. Bundan başqada, verilmiş rəydə ipoteka qoyulan zaman müəyyən olnmuş ilkin satış qiyməti ilə müəyyən edilmiş likvid dəyər arasında kəskin fərq vardır. Halbuki, likvid dəyər real bazar dəyərindən nisbətən aşağı olsa da,əhəmiyyətli qiymət fərqi olmadan dəyəritkisi yaratmayan həddə olmalıdır. Sual olunur: 68 000 manat hara, 58 347 manat hara? Məhkəmədə öz növbəsində, yalnız qeyd olunan qiymətləndirmə şirkətinin r əyi ilə yetinmiş və ona əsasən qətnamə qəbul etmişdir.
37. Qeyd olunan qiymətləndirmə ilə bağlı onu bildirmək istəyir ki, ona məxsus olan fərdi yaşayış evi, eləcə də torpaq sahəsi tamamilə aşağı qiymətləndirilmiş və indiki bazar qiymətlərinə uyğun olmamışdır. Belə ki, məhkəmə bir tək "xxxx" MMC-nin təqdim etdiyi rəylə kifayətlənərək ona məxsus olan fərdi yaşayış evinin və torpağın qiymətinin 58 347 manat olması qənaətinə gəlmişdir. Halbuki, hamıya yaxşı məlumdur ki, ölkəmizdə o cümlədən yaşadığı Ağdaş şəhərində daşınmaz əmlakın qiymətində hər il artım hiss olunur. Ağdaş şəhərində onların həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin yerləşdiyi ərazidə torpaq sahəsinin hər sotunun qiyməti ortalama 3000 manat olduğundan həmin evin və torpaq sahəsinin birlikdə satış qiyməti 100-110 min manat təşkil edir. Buna gərə də, məhkəmə digər qiymətləndirmə mərkəzlərinə də sorğu edərək, fərdi yaşayışevinin vətorpaq sahəsinin günümüzün real bazar qiymətlərinə uyğun olubolmamasını gözdən keçirməli idi. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirmədən düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr isə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqiəsasları düzgün müəyyən edilməmişdir.
38. Məhkəmələr tərəfindən məhkəmə baxışı iclaslarında iştirakı təmin edilmədiyindən həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin qiymətləri barədə "xxxx" MMC-nin qiymətləndirmə rəyi ilə tanış olma q, bununla razı olmadığım üçün, eləcə də iki dəfə mütəxəssis tərəfindən qiymətləndirilmiş torpaq sahəsi və evə qoyulmuş qiymətlər arasında fərqə aydınlıq gətirilməsi üçün mütəxəssisin məhkəməyə dəvət edilərək dindirilməsi, evin və torpaq sahəsinin hazırki real bazar qiymətinin dəqiq müəyyən edilməsi üçün iş üzrə təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə vəsatətlər vermək kimi hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsu ludur.
41. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
42. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
43. Maddə
317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
44. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit orun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
47. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
48. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora də ymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
49. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
50. Maddə 448.4. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu (tərəflər arasında ipoteka müqaviləsi bağlanan vaxt qüvvədə olan redaksiyada)
51. Maddə 1.0.9. İlkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
52. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
53. Maddə 39.3.3.Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
54. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
55. Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması
56. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:
57. Maddə 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
58. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:
59. Maddə 39.3.3. məhkəmə ipoteka predmetinə tutmanın yö nəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Apellyasiya instansiyası məhkəməsi birinc i instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığını yalnız Cavabdeh1 münasibətdə yoxlayaraq qətnamə qəbul etmiş, hazırkı kassasiya şikayətində də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti ilə əlaqədar hissəsinə dair dəlillər irəli sürülməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş edildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlillərinə uyğun yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərinə uyğun yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üz rə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Kassator məhkəmələr tərəfindən məhkəmə baxışı iclaslarında iştirakının təmin edilmədiyini bildirsə də, iş materiallarında olan “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” elektron imza ilə təsdiq edilmiş bildirişdən məlum olur ki, Cavabdeh1 04 oktyabr 2022-ci il tarixində 2(107)-1175/2022 saylı iş üzrə cavabdeh qismində apellyasiya məhkəməsinin məhkəmə iclasında iştirak etməyinin zəruriliyi 09 sentyabr 2022-ci il tarixində SMS vasitəsilə bildirilmişdir.
71. Məhkəmə kollegiyası qeyd edir ki kassasiy a şikayətinin Şəki Apellyasiya Məhkəməsinin işə baxarkən işin faktiki hallarını ətraflı müəyyənləşdirmədən düzgün hüquqi nəticəyə gəlmədiyi, gəldiyi nəticələrin isə işin həqiqi hallarına uyğun olmadığı barədə dəlillərinə Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin tələbinə müvafiq olaraq hüquqi qiymət verilə bilməz.
72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
73. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
74. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
75. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2022-ci il tarixli 2(107)-1175/2022 nömrəli qətnaməsi dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.