Məhkəmə qərarları › İş №2(102)-1306/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1306/2021

03.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1306/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddia tələbi: kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma Açar sözlər: istifadə hüququna xitam verilməsi, əvəzləşdirilmə, kompensasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdehlərin vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətna məsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları XXXİddiaçı xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2020-ci il tarixdə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin, xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş İddiaçı Hidayət oğlunun və xx xxxxxxx 2007-ci il tarixdə anadan olmuş Cavabdeh4 onun mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 36, 39 saylı mənzilə olan istifadə hüquqlarına 12.000 manat kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-952/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.M.Mustafayev) iddia təmin edilmiş, iddiaçıdan 12000 manat kompensasiya məbləği alınaraq cavabdehlərə ödənilməsi, kompensasiya məbləğinin cavabdehlərə ödənildikdən sonra onların Gəncə şəhəri Kəpəz rayonu, D.Qorqud küçəsində yerləşən 36 saylı evin, 39 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və onların yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Hidayət oğlu və xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh4 ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunıa əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli evə istifadə hüququ vardır, iddiaçı özü cavabdehlərin istifadə hüququnun olmasını mübahisələndirməmişdir və onun tərəfindən təklif olunan kompensasiyanın müqabilində cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün yetərlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər həmin qətnamədən apellyasiya şikayət verərək, göstərmişlər ki, istifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüq uquna xitam verilməsi üçün yetərli olub-olmaması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilə bilməz. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2730/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.N.Quliyev, R.Ş.Muradov, Ş.Q.Rzaquliyev) cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının təklif etdiyi 12000 manat kompensasiya cavabdehlərin davamlı olaraq müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzilə uyğun şəraitə yaşayış sahəsində yaşamaları üçün kifayət qədər yetərli hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, iddiaçı 12000 manat kompensasiya verməklə cavabdehlərin və yetkinlik yaşına çatmayan uşaqların istifadə hüquqların a xitam verilməklə evdən çıxarılmasını tələb etmişdir. Əslində təklif edilən kompensasiya məbləği beş nəfər şəxsin istifadə hüquqlarına xitam verilməsi üçün yetərli hesab edilə bilməz. İşə baxan birici instansiya məhkəməsi isə işin qeyd edilən bu hallarına düzgün hüquqi qiymət vermədən iddianı təmin etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, o məhkəmədə kompensasiya məbləğinin artırılmasına razı olduğunu bildirmiş, məhkəmə həmin halı nəzərə almamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassat or məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlə rə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddia tələbinin əsasını iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin mənzilə istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi təşkil edir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib his səsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə t utulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Deməli, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə hazırki iddia üzrə kompensasiyanın məbləği məhkəmə tərəfindən müəyyən edilməklə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə razılığının olub-olmaması nəzərə alınmaqla iddianın təmin və ya rədd edilməsi barədə qətnamə qəbul edilə bilər. Apellyasiya məhkəməsi yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi əsaslarını müəyyən edən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini pozaraq birinci instansiya məhkəməsi tərəfindən qət edilən kompensasiya məbləği ilə razılaşmadığı halda, işə mahiyyəti üzrə baxan tam hüquqlu məhkəmə kimi kompensasiya məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası mülki işin faktiki halları barədə iddiaçı tərəfindən irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmay araq qeyd edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar