Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1301/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Fərhat qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bərdə rayon Mollagüllər bələdiyyəsi və X18) iş üzrə QƏRARİ İş № 2(102)-1301/2024 (Açar sözlər: torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) Bakı şəhəri 8 may 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Fərhat qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bərdə rayon Mollagüllər bələdiyyəsi və X18 cəlb edilməklə ) “icarə hüququ əsasında ona məxsus torpaqdan istifadə etməyinə maneə olan qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehin torpaq sahəsindən çıxarılması və tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2317/2023 nömrəli 30 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Xocalı şəhərindən məcburi köçkün olmaqla, Bərdə şəhərində məskunlaşmışdır. 2. 1822011762 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, **********19 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə Bərdə rayon Mollagüllər bələdiyyəsinin mülkiyyətində olan Bərdə rayon Mollagüllər kəndində yerləşən 80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2022-ci il tarixdən-xx.xx.2037-ci il tarixədək 15 (on beş) il müddətinə İddiaçı icarəsinə verilmiş və bu barədə adına A №760872 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədi tərtib eilmişdir.
3. AN-İ №0694258 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi ilə X8 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 1.56 ha hissəsini, AN-İ №0694256 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-satqı müqaviləsi ilə X4 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini, AN-İ №0694257 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqısatqı müqaviləsi ilə X9 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini, AN-İ №0694255 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi ilə X5 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini və X6 rayon Samuxlu kəndində yerləşən 4.6802 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.78 ha hissəsini, AN-İ №0686210 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-satqı Müqaviləsi ilə X1 rayon Samuxlu kəndində yerləşən 3.27 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.8175 ha hissəsini, AN-İ №0686211 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-satqı Müqaviləsi ilə X10 rayon Samuxlu kəndində yerləşən 3.27 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 0.8175 ha hissəsini, AN-İ №0686212 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqı-satqı Müqaviləsi ilə X10 rayon Samuxlu kəndində yerləşən 3.27 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 1.635 ha hissəsini, AN-İ №0680563 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakin Alqısatqı Müqaviləsi ilə X25, X19 birgə mülkiyyət hüququ üzrə onlara məxsus Bərdə rayon Samuxlu kəndində yerləşən 1.6333 ha torpaq sahəsini, AN-İ №0363742 nömrəli xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakin Alqı-satqı Müqaviləsi ilə X11, X2, X12 mülkiyyətlərində olan Bərdə rayon Samuxlu kəndində yerləşən 2.4497 ha torpaq sahəsini Cavabdeh satmışlar və h əmin torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlarla Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, Bərdə rayon Samuxlu kəndində yerləşən 2.4497 ha torpaq sahəsi xüsusi mülkiyyət növü ilə Cavabdeh tam mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fərhat qızının, icarə hüququ əsasında ona məxsus torpaqdan istifadə etm əyinə maneə olan qanunsuz hərəkətlərinə son qoyulmasına və Cavabdeh Fərhat qızı tərəfindən Bərdə rayon Mollagüllər bələdiyyəsi ilə torpağın 15 il müddətinə icarəyə verilməsinə dair aralarında bağlanmış İM-3M-683 saylı 13 may 2022-ci il tarixli müqaviləyə əsasən və DƏDRX-dən verilmiş çıxarışla rəsmiləşdirilmiş icarə əsaslı, üzərində torpaqdan istifadə hüququnun təsdiqləndiyi 80 ha. torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 0.10 ha. sahəsindən cavabdehin çıxarılmasına və 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən iddia həcminin artırılması barədə ərizə verərək, Cavabdeh Fərhat qızının, icarə hüququ əsasında ona məxsus torpaqdan istifadə etməyinə maneə olan qanunsuz hərəkətlərinə son qoyulmasına və Cavabdeh Fərhat qızı tərəfindən Bərdə rayon Mollagüllər bələdiyyəsi ilə torpağın 15 il müddətinə icarəyə verilmǝsinə dair aralarında bağlanmış İM-3M-683 saylı 13 may 2022-ci il tarixli müqaviləyə əsasən və DƏDRX-dən verilmiş çıxarışla rəsmiləşdirilmiş icarə əsaslı, üzərində torpaqdan istifadə hüququnun təsdiqləndiyi 80 ha. torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 0.10 ha sahəsindən cavabdehin çıxarılmasına, həmin torpaq üzərində tikdiyi tövlələrin, bir göz evin və qarğı və setka çəpərləmələrin öz hesabına sökülüb götürməsinə və 100 manat dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Daha sonra İddiaçı iddia həcminin artırılması barədə ərizə verə rək Cavabdeh Fərhat qızının icarə hüququ əsasında ona məxsus torpaqdan istifadə etməyinə maneə olan qanunsuz hərəkətlərinə son qoyulmasına və Cavabdeh Fərhat qızı tərəfindən Bərdə rayon Mollagüllər bələdiyyəsi ilə torpağın 15 il müddətinə icarəyə verilmǝsinə dair aralarında bağlanmış İM-3M-683 saylı 13 may 2022-ci il tarixli müqaviləyə əsasən və DƏDRX-dən verilmiş rəsmi çıxarışla rəsmiləşdirilmiş icarə əsaslı, üzərində torpaqdan istifadə hüququmun təsdiqləndiyi 80 ha. torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 0.37 ha. sahəsindən cavabdehin çıxarılmasına və cavabdehin həmin torpaq sahəsində tikdiyi 3 tövlənin və bir yaşayış evinin cavabdehin öz hesabına sökülməsinə və 100 manat dövlət rüsumunun onun xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir
8. İddi açı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Mollagüllər bələdiyyəsi ilə aralarında bağlanmış torpağın 15 il müddətinə icarəyə verilməsinə dair İM-3M-683 saylı 13 may 2022-ci il tarixli müqaviləyə əsasən və DƏDRX-dən verilmiş rəsmi çıxarışla (Çıxarış əlavə olunur) rəsmiləşdirilmiş icarə əsaslı, üzərində torpaqdan istifadə hüququnun təsdiqləndiyi 80 ha. torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 0.10 ha. sahəsində torpağın giriş və çıxış hissəsi cavabdeh tərəfindən tutularaq, həmin torpaq sahəsinə daxil olmağına maneə yaradılmışdır. Cavabdehdən torpağı boşaltmağı istədikdə isə o, bunu etməkdən boyun qaçırmışdır. O, torpağından tam təyinatı üzrə istifadə etməyi və özünün əkib becərməyini istəyir. Cavabdeh isə icarə əsasında onun istifadəsinə verilmiş torpaq sahəsindən öz xeyri və gəliri üçün istifadə edir. Cavabdeh qeyri-qanuni olaraq tamamilə icarə hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etmişdir. Hər dəfə torpaqdan çıxmağını tələb etdikdə isə iddiaçıya qarşı nalayiq hərəkət və davranış nümayiş etdirmiş, əsassız yerə səs küy salıb dava dalaş etmişdir. Bir sözlə, cavabdeh iddiaçının torpağından təyinatı üzrə və icarə müqaviləsində göstərilmiş müddətdə istifadə edib yararlanmağına öz qanunsuz hərəkətləri ilə imkan vermir.
9. Bərdə Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(021)3684/222 nömrəli qərardadı ilə mülki iş üzrə Bərdə rayon Mollagüllər bələdiyyəsi və X18 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşdur.
10. Məhkəmə iclasında Cavabdeh Fərhat qızı bildirmişdir ki, o, ərazini zəbt etməyib, məcburi köçkün kimi qeyd edilə n ərazidə məskunlaşmışdır.
11. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bərdə rayon Mollagüllər bələdiyyəsinin sədri X13 bildirmişdir ki, iddiaçı ilə icarə müqaviləsi bağlanmış, cavabdeh isə icarə müqaviləsindən əvvəl orada məskunlaşmışdır.
12. Bərdə Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə mütəxəssis cəlb olunmaqla rəyin alınması qərara alınmışdır.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyində aşağıdakılar qeyd olunmuşdur: -İddiaçı və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir. -İddiaçı Teymur qızının icarəsinə verilmiş **********19 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış Bərdə rayon Mollagüllər kəndində yerləşən 80.0 ha torpaq sahəsinin mübahisələndirilən hissəsi Cavabdeh tərəfindən hal-hazırda istifadə edilir. -Cavabdeh tərəfindən 0.37 ha torpaq sahəsi istifadə olunur. Bu rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır.
14. Mülki işə dair yerli baxış protokoluna əsasən, Bərdə rayon Mollagüllər kəndində yerləşən mübahisəli torpaq sahəsində Cavabdeh yaşayış üçün 1 otaqlı yaşayış evi, qarğıdan tikili toyuq hini, yeraltı buzovların saxlanılması üçün tövlə tipli tikili və 15 - 20 baş mal-qara saxlanılması mümkün ola bilən tövlədən ibarət tikili mövcuddur. Həmin ərazilər ekspert rəyində qeyd edilən 0,37 ha torpaq sahəsinin təxminən 0,10 sot hissəni əhatə edir. 0,27 ha hissəsi isə boş olaraq qalmış, cavabdeh tərəfindən faktiki istifadə olunduğu müəyyən olunmur. İddiaçının isə icarə əsasında istifadə etdiyi torpaq sahəsində iri buynuzlu mal qaranın saxlanılması üçün nəzərdə tutulmuş qapalı və açıq tipli tövlələr yerləşir.
15. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi Bərdə Rayon Nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 175 saylı cavab məktubundan göstərilmişdir ki, Cavabdeh dövlət tərəfindən evlə təmin olunmamışdır.
16. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Laçın rayonu Qozulu kəndindən məcburi köçkünlər X20 və Cavabdeh məcburi köşkün düşdükdən sonra Bərdə ray onu Mollagüllər kəndində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar.
17. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi Bərdə Rayon Nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 273 saylı məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, X20 dövlət tərəfindən evlə təmin olunmamışdır.
18. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Samux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 266 saylı arayışda qeyd olunmuşdur ki, Cavabdeh Bərdə rayon Samux kənd icra nümayəndəliyində qeydiyyatda deyil və həmin ərazidə yaşamır.
19. Bərdə Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(021)-362/2023 saylı qətnaməsi ilə (hakim Qamət Əbilov) i ddia tələbi təmin edilməmişdir.
20. Məhkəmə müəyyən etmişdir ki, Bərdə rayon Mollagüllər bələdiyyəsi mülkiyyətində olan Bərdə rayon Mollagüllər kəndində yerləşən 80 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixindən -xx.xx.2037-ci il tarixinədək 15 il müddətinə İddiaçı icarəyə vermişdir. Cavabdeh məcburi köçkündür, dövlət tərəfindən evlə təmin olunmamışdır. İddiaçı Teymur qızının icarəsinə verilmiş **********19 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış Bərdə rayon Mollagüllər kəndində yerləşən 80.0 ha torpaq sahəsinin 0.37 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilməsi ilə bağlı mütəxəssis rəyi olsa da, yerli baxış zamanı faktiki istifadə olunan yer təxminən 0,10 ha sahəni əhatə edir. Qalan 0,27 ha hissəni isə iddiaçı iddia edir ki, cavabdeh istifadə edir, lakin yerli baxış zamanı oradan istifadəyə dair hər hansı bir faktı məhkəmə müəyyən edə bilməmişdir. 3-cü şəxs X20 Cavabdeh ailə həyatı qurmuşdur, o da məcburi köçkün statusu daşıyır və ona da məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzil təhvil verilməmişdir.
21. Məhkəmə mövqeyinə dair qeyd etmişdir ki, iddiaçı tərəf məhkəmə iclasında bildirmişdir ki, cavabdeh Bərdə rayon Samux kəndində məskunlaşmış və orada fərdi yaşayış evi vardır. Bununla bağlı, məhkəmə Samux kənd İN-nə sorğu vermiş və cavab olaraq bildirilmişdir ki, Cavabdeh Bərdə rayon Samux kənd icra nümayəndəliyində qeydiyyatda deyil və həmin ərazidə yaşamır. İşdən müəyyən edilir ki, Cavabdeh və həyat yoldaşı X20 məcburi köçkün düşdükdən sonra Bərdə rayonu Mollagüllər kəndində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələ rində mənzillə təmin olunmamışlar. İddiaçı isə icarə müqaviləsini xx.xx.2022-ci il tarixində bağlamışdır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 3.3-cü maddəsinə əsasən, məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur. Qanunun mənasına görə ayrıca mənzil əldə edilməsindən bəhs edilir. Cavabdeh kənd təsərrüfatı məqsədilə torpaq sahəsi alması ona deməyə əsas vermir ki, o mənzil sahəsi əldə etmişdir. Qanunun 3-cü maddəsinə əsasən, bu Qanun 1988-ci il yanvarın 1dən bu Qanunun qüvvəyə mindiyi vaxtadək məcburi köçkün olmuş və bu Qanunun 2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş səbəbdən Azərbaycan Respublikasına gəlmiş şəxslərə şamil edilir. Bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.
22. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 3, 4, 6-cı maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 154.1, 157.2, 157.4cü və Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə rayon Mollagüllər bələdiyyəsi ilə onun arasında bağlanılmış İM-3M-683 saylı 13 may 2022-ci il tarixli müqaviləsinə və DƏDRX-dən verilmiş rəsmi çıxarışa əsasən, 80 ha. torpaq sahəsi 15 il müddətinə onun icarəsinə verilmişdir. Həmin torpaq sahəsinin 0.37 ha hissəsi cavabdeh tərəfindən zəbt edilərək, istifadə edilir. Halbuki cavabdeh müxtəlif alqı-satqı müqavilələri əsasında müxtəlif ölçülü torpaq sahələri alaraq mülkiyyətinə keçirmi ş və hazırda da həmin torpaqlar onun istifadəsindədir. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində onun icarəsində olan 0.37 ha torpaq sahəsindən istifadə edə bilmir. Həmçinin cavabdehin Bərdə rayonu, Samux kəndində mərhum atası X3 miras qalmış 0,28 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 52.4 kv.m olan fərdi yaşayış evi vardır ki, həmin ev hazırda cavabdeh tərəfindən idarə olunur. Cavabdeh həmçinin Bərdə rayonu, Şorəlli kəndində yeni fərdi yaşayış evi almışdır ki, məhkəmə həmin hala qiymət verməmiş, iş üzrə maddi hüquq normalarını pozmaqla qərar qəbul etmişdir.
25. Cavabdeh Fərhat qızı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, 1993-cü ildə Ağdərədən məcburi köçkün kimi gəlmiş, əvvəlcə fermada məskunlaşmışdır. Həmin ərazidə müxtəlif tik ililər inşa etmişdir. 6 baş iribuynuzlu heyvanı vardır. Bərdə rayonu, Samux kəndində mərhum atası X7 2018-ci ildə vəfatından sonra miras qalmış 0,28 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 52.4 kv.m olan fərdi yaşayış evi vardır ki, həmin evin sənədləri onda olsa da, evə nəzarət etsə də, həmin evin ona aidiyyəti yoxdur, ata evini Rusiyada yaşayan və Rusiya vətəndaşı olan qardaşı Vəzirə verəcəklər. Ona görə də ata evinə köçmək istəmir. Bərdə rayonu, Şorəlli kəndində yerləşən yaşayış evi isə bacısına məxsusdur. X53 Rayonu Kolayır kəndində doğulmuş, həmin kənd hazırda yaşadığı ərazidən təxminən 40 km. aralıdır. O, həqiqətən müxtəlif şəxslərdən alqı-satqı qaydasında təxminən 12 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi almışdır ki, həmin torpaqları isə müxtəlif adamlara icarəyə verm işdir.
26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2317/2023 nömrəli 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi) Şamil Rzaquliyev və İslam Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilmişdir. Cavabdeh Fərhat qızının İddiaçı icarəsində olan, Bərdə rayon Mollagüllər kəndində yerləşən 80 ha. torpaq sahəsinin zəbt olunmuş 0.37 ha. sahəsindən çıxarılması, cavabdehin həmin torpaq sahəsində tikdiyi 3 tövlə, bir yaşayış evi, qarğı və setka çəpərləmələrin cavabdehin öz hesabına sökülməsi qət edilmişdir.
27. Kollegiya bildirmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki halla rına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Kollegiya mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh mülkiyyətində 12,0329 ha kənd təsərrüfatlı torpaq sahəsi vardır. Bundan başqa, RX seriyalı, №0022965 nömrəli, xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə Bərdə rayon Samuxlu kəndində yerləşən 0.28 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət növü ilə cavabdehin atası X7 tam mülkiyyəti kimi qey diyyata alınmış, həmin ev X7 2018-ci ildə vəfatından sonra miras qalmış və həmin yaşayış evi cavabdehin faktiki sahibliyi və istifadəsindədir.
29. Cavabdeh həmin yaşayış evinin ona aidiyyətinin olmamasını, ata evini Rusiyada yaşayan və Rusiya vətəndaşı olan qardaşı Vəzirə verəcəklərini bildirsə də, məhkəmə kollegiyası həmin dəlili əsaslı və səmimi hesab etməmişdir. Belə ki, əvvəla həmin yaşayış evi hazırda cavabdeh tərəfindən faktiki olaraq qəbul olunaraq, evə onun tərəfindən sahiblik və istifadə hüququ həyata keçirilir. Həmin evə dair hüquq müəyyənedici sənədləri də cavabdeh özü məhkəmə kollegiyasına təqdim edərək, ora köçmək istəmədiyini bildirmişdir. Bundan başqa, cavabdeh məcburi köçkün kimi ilk vaxtdan harada məskunlaşması barədə məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. Cavabde h tərəfindən məhkəmə kollegiyasına təqdim edilən oğlu X16 doğum haqqında şəhadətnaməsində onun Bərdə Rayonu Kalayar kəndində anadan olması qeyd edilmiş, həmin kənd hazırda yaşadığı ərazidən təxminən 40 km. məsafədə yerləşir ki, o, bununla bağlı heç bir izah verə bilməmişdir.
30. Kollegiya hesab etmişdir ki, cavabdeh iddiaçının icarəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edərək, orada müvafiq orqanların heç bir razılığı olmadan tikililər tikməsi onun istifadəsində olan torpaq sahəsinə müdaxilə olmaqla, onu ”xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qoyur. Belə ki, Cavabdeh Fərhat qızı kənd təsərrüfatı təyinatı üçün nəzərdə tutulmuş mübahisəli torpaq sahəsini zəbt edərkən, orada məskunlaşma məqsədilə nəzərdə tutulan yaşayış üçün yararlı olan və ya yararlı hala salınma sı mümkün olan yaşayış, inzibati və yardımçı binalar mövcud olmamış, o, həmin sahəyə müvafiq icra hakimiyyəti orqanları tərəfindən yerləşdirilməmiş, əksinə məcburi köçkün kimi əvvəlcə başqa yerində yaşamış, yalnız özünün deməsinə görə təxminən 1996-cı ildən həmin ərazidən istifadə edərək, orada özbaşına tikililər tikmişdir. Halbuki özünün mülkiyyətində 12,0329 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır ki, qeyd etdiyi 6 baş iribuynuzlu heyvanı orada saxlamaq üçün kifayət qədər şəraiti vardır.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 146, 152, 157, 415.1, 415.2, 700, 706.1, 706.2, 719.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 55, 56, 68, 103, 109-cu, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 21, 22-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6, 9.6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı ilə Bərdə rayon Mollagüllər bələdiyyəsi ilə torpağın 15 il müddətinə icarəyə verilməsinə dair müqavilə İM-3M-683 saylı müqavilə 1 3 may 2022-ci ildə bağlanmışdır. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, Laçın rayonu Qozulu kəndindən məcburi köçkünlər X20 və Cavabdeh məcburi köçkün düşdükdən sonra Bərdə rayonu Mollagüllər kəndində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Göründüyü kimi, cavabdeh icarə müqaviləsindən çox daha əvvəl orada məskunlaşmışdır. Bu baxımdan iddia ərizəsində mübahisələndirilən hissədə torpaq sahəsinin cavabdeh tərəfindən zəbt etmədiyi işin mübahisəsiz halıdır. Əksinə Torpaq Məcəlləsinin 56-cı maddəsinin 4-cü hissəsinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqəl ərinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə, müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə üstünlük verilir. Bu baxımdan iddiaçı tərəfindən zəbt edildiyi iddia edilən torpaq sahəsi ilk öncə müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkün kimi, bu torpağın əvvəlki istifadəçisi kimi cavabdehə təklif edilməli idi. Digər tərəfdən yerli baxış protokolundan müəyyən edilir ki, Bərdə rayon Mollagüllər kəndində yerləşən mübahisəli torpaq sahəsində Cavabdeh yaşayış üçün 1 otaqlı yaşayış evi, qarğıdan tikili toyuq hini, yeraltı buzovların saxlanması üçün tövlə tipli tikili və 15-20 baş mal-qara saxlanması mümkün olan bilən tövlədən ibarət tikili mövcuddur. Həmin ərazilər ekspert rəyində qeyd edilən 0,37 ha tor paq sahəsinin təxminən 0,10 ha sahəsini əhatə edir. 0,27 ha hissəsi isə boş olaraq qalmış, cavabdeh tərəfindən faktiki istifadə olunduğu müəyyən olunmur.
34. İddia ərizəsində mübahisələndirilən hissədə torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmədiyi işin mübahisəsiz halıdır və torpaq sahəsinin zəbt edilməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Cavabdehin məcburi köçkün kimi ilk vaxtdan harada məskunlaşması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyi qeyd olunsa da Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, Laçın rayonu Qozulu kəndindən məcburi köçkünlər X20 və Cavabdeh məcburi köçkün düşdükdən sonra Bərdə rayonu Mollagüllər kəndində müvəqqəti məskunlaşmışlar. Bundan başqa, Bərdə ray onu Samuxlu kəndində yerləşən 0.28 ha torpaq sahəsində fərdi yaşayış evinin cavabdehin atası X7 tam mülkiyyəti kimi qeydə alındığı, həmin evin X7 2018-ci ildə vəfatından sonra miras qalaraq cavabdehin faktiki sahibliyi və istifadəsində olması barədə qənaəti də yanlışdır. Belə ki, Bərdə rayon İcra Hakimiyyəti başçısının Samux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 266 saylı arayışda qeyd olunur ki, Cavabdeh Bərdə rayon Samux kənd icra nümayəndəliyində qeydiyyatda deyil və həmin ərazidə yaşamır. Bu baxımdan məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmişdir. Nəticədə ədalət mühakiməsi çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət edilmədən həyata keçirilmiş, məhkəmə icraatı zamanı həqiqətin müəyyən edilməsi üçün lazımi tədbirlə r görülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmla ka sahiblik edən şəxsə də mənsubdur.
40. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır.
41. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
42. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
43. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
44. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və y a şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
45. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
46. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
47. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. 2-ci hissə. özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Fərhad qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2317/2023 nömrəli mülki iş üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.