Məhkəmə qərarları › İş №2(102)-1301/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1301/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1301/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh 12 aprel 2017-ci il tarixdə sadə yazılı qəbzə əsasən 24 00 manat, 12 may 2017-ci il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən 3200 manat məbləğində pulu borc vermişdir. Cavabdeh sadə yazılı qəbzə əsasən aldığı pulu yeddi ay müddətinə, kredit müqaviləsinə əsasən aldığı pulu 12 noyabr 2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı, borcun qaytarılmadığını bildirərək 24.07.2019-cu ildə aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə onun arasında 12 may 2017-ci il tarixli, Tovuz rayon Notariat Kontorunda bağlanmış kredit müqaviləsi əsasında cavabdehin ona borclu olduğu 3200 manat məbləğində, əlavə olaraq borc aldığı 3400 manatın və məhkəməyə ödənilmiş 30 man at dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, dəfələrlə cavabdehdən borcunu qaytarmasını qanuni yollarla tələb etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Cavabdehlə onun arasında notariat qaydada təsdiq olunmuş müqavilədən göründüyü kimi cavabdeh ona olan borcu qaytarmaqdan imtina etmişdir. Odur ki, o, məhkəmə müdafiə hüququndan istifadə edərək məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh ondan 2017-ci ilin aprel ayında 2400 manat borc almışdır və bu barədə yazılı qəbz vermişdir. O, həmin borcu 7 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin borcu qaytarmamışdır. 2017-ci ilin avqust ayında isə ondan 1000 manat borc almışdır. Həmin hal barədə şahidləri vardır.

5. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.

6. Tovuz Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 25 sentyabr 2019-cu il tarixli, 2(062)-1939/2019 nömrəli qətnaməsi ilə 5.600 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumuun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki Cavabdeh İddiaçı 2400 və 3200 manat məbləğlərində borc almış və həmin pulları müvafiq olaraq 7 ay və 6 ay ərzində geri qaytaracağına dair öhdəlik götürsə də, öhdəliyini yerinə yetirməyərək borcunu qaytarmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Gəncə Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Bayramov (sədrlik edən və məruzəçi), Ə.Abdullayev və F.Mehtiyev) 11 avqust 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçıdan aldığı borc məbl əğlərini qaytarmışdır. Əgər onun qəbzlə aldığı 2.400 manat pul qaytarılmasaydı İddiaçı təkrar 3200 manat borc verməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

18. Hazı rkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibəti ni tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə arada n qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

22. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, borc müqavilələri üzrə öhdəliyini icra edərək 2.400 və 3.200 manat məbləğlərində pul vəsaitini cavabdehə borc vermişdir. Tərəflər borcun qaytarılma tarixlərini sadə yazılı qəbzdə və müqavilədə razılaşdırmışlar. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və iddiaçının tələb hüququ meydana gəlmişdir (§ 1-2).

23. Belə olan halda, iddiaçının borc məbləğlərinin cavabdehdən tutulması haqqında tələbi yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 14-15).

24. Eyni zamanda cavabdehin etirazları, o cümlədən kassasiya şikayətinin dəlilləri təmin edilmiş iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Belə ki, cavabdeh borcu qaytardığını bildirsə də, bu halı təsdiqləyən mötəbər sübutları işə mahiyyəti üzrə baxan məhkəməyə təqdim etməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

25. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kass asiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar