Məhkəmə qərarları › İş №2(102)-1305/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1305/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1305/2022 01.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(103)4517/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “artıq ödənilmiş borcun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən Cavabdeh ASC-nin Bərdə filialına artıq ödədiyi 3000 manat pulun ona qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-893/2020 saylı iş üzrə 03.09.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli 2(103)4517/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-893/2020 saylı iş üzrə 03.09.2020-ci il tarixli qətnaməsi, apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti mümkün sayıl mamlıdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçının mübahisələndirdiyi qətnamə üzrə iddianın qiyməti (3000 manat) qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az olduğundan, onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə k assasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(103)-4517/2021 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar