Məhkəmə qərarları › İş №2(102)-1303/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1303/2025

28.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1303/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "Caspian Event Organisers” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı nın cavabdeh "X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-528/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabde h "X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2022-ci il tarixdə 19 saylı əmrlə "X3” MMC-də satış üzrə menecer vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə həmin tarixli əmrlə şöbənin layihə meneceri vəzifəsinə keçirilmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixindən etibarən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən ünvanlanmış məktubda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçinin başqa işəgötürənlə əmək müqaviləsi bağladığı təqdirdə ərizəsində qeyd etdiyi gündə işdən çıxa biləcəyi qeyd olunmuşdur. Qeyd olunan halı n nəzərə alınaraq 15 may 2024-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması xahiş olunmuşdur. 3. "X3” MMC-nin xx.xx.2024-cü il tarixli məktubu ilə X1 cəmi 8 gün sonra, yəni 14 may 2024-cü ildə işdən azad edilmək istədiyi göstərilmiş və Qanunvericiliyin tələbini nəzərə alaraq ərizəni təqdim etdiyi gündən 1 təqvim ayı sonra işdən ayrıla bilməsi qeyd olunmuşdur. 4. "X3” MMC tərəfindən İddiaçı na ünvanlanmış xx.xx.2024-cü il tarixli 002/24 nömrəli məktuda istinad olunan Əmək Məcəlləsinin 69.1-ci maddəsində qeyd olunduğu kimi yeni işəgötürənlə bağlanmış hüquqi qüvvəsi olan əmək müqaviləsinin surətinin təqdim olunması tələb edilmiş, əks təqdirdə ərizə təqdim olunan gündən 1 təqvim ayı sonra işdən ayrıla bilməsi qeyd olunmuşdur. 5. "X3” MMC tərəfindən İddiaçı na ünvanlanmış x x.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, 15 may 2024-cü il, 16 may 2024 və 17 may 2024-cü il tarixlərində işdə olmamışdır. Təcili işə çıxması və işə gəlmədiyi tarixlər üçün İnsan Resursları şöbəsinə yaxınlaşıb izahat yazmağı xahiş olunmuşdur.

6. İddiaçı nın iş vaxtı iş yerində olmaması haqqında xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlar tərtib edilmiş, həmin tarixlərdə, saat 09:00-da işçilər tərəfindən daxili nizam-inzitam qaydalarına əmək olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində layihə meneceri İddiaçı nın iş yerində olmaması müəyyən edilmişdir. 7. "X3” MMC-nin xx.xx.2024-cü il tarixli, 007 saylı əmri ilə İddiaçı heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən (Əmə k Məcəlləsinin 72-ci maddəsinin "a” bəndində sadalanan hal) tutduğu vəzifədən azad edilmişdir. 8. "Orientations Events” MMC arasında bağlanmış 15 may 2024-cü il tarixli əmək müqaviləsi ilə İddiaçı sərgi xidmətinin meneceri vəzifəsinə işə qəbul edilmişdir.

9. Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli əmək müqaviləsi ilə İddiaçı xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də işə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "X3” MMC-nin (bundan sonra “cavabdeh” və ya “MMC” və ya “işəgötürən”) xx.xx.2024-cü il tarixli, 007 nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələb i belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixli 19 nömrəli əmrlə MMC-də əmək müqaviləsi əsasında işə başlamış, xx.xx.2024-cü il tarixli əmrlə layihə meneceri vəzifəsində işini davam etdirmişdir. İşlədiyi müddətdə iddiaçı tərəfindən hər hansı intizam pozuntusuna yol verilməmiş, haqqında hər hansı intizam tənbehi tətbiq edilməmişdir. İddiaçıya gəlmiş yeni iş təklifi əsasında iddiaçı xx.xx.2024-cü il tarixində cavabdehə ərizə ilə müraciət edərək başqa işəgötürənlə əmək müqaviləsi bağlanmasını əsas götürərək onunla aralarında olan əmək müqaviləsinə vaxtından əvvəl, 15 may tarixində xitam verilməsini xahiş etmişdir. Cavabdeh isə cavab məktubu ilə iddiaçının ərizəsində qeyd eidlən halın təsdiq edilməsi üçün bağladığı əmək müqaviləsinin surətini təqdim etməsini, əks halda, 1 ay s onra əmək müqaviləsinə xitam veriləcəyini bildirmişdir. Yeni işəgötürənlə əmək müqaviləsi xx.xx.2024-cü il tarixində imzalandığından, o cümlədən yeni işəgötürən müqavilənin konfidensial saxlanılmalı olduğunu bildirdiyindən yeni əmək müqaviləsini cavabdehə təqdim etmək dediyi tarixdə mümkün olmamışdır, lakin işə qəbulla bağlı aidiyyəti qurumun rəsmi internet səhifəsindən bildirişin təqdim edəcəyini bildirmişdir. Cavabdeh isə bununla razılaşmamış və hər hansı bir hüquqi əsas olmadan iddiaçı ilə aralarında olan əmək müqaviləsinə xitam vermişdir. Əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi faktiki və Əmək Məcəlləsinin 69.3-cü bəndində qeyd edilən əsas üzrə olduğundan iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qanu ni əsaslı və ədalətli deyildir.

12. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 05 aprel 2022-ci il tarixdə MMC-də satış üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 06 may 2024-cü il tarixdə cavabdehə müraciət edərək 14 may 2024-cü il tarixdən etibarən işdən azad olunmasını xahiş etmişdir. Ərizədə başqa hər hansı əsas, məsələn, başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması göstərilməmişdir. Cavabdeh iddiaçının ərizəsinə cavab olaraq, qanunvericiliyin tələbi baxımından ərizəsində göstərdiyi tarixdə deyil, 1 təqvim ayı sonra işdən azad edilə biləcəyini iddiaçıya bildirmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edir. Ümumi qayda belədir ki, işçi bir təqdim ayı qabaqcad an işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son-haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Yəni işçi istədiyi vaxt işdən çıxa bilməz. Bir aylıq xəbərdarlıq müddəti bu məqsədlə müəyyən edilir ki, işəgötürən həmin işçinin yerinə yeni işçi tapmaq imkanına malik olsun, işəgötürənin iş ahəngi pozulmasın və işəgötürənin fəaliyyətinə xələl gəlməsin. Digər tərəfdən, işçi ilə bağlanmış əmək müqaviləsinə onun ərizəsində göstərdiyi gün o hallarda xitam verilə bilər ki, işçi başqa işəgötürən ilə əmək müqaviləsi bağlasın və ya digər əsaslar mövcud olsun. İşçi başqa işəgötürənlə müqavilə bağlamışsa, yaxud digər əsaslar varsa, o, işdən çıxmaq istədiyi müəssisəyə bu barədə mü vafiq sübutlar təqdim etməlidir (məs: başqa işəgötürənlə bağladığı əmək müqaviləsinin surətini/əmək müqaviləsi bildirişini və s.). İddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinin tələblərinə uyğun olaraq cavabdehə bu barədə hər hansı sübut təqdim etməmiş, lakin 15 may 2024-cü il tarixdə və ondan sonrakı müddətdə heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. Cavabdehin 007 nömrəli 22 may 2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilmişdir. Beləliklə, cavabdehin 007 nömrəli 22 may 2024-cü il tarixli əmri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi əmək müqaviləsinə dəyişiklik edilməsi barədə bildirişdən görünür ki, iddiaçının başqa işəgötürənlə – "Orientation E vents” MMC ilə bağladığı əmək müqaviləsi 15 may 2024-cü il tarixdən deyil, 24 may 2024-cü il tarixdən qüvvəyə minmişdir. Belə ki, müvafiq əmək müqaviləsi bildirişi sistemə 24 may 2024-cü il tarixdə daxil edilmiş və bildiriş həmin tarixdə imzalanmışdır. Deməli, iddiaçı ilə başqa işəgötürən arasında əmək münasibətləri məhz 24 may 2024-cü il tarixdən yaranmışdır.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4009/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, iddiaçı barəsində cavabdeh tərəfindən verilmiş “əmək müqaviləsinə xitam verilməsi” haqqında xx.xx.2024cü il tarixli, X/007/24 nömrəli əmr ləğv edilmişdir. (hakim Ülkər Xəlil)

14. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixdən eti barən işə çıxmaması işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə 1 təqvim ayı sonra xitam verilə biləcəyini, digər işəgötürənlə əmək müqaviləsi bağladığı halda təqdim olunması tələb etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxmamış, cavabdeh iddiaçıya bir neçə dəfə məktub ünvanlayaraq işə gəlməsini və izahat yazmasını tələb etmiş, xx.xx.2024-cü il tarixli əmrlə isə xx.xx.2024-xx.xx.2024-cü il tarixədək iddiaçının işə gəlməməsini əsas götürərək onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edərək xitam vermişdir. İddiaçı cavabdehlə bağlanmış hüquqi qüvvəsi olan ə mək müqaviləsi olduğundan digər işəgötürənlə yazılı formada kağız daşıyıcıda tərtib edilməklə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlamış, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş xx.xx.2024-cü il tarixdə sistemə daxil edildikdən 1 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildiriş daxil edilərək xx.xx.2024-cü il tarixdən digər işəgötürənlə işə başlamışdır.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. İddiaçının başqa işəgötürənlə əmək müqaviləsi bağladığını bildiyi halda, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddə sinin "ç” bəndi ilə xitam verməsi iddiaçıya qarşı cavabdehin qərəzli mövqeyinin olduğunu əks etdirir. Belə ki, iddiaçı cavabdehdən əvvəl onunla əmək münasibətlərini davam etdirmək niyyətində olmaması ilə bağlı iradəsini ifadə etmişdir. xx.xx.2024-cü il tarixdən isə digər işəgötürənlə bağlanmış əmək müqaviləsinə əsasən işə başlamışdır. Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsi isə daha çox işçinin mənafeyinə xidmət edən norma olub, ümumi qaydadan istisnalar müəyyən edir.

16. Digər bir tərəfdən, iddiaçının xx.xx.2024-cü il tarixdən işə gəlməməsi ilə əmək funksiyasını pozması müəyyən edilsə də, bu pozuntunun xarakteri və ağırlıq dərəcəsi onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinin tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə mütənasib deyildir. İşəgötürən olan cavabdeh iddiaçının 2022-ci ildən MMC-də qüsursuz işləməsini, peşəkarlıq səviyyəsini nəzərə almadan onun barəsində ən ağır intizam tənbeh tədbirini tətbiq etmişdir. Halbuki, qanunvericilik işəgötürənə imkan verir ki, əmək intizamının pozulmasına görə işçi barəsində qanunvericiliklə nəzərdə tutulmuş alternativ intizam tənbeh tədbirlərindən birini tətbiq etsin.

17. Bundan əlavə, iddiaçının xx.xx.2024-cü il tarixdən digər işəgötürənlə əmək müqaviləsi bağlaması iddiaçı tərəfindən sübut edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 12, 49, 69, 70, 71, 72-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qər arı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə əmək münasibətlərini davam etdirmək niyyətində olmamasını bildirsə də, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi nə əsasən bildirməyib. Heç ərizəsində belə bir halı qeyd etməyib, yəni iddiaçı bir aylıq müddəti gözləməli idi. İddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə istinad edərək əmək müqaviləsinə xitam vermək niyyətini bildirsə idi belə, bu, hələ həmin əsas üçün yetərli deyildi. Çünki, qanunvericilik açıq-aydın yazır ki, "başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması" əsasında şəxs ərizəsində göstərdiyi tarixdən əmək müqaviləsinə xitam verə bilər. Burada hər hansı “niyyət” kimi sübut edilməsi mümkünsüz olan mücərrəd anlayışlardan bəhs edilmir. Konkret olaraq “əmək müqaviləsinin bağlanması” qeyd edilir və əmək müqaviləsinin bağlanması qaydası da Əmək Məcəlləsinin 7-ci maddəsində müəyyən edilir. Məhkəmənin əsaslandığı əmək münasibətlərinə davam etməmə barədə “niyyətin ifadəsi” ya lnız tərəflərin qarşılıqlı razılığı kontekstində dəyərləndirilə bilər. Yəni, işçi deyirsə ki, başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq niyyətindədir və buna görə də hazırki işindən ayrılmaq istəyir, belə olan halda, o, yalnız işəgötürənin razılığı ilə, qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddəti gözləmədən işdən çıxa bilər. Çünki, bu artıq tərəflərin danışıqlarının nəticəsi ola bilər. Lakin işçi sadəcə olaraq işlərini tamamlamamaq və öz əmək funksiyalarını yerinə yetirməkdən imtina edərək günlərlə işə gəlməyib və 24 may 2024-cü il tarixində qüvvəyə minmiş əmək müqaviləsinə istinad edərək hüquqlarının pozulmasını iddia edib. Məhkəmə sonrakı tarixlə qüvvəyə minmiş əmək müqaviləsini daha əvvəlki tarixli əmrdən qaynaqlanan mübahisəyə şamil etmişdir. Belə çıxır ki, cavabdeh öz əmrind ə hələ qanuni qüvvəyə minməmiş bir əmək müqaviləsinə əsaslanmalı idi. Belə olan halda, artıq həmin əmrin özü əsassız olacaqdı. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması işçinin ərizəsində göstərdiyi tarixdən əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslardan biridir. Lakin bu iş üzrə həmin əsasın yaranması praktiki cəhətdən mümkünsüz idi. Belə ki, Əmək və Məşğulluq altsistemi imkan vermir ki, işçi əsas iş yeri ola-ola digər bir işəgötürənlə əsas iş yeri üzrə əmək müqaviləsi bağlasın. Yalnız Əmək Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq əvəzçilik üzrə əmək müqaviləsi bağlana bilər. Amma iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə də yalnız işəgötürənin razılığı ilə yol verilir. Belə bir razılıq da işəgötürən tərəfindən verilməyib. İddiaç ı heç belə bir niyyətinin olmasını da nə şifahi, nə də yazılı qaydada cavabdehə bildirməyib, yəni belə bir iradə ifadəsi, ümumiyyətlə, olmayıb. Cavabdeh yalnız məhkəmədə öyrənib ki, iddiaçı başqa işəgötürənlə 24 may 2024-cü il tarixində əmək müqaviləsi bağlamışdır. Odur ki, işçi Cavabdeh MMC-də çalışarkən nəinki başqa işəgötürənlə əmək müqaviləsi bağlamış, ümumiyyətlə, belə bir niyyəti olması barədə çalışdığı müəssisənin rəhbərliyini xəbərdar etməmişdir. Yəni belə bir faktiki hal, ümumiyyətlə, mövcud olmayıb. Birinci instansiya məhkəməsi, əslində uydurulmuş bir fakta istinad edib və onu əsaslandıra bilməmişdir. Bundan başqa, əmək münasibətlərinə faktiki olaraq 15 may 2024-cü il tarixində başlanılıb, əmək münasibətləri 24 may 2024-cü il tarixində rəsmiləşdirilbsə, bunun özü hüquq pozuntusud ur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-528/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Xumar Mərdanova)

22. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə 1 təqvim ayı sonra xitam verilə biləcəyini, digər işəgötürənlə əmək müqaviləsi bağladığı halda təqdim olunmasını tələb etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxmamış, cavabdeh iddiaçıya bir neçə dəfə məktub ünvanlayaraq işə gəlməsini və izahat yazmasını tələb etmiş, xx.xx.2024-cü il tarixli əmrlə isə xx.xx.2024-xx.xx.2024-cü il tarixədək iddiaçının işə gəlməməsini əsas götürərək onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə istinad edərək xitam vermişdir. İddiaçı cavabdehlə bağlanmış hüquqi qüvvəsi olan əmək müqaviləsi olduğundan digər işəgötürənlə yazılı formada kağız daşıyıcıda tərtib edilməklə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlamış, cavab dehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş xx.xx.2024-cü il tarixdə sistemə daxil edildikdən 1 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildiriş daxil edilərək xx.xx.2024-cü il tarixdən digər işəgötürənlə işə başlamışdır.

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iş materiallarına əsasən iddiaçının xx.xx.2024-cü il tarixdən işə gəlməməsi ilə əmək funksiyasını pozması müəyyən edilsə də, bu pozuntunun xarakteri və ağırlıq dərəcəsi onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinin tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə mütənasib deyildir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işəgötürən olan c avabdeh iddiaçının 2022-ci ildən MMC-də qüsursuz işləməsini, peşəkarlıq səviyyəsini nəzərə almadan onun barəsində ən ağır intizam tənbeh tədbirini tətbiq etmişdir. Halbuki, qanunvericilik işəgötürənə imkan verir ki, əmək intizamının pozulmasına görə işçi barəsində qanunvericiliklə nəzərdə tutulmuş alternativ intizam tənbeh tədbirlərindən birini tətbiq etsin. Bundan əlavə, iddiaçının xx.xx.2024-cü il tarixdən digər işəgötürənlə əmək müqaviləsi bağlaması iddiaçı tərəfindən sübut edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçı cavabdehdən əvvəl onunla əmək münasibətlərini davam etdirmək niyyətində olmaması ilə bağlı iradəsini ifadə etmişdir. xx.xx.2024-cü il tarixdən isə digər işəgötürənlə bağlanmış əmək müqaviləsinə əsasən işə başlamışdır. Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsi isə daha çox işçinin mənafeyinə xidmət edən norma olub, ümumi qaydadan istisnalar müəyyən edir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndi, 49-cu maddəsinin 1-ci hissəsi, 69-cu maddəsinin 1 və 3-cü hissələri, 70-ci maddəsi, 71-ci maddəsinin 2-ci hissəsi, 72-ci maddəsinin “a” bəndi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a istinadla əsaslandırmışdır.. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir. İşin hallarından görünür ki, iddiaçı heç bir üzrlü səbəb olmadan 15 may 2024-cü il tarixdən işə gəlməmiş, eyni zamanda cavabdehin bununla bağlı müraciətlərinə cavab verməmişdir. İddiaçının cavabdehin müraciətlərinə məhəl qoymama sı və işə gəlməməsi cavabdeh müəssisədə əmək intizamının və iş ahənginin pozulmasına səbəb olmuşdur. Cavabdeh bir neçə gün sonra, yəni 22 may 2024-cü il tarixdə 007 nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam vermişdir. Məhkəmənin gəldiyi nəticə (İddiaçı tərəfindən yol verilmiş pozuntuya cavabdehin tətbiq etdiyi tədbirin mütənasib olmaması) tamamilə yanlışdır. Belə ki, 1) cavabdeh iddiaçının işə gəlməməsi ilə bağlı mövqeyinə bir həftə ərzində təmkin və səbr nümayiş etdirmiş, nəticə olmadıqda isə müvafiq əmr vermişdir; 2) Qanunvericil ik Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq olunmasının “işçinin hərəkət və hərəkətsizliyinə mütənasiblik” meyarlarını müəyyən etməmişdir. Göründüyü kimi, cavabdehin 007 nömrəli 22 may 2024-cü il tarixli əmri qanunvericiliyin tələblərinə tam şəkildə uyğun olmuşdur. İddiaçı öz tələbinin əsası kimi cavabdehin ona münasibətdə qərəzli olmasını göstərmiş, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə isə öz növbəsində yalnız iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına əsasən “müəyyən etmişdir” ki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi onun iddiaçıya qarşı qərəzli mövqeyini əks etdirir. Buna baxmayaraq, cavabdeh öz etirazının əsası kimi, yəni əmrin qanuni və əsas lı olmasını ifadə edən bütün zəruri sübutları məhkəməyə təqdim etsə də, nəzərə alınmamış, həmin sübutların hansı səbəbdən nəzərə alınmadığı məhkəmənin qətnaməsində əsaslandırılmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol vermiş, nəticədə iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 12 (bənd h). Əmək münasibətləri sahəsində əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hall ar istisna olmaqla) işəgötürənin əsas vəzifəsidir. Maddə 49 (hissə 1). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 12-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Maddə 69 (bənd 1). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69 (bənd 3). İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəli klərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər. Maddə 71 (hissə 2). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan də ymiş olsun. Maddə 72 (bənd a). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” Bənd

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra-elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Bənd 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq ü çün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nətic ələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyy ətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyası məhkəmələrin hazırki qərarın 14-17, 22-25-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və buna görə də əlavə şərhə zərurət görmür.

36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

37. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

38. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər cavabdehin iddia tələbinə etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də qiymət verməklə, məhkəmələr iddianı təmin etmiş, cavabdehin etirazını qəbul etməmiş lər.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-528/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar