Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-130/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və boşaldılaraq təhvil verilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3274/2020 nömr əli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 19911 manat əsas borc, 10715 manat faiz borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 1403 manat faiz borcu, ümumilikdə 32029 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutma nın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, kredit, ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 25 manat rüsum məbləğinin ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 1 ünvanında yerləşən 101 nömrəli mənzilə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra ünvan 1 ünvanında yerləşən 101 nömrəli mənzildə yaşayan cavabdehlər - Cavabdeh1, Cavabdeh2 ipoteka predmetindən əşyaları ilə birlikdə 1 ay ərzində çıxarılması, əm lakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(007)-184/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 19911 manat məbləğində əsas borc, 1000 manat faiz borcu, ümumilikdə 20911 manat məbləğində kredit borcu, 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu, kredit, ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 25 manat rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın dəyər i 52000 manat olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli, **********28-05101-093061 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus, ünvan 2 ünvanda yerləşən 101 nömrəli mənzilə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaiti hesabına borc məbləğinin “xxxx” ASC-nin xeyrinə tutulması, ipoteka predmeti satıldıqdan bir ay sonra ünvan 3 ünvanında yerləşən 101 nömrəli mənzildə yaşayan Cavabdeh1 və Cavabdeh2 mənzildən əşyaları ilə birlikdə çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstəril ən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətində qətnamənin qismən, faiz borcunun tam olaraq təmin edilməməsi və illik 5% faiz dərəcəsi ilə hesablanmış borcun rədd olunması hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Ziya Şirinov və Azad İmanov) xx xxxx 2020-ci il tarixli 2(103)- 3274/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-184/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 19.911 manat məbləğində əsas borc, müqavilə müddəti üçün 6.998,71 manat faiz borcu, müqavilə müddətindən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə hesablanan 1403 manat faiz borcu, ümumilikdə 28.312,71 manat məbləğində kredit borcunun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, kredit, ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 25 m anat rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3274/2020 saylı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmə iclasında iştirakı təmin edilməmiş, çəkişmə prin sipinə əməl olunmadan işə baxılmış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası yalnız iddiaçı tərəfin maraqlarına uyğun olaraq sübutlara hüquqi qiymət vermiş və nəticədə Azərbaycan Respublikası MPM-nin 9, 14, 77, 88, 217-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Məmməd Məmmədov 2(103)3274/2020 nömrəli xx.xx.2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edib İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-c i il tarixli qətnaməsindən iddiaçı tərəfindən xx.xx.2020-cı il tarixli buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin və kassasiya şikayətinin verildiyini qeyd edərək həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə baxışı zama nı müəyyən edilmişdir ki, iş üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3274/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə və kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Məmməd Məmmədov məktubunu nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-5310/2020 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-5310/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçının Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3274/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin və kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Q
Məhkəmə qərarları › İş №2(102)-130/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-130/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver