Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1299/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iddia tələbi: “cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması” Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1681/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şi kayətinə dair işə 30 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı və onun ailə üzvlərinin adlarına verilmiş 10 iyul 1998-ci ildə qeydiyyata alınmış **** №-li Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən Göyçay rayonu, Şıxlı kəndində yerləşən 2,43 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçı və onun ailə üzvlərinə məxsusdur. 1997-ci ildə torpaq islahatı keçirildikdən sonra iddiaçıya kənd ərazisində torpaq sahəsi ayırmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, təxminən 2017-ci ildə bələdiyyə tərəfindən onun istifadə etdiyi torpaq sahəsinə tut ağacları əkilərkən iddiaçıya məlum olmuşdur ki, həmin ərazi ona məxsus deyil. Sonradan torpağın yerini müəyyən etmək üçün ƏMDK yanında Daşı nmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinə müraciət etmiş və həmin idarədən ona məxsus olan ərazi göstərilmişdir. Buna görə iddiaçı hesab edir ki, iddiaçıya məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **** saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus Göyçay rayonu MallıŞıxlı kəndində yerləşən 2.43 ha torpaq sahəsinin 1.60 ha hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tаrixli, 2(046)-129/2020 saylı qətnaməsi ilə (hakim İ.B.Fəttahov) iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı **** saylı Torpağa mülkiyyət hüququ na dair Dövlət Aktına əsasən mülkiyyətində olan Göyçay rayonunun Mallı-Şıxlı kəndində yerləşən 2.43 ha torpaq sahəsinin 1.27 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 63.24 manat məhkəmə xərci Cavabdeh alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi və qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1681/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tаrixli, 2(046)129/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə qərəzli baxaraq cavabdehin konstitusion hüquqlarını pozmuş, nəyin əsası nda verildiyi məlum olmayan sxemə əsaslanmış, əlavə ekspertiza təyin etməli olduğu halda etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil1 kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəm ə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində deyilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci mаddəsinə görə «Fiziki və yа hüquqi şəxsin mülkiyyətində оlаn tоrpаq sаhəsinə оnun mülkiyyətçisinin icаzəsi оlmаdаn girməyə icаzə verilmir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 -ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü bəndinə görə tоrpаq üzərində hüquqlаrın dövlət qeydiyyаtı qаnunvericilikdə müəyyən edilmiş qаydаdа dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlınmаlıdır. Tоrpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və tоxunulmаzlığınа dövlət təminаt vermir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilmə si üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya şikayətinin təmin edilməli olmamasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iş materiallarında olan "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, **** saylı Torpağa Mülkiyyət Hüququna X2 nəzərdə tutulmuş 2.43 ha torpaq sahəsinin 1.27 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu həmin nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iddiaçı və onun ailə üzvlərinə məxsus Göyçay rayonu, Şıxlı kəndində yerləşən 2,43 ha torpaq sahəsi ***** nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən qeydiyyata alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2020-ci il tarixli, ***** №-li məhkəmə ekspertizasının rəyində aşağıdakılar qeyd olunmu şdur: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əsasən, X1 ilə naturadakı vəziyyət arasında uyğunsuzluq olduğundan ***** nömrəli Torpağa mülkiyyət hüququna X2 göstərilən konfiqurasiya faktiki naturada olan vəziyyəti əks etdirmir və dəqiq yerini (kv.m.) müəyyən etmək mümkün deyildir. Eyni zamanda "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssis rəyinə əlavə edilmiş sxemdən isə görünür ki, JN-471 nömrəli Torpağa Mülkiyyət Hüququna X2 nəzərdə tutulmuş 2,43 ha torpaq sahəsinin 1,27 hektar hissəsi Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunur”. Lakin apellyasiya instansiyası məhkəməsi qətnamədə ekspert rəyi ilə bağlı tədqiqatın nəticəsi üzrə 1-ci hissəyə istin ad etməmiş və həmin hissəyə hər hansı hüquqi münasibət bildirməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi 12 mart 2020-ci il tarixli ekspert rəyi üzrə ziddiyyətli nəticəyə gəlinmişdir. Lakin bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi MPM-nin 102.1 və 102.2-ci maddəsinin tələblərini nəzərə almadan düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, MPM-nin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. MPM-nin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar eksper tiza təyin edə bilər. Buna görə apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən iddia tələbi üzrə düzgün hüquqi nəticəyə gəlmək üçün iddiaçıya və cavabdehə məxsus qeydiyyatdan keçmiş torpaq sahələri üzrə yenidən əlavə və ya təkrar ekspertiza təyin olunubolunmaması məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İ şə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1681/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1299/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1299/2021
30.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver