Məhkəmə qərarları › İş №2(102)-1304/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1304/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1304/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (Bakı şəhər İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi (satıcının əşyanı vermək vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəh ər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “mənzilin təhvil verilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-169/2023 nömrəli, 4 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 135 saylı, 01 aprel 2015-ci il tarixli sərəncamına əsasən, İddiaçı 1 nəfər ailə tərkibi ilə, Cavabdeh MTK-nın, Nizami rayonu, Ə.Ha cıyev, Q.Qarayev və T.Abbasov küçələrində yerləşən 2442-ci məhəllədə inşa etdiyi 6 saylı yaşayış binasının 1-ci girişinin, 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,0 kv metr, yaşayış sahəsi 55,9 kv metr olan 3 otaqlı 122 saylı mənzil verilmişdir. 2. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 07 aprel 2015-ci il tarixli, 142 nömrəli müqaviləyə əsasən satıcı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 40-da inşa ediləcək 6 saylı yüksək mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96 kv metrdən ibarət olan, 3 otaqlı, 122 saylı mənzili Bakı şəhər İcra Hakimiyyəti Başçısının 10/897 saylı 11 mart 2015-ci il tarixli sərəncamına əsasən İddiaçı verilmişdir. 3. 29 oktyabr 2020-ci il tarixli, **********54-05301-093209 reyestrli nömrəli texniki pasportda İddiaçı veril miş Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, bina 124, mənzil 122 (yeni qaydalarla: AZ1002, ünvan 1 ünvanında yerləşən binanın mərtəbəliyi 16/texniki mərtəbə qeyd olunmuşdur.

4. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, ev 120,122, 124, mənzil 122, (Yeni qaydalarla: AZ1002, ünvan 1 tam payda xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

5. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış 03 fevral 2015-ci il tarixli məktubda və ona əlavə edilmiş 28 yanvar 2015-ci il tarixli rəydə qeyd olunub ki, təqdim olunmuş layihə tapşırığında 1-ci mərtəbə iki səviyyəli qeyri-yaşayış, 2+17-ci mərtəbələr yaşayış sahəsi kimi qeyd olunduğu üçün düzəliş edilməlidir.

6. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilib ki, İddiaçı ünvan 4 ünvanında yerləşən əmlaka müəyyən düzəlişlər aparmaqla yeni texniki pasportun verilməsi barədə ərizəsinə baxılmışdır, belə ki, binanın istismara icazə aktına görə birinci mərtəbəsi iki səviyyəli 16 (+texniki) mərtəbəlidir. Sözügedən mənzil də binanın texniki mərtəbəsində yerləşir.

7. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin 19 noyabr 2021-ci il tarixli məktubunda İddiaçı Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2442-ci məhəllədə yerləşən Cavabdeh MTK-ya məxsus 6 saylı yaşayış binasının istismara hazırlığı barədə rəyi ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı arasında mənzilin mərtəbəliyi hissəsində yaranmış ziddiyyət barədə məlumatın verilməsinə dair xx.xx.2021-ci il tarixli 076 nömrəli müraciətinə Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2442-ci məhəllədə Cavabdeh MTK-ya məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-ci il tarixli 270 nömrəli istismara icazə sənədinə əsasən istismarına icazə verilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 529 nömrəli Fərmanın 1-ci hissəsinə uyğun olaraq tikinti obyektinin istismarına icazə verdiyi gündən 3 gün müddətində həm in icazənin və Fərmanın 1.1-ci bəndində göstərilən layihənin elektron surətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və qurumlara göndərilməsini təmin edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 5 ünvanında 6 saylı yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, 96 kv.metrdən ibarət olan, 122 saylı mənzilin iddiaçıya təhvil verilməsi və 1000 manat dəymiş mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən f aktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, müqavilədə MTK tərəfindən iddiaçıya 17-ci mərtəbədə mənzilin verilməsi qeyd edilsə də, cavabdeh iddiaçıya texniki mərtəbədə mənzil vermişdir. İddiaçıya DƏDRX tərəfindən verilmiş çıxarışda mərtəbə “M17” kimi qeyd edilmiş, o cümlədən mənzilin yerləşdiyi bina müqavilədə və sərəncamda göstərildiyi kimi 6 saylı binada deyil, 40 saylı binada verilmişdir. Qeyd edilən çıxarışı vermiş DƏDRX orqanı həmçinin onların çıxarışda yazılanları araşdırması nəticəsində texniki pasport vermişlər, hansı ki, həmin pasportda da DƏDRX özü qeyd etmişdir ki, həmin mənzil texniki mərtəbədə yerləşir. Cavabdeh özü sübut etməlidir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında 17-ci mərtəbə qeyd edildiyini gördüyü halda, hansı səbəbdən texniki mərtəbə də iddiaçıya mənzil vermişdir, əgər cavabdeh həmin mərtəbənin texniki mərtəbə olduğunu bilirdisə, hansı səbəbdən bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verib yanlışlığı aradan qaldırmamışdır. Bütün bunlardan görünür ki, cavabdeh qeyd edilən məqamlara formal yanaşmış, nəticədə iddiaçının hüququları pozulmuşdur.

10. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, təmsil etdiyi MTK hazırkı iddia tələbinə münasibətdə cavabdeh ola bilməz. Çünki MTK konkret olaraq Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamından irəli gələn göstərişi yerinə yetirmişdir. Yəni, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 135 saylı, 01 aprel 2015-ci il tarixli sərəncamına əsasən, İddiaçı Cavabdeh MTK-nın Nizami rayonu, Ə.Hacıy ev, Q.Qarayev və T.Abbasov küçələrində yerləşən 2442-ci məhəllədə inşa etdiyi 6 saylı yaşayış binasının 1-ci girişinin 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,0 kv metr, yaşayış sahəsi 55,9 kv metr olan 3 otaqlı 122 saylı mənzilin verilməsi tapşırılmış, MTK isə təmənnasız olaraq, hər hansı məbləğ müqabilində olmadan, yəni əvəzsiz olaraq qeyd olunan ünvanda yerləşən mənzili iddiaçıya təhvil vermişdir. Burada müqavilə üzrə MTK-nın hər hansı öhdəliyi yoxdur, ümumiyyətlə hüquq mübahisəsi yoxdur və hazırkı iddiaya rayon məhkəməsində baxılmalı deyil. İddiaçının iddia tələbinə cavab verməli olan şəxs isə Bakı Şəhər İcra Hakimiyyətidir, hansı ki, məhz 17-ci mərtəbədə yerləşən 122 saylı mənzilin iddiaçıya verilməsini bir tapşırıq kimi həmin orqan MTK-nın üzərinə qoymuşdur. O cümlədən, iddiaçı həmin mənzili təhvil almış, təmir etdirmiş, hətta təxminən 2 il müddət olar ki, həmin mənzildə yaşayır. İddia tələbi göstərilənlərə əsasən tamamilə əsassızdır. Bütün bunların nəzərə alınmasını və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 13 dekabr 2021-ci il tarixli, 2(007)-2679 /2021 saylı qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 01 aprel 2015-ci il tarixli, 135 saylı sərəncamı əsasında hazırkı Cavabdeh MTK-nın Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev, Q.Qarayev və T.Abbasov küçələrinin kəsişməsində yerləşən 2442-ci məhəllədə inşa etdi yi 6 saylı yaşayış binasının 1-ci girişinin 17-ci mərtəbəsində yerləşən 122 saylı mənzil ona verilmiş, bundan sonra cavabdehlə onun arasında həmin sərəncam əsasında müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 40-da inşa ediləcək 6 saylı yüksək mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 122 saylı mənzili ona təhvil verməli olsa da, cavabdeh bunu etməmiş, ona 17-ci mərtəbədə deyil, texniki mərtəbədə yerləşən mənzili təhvil vermişdir, bundan əlavə sərəncamda sözügedən mənzilin ona 6 saylı binada verilməsi nəzərdə tutulsa da, texniki pasport və çıxarışda 6 saylı bina deyil, 124 saylı bina göstərilmişdir. Buna görə də, iddiaçı məhz qeyd etdiyi ünvanda yerləşən 6 saylı binada 17- ci mərtəbədə yerləşən 122 saylı mənzilin ona tə hvil verilməsini xahiş edir.

13. Birinci instansiya məhkəməsi iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edilmişdir ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mənzilin texniki pasportunda mənzilin binanın 17-ci mərtəbəsində deyil, 16+texniki mərtəbəsində yerləşdiyini göstərsə də, nəzərə alınmalıdır ki, tərəflər arasında 07 aprel 2015-ci il tarixli, 142 nömrəli müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən hüquqmüəyyənedici rəsmi sənəd olan çıxarış verilmişdir, hansı ki, qeyd olunan çıxarışda iddiaçıya verilmiş mənzilin 17-ci mərtəbədə yerləşdiyi öz əksini tapır. İşin faktiki hallarından da göründüyü kimi, tərəflər arasında bağlanmış 07 aprel 2015-ci il tarixli müqavilə və DƏDRX tərəfindən verilmiş çıx arış hüquqi qüvvəsini saxlayır. Əmlaka dair dövlət reyestrindən çıxarış verilərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsində təsbit olunduğu kimi hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılmışdır. Ona görə, nə qədər ki, qeyd olunan hüquqmüəyyənedici rəsmi sənədlər mübahisələndirilməmiş, qüvvədədir, cavabdeh isə müqavilə üzrə öhdəliyini yerinə yetirmişdir, onun bu öhdəliyindən yayınmasına dair sübutlar məhkəmə tədqiqi ilə müəyyən edilməmişdir, belə qənaətə gəlinməsi üçün əsaslar, buna dair sübutlar mövcud deyildir, əksinə, işin mübahisəsiz halıdır ki, iddiaçı müqavilənin bağlanmasından sonra müqavilənin predmeti olan mənzili istifa dəsinə, mülkiyyətinə qəbul edərək orada yaşayır. Belə olan halda, iddiaçının tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur.

14. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, bununla bağlı sübutlarını, cavabdeh tərəfindən hüquqla və ya qanunla müdafiə edilən şəxsə ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməllərə dair, özünə mənəvi ziyan vurmaya dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, mənəvi ziyanla bağlı iddia tələbi təmin edilməməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24.1ci, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İ ddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Cavabdeh MTK mənzilin yaşayış binasının 17-ci mərtəbəsini texniki mərtəbə kimi rəsmiləşdirərək onlara 122 saylı mənzili 17-ci mərtəbədə deyil, texniki mərtəbədə vermişdir. Beləliklə, müqavilə öhdəliklərini icra etməmişdir. Bu hal istismar aktının tikinti obyektinin əsas texniki göstəricilərində də öz əksini tapmışdır. Cavabdeh layihə üzrə mərtəbənin texniki olduğunu bilərək iddiaçıya 17-ci mərtəbənin adı ilə təhvil vermişdir. Reyestrdən çıxarış və texniki pasport əldə edilkdən sonra bu hal aşkar olundu. Müqavilə şərtlərinə görə cavabdeh 17-ci mərtəbədə mənzil təhvil verməli idi. Bundan əlavə, 07 aprel 2015-ci il tarixli, 142 saylı müqaviləyə əsasən, cavabdeh yuxarıda göstərilən 6 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 96 kv metr-dən ibarət mənzili iddiaçıya təhvil verməlidir, lakin yuxarıda qeyd olunan çıxarışda və texniki pasportda mənzilin sahəsi 90 kv.m, o cümlədən, mənzilin yerləşdiyi bina haqqında məlumatda mərtəbəliyi 16 (+texniki) mərtəbə qeyd edilmişdir. Onun yaşadığı mərtəbənin üstündə də bir mərtəbə mövcuddur və orada da yaşayış var.

18. Mülki iş apellyasiya icraatında olarkən iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2712/2022 saylı, 4 aprel 2022-ci il tarixli qərardadı ilə hazırki mülki işin icraatı İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli texniki pasportunda mülkiyyətində olan mənzilin yerləşdiyi mərtəbə haqqında qeydin faktiki olaraq “17-ci mərtəbə” kimi qeyd olunması və yeni texniki pasportun verilməsinin cavabdehə öhdəlik qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-6480/2022 saylı inzibati iş həll edilənədək dayandırılmışdır.

19. Bakı İnzibati Məhkəməsinin 1 iyun 2022-ci il tarixli, 2-1(112)-6480/2022 nömrəli qərarı ilə inzibati iş üzrə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(103)-327/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnziba ti kollegiyasının 21(102)- 1596/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(103)-327/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) 2(103)-169/2023 nömrəli iş üzrə 4 dekabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və İkram Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan məhkəmə aktlarına və işin faktiki hallarına əsaslanaraq hesab etmişdir ki, əslində id diaçının istəyi və məqsədi mülkiyyətində olan və artıq uzun müddət yaşadığı mənzilin texniki pasportunda mənzilin yerləşdiyi mərtəbə haqqında qeydin faktiki olaraq 17-ci mərtəbə kimi qeyd olunmasına və yeni texniki pasportun verilməsinə nail olmaqdır. Əgər belə olmasaydı, iddiaçı inzibati məhkəmə icraatı qaydasında tələb irəli sürməzdi. İddiaçı uzun müddətdir mülkiyyətində olan mənzildə yaşayır və bundan məmnun olmadığı təsdiq olunmur. Yalnız, mənzilin texniki pasportunda mərtəbəliyi barədə göstərilən qeydlərdən yaxud məlumatdan narazıdır. Lakin iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi mərtəbənin 17-ci mərtəbə olması daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda da açıq-aşkar göstərilib. Mübahisəli mənzilin faktiki olaraq texniki mərtəbədə yerləşmədiyi də işin mübahisəsiz halıdır. İddiaçı da şikayətində onun yaşadığı mərtəbənin üstündədə əlavə bir mərtəbənin, oradada yaşayışın olduğunu bəyan edir. Demək ki, cavabdeh MTK mənzilin yaşayış binasının 17-ci mərtəbəsini texniki mərtəbə kimi rəsmiləşdirməmiş(bu ümumiyyətlə MTKnın səlahiyyətinə aid olmadığından istəsə belə bunu edə bilməzdi), nə də 122 saylı mənzil(yeni qaydalarla 2 nömrəli mənzili) texniki mərtəbədə deyil, elə məhz faktiki olaraq da 17-ci mərtəbədə yerləşir.

22. Apellyasiya məhkəməsi şikayətin digər dəlili ilə bağlı qeyd etmişdir ki, müqaviləyə əsasən, cavabdeh ümumi sahəsi 96 kv metrdən ibarət mənzili iddiaçıya təhvil vermək öhdəliyi götürsə də çıxarışda və texniki pasportda mənzilin sahəsinin 90 kv.m qeyd olunması da iddianın və şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki, mənzilin texniki pasportun un otaqların təyinatı adlanan bölməsində (bax.i.v.17) mənzilin balkonunun sahəsi 5,5 kv metr olsada, 0,3 azalma əmsalı tətbiq edilərək 1,7 kv metr kimi, lociyanın sahəsi 4,8 kv metr olsa da, 0,5 azalma əmsalı tətbiq olunaraq 2.4 kv metr kimi qeyd olunmuşdur. Deməli, mənzilin sahəsinin 90 kv metr qeyd olunmasının səbəbi Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın 3.2-ci bəndinin tələblərinə uyğun hesablanması ilə əlaqədar olmuşdur.

23. Həmçinin məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilin yerləşdiyi binanın sərəncamda və müqavilədə göstərilən nömrəsi ilə, çıxarışda göstər ilən nömrəsinin fərqli olması da şikayətin əsaslı olduğuna dəlalət etmir. Belə ki, iddiaçı uzun müddətdir ona təhvil verilən mənzildə yaşayır və mənzilin yerləşdiyi binanın nömrəsinin fərqli olmasını da heç vaxt mübahisələndirməmiş, həmin ərazidə 6 saylı binanın və onun 17-ci mərtəbəsində yaşadığı mənzillə eyni ölçüdə mənzilin olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (vəkil Nümayəndə Şirinbalayeviç) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

25. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsasl andırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllən in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür

32. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

33. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən ra zılaşmalar və hərəkətlər isə etibarsızdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı.

34. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəx sin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarı.

35. Bənd 2 (3-cü abzas). mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair madd i formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışın ın hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş mat eriallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

66. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

67. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsin ə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

68. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqin də səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-169/2023 nömrəli iş üzrə 4 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar