Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1298/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması tələbi, iddia müddəti) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7700/2021 nömrəli iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı LPO "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı bildirir ki, 22 aprel 2013-cü il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh 60 ay müddətinə, illik 15% dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 81.000 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh 22 aprel 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermiş, ipoteka daşınar əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmişdir.
2. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 22.04.2013-c ü il tarixli məxaric orderində Cavabdeh 80.580 ABŞ dolları nağd pul verilməsi qeyd edilmişdir.
3. Bank 17.01.2020-ci ildə aşağıdakı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı “LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22.04.2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsi üzrə yaranmış 56.121,49 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 20.601,24 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 8.285,58 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən 19.09.2019-cu il tarix ədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3.949,53 ABŞ dolları borc, ümumilikdə 88.957,84 ABŞ dolları kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi; tutmanın Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BAN-WBAKC61010C611524, qara rəngli, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi. avtomobilin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun iddiaçıya ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, "xxxx" ASCnin “Kredit İnvest” filialı ilə borc alan Cavabdeh arasında bağlanmış 22 aprel 2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 15% olmaqla 60 ay müddətinə 81.000 ABŞ dolları kredit vəsaiti verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi ipoteka saxlayan - "xxxx" ASC-nin “Kredit İnvest” filialı ilə ipoteka qoyan - Cavabdeh arasında bağlanmış 22 aprel 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BANWBAKC61010C611524, qara rəngli, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-nin “Kredit İnvest” filialının xeyrin ə ipoteka ilə yüklü edilmişdir. Bu barədə AC 061763 nömrəli qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmışdır. Borcalan Cavabdeh "xxxx" ASCdən kredit götürməsinə baxmayaraq, müştərinin sənədləri filial tərəfindən "xxxx" ASC-nin PKHTD-ə təhvil verilməmiş, bu barədə filiala müraciət edildikdə isə sənədlərin naməlum səbəbdən itirildiyi bildirilmişdir. Hazırda "xxxx" ASC-nin “Kredit İnvest” filialı ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsinin və 22 aprel 2013-cü il tarixli ipoteka müqaviləsinin əslilərini və ya təsdiq edilmiş surətlərini məhkəməyə təqdim edə bilmir. Çünki, bu müqavilələr iddiaçıda yoxdur. Lakin iddia ərizəsinə əlavə edilən 22.04.2013-cü il tarixli məxaric orderinin əslindən və maliyyə arayışından Cavabdeh 81. 000 ABŞ dolları kredit verilməsi müəyyən edilir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin gecikdirilmiş əsas kredit borcunun və hesablanmış faizlərin ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuş və bununla da müqavilə şərtlərini pozmuşdur. 22.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 56.121,49 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 20.601,24 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 8.285,58 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən 19.09.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3.949,53 ABŞ dolları borc, ümumilikdə 88.957,84 ABŞ dolları kredit borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və borcunu ödəməmişdir.
6. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, iddiaçı tərəf - "xxxx" ASC-nin “Kredit İnvest” filialı ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsinə əsasən illik 15% olmaqla 60 ay müddətinə Cavabdeh 81.000 ABŞ dolları kredit vəsaiti verdiyini, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi ipoteka saxlayan - TexnikabankASC-nin Kredit İnvest” filialı ilə ipoteka qoyan - Cavabdeh arasında bağlanmış 22 aprel 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BAN-WBAKC61010C611524, qara rəngli, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-nin “Kredit İnvest” filialının xeyrinə ipoteka ilə yüklü edilməsi iddia etsə də, Cavabdeh "xxxx" ASC-nin “Kredit İnvest” filialı ilə 22 aprel 2013-cü il tarixli kredit və ipoteka müqaviləsi bağlamamış və imzalamamışdır. Belə bir müqavilələr mövcud deyildir. Cavabdeh ümumiyyətlə “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BAN-WBAKC61010C611524, qara rəngli, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobili olmamış və həmin avtomobili bankın qarşısında ipoteka ilə yüklü etm əmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş 81.000 ABŞ dolları vəsaitin alınmasına dair 22.04.2013-cü il tarixli FJB**********479 nömrəli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza Cavabdeh məxsus deyildir. "xxxx" ASC-nin İdarə Heyətinin sədr müavini işləmiş Gəray-zadə Ayaz Tofik oğlu Cavabdeh Banka inkasator vəzifəsinə işə düzəltmişdir. Gəray-zadə Ayaz Tofik oğlu bildirmişdir ki, birgə iş quracaqlar və gəlir əldə edəcəklər. Bu məqsədlə Gəray-zadə Ayaz Tofik oğlu 01.05.2013-cü il tarixdə Cavabdeh 01.05.2033-cü il tarixə kimi etibarnamə almışdır. Həmçinin Gəray-zadə Ayaz Tofik oğlunun tapşırığı ilə Cavabdeh başqa bir şəxsə X2 22.08.2013-cü il tarixdə 22.08.2033-cü ilə kimi etibarnamə vermişdir. X1 cavabdehin adından başqa şəxslərin adlarına etibarnamələr vermişlər. Hazırda cavab deh həmin etibarnamələri ləğv etdirmişdir. Cavabdeh "xxxx" ASC-nin “Kredit İnvest” filialından 22.04.2013-cü il tarixdə 81.000 ABŞ dolları borc almamışdır. Almış olsaydı belə, iddia müddəti ötürülmüşdür. İddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. Ekspertizanın rəyində 22.04.2013-cü il tarixli məxaric orderində “müştərinin imzası” qrafasındakı imzanın Cavabdeh məxsus olduğu göstərilsə də, bank tərəfindən Cavabdeh pul verilməmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim V.Hacıyev) 18 mart 2021-ci il tarixli, 2(004)118/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh "xxxx" ASC-nin “Kredit İnvest” filialı tərəfindən verilmiş 22.04.2013-cü il tarixli FJB**********479 nömrəli məxaric orderinə əsasən aldığı 80.580 ABŞ dolları borcdan ödənilməmiş qalan 56.121,49 (əlli altı min yüz iyirmi bir ABŞ dolları qırx doqquz sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Tutma - DİN BDYPİ tərəfindən verilmiş 22.08.2013-cü il tarixli AC061763 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan və ipoteka ilə yüklü edilmiş “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BAN-WBAKC61010C611524, qara rəngli, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobil açıq hərrac vasitəsi ilə satılsın, satışdan əldə olunacaq vəsait hesabına 56.121,49 (əlli altı min yüz iyirmi bir ABŞ dolları qırx doqquz sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüs umunun ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, artıq qalan vəsait Cavabdeh qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci 127 (yüz iyirmi yeddi) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə, yəni - "xxxx" ASC ilə Cavabdeh arasında bağlandığı iddia edilən (müqavilənin əsli və ya təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməyib) 22.04.2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsi üzrə yaranmış müqavilə müddəti üçün hesablanmış 20.601,24 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 8.285,58 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən 19.09.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3.949,53 ABŞ dolları borcun tutulması” hissəsində rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbində "xxxx" ASC-nin “Kredit İnvest” filialı ilə Cavabdeh arasında 22 aprel 2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsi bağlandığını, həmin kredit müqaviləsinə əsasən Cavabdeh illik 15% olmaqla 60 ay müddətinə 81.000 ABŞ dolları kredit vəsaiti verildiyini, cavabdehin müqavilə öhdəliyini yerinə yetirmədiyini qeyd etməklə, cavabdehdən 22 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ödənil iməsini tələb etsə də, 22 aprel 2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsinin əslini və ya təsdiq edilmiş surətini, 81.000 ABŞ dolları borcun verilməsini təsdiq edən kassa məxaric orderini məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı - iddia tələbində 22 aprel 2013-cü il tarixli 212ALNW131120001 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi ipoteka saxlayan - "xxxx" ASC-nin “Kredit İnvest” filialı ilə ipoteka qoyan - Cavabdeh arasında 22 aprel 2013-cü il tarixli ipoteka müqaviləsi bağlandığını iddia etsə də, 22 aprel 2013-cü il tarixli ipoteka müqaviləsinin əslini və ya təsdiq edilmiş surətini məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında 22.04.2013-cü il tarixli yazılı kredit və ipoteka müqavilələrinin bağlanmasını təsdiq edən sübu tları və 81.000 ABŞ dolları borcun verilməsini təsdiq edən kassa məxaric orderini iddiaçı məhkəməyə təqdim edə bilmədiyinə görə, mövcud olmayan müqaviləyə istinad etməklə borcun ödənilməsini cavabdehdən tələb edə bilməz. Məhkəmə qeyd etmişdir ki, üzərinə "xxxx" 22 aprel 2013 kredit invest filialı ödənilib 1” yazısı olan ştamp vurulmuş və Cavabdeh 80.580 ABŞ dolları kredit verilməsinə dair 22.04.2013-cü il tarixli FJB**********479 nömrəli məxaric orderindəki “müştərinin imzası” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra edilməsi - Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2020-ci il tarixli 4/920 nömrəli ekspertiza rəyi ilə təsdiq edildiyinə görə, Cavabdeh bankdan 22.04.2013-cü il tarixdə aldığı 80.580 ABŞ dolları borcun qaytarılması üçün cavabdehlik daşıyır. Odur ki, Cavabdeh həmin 80.580 A BŞ dolları borcun ödənilməmiş qalan hissəsi, yəni 56.121,49 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. 56.121,49 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi - DİN BDYPİ tərəfindən verilmiş 22.08.2013-cü il tarixli AC061763 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan və ipoteka ilə yüklü edilmiş “BMW-750” minik markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməklə həyata keçirilməlidir. İddia qalan hissədə rədd edilməlidir ona görə ki, iddiaçı tərəflər arasında yazılı kredit müqaviləsinin bağlanmasını, kreditin verilməsi şərtlərini, faiz dərəcəsinin hesablanma sını və kreditin hansı müddətə verilməsini təsdiq edən yazılı sübutları məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova) 16 sentyabr 2021-ci il tarixli, 2(103)-7700/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(004)- 118/2021 saylı qətnaməsi qismən - iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, i ş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci 127 (yüz iyirmi yeddi) manat pulun ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 372-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermiş, lakin işə baxmış birinci instansiya məhkəməsi həmin ərizəyə qətnamə qəbul edərkən münasibət bildirməmişdir. İddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibət bildirərək məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı öz iddia tələbinin əsaslarından biri kimi, məhkəməyə sübut kimi təqdim etdiyi hesabdan çıxarışa istinad etmiş, məhz həmin hesabdan çıxarışda əks olunmuş ödənişlərə əsaslanmaqla, borcun bir hissəsinin cavabdeh tərəfindən ödənildiyini bildirmişdir. Qeyd edilən hesabdan çıxarışdan görünür ki, ödənişlərin aparılmasının son müddəti kimi 01.01.2017-ci il tarix göstərilmişdir. Lakin iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 17.01.2020-ci il tarixdə, yəni son ödəniş müddətinin bitdiyi tarixdən 3 il 16 gün sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddia tələbini irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. LPO "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilm əsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında 22.04.2013cü il tarixində 5 il müddətinə. 15 faizlə. 81.000 ABŞ dolları pulun verilməsinə dair kredit müqaviləsi imzalanmışdır. Lakin Bank kredit müqaviləsinin əslini məhkəməyə təqdim etmədiyinə görə, məhkəmə yalnız kassa məxaric orderinə və son ödəniş tarixinə istinad edərək iddia müddəti tətbiq edərək Bankın iddiasını rədd etmişdir. Belə ki, Bank məhkəməyə kredit müqaviləsini təqdim edə bilməsə belə, faktiki halların mövcudluğunu təsdiq edən digər sənədləri təqdim etmişdir. Kredit müqaviləsi mövcud olmasa belə, Bank əməliyyat sistemində mövcud kreditlə bağlı bütün məlumatlar hal-hazırda da mövcuddur. İş materiallarında olan hesabdan çıxarış və hal-hazırki şikayətə əlavə olunmuş kassa mədaxil orderlərindən də görünür ki, cavabdeh ödənişləri müəyyən olunmuş qrafik üzrə həyata keçirmişdir. 22.04.2013-cü il tarixindən cavabdeh tərəf davamlı olaraq hər ay 1000 AZN və 2000 AZN məbləğində ödənişlər həyata keçirmişdir. Yalnız 81.000 ABŞ dollarını 15 faizlə 5 il müddətinə bölərək qrafik təyin edəndə müştərinin ödəməli olduğu məbləğ ayda 1926,98 ABŞ dolları təşkil edir ki, cavabdeh də eyni bu qaydada ödənişlər həyata keçirmişdir. Hətta hesabdan çıxarışa baxanda görünür ki, bəzi aylar cavabdeh az ödəniş etsə belə, sonra digər aylarda artıq ödəniş edərək yenidən ödənişlərini 1926,98 ABŞ dolları qrafikinə uyğunlaşdırmışdır. Və bu hal 11.11.20.15-ci il tarixinədək davam etmişdir. Daha sonra isə ca vabdeh tərəfindən ödənişlər həyata keçirilməmişdir. Bu göstəricilər 1 ay az ya çox, 1 faiz dərəcəsi az ya çox, 100 ABŞ dolları az ya çox olduğu təqdirdə aylar üzrə fərqli ödəniş məbləği alınır. Hazırki iş materiallarında olan cavabdehə məxsus 22.04.2013-22.04.2018-ci il tarixləri əhatə edən ödənişlər ilə bağlı hesabdan çıxarışda ayların əksəriyyəti üzrə ödənilmiş məbləğ 1.927,00 ABŞ dolları məbləğində və ayın 22-si icra edilmişdir. Göründüyü kimi, Cavabdeh bu məbləğdə kredit ödənişləri etməklə dolayı yolla iddiaçı Banka iddiada qeyd edilən şərtlərlə kredit müqaviləsinin bağlanılmasını və bu günə borcunun olmasını etiraf etmişdir. Cavabdeh həmin dövrlərdə "xxxx" ASC-də çalışmışdır. Həmin dövrlər isə artıq Bankın vəziyyəti pisləşmişdir və 2016-cı ilin 01 fevralında Bankın lisenziyası alınmış dır. Bankın bu qarmaqarışıq vaxtında həmin kredit müqaviləsinin qəsdən itirilməsi də mümkün ola bilərdi. Şərh olunanlara əsasən öz təsdiqini tapır ki, Cavabdehlə iddiaçı bank arasında 22.04.2013-cü il tarixli, 212ALNW131120001 nömrəli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddəti 22.04.2013-cü il tarixdən 22.04.2018-ci il tarixədək nəzərdə tutulmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi zamanı cavabdeh ümumiyyətlə belə kreditin mövcud olmadığını və onun adında ümumiyyətlə BMW-750 markalı, avtomobilin olmadığını bildirmişdir. Lakin keçirilmiş məhkəmə xəttşünaslıq ekspertizası zamanı kassa məxaric orderinin şəxsən Cavabdeh tərəfindən imzalanması aydın olmuşdur. Bundan başqa DİN BDYPİ-nin ünvanlamış olduğu 29.11.2019-cu il tarixli məktubda BMW -750 markalı, ** SF *** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh adına 22.08.2013-cü il tarixində qeydiyyata alındığı və ipoteka müqaviləsi ilə Bank qarşısında ipoteka ilə yüklü edildiyi məlum olmuşdur. Göründüyü kimi Cavabdeh məhkəmə prosesində bilə-bilə yalan ifadə vermişdir. Məhkəmə iddia müddətini tətbiq edərkən Bankın təqdim etdiyi hesabdan çıxarışlara istinad etmişdir. Belə ki, hesabdan çıxarışın son tarixinin əvvəlcə 01.01.2017-ci il və daha sonra təqdim olunduq da isə 22.04.2018-ci il göstərildiyini, ikinci tarixin iddia müddətinin tətbiqinə dair cavabdehin ərizə verdikdən sonra verildiyini və Bankın bunu qərəzli etdiyini bildirmişdir. Halbuki, hesabdan çıxarışda göstərilən 01.01.2017-ci il və 22.04.2018-ci il tarixləri müqavilə müddətini deyil, hesabdan çıxarışın hansı dövr üçü n çap olunmasını göstərir. Bu tarixlərin müqavilənin müddətinə və yaxud da son ödəniş tarixinə heç bir aidiyyatı yoxdur. "xxxx" ASC Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1541/2016 saylı 10 fevral 2016-cı il tarixli qərarına əsasən ləğv prosesində olmuşdur. Belə ki, Bank məhkəmə qərarına əsasən ləğv edildikdən sonra bankın sabiq rəhbərliyi tərəfindən əvvəlki ləğvedici "xxxx" MMC arasında bankda mövcud olan sənədlər, aktivlər və passivlər heç bir təhvil-təslim aktı bağlanmadan təhvil verilmişdir. "xxxx" MMC təxminən bir ay müddətində bankın ləğvedicisi kimi fəaliyyət göstərdikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi "xxxx" MMC d əyişdirilərək Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. "xxxx" MMC bankın sabiq rəhbərliyindən aktiv və passivləri rəsmi qaydada təhvil almadığından Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada bankın heç bir aktiv və passivini təhvil verməmişdir. Buna görə də, Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi öz fəaliyyətini təşkil etməkdə uzun müddət çətinliklərlə üzləşmişdir. Və belə çətinliklər bu gün də müəyyən sənədlərin əslinin tapılaraq aşkar edilməməsində özünü göstərməkdədir. Belə ki, əmanətçilərin əmanətlərinin qaytarılması, kreditorlarının tələblərinin yerinə yetirilməsi və digər tədbirlərlə əlaqəli xərclər ödənilməlidir. Texnikabank ASC-nin bu öhdəlikləri yerinə yetirilməsi birinci növbədə dövlətin maraqlarının təminatıdır. Buna baxmayaraq, məhkəmələr Bankın mə nafeyini diqqətə almamış, faktiki vəziyyəti gözardı edərək, tamamilə yalnış, qeyriobyektiv qərar qəbul etmişdir. Yerinə yetirilməli olan öhdəliyin məhkəmələr tərəfindən bu şəkildə gözardı edilməsi isə, bankın real vəziyyətini çətinləşdirir. Nəzərə alınsa ki, "xxxx" ASC ləğv prosesində olan bankdır və onun kreditorları qarşısında öhdəliyini yerinə yetirmək vəzifəsi var, bu halda bankı borcalanlara verdiyi kredit məbləğinin borcundan məhrum eləmək qeyri obyektiv və qərəzlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
21. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir
22. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 2
3. Maddə
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
24. Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsi:
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin halların ı araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 31. "xxxx" ASC-nin “Kredit İnvest” filialı tərəfindən verilmiş 22.04.2013-cü il tarixli FJB**********479 nömrəli məxaric orderində Cavabdeh (hesab nömrəsi ********************) 80.580 ABŞ dolları nağd pul verilməsi qeyd edilmişdir. Həmin məxaric orderinin məzmunundan görünür ki, qeyd edilən məbləğin verilməsinin təyinatı kreditin verilməsi olmuşdur.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2020-ci il tarixli 4/920 nömrəli rəyi ilə müəyyən edilir ki, Cavabdeh adına olan 22.04.2013-cü il tarixli FJB**********479 nömrəli məxaric orderində “müştərinin imzası” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur.
33. DİN BDYPİ-nin 29.11.2019-cu il tarixli 016-111716-1219 nömrəli məktubundan və DİN BDY Pİnin Qeydiyyat-imtahan komütkr uçot bazasından çıxarışdan müəyyən edilir ki, DİN BDYPİ tərəfindən verilmiş 22.08.2013-cü il tarixli AC061763 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “BMW-750” minik markalı, 2011-ci il buraxılışlı, BAN-WBAKC61010C611524, qara rəngli, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil 22.08.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır və ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin “Kredit İnvest” filialının xeyrinə yüklü edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Odur ki, avtomobilin kompüter çıxarışı təqdim edilmişdir.
34. İd diaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh (hesab nömrəsi ********************) 22.04.2013-cü il tarixdə 81.000 ABŞ dolları (komissiya və xidmətlə bağlar xərclər çıxıldıqdan sonra – 80.580,00 ABŞ dolları) kredit verilmiş və onun tərəfindən 14.05.2013-cü ildən başlayaraq 11.11.2015-ci il tarixədək ödənişlər aparılmışdır.
35. İddiaçı tərəfindən təqdim edilmiş 24 oktyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış 22 aprel 2013-cü il tarixli 212ALNW131120001 saylı kredit müqaviləsi üzrə 56.121,49 ABŞ dolları, 20.601,24 ABŞ dolları faiz, 8.285,58 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 5% illik faiz dərəcəsi üzrə 3.949,84 ABŞ dolları, ümumilikdə 88.957,84 ABŞ dolları borcu vardır.
36. Məhkəmələr iş üzrə təqdim edil miş sübutlardan və tərəflərin vermiş olduqları izahatlardan müəyyən etmişlər ki, tərəflər arasında həqiqətən də, 22.04.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış və cavabdehə 80.580,00 ABŞ dolları kredit verilmişdir. Cavabdeh həmin məbləği bankdan şəxsən imza etməklə qəbul etmişdir. Bu hal kassa məxaric orderində olan imzanın cavabdehə məxsus olmasını müəyyən edən ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Lakin qeyd edilən kredit müqaviləsi iddiaçı tərəfindən itirildiyindən, cavabdeh isə belə bir müqavilənin olmasını etiraf etmədiyindən, hazırkı vəziyyətdə bu müqavilənin hansı şərtlər daxilində bağlandığını müəyyən etmək mümkün olmamışdır. İddiaçı cavabdeh tərəfindən bir müddət ödənişlərin aparıldığını və borcun qalıq məbləğinin əsas borc üzrə 56.121,49 ABŞ dolları, faiz borcu üzrə 2 0.601,24 ABŞ dolları, cərimə borcu üzrə 8.285,58 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz olmaqla hesablanmış borc üzrə 3.949,53 ABŞ dolları, ümumilikdə 88.957,84 ABŞ dolları olduğunu bildirmişdir. Cavabdeh isə həmin borcu qəbul etməməklə yanaşı, müqavilə üzrə heç bir ödəniş etmədiyini bildirmiş, iş üzrə iddia müddətinin tətbiq edilməsi və bu əsasla iddianın təminindən imtina olunmasını xahiş etmişdir.
37. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdehin arasında kredit müqaviləsi bağlanmasına və iddiaçı tərəfindən bu müqaviləyə əsasən cavabdehə 80.580,00 manat verilməsi sübuta yetirildiyindən və borcun bir hissəsinin cavabdeh tərəfindən ödənildi yi etiraf edildiyindən, qalıq əsas məbləğin cavabdehdən tələb edilməsinə dair iddia tələbi irəli sürməkdə iddiaçı haqlı olmuşdur.
38. Bununla belə, həmin kredit müqaviləsinin hansı şərtlər daxilində verilməsi, faiz dərəcəsinin nə qədər olması, edilmiş ödənişlərdən əsas və faiz borcu üzrə tutmaların hansı qaydada aparılmalı olması iş materialları ilə müəyyən edilmədiyindən, əsas borca hesablanmış faiz və cərimə borclarının, habelə borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faiz borcunun cavabdehdən tutulmasına dair iddia tələbi əsassız olmuşdur. Ona görə də, əsas borca hesablanmış faiz, cərimənin, habelə gecikməyə görə hesablanmış faizinin tələb edilməsi hissəsində iddianın əsassız olmasına dair qənaət əsaslı və düzgündür.
39. Göstərilənlərlə yanaşı, apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermiş, lakin işə baxmış birinci instansiya məhkəməsi həmin ərizəyə qətnamə qəbul edərkən münasibət bildirməmişdir.
40. İddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz iddia tələbinin əsaslarından biri kimi, məhkəməyə sübut kimi təqdim etdiyi hesabdan çıxarışa istinad etmiş, məhz həmin hesabdan çıxarışda əks olunmuş ödənişlərə əsaslanmaqla, borcun bir hissəsinin cavabdeh tərəfindən ödənildiyini bildirmişdir. Qeyd edilən hesabdan çıxarışdan görünür ki, ödənişlərin aparılmasının son müddəti kimi 01.01.2017-ci il tarix göstərilmişdir. Lakin iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 17.01.2020-ci il tarixdə, yəni s on ödəniş müddətinin bitdiyi tarixdən 3 il 16 gün sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddia tələbini irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür.
41. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013cü iltarixli Qərarı ilə müəyən edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Həmin Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətin in axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
42. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsinə dair iddiası qismən əsaslı olsa da, iddiaçı bu tələbi irəli sürmək üçün iddia müddətini ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə vermişdir. Ona görə də, iddia təmin olunmamışdır.
43. İddiaçı onunla cavabdeh arasında kredit müqaviləsinin beş illik müddətə bağlandığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə, özünün məhkəməyə təqdim etdiyi hesabdan çıxarışda bu müddətin beş il deyil, daha qısa olmaqla, 22.04.2013 – 01.01.2017-ci il tarixləri əhatə etdiyini göstərilmişdir.
44. Apellyasiya kollegiyası iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 25.12.2020-ci il tarixli hesabdan çıxarışa hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin çıxarış məhkəməyə cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildikdən sonra təqdim edilmişdir və həmin çıxarışda cavabdehin pul öhdəliklərinin icrası müddətinin son tarixi kimi əvvəl təqdim edilmiş çıxarışda göstərilən 01.01.2017-ci il deyil, 22.04.2018-ci il göstərilmişdir. Hesabdan çıxarışın bir dəfə təqdim edildiyi halda, bank tərəfindən eyni məzmunlu çıxarışın təkrar təqdim edilməsini və bu dəfə cavabdehin öhdəliklərinin icrası müddətinin daha uzun müddət olmaqla, fərqli göstərilməsinə, habelə bu sənədin cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildikdən sonra təqdim edilməsinə qiymət verərək apellyasiya məhkəməsi bu q ənaətə gəlmişdir ki, həmin çıxarışda qeyd edilən öhdəliyin son icra müddəti iddiaçı tərəfindən sonradan dəyişdirilmişdir. Ona görə də, iddia müddətinin tətbiqi məsələsini müzakirə edərkən məhkəmə həmin sənədə yox, məhkəməyə ilkin təqdim edilmiş hesabdan çıxarışda əks olunmuş məlumatlara istinad edir.
45. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit borcunun ödənilməsi tələbi ilə bağlı iddia müddəti keçdiyindən, tələbin borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı hissəsinə münasibətdə də iddia müddəti keçmişdir. Buna görə də, tutmanın Cavabdeh məxsus olan və ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi üçün də əsas yoxdur.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlar a mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ka ssasiya şikayəti təmin olunmamalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: LPO "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7700/2021 nömrəli iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov