Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1303/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma ) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2198/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhəri, Niza mi rayonu, Qırmızı kəndində yerləşən 0,04 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır və bu barədə sonuncunun adına Reyestr orqanı tərəfindən 12 mart 2015-ci il tarixli Çıxarış verilmişdir. 2. 12 mart 2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 0,04 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsinin döngə nöqtələri dəqiq göstərilmişdir.
3. Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 0,04 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh Arzuman qızının adına qeydə alınmışdır və bu barədə sonuncunun adına Reyestr orqanı tərəfindən 03 iyul 2018-ci il tarixli Çıxarış verilmişdir. 4. 02 iyul 2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 0,04 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsinin döngə nöqtələri dəqiq göstərilmişdir. 5. 19 iyun 2018-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 0,04 hektar yaşayış məntəqəsinə aid torpaq sahəsini Cavabdeh 4.800 manata X1 almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş yaşayış evi və həyətyanı hasarın sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq istifadəyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən, mülkiyyəti ndə olan 0,04 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdehin inşa etdirdiyi yaşayış evi və həyətyanı hasarın sökülməsi, həmin torpaq sahəsinin boşaldılaraq istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndi ərazisində yerləşən 0,04 hektar torpaq sahəsi tam mülkiyyət hüququ əsasında ona məxsusdur və bu barədə Reyestr orqanı tərəfindən 12 mart 2015-ci il tarixli çıxarış verilmişdir. Təxminən 2021-ci ilin yanvar ayında ona məlum olmuşdur ki, cavabdeh ona məxsus olan torpaq sahəsini zəbt edərək orada ev inşa etdirmişdir. Bu səbəbdən o, Reyestr orqanına ərizə ilə müraciət edərək, torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasını xahiş etmiş, cavabında ona məxsu s torpaq sahəsinin şimal-şərq tərəfdən daş hasarla hasarlanması qeyd olunmuşdur. Bundan sonra o, cavabdehdən zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də, cavabdeh onun həmin tələbinin icrasından imtina etmişdir. Bununla da cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsini zəbt etmiş, həmin sahədə yaşayış evi tikmiş və həyətyanı hasar çəkdirmişdir.
8. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, 10/1657 saylı ekspert rəyinə əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddiaçının mülkiyyətində olan 400 kv.metr torpaq sahəsinin naturada yerləşmə mövqeyi, adı qeyd edilən həmin torpaq sahəsi üzərində cavabdeh tərəfindən 21.0 kv.metr uzunluğunda daş hasar və həmin torpaq sahəsinin 53.0 kv.metr hissəsi üzərində isə fərdi yaşayış e vinin tikildiyi, iddiaçının mülkiyyətində olan 400 kv.metr torpaq sahəsinin 138.0 kv.metr hissəsinin cavabdehin faktiki istifadəsində olması müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli mütəxəssis rəyi üzrə ölçü sxemdən və ortofotodan görünür ki, 12 mart 2015-ci il tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 400 kv.metr torpaq sahəsinin 138.0 kv.metr hissəsi cavabdehin faktiki istifadəsindədir. Həmçinin cavabdehə məxsus torpaq sahəsinin çox hissəsi, o cümlədən, inşa edilmiş fərdi yaşayış evi naturada torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlarda deyil, həmin koordinatlardan kənarda yerləşir. Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar faktiki olaraq həmin ərazidə ümumi istifadədə olan yola, həmçinin paralel küçədə yerləşən və hasarlanmış iki qonşu torpaq sahəsinə, o cümlədən həmin torpaq sahələrində inşa edilmiş fərdi yaşayış evinə, yardımçı tikiliyə və hasarlanmış yan qonşu torpaq sahəsinə düşür.
9. Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(125)-142/2023 saylı qətnaməsi ilə (hakim Camal Quliyev) iddia təmin edilərək, iddiaçının mülkiyyətində olan (12 mart 2015-ci il tarixli Çıxarış və AA seriyalı 006814 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi) Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 400 kv.metr yaşayış məntəqəsinə aid torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş 21 metr uzunluğunda daş hasarın və həmin torpaq sahəsinin 53 kv.metr hi ssəsi üzərində fərdi yaşayış evinin sökülməsi, habelə iddiaçının mülkiyyətində olan (12 mart 2015-ci il tarixli Çıxarış, AA seriyalı 006814 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi) Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 400 kv.metr yaşayış məntəqəsinə aid torpaq sahəsindən cavabdehin çıxarılması və iddiaçının mülkiyyətində olan (12 mart 2015-ci il tarixli Çıxarış, AA seriyalı 006814 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi) Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 400 kv.metr yaşayış məntəqəsinə aid torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 138 kv.metr hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
10. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin zəbtdən azad olu nması barədə tələb irəli sürməkdə haqlıdır.
11. Göstərilənlərə əsasən məhkəmə ekspert rəyini sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır. Belə ki ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir, hətta cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evi və daş hasar da iddiaçıya məxsus torpaq sahəsinin üzərində yerləşir.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 2-ci bəndinə, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsini n ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli torpaq sahəsini 2018-ci ildə satın almışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq onun torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu iddia etmişdir. Məhkəmə iddiaçının mülkiyyət hüququna dair çıxarış və texniki pasporta əsasən mütəxəssis rəyi alaraq ekspertiza təyin etmişdir. Lakin bu zaman iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 0,04 ha torpaq sahəsinin inzibati ərazi hüquqları daxilində yerləşdiyi konturların müəyyən edilib-edilməməsi, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Qızılca kəndində yerləşən 0,04 ha torpaq sahəsi ilə həmin torpaq sahəsində yerləşə n yaşayış evi və həyətyanı hasarın yerləşdiyi torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kəndində yerləşən 0.04 ha torpaq sahəsinin ərazi hüdudlarına cavabdeh tərəfindən müdaxilə edilib-edilməməsi kimi suallar ekspert qarşısında qoyulmamışdır. Ekspert rəyinə nəzər salanda yalnız iddiaçıya məxsus olan torpaq sahəsinə aid Çıxarış və bunun əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əsas götürüldüyünü görmək olar. Gəncə Şəhər Məhkəməsinin qərardadı Məhkəmə Ekspertiza Mərkəzinə daxil olduqdan sonra 14 mart 2023-cü il tarixdə Ekspertiza Mərkəzi mütəxəssis rəyinin hazırlanıb göndərilməsi ilə bağlı vəsatət vermişdir. Mütəxəssis rəyi də eyni zamanda iddiaçının mülkiyyətində olan 400 kv.metr torpaq sahəsinin natura da yerləşmə mövqeyini müəyyən etmişdir. Ekspertin rəyi tam olmadığı, habelə ekspert qarşısında qoyulan suallar natamam olduğu halda məhkəmə tərəfindən onun əleyhinə qətnamə çıxarılmışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən çıxarışı var və həmin çıxarışın əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar daxilində orada ev inşa etdirmişdir. Lakin ekspert rəyində onun inşa etdiyi tikililərin ona məxsus torpaq sahəsinin koordinatlarının daxilində yerləşib-yerləşməməsi məlum deyil. Halbuki, bu halın araşdırılması hətta həqiqətən o, iddiaçıya məxsus torpaq sahəsində tikinti inşa etdirdiyi halda belə iddianın bu məhkəməyə, yoxsa inzibati məhkəmədə aidiyyatı məsələsini ortaya qoya bilərdi. Onun tərəfind ən 3 saylı Gəncə Ərazi İdarəsinə edilmiş müraciətə verilən 12 iyul 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “sözügedən torpaq sahəsinə aid mülki işin araşdırılması zamanı cavabdehin faktiki istifadə sahəsinə və iddiaçının mülkiyyət hüququnu təsdiq edən Çıxarışa istinad olunmuşdur. İddiaçının mülkiyyət hüququnu təsdiq edən Çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin və cavabdehin mülkiyyət hüququnu təsdiq edən Çıxarışın və torpaq sahəsinin planı, ölçüsü sənədlərinin verilməsinə əsas olan ilkin sənədlərdə, plan və ölçü sənədləri mövcud olmamışdır. Bu səbəbdən də mövcud mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin planı və ölçüsü sənədlərində göstərilən torpaq sahələri ilə həmin sənədlərin verilməsinə əsas olan ilkin sənədlərdə göstərilən torpaq sahələrinin naturada ye rləşmə mövqeləri arasında uyğunsuzluq halının mövcud olub-olmamasını müəyyən etmək mümkün deyildir.” Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, cavabdehin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən Çıxarışı var və həmin Çıxarışın əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar daxilində cavabdeh daş hasar çəkdirmiş və ev inşa etdirmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2198/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Afiq Hüseynzadə (məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur.
16. Məhkəmə kollegiyası mütəxəssis rəyini v ermiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssislərinin və tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş, torpaq sahəsinin üzərinə düşən evin və hasarlanmış sahəsinin hansı hissədən ibarət olmasına dair mütəxəssis ölçü sxemi və hər iki mülkiyyətçinin torpaq sahəsinin naturada yerləşmə planına uyğun olaraq ortofoto əldə edilərək mülki iş materiallarına əlavə edilməklə müəyyən edilmişdir ki, həmin ərazidə yerləşən torpaq sahələrinin koordinatları naturada yerləşmə koordinatları ilə üst-üstə düşmür.
17. Buna görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququna əsaslanıb iddianın təmin edilməsi və qətnamənin qanuni qüvvəsini alaraq icra edilməsi h azırkı iş üzrə cavabdehə də öz mülkiyyət hüququnun analoji qaydada müdafiəsinə əsas verəcəkdir ki, bu da kiçik bir dəyişikliyin (sonrakı proseslərə münasibətdə) zəncirvari reaksiyanı aktivləşdirəcəkdir. Hərçənd ki iş üzrə cavabdeh məhkəmə kollegiyasının iclasında evinin söküləcəyi və torpaq sahəsindən çıxarılacağı təqdirdə öz mülkiyyət hüquqlarını plan və ölçü sənədində göstərilən koordinatlar daxilində tələb edəcəyini bildirmişdir. Belə olan halda hazırkı işdə cavabdeh digər işdə cavabdeh şəxslərə qarşı iddiaçıya çevriləcək, digər cavabdeh şəxslər isə başqa şəxslərə qarşı iddiaçıya çevriləcəkdir ki, analoji olaraq həmin iddiaların təmin edilməsi çoxsaylı məhkəmə mübahisələrinin və bərpa olunmaz dərəcədə zərərlərin yaranmasına əsas vermiş olacaqdır. Ən əsası isə nəzərə alınmalıdır ki, həmi n ərazidə faktiki olaraq müəyyən intizam çərçivəsində məskunlaşma aparılmaqla, ümumi istifadə obyektləri (yol, kommunal xətlər və sair) müəyyənləşməklə birgə yaşayış formasında ictimai maraq formalaşmışdır. Məhz bu baxımdan iddiaçı da məhkəmə kollegiyasının iclasında yarana biləcək vəziyyətin fərqində olduğunu, buna görə də müvafiq kompensasiya məbləği verilməklə mülkiyyət hüququnun xitamına razılığını ifadə etmişdir. Bununla yanaşı hazırki vəziyyətdə iddiaçının mülkiyyət hüququna cavabdeh tərəfindən müdaxilənin olması sübut olunmaqla, hazırkı iddia tələbi iddiaçının fərdi maraqları çərçivəsində olmuşdur. Lakin iddiaçının mülkiyyət hüquqlarının qorunmasında ifadə olunan “fərdi maraq” tətbiq ediləcəyi təqdirdə “fərdi maraq”la “ictimai maraq” arasındakı ədalət tarazlığı pozulacaqdır.
18. M əhkəmə kollegiyası onu da qeyd etmişdir ki, mülkiyyət hüququnun kompensasiyası mümkün olmaqla qeyd olunan əsaslara görə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması ona dəyən zərərin ədalətli şəkildə tam olaraq kompensasiya edilməsini zəruri etməkdədir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hazırkı cavabdehə və torpaq sahəsinə müdaxilə etmiş digər şəxsləri müəyyən etməklə onlara qarşı müvafiq kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi tələbini irəli sürməkdə haqlı hesab oluna bilər ki, müvafiq kompensasiya məbləği ödənildikdən və iddiaçının mülkiyyət hüququna xitam verildikdən sonra isə iddiaçının mülkiyyət hüququna müdaxilə etmiş torpaq mülkiyyətçiləri torpaqlarının plan və ölçü sənədlərindəki koordinatlarının faktiki vəziyyətə uyğunlaşdırılmasını aidiyyə ti inzibati orqandan tələb də bilər. Qeyd edilən halda isə hazırkı mübahisə və gələcəkdə yarana biləcək çoxsaylı mübahisələr bərpa olunmaz zərərlər vurmadan həll edilmiş hesab olunacaqdır.
20. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 138.0 kv.metr hissəsi cavabdehin faktiki istifadəsində olmaqla, həmin torpaq sahəsinin 53.0 kv.metr hissəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir ki, bununla da 75 kv.metr torpaq sahəsi boş olmaqla, üzərində hər hansı bir tikili aparılmamışdır. Lakin iddianın qismən təmin edilməklə yalnız həmin torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması işin halları baxımından yuxarıda qeyd olunan məqsədə nail olmağa səbəb olmayacaqdır.
21. Məhkəmə kollegiyası öz hüquq i mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1, 6.3, 152.1, 152.5-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətini təmin edib birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya məhkəməsi iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Mülkiyyət hüququnun Azərbaycan Respublikasında konstitusi on səviyyədə tanınan və qorunan bir dəyər hesab olunmasını qeyd edən apellyasiya məhkəməsi nəticədə özü iddiaçının konstitusion səviyyədə tanınan və qorunan hüququnun pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Sual olunur ki, bu işdə yalnız cavabdehmi mülkiyyətçidir? Bəs iddiaçı mülkiyyətçi deyildirmi? Niyə qanunun tələbindən yalnız cavabdehin mövqeyini qorunması üçün istifadə edilməlidir? Bəs “hüquq bərabərliyi” prinsipi harada qaldı?. Bundan başqa apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh evinin söküləcəyi və torpaq sahəsindən çıxarılacağı təqdirdə öz mülkiyyət hüquqlarını plan və ölçü sənədi daxilində tələb edəcəkdir. Hazırki iddia tələbi iddiaçının fərdi maraqları çərçivəsində olmuşdur, iddiaçının mülkiyyət hüquqlarının qorunmasında ifadə olu nan “fərdi marağın”ın tətbiq ediləcəyi təqdirdə “fərdi maraq”la “ictimai maraq” arasında ədalət tarazlığı pozulacaqdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsini rəhbər tutmalı və hazırki işə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Nəticədə qanuni olmayan qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi yalnız məhkəmənin özünün irəli sürdüyü hüquqi dəlillərdən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən Mülki Prosessual Məcəllənin 418-ci maddəsinin tələblərini pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
26. Maddə
29. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Mülki prosessual qanunverciliyə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
38. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub.
39. Belə ki işin mübahisə olunmayan hallarına görə Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən 0,04 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb və barədə onun adına Reyestr orqanı tərəfindən 12 mart 2015-ci il tarixli Çıxarış, 12 mart 2015-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” verilib. Həmçinin həmin kəndə yerləşən 0,04 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb və bu barədə onun adına Reyestr orqanı tərəfindən 03 iyul 2018-ci il tarixli Çıxarış, 02 iyul 2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” verilib.
40. Hazırda iddiaçı qanuni əsaslarla mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin cavabdeh tə rəfindən zəbt olunaraq daş hasar çəkilməklə orada fərdi yaşayış evi inşa edildiyini göstərmiş, mülkiyyətində olan həmin torpaq sahəsindən cavabdehin çıxarılmasını, sonuncunun həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin, daş hasarın sökülməsini və həmin torpaq sahəsinin boşaldılaraq onun istifadəsinə qaytarılmasını iddia edir.
41. Cavabdeh isə daş hasarı və fərdi yaşayış evini özünün mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin sərhədləri daxilində inşa etdiyini, həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə etdiyini, tikinti apararkən iddiaçının qanunla qorunan hər hansı hüququnu pozmadığını, torpaq sahəsinin öz mülkiyyətində olduğunu ehtimal etdiyini göstərib iddiaya etiraz edir.
42. Göründüyü kimi tərəflərin hər birinin mülkiyyətində 0,04 ha torpaq sahələri vardır, cavabdeh iddiaçının razılığı olmadan onun mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin 138,0 kv.metr hissəsini zəbt edib, həmin topaq sahəsində uzunluğu 21.0 metr olan daş hasar çəkib, 53,0 kv.metr hissəsində isə fərdi yaşayış evi inşa edib və tərəflər arasındakı hazırkı mübahisə cavabdeh tərəfindən daş hasarın və evin sökülərək torpaq sahəsinin iddiaçıya təhvil verilməməsi ilə bağlı yaranıb.
43. Göstərilən hallar iş üzrə keçirilmiş mütəxəssis və ekspert rəyləri ilə də təsdiq olunur. Belə ki həmin rəylərlə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsi naturada öz koordinatları daxilində yerləşir, cavabdeh tərəfindən həmin torpaq sahəsində uzunluğu 21,0 metr olan daş hasar çəkilib, həmin torpaq sahəsinin 53,0 kv.metr hissəsi üzərində isə fərdi yaşayış evi inşa edili b və iddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin bütövlükdə 138,0 kv.metr hissəsi cavabdehin qanunsuz istifadəsindədir.
44. Apellyasiya instansiyası məhkəməsi iddia tələblərini rədd edərkən mübahisəli 0,04 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılacağı halda həmin ərazidə zəncirvari reaksiyaya səbəb ola biləcək çoxsaylı torpaq mübahisələrinin yaranacağına, həmin ərazidə faktiki olaraq müəyyən intizam çərçivəsində məskunlaşma aparılmaqla, ümumi istifadə obyektlərinin (yolların, kommunikasiya xətlərinin və sair) müəyyənləşdirilməklə birgə yaşayış formasında ictimai maraqların formalaşmasına, məhz bu baxımdan iddiaçının da yarana biləcək vəziyyətin fərqində olmasına və buna görə də müvafiq kompensasiya məbləği verilməklə mülkiyyət hüququnun xitamına razılığını ifadə etməsinə, h azırkı iddia tələbinin iddiaçının fərdi maraqları çərçivəsində olmasına, lakin onun mülkiyyət hüququnun qorunmasında ifadə olunan “fərdi maraq” əsas tutulacağı halda “ictimai marağ”-ın pozulacağına, qalan 75 kv.metr torpaq sahəsinin boş olmaqla, üzərində hər hansı bir tikili olmasa da həmin torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılmasının da işin halları baxımından yolverilməz olmasına istinad etsə də kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.
45. Əvvəla, hazırkı mübahisə üzrə iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir və həmin maddədə göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
46. Maddənin mənasına görə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məc mu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması.
47. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanun suz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, vimdecere- sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir.
48. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi açıq-aşkar Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərini pozub və mübahisəli 0,04 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını, həmin torpaq sahəsinin 138,0 kv.metr hissəsinə cavabdehin qanunsuz sahiblik etməsini və beləliklə də 0,04 ha torpa q sahəsinin mülkiyyətçi kimi iddiaçının faktiki sahibliyindən çıxmasını, habelə həmin torpaq sahəsinin naturada mövcud olmasını və tərəflər arasında torpaq sahəsi ilə bağlı hər hansı müqavilənin, razılaşmanın və sair öhdəliyin olmamasını nəzərə almayıb.
49. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamədə istinad etdiyi əsaslandırma ilə razılaşmır və hesab edir ki, qətnamədə göstərilən hallar iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması və ya həmin torpaq sahəsinin 138,0 kv.metr hissəsinin cavabdehə güzəştə gedilməsi və sair üçün əsas ola bilməz. Çünki yuxarıda sadalanan normaların mənasına görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona d air sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət yalnız dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən qanunla nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhəddinin mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.
50. Hazırkı işdə qeyd olunan hallardan heç biri yoxdur, ona görə də iddiaçı mülkiyyətçi olaraq özgəsinin, yəni cavabdehin qanunsuz sahibliyində olan öz torpaq sahəsini geri tələb etməkdə haqlıdır.
51. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, habelə cavabdehin qanuni əsaslarla mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin naturada sərhədlərini yerində müəyyən etmədən xüsusi bilik tələb edən bu kimi sualların aydınlaşdırılması üçün iş üzrə müvafiq ekspertiza keçirib həmin torpaq sahəsinin faktiki kimin istifadəsində olduğunu, ümumiyyətlə tərəflərin mülkiyyətlərində olan torpaq sahələrindən yolların, digər kommunikasiya xətlərinin keçib-keçmədiyini, başqa sözlə cavabdehin iddiaya etiraz ərizəsinin dəlilləri üzrə heç bir araşdırma aparmadan, yalnız özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərə əsaslanaraq iddianın təmin edilməsinin “ictimai marağa” zidd olduğu və digər çoxsaylı torpaq mübahisələrinə səbəb olacağı qənaətinə gəlmişdir.
52. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub.
54. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansi yası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
55. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquq i qiymət verilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 2(104)-2198/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qanuni qüvvəyə minir.