Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1300/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Şöbəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın etibarsız hesab edilməsi, hərracın qanunvericiliyə uyğun keçirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə qarşı “hərraca dair sifarişin qanunsuz hesab edilməsi, hərracın yekunları barədə protokolun etibars ız sayılması və ona dair verilən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6278/2024 nömrəli 3 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1031/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, ipoteka predmeti olan İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 53.7 kv.m ümumi, 34 kv.m sas, 19.7 kv.m yardımçı sahədən ibarət olan 34 nömrəli mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə olunacaq vəsait iddiaçı Azərbaycan Beynəlxalq Bankının tələblərini ödəməyə ki fayət etmədikdə, qalan məbləğin cavabdeh İddiaçı, X9 və "xxxx" MTK-dan tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi; ipoteka predmeti olan mənzil açıq hərraca çıxarılarkən ilkin satış qiymətinin onun dəyərinə uyğun 70000 manat müəyyən edilməsi qət edilmişdir.
2. Abşeron rayon İcra və Probasiya şöbəsinin 13 iyul 2023-cü il tarixli sifarişinə əsasən ipoteka predmeti olan mənzilin satılması ilə bağlı hərracın keçirilməsi Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə sifariş olunmuşdur. 3. “X3” nəzdində yaradılmış Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 11:00-də ilkin satış qiyməti 70000 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli 1486/23 №-li xəbərdarlıq-bildirişlər İddiaçı Tovuz rayonu X kəndində yerləşən və ünvan 2 ünvanına göndərilmişdir. 4. “X” qəzetinin xx.xx.2023-cü il buraxılışında hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur.
5. X7 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ərizədən görünür ki, X1 xx.xx.2023-cü il tarixdə keçiriləcək açıq hərracda iştirak etmək üçün müraciət etmiş və 3500 manat məbləğində beh ödəmişdir.
6. X3 Cavabdeh MMC tərəfindən verilmiş hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli **/23 nömrəli protokolla Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1031/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə və Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sifariş əsasında ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzil 70050 manata X1.
7. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X12 tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə ünv anlanmış xx.xx.2023-cü il tarixli 14/530 nömrəli cavab məktubuna əsasən, Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı ****-4N reyestr nömrəli,Ə xx.xx.2023-cü il tarixdə göndərilən SS********AZ saylı məktub xx.xx.2023- cü il tarixində ünvan sahibinin əmisi X1a F-8 çatdırma vərəqəsinə imza edilərək verilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 8(105)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş bildirişin qanunsuz hesab olunması barədə borclu İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərarın əsaslandırıcı hissəsində “... Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən tələbin könüllü icra edilməsi ilə bağlı borclu İddiaçı xx.xx.2023-cü il tarixdə bildiriş və bir neçə SMS göndərilmiş, bildiriş borclunun ünvanında yaşayan əmisi X1 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Borclu İddiaçı tərəfindən tələb könüllü icra edilmədiyindən icra məmuru hərracın keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli sifariş vermişdir....İcra sənədində göstərilən tələbin könüllü icrası üçün borcluya təqdim edilməli olan bildiriş hüquqi nəticələrə səbəb olsa da, icra məmuru tərəfindən bu hərəkətlərin aparılması zamanı qanunvericiliyin hər hansı bir tələbləri pozulmamışdır...” qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə (bundan sonra “Hərrac Mərkəzi”) qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməs inə müraciət edərək, Abşeron icra şöbəsinin ******saylı, xx.xx.2023-cü il tarixli hərracın keçirilməsinə dair sifarişinin qanunsuz hesab edilməsi, Hərrac Mərkəzinin tərtib etdiyi xx.xx.2023-ci il tarixli, **/23 nömrəli Hərracın Yekunları barədə Protokolun və ona dair verilən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbini belə əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1031/2022 saylı, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli (xx.xx.2023-cü il tarixdə verilmiş) icra vərəqəsinə əsasən Abşeron rayon icra şöbəsi tərəfindən verilmiş 17/****2V nömrəli xx.xx.2023-cü il tarixli (daxil olma xx.xx.2023-cü il) sifarişi üzrə iddiaçıya məxsus mənzili ilkin hərracda alış qiyməti 70050 (yetmiş min əlli) manata olmaql a X2 və bununla əlaqədar olaraq, hərracın təşkilatçısı tərəfindən hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, **/23 nömrəli protokol tərtib edilmişdir. Abşeron rayon icra şöbəsi 7/****2V saylı, xx.xx.2023-cü il tarixli (daxil olma xx.xx.2023-cü il) sifarişi hərraca göndərməmişdən öncə icra vərəqəsi üzrə borclu olan iddiaçıya bildiriş göndərilməmişdir. Bu da icra haqqında qanunvericiliyə ziddir. Bu baxımdan da Abşeron rayon icra şöbəsi tərəfindən 17/****2V saylı, xx.xx.2023-cü il tarixli hərraca göndərilən sifariş qanunsuz hesab edilməli və hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, **/23 nömrəli protokolu etibarsız sayılmalıdır. Bundan əlavə, hərracın keçirilməsinə dair bildiriş qərəzli olaraq iddiaçının yaşadığı ünvan 5 ünvanına yox, Tovuz rayonu, X kəndində əmisinin ünva nına göndərilmişdir.
11. Abşeron rayon İcra Şöbəsi iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
12. Birinci instansiya məhkəməsində iddiaçı əlavə olaraq bildirmişdir ki, hərracda iştirak barədə ona zəng edilmiş, 3500 manat ödəməli olduğu bildirilmiş, ancaq buna razı olmamışdır. Çünki ipoteka predmeti olan mənzilə görə ödənişi üç ay gecikdirsə də, nəticədə borcu artıqlaması ilə bağlamışdır.
13. Hərrac Mərkəzi iddiaya yazılı etiraz vermişdir. Etiraz onunla əsaslandırlmışdır ki, sözügedən hərrac sifarişi daxil oduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərracın keçirilməsi 11 avqust 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2023-cü il tarixində kütləvi inform asiya vasitəsi kimi Azərbaycan Respubikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “XX” internet informasiya saytında (portalında) (www.birianews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkiltaçısının rəsmi internet səhifəsində də (“XXX'’) yerləşdirilmişdir. Bundan sonra əmlaka dair açıq hərracın keçirilməsinə dair 1486/23 saylı, xx.xx.2023-cü il tarixli keçirilmiş hərracın sifarişçisinə, borclular İddiaçı, X8, eləcə də digər tərəflərə poçt vasitəsi ilə göndərilmişdir. Qeyd edilən tarixə təyin olunmuş ilkin açıq hərracda iştirak etmək üçün X7 və X4 ərizə ilə Hərrac Mərkəzinə müraciət edərək, iştirakının təmin olunmasını xahiş etmişlər. xx.xx.2023-cü il tarixdə keçirilən açıq hərracda hərracın predmeti olan mənzil 70.050 (yetmiş min əlli) manata X1. Bununla əlaqədar olaraq, hərrac ın yekunları barədə **/23 saylı, xx.xx.2023-cü i tarixli protokol tərtib olunmuşdur. **/23 saylı, xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə protokol hərracın qalibi olan alıcı, eləcə də hərracın təşkilatçısının sənədlərlə iş üzrə bölmə rəhbəri və direktor müavinin imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Kağız daşıyıcısında tərtib və təsdiq olunmuş protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qurumuna göndərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan sənədlərdən görünür ki, yuxarıda sözügedən sifariş üzrə keçirilən hərrac qanuni və əsaslıdır.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3109/2024 nömrəli, 2 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Ülkər Xəlil)
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının qanuni qüvvəyə minmiş 8(105)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş bildirişin qanunsuz hesab olunması barədə iddiaçı (borclu) tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Eyni zamanda iddiaçının həm Tovuz rayonu, X kəndində yerləşən və ünvan 2 ünvanına hərracın keçirilməsi ilə bağlı rəsmi qaydada xəbərnaməli bildiriş göndərilmiş, eləcə də “X” qəzetində də müvafiq qaydada elan yerləşdirilmişdir. Hərracın keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilm əmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, 416.1-ci, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6-cı, “İcra haqqında” Qanunun 53.2, 62.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti üzrə” 30 dekabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prossesual hüquq normaları pozulmuşdur. Məhkəmə işi obyektiv araşdırmamış və proses zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən təqdim edilmiş sübutlar obyektiv qiymətləndirilməmişdir. Belə ki, cavabdehin etiraz ərizəsinə əsasən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Abşeron Rayon rayon icra şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraat barədə qərar qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıya rəsmi təqdim olunmamışdır. Bu da onu göstərmişdir ki, hərracın keçirilməsi qanunsuzdur. Hərracın keçirilməsinə dair bildirişi qəsdən bilərəkdən iddiaçının yaşadığı ünvan qala-qala, Tovuz rayonuna əmisigilə göndərmişlər. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, həmin bildiriş əmisigildə qəbul edilən icra məmurunun icra sənədi üzrə qərar bildirişdir. Hərçənd icra məmuru icra sənədi üzrə heç bir qərar bildirişi iddiaçıya təqdim etməmişdir. Sadəcə məhkəmə qəsdən, qər əzli olaraq cavabdehin iddiaçının əmisigilə hərracın keçirilməsinə dair bildirişi icra məmurunun ona göndərdiyi qərar bildiriş kimi qəbul etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 dekabr 2024-cü il tarixli, 2(103)-6278/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən, məruzəçi), Fuad Babayev, A.Abdiyev)
20. Apellyasiya instansiyası məhkəməsi 17Y****2V nömrəli, xx.xx.2023-cü il tarixli hərracın keçirilməsinə dair sifarişin mübahisələndirilməsi ilə əlaqədar ilkin olaraq qeyd etmişdir ki, iddiaçı icra məmuru tərəfindən verilmiş sifarişi mübahisələndirir, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi məqsədi ilə borcluya məxsus əmlak ın hərracda satılmasına dair sifarişin hərrac keçirən müəssisəyə göndərməmişdən öncə ona göndərilmədiyindən narazı olduğunu bildirir. Göründüyü kimi iddiaçı hərracın keçirilməsinə əsas olmuş sifarişi mübahisələndirərkən icra məmurunun hərəkətlərinin qanunsuz olduğuna əsaslansa da, həmin tələbi mübahisələndirdiyi sifarişin verilməsinə görə məsuliyyət daşıyan icra şöbəsini cavabdeh qismində cəlb etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunduğundan və əqdlərin etibarsızlığı tələbinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə həmin müqavilənin bütün tərəfləri malik olduğundan bu cür tələbin əsl cavabdehi müvafiq əqdin tərəfləri birlikdə ola bilərlər. Əks halda, işə baxan məhkəmə, Mülki Pr osessual Məcəllənin 51.3 və 54-cü maddələrinin tələblərinə müvafiq olaraq, iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz etməli və ya başqa cavabdehi işə cəlb etməli, iddiaçı razı olmadıqda isə məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxaraq əsl olmayan cavabdehə qarşı qaldırılmış iddiaya dair qaydaları tətbiq etməlidir.
21. Bundan başqa, iddiaçı hərracın qanunsuz keçirilməsini iddia etməklə, hərrac keçirilərkən ona məlumat verilmədiyinə istinad etmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Abşeron rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli sifarişi (Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1031/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə) əsasında “Hərrac Mərkəznin təşkilatçılığı ilə hərrac xx.xx.2023-cü il tarixində keçirilmiş, nəticədə həmin tarixli **/23 saylı Hərrac yekunları barədə protokoluna əsasən ipoteka predmeti olan mənzil ilkin açıq hərracdakı satış qiymətinə - 70.050 manata X1.
23. İş materiallarından göründüyü kimi hərracın keçirilməsi ilə bağlı bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elanlar dərc edilmişdir. Buna baxmayaraq iddiaçı hərrac barədə məlumatsız olduğuna, hərracın qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmaqla keçirildiyinə istinad edərək, bu əsaslarla da hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir.
24. Apellyasiya instansiyası məhkəməsi diqqətə çatmışdır ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla da, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaətə görə, cavabdeh Hərrac Mərkəzi tərəfindən mübahisə predmeti olan hərracın eti barsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilməmişdir, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmamışdır. Belə olan halda Hərrac Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 337.1, 415.1, 415.2, 415.3, 415.4, 415.5, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 42.1, 43.3, 43.4, 43.5, 43.6, 43.7, 44-cü, “İcra haqqında” Qanunun 61.2, 62.2ci, Mülki Prosessaul Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayəti nin dəlilləri
27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, şikayətdə apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 16.1, 337.1, 415.1, 415.2-ci, MPM-in 1.3, 9.3, 76.1 və 88-ci maddələrini pozmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqəd ə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən i stədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağland ıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etiba rsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərr aca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müd dəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmet ini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya i nstansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
31. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu bax ımdan, kollegiya qətnaməni tam yoxlayır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apel lyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
35. Məhkəmə kollegiyası işə sübutları qiymətləndirməklə mahiyyəti üzrə baxan məhkəmələrin hazırki qərarın 15, 20-25-ci bəndində əks edilən qiymətləndirmələri ilə razılaşır.
36. Belə ki, iddia tələbi hərracın nəticələrinin etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi icra sənədi üzrə icraata başlanılması barədə bildirişin ona göndərilməməsi, Hərrac Mərkəzi tərəfindən hərracın qanunvericiliyin pozulması ilə təşkil edildiyinə istinad etmişdir.
37. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə isə iddiaçının istinad etdiyi hallar təkzib edilmişdir.
38. Göründüyü kimi, iddiaçı hərracın qanunvericiliyə uyğun qaydada keçirilməmə sinə istinad etsə də, işin məhkəmələr tərəfindən müəyyən edilən halları bunun əksini, yəni hərracın “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları baxımından qanuni olmasını göstərir, bu da iddianın təmin edilməsini istisna edir.
39. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olmadığından iddia tələbinin təmin edilməsi istisna edildiyi üçün iddianın təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.
40. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər işin faktiki halları ilə bağlı olmaqla iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olub və işə mahiyyəti üzrə baxan məhkəmələr hər biri müvafiq olaraq həmi n dəlillərə qiymət vermişlər.
41. Məhkəmə kollegiyası izah edir ki, işin faktiki hallarının müəyyənləşməsinə yönələn dəlillər kassasiya instansiyasında irəli sürülə bilməz, sürüldüyü halda isə onlara baxılmır. Çünki kassasiya məhkəməsi fakt araşdırıcı məhkəmə deyil, apellyasiya məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ının 2(103)-6278/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.