Məhkəmə qərarları › İş №2(102)-130/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-130/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-130/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi nəticəsində vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1502/2024 nömrəli iş üzrə 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin i nzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh 05 noyabr 2009-cu il tarixdən Azərbaycan Beynəlxalq Bankının Pərakəndə biznes departamentinin Pərakəndə biznesin inkişafı şöbəsinin baş mütəxəssisi vəzifəsində, 07 mart 2023-cü il tarixdən Bankın Strategiya ofisinin meneceri vəzifəsində işləmişdir.

2. Cavabdeh 31 may 2023-cü il tarixdən öz ərizəsi ilə işdən azad edilmişdir.

3. Tərəflər arasında “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında” 10 yanvar 2022-ci il tarixli (bundan sonra – İ müqavilə) və 04 noyabr 2022-ci il tarixli (bundan sonra – İİ müqavilə) müqavilələr bağlamışdır.

4. Cavabdeh İ müqavilə üzrə “X1” (PMP) sertifikatı əldə etmək üçün keçirilmiş kursda, İİ müqavilə üzrə Türkiyə Respublikasının İstanb ul şəhərində yerləşən Koç Universitetində “Executive Mini-MBA” təhsil proqramına dair keçirilmiş tədrisdə iştirak etmişdir.

5. Bank həmin müqavilələr əsasında üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq, İ müqavilə üzrə kurs haqqı üçün 1250 manat, İİ müqavilə üzrə təhsil haqqı üçün 8050 manat, otel üçün 3333,92 manat, bir dəfə gediş-dönüş aviabilet üçün 1022 manat, digər ezamiyyə xərcləri üçün 681,57 manat və vergi ödənişləri üçün 727,14 manat olmaqla, cəmi 13814,63 manat məbləğində pul xərcləmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 6. "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə öhdəlikləri üzrə cəmi 9245,08 manat məbləğində pulun alınıb iddiaçı ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, İ və İİ müqavilələrin 1.2-ci bəndlərinə əsasən cavabdeh müvafiq olaraq kurs və təhsil proqramlarını müvəffəqiyyətlə tamamladığını təsdiq edən sənədləri əldə etdiyi tarixdən sonrakı 1 il və 2 il ərzində iddiaçı ilə bağladığı əmək müqaviləsinə müəssisənin ləğv edilməsi, işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi istisna olmaqla, digər əsaslar üzrə xitam verilərsə, yuxarıda iddiaçı tərəfindən çəkildiyi göstərilmiş bütün xərcləri (o cümlədən, kurs və təhsil haqları üçün çəkilmiş xərcləri) işlədiyi dövrə proporsional nisbətdə müəyyən olunan həcmdə iddiaçıya ödəmək öhdəliyini üzərinə götürmüşdür. İİ müqavilənin 1.1-ci bəndinin mətni ndə iddiaçının cavabdehə görə ödəməli olduğu təhsil haqqı əvvəlcə “(bundan sonra– ayrılıqda “təhsil haqqı”)” adlandırılsa da, sonra isə cavabdehin Türkiyə Respublikasının İstanbul şəhərinə ezam edilməsi ilə əlaqədar iddiaçının çəkməli olduğu digər bütün xərclərlə birlikdə “(bundan sonra– birlikdə “Xərclər”)” adlandırılmaqla, müqavilənin məqsədləri üçün ümumi məzmunda işlədilmiş “xərclər” anlayışının tərkibinə daxil edilmişdir. Cavabdehin İ və İİ müqavilələr üzrə tədris proqramlarını müvafiq olaraq 21 oktyabr 2022-ci il və 15 may 2023-cü il tarixlərdə bitirdikdən sonra iddiaçı ilə bağladığı əmək müqaviləsinə 31 may 2023-cü il tarixdə özünün təşəbbüsünə əsasən xitam verilməsi hər iki müqavilənin 1.2-ci bəndlərində göstərilmiş qaydaların tətbiq edilməsi üçün hüquqi əsasın, cavabdehin iddiaçıy a İ müqavilə üzrə çəkilmiş 1250 manat məbləğində xərcin işlədiyi dövrə proporsional olan 489,73 manat hissəsini və İİ müqavilə üzrə çəkilmiş cəmi 13814,63 manat məbləğində xərci qaytarmaq vəzifəsinin, iddiaçının isə cavabdehdən həmin xərcləri ona qaytarmasını tələb etmək hüququnun yaranması ilə nəticələnmişdir. Ona görə də iddiaçı cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verdikdən sonra cavabdehə ödəməli olduğu son haqq-hesab məbləğinin 5059,28 manat hissəsini yuxarıda İİ müqavilə üzrə çəkdiyi göstərilmiş xərclərə görə öz xeyrinə tutmuş, cavabdehdən İ müqavilə üzrə çəkdiyi xərcə görə 489,73 manat, İİ müqavilə üzrə çəkdiyi xərclərə görə 8755,35 manat olmaqla, cəmi 9245,08 manat məbləğində pulu ona qaytarmasını dəfələrlə şifahi və yazılı qaydada tələb etmiş, cavabdeh həmin tələbə əməl etməmişdir.

8. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya dair verdiyi yazılı etirazlarında iddianın rədd olunmasını xahiş etsə də, məhkəmədə verdiyi izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində işin faktiki hallarını etiraf etməklə, İİ müqavilənin 1.1-ci bəndinin mətnində işlədilmiş “xərclər” anlayışının tərkibinə iddiaçının cavabdehə ödədiyi təhsil haqqının daxil edilmədiyini, cavabdehin həmin müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçının təhsil haqqı üçün çəkdiyi xərcin qaytarmalı olmadığını bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçının İ müqavilə üzrə kurs haqqı üçün ödədiyi pulun 489,73 manat hissəsini, İİ müqavilə üzrə otel üçün ödədiyi 3333,92 manat, bir dəfə gediş-dönüş aviabilet üçün ödədiyi 1022 manat, digər ezamiyyə xərcləri üçün ödədiyi 681,57 manat və ver gi ödənişləri üçün ödədiyi 727,14 manat olmaqla, cəmi 6254,36 məbləğində pulu iddiaçıya sonuncu ilə bağladığı İ və İİ müqavilələrin 1.2-ci bəndlərinə əsasən qaytarmalı olduğunu etiraf edir. İddiaçı həmin məbləğin 5059,28 manat hissəsini onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsindən sonra ona ödəməli olduğu son haqq-hesab məbləğindən tutduğuna görə iddia ərizəsi üzrə iddiaçıya 1195,08 manat məbləğində pul ödəməli olduğunu hesab edir. Ona görə də iddianın həmin hissədə, yəni qismən təmin edilməsinə etiraz etmir. İİ müqavilənin 1.1-ci bəndində işlədilmiş “xərclər” anlayışına iddiaçının təhsil haqqı üçün ödədiyi 8050 manat məbləğində pul daxil edilmədiyinə görə həmin məbləği müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş hüquqi əsasın mövcud olmasına baxmayaraq, iddiaçıya ödəməli olmadı ğını hesab etmiş, buna görə də iddianın həmin hissədə rədd olunmasını xahiş edir.

9. Füzuli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(064)-714/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aqil Musayev) iddia tələbi təmin edilmişdir.

10. Məhkəmə qanunvericilik normalarına və cavabdehin qismən etirafedici məzmunda olan, məhkəmə baxışı iclasında verdiyi izahatına və təqdim etdiyi, məhkəmə tərəfindən qəbul edilmiş yazılı ərizəsinə əsaslanaraq hesab etmişdir ki, yuxarıda iddiaçının iddia ərizəsində, nümayəndəsinin isə məhkəmə iclaslarında verdiyi izahatlarında iddia ərizəsini əsaslandırmaları ilə bağlı göstərilmiş işə dair halların yalnız İİ müqavilənin 1.1-ci bəndinin mətnində işlədilmiş “xərclər” anlayışının tərkibinə iddiaçının cavabdehə görə ödəmə li olduğu təhsil haqqı xərcinin də daxil edilməsi və cavabdehin həmin müqavilə üzrə iddiaçının təhsil haqqı üçün çəkdiyi xərci sonuncuya qaytarmalı olmasından ibarət olan hissələri cavabdeh tərəfindən mübahisələndirildiyinə görə işin mübahisəli hallarını, təkrarlanmasına ehtiyac olmadığı qalan bütün hissələri isə cavabdeh tərəfindən etiraf edilməklə mübahisələndirilmədiyinə görə işin mübahisəsiz hallarını təşkil edir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı və nümayəndəsinin iddia etdikləri kimi, İİ müqavilənin 1.1-ci bəndinin mətnində iddiaçının cavabdehə görə ödəməli olduğu əvvəlcə təhsil haqqı xərci “(bundan sonra – ayrılıqda “təhsil haqqı”)” adlandırılsa da, sonra isə cavabdehin Türkiyə Respublikasının İstanbul şəhərinə ezam edilməsi ilə əlaqədar iddiaçının çəkməli olduğu digər bütün xə rclərlə birlikdə “(bundan sonra – birlikdə “Xərclər”)” adlandırılmaqla, müqavilənin məqsədləri üçün ümumi məzmunda işlədilmiş “xərclər” anlayışının tərkibinə daxil edildiyinə, həmin müqavilə üzrə iddiaçının öhdəlikləri içərisində ödəməli olduğu təhsil haqqı xərci digər xərclərə münasibətdə müqavilənin məqsədinə nail olmaq sahəsində məntiqi ardıcıllıqla birinci sırada olduğuna və İİ müqavilənin 1.2-ci bəndinə əsasən cavabdehin iddiaçı ilə bağladığı əmək müqaviləsinə 31 may 2023-cü il tarixdə, yəni Türkiyə Respublikasının Koç Universitetində təhsil proqramını müvəffəqiyyətlə tamamladığını təsdiq edən sənədi əldə etdiyi 15 may 2023-cü il tarixdən 2 il müddət keçməmiş özünün təşəbbüsü əsasında xitam verildiyinə görə cavabdehin İİ müqavilə üzrə ona münasibətdə iddiaçının otel üçün ödədiyi 3333, 92 manat, bir dəfə gediş-dönüş aviabilet üçün ödədiyi 1022 manat, digər ezamiyyə xərcləri üçün ödədiyi 681,57 manat və vergi ödənişləri üçün ödədiyi 727,14 manat məbləğində pulla yanaşı (bu hallar işin mübahisəsiz hallarını təşkil edir), təhsil haqqı üçün ödədiyi 8050 manat məbləğində pulu da iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. İddiaçının İİ müqavilə üzrə cavabdehə görə təhsil haqqı üçün 8050 manat məbləğində pul xərcləməsi cavabdehin etirafı ilə yanaşı, iddiaçının iddia ərizəsinə əlavə etdiyi maliyyə sənədləri ilə sübut edilir.

12. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1 və 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin ç) hissəsinə, 11 (1-ci hissə “ğ” bəndi), 191.1-ci maddəsi nə və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia ərizəsinin mübahisələndirilən hissədə tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, cavabdehlə Bank arasında yaranan hazırkı mübahisə əmək münasibətindən törəmişdir. Ona görə də məhkəmə bu mübahisə üzrə işi araşdırarkən əmək qanunvericiliyinin prinsiplərini rəhbər tutmalı, qanunvericilikdə işçi və işəgötürənin təsbit olunan hüquq və vəzifələrini nəzərə almaqla yekun qərar qəbul etməlidir. Apellyasiya şikayətinə görə Bank ilə bağ lanan müqavilələr sərbəst seçim olaraq azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlmişdir. Bank işəgötürən olaraq, ona münasibətdə güclü tərəf olmuş, aralarında bağlanılan müqavilənin şərtləri aydın şəkildə qeyd olunmuş, onların razılığı məhz təhsil haqqı istisna olmaqla, xərclərin geri qaytarılması barədə olmuşdur. Məhkəmə işə baxarkən, yalnız müqavilənin 1.1-ci bəndində qeyd edilən hala formal qiymət verməklə kifayətlənmiş, müqavilənin 1.2 və 1.3-cü bəndlərinə hüquqi qiymət verməmiş, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətlərini müəyyən etməmişdir. Halbuki, onun banka təhsil haqqını işdən çıxacağı halda ödəməli olmamasına dair iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı m ünasibətlər və tərəflərin, xüsusən bankın sonrakı hərəkətləri, yəni işdən çıxarkən həmin vəsaiti onun son haqq hesabından tutulmaması, iddia tələbinin tamamilə yalan və məhkəmədə təkzib olunan dəlillərlə əsaslandırılması nəzərə alınmamış, işin hallarına münasibətdə məhkəmənin qətnaməsi ilə müəyyən edilən və təsdiq edilən hal düzgün olmamışdır. Məhkəmə iddianı təmin etməklə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Nəticədə onun qanunla qorunan hüquqları pozulmuşdur.

15. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazında göstərmişdir ki, mübahisənin mahiyyəti heç də Bankın keçmiş əməkdaşı Cavabdeh ilə Bank arasında bağlanmış əmək müqaviləsi üzrə götürdüyü öhdəliklərin pozulmasından qaynaqlanmamışdır. Tərəflər arasında hazırki mübahisənin kökündə duran müqavilə məhz mülki hüquq münasibətləri ilə əlaqəli öhdəlik müqaviləsi olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Əməkdaşların peşəkar inkişaf xərclərinin maliyyələşdirilməsi haqqında müqavilə”lərin hər biri ilə tərəflər öz üzərilərinə mülki hüquq münasibətləri çərçivəsində müvafiq öhdəliklər götürmüş, həmin öhdəliklərin icrası ilə bağlı birbirilərinin qarşısında məhz qeyd edilən əsasla məsuliyyət daşımışlar. Müqavilə şərtlərinə uyğun olaraq, Bank tərəfindən Cavabdeh qeyd edilən proqramda iştirakı üçün təhsil haqqı üçün 8050 manat (səkkiz min əlli manat), otel xidmətləri üçün 3333,92 manat (üç min üç yüz otuz üç manat doxsan iki qəpik), biletin alınması üçün 1022 manat (bir min iyirmi iki manat sıfır qəpik), ezamiyyə xərci kimi 681,57 manat (altı yüz səksən bir manat əlli yeddi qəpik) və vergi ödənişi olaraq 727,14 manat (yeddi yüz iyirmi yeddi manat on dörd qəpik), ümumilikdə 13814,63 manat (on üç min səkkiz yüz on dörd manat altmış üç qəpik) məbləğində vəsait ödənmişdir. Tərəflər arasındakı hazırki münasibət mülki hüquq münasibətləri çərçivəsində bağlanmış və hər iki tərəfin bir- biri qarşısında bərabər hüquq və öhdəliklərini təsbit edən müqavilələrdən irəli gəlmişdir. Cavabdeh iddiaçıya olan öhdəliyindən yayınmaq və məhkəmə proseslərini lüzumsuz yerə uzatmaq üçün hazırkı apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

16. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək işin faktiki hallarını, yəni təlim xidmətləri, peşəkarlığın artı rılması ilə əlaqədar Türkiyə Respublikasına göndərilməsi ilə bağlı Bank tərəfindən xərclərin cavabdehə ödənilməli olduğunu etiraf etməklə etirazında bildirmişdir ki, iddiaçı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, təhsil haqqı məbləği və digər xərcləri tələb etmişdir; lakin cavabdeh gediş-gəliş və ezamiyyə xərclərinin Banka qaytarmalı olmasını qəbul edir, təhsil haqqını qəbul etmir. Müqavilənin 1.3-cü bəndində proqramda qəsdən iştirak etmədiyi halda pulun qaytarılması qeyd olunmişdur. Burada qəsdən iştirak etməmə halı yoxdur. Təhsil haqqının ödənilməsini qəbul etmirlər. Ezamiyyə xərclərini qaytarmağa razıdır. Belə ki, 06 may 2023-cü il tarixdə təhsili başa çatıb və 31 mayda öz ərizəsi ilə işdən azad olunmuşdur.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1502/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), F.C.Heydərov və T.X.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin təhsil haqqı ilə bağlı 8050 manat hissədə iddianı qəbul etməməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 1.1-ci maddəsinə əsasən, həmin müqavilənin 1.1.1-ci yarımbəndində əks olunan təhsil proqramı üzrə (bundan sonra- “Proqram” adlandırılacaq) İşçinin təhsil haqqının tam həcmi nin (bundan sonra- ayrılıqda “təhsil haqqı”), təhsil müddətində tədris proqramının bir hissəsi olan Türkiyə Respublikasının Koç Universitetində keçiriləcək dərslərdə iştirak etmək məqsədilə işçinin İstanbul şəhərinə getməsi üçün 1 (bir) dəfə gediş-dönüş aviabilet xərclərinin, habelə işçi dərslərdə iştirak etmək məqsədilə İstanbul şəhərində olduğu dövr ezamiyyətdə olduğu dövr kimi qəbul edilir və hüquqi aktların tələbi ilə müəyyən edilmiş normalara uyğun ezamiyyə xərclərinin (bundan sonrabirlikdə “Xərclər” adlandırılacaq) ödənişlərini həyata keçirir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə “təhsil haqqı” və digər xərclər birlikdə- “Xərclər” məfhumu altında birləşdirilmişdir. Odur ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 443.2 və 448.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti əmək müqaviləsi və ya ayrıca müqavilə ilə tənzimlənir və bu qayda Əmək Məcəlləsində müəyyən edilir. Əmək Məcəlləsi də bu münasibətləri əmək münasibəti kimi tanıyır. Apellyasiya məhkəməsi tərəfindən Əmək Məcəlləsində əmək münasibəti kimi tanınan hüquq münasibətinin Mülki Məcəllədə müəyyən edilmiş öhdəlikhüquq münasibətlərindən irəlin gələn mülki hüquq münasibəti kimiqiymətləndirilməsi Konstitusiya və Əmək Məcəlləsinə tam zidd olmuşdur. Məhkəmə tərəflər arasındakı hüquq münasibətinin hansı hüquq münasibəti olduğunu müəyyən edə bilmirsə, iş üzrə gəldiyi nəticənin düzgün olmasından ümumiyyətlə danışmaq doğru olmaz.

22. Bundan əlavə, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini təhrif etmiş, apellyasiya şikayətimin əsaslandırıldığı halları qətnamədə düzgün qeyd etməmiş və şikayətimizin dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki,apellyasiya şikayətində bir neçə dəfə təkrar olaraq aşağıdakılar qeyd edilmişdir: “...müqavilənin 1.2-ci bəndi və 2.4.3-cü yarımbəndinə əsasən, ABB sertifik atın ABB-yə təqdim edildiyi tarixdən etibarən 2 il ərzində əmək münasibətlərinə xitam verdiyim təqdirdə (müəssisənin ləğv edildiyi, işçilərin sayı və ya ştatlarının ixtisar edildiyi hallar istisna olmaqla) məndən yalnız xərcləri, yəni otexlidmətləri üçün 3333,92 manat, biletin alınması üçün 1022 manat, ezamiyyə xərci kimi 681,57 manat və vergi ödənişi olaraq 727,14, cəmi 5764,63 manatı işlədiyim müddətə uyğun olaraq proporsional nisbətdə tələb edə bilər..... Müqavilənin 1.2-ci bəndində qeydedilən hal Xərclərin, 1.3-cü bəndində qeyd edilən hal isə Təhsil haqqınıngeri qaytarılması qaydasını tənzimləyir. Mən sertifikatı ABB-yə təqdim etdiyim üçün Müqavilənin 1.3-cü bəndində nəzərdə tutulan hal deyil, 1.2-ci bəndində nəzərdə tutulmuş hal, yəni hüquqi fakt baş vermişdir. Ona görə də ABB qeyd olunan hüquqi fakta uyğun olaraq məndən 5059,28 manat vəsaiti işdən çıxarkən son haqq-hesabımdan tutduğu üçün hal-hazırda qalıq 705 manatın işlədiyim dövrə proporsional nisbətdə müəyyən olunan həcmdə hissəsinigeri tələb edə bilər”.

23. Apellyasiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair səhv hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnamə qanunun normalarına uyğun əsaslandırılmamış, maddi və prosessual hüquq normaları düzgün təfsir və tətbiq olunmayaraq qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Ma ddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

28. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddə sində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları m üəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

13. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qey d edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

14. Beləliklə də, mə hkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirva n Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1502/2024 nömrəli iş üzrə 17 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar