Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1306/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1119/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya ş ikayətinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,01752 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətidir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 85 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində, **********36 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hü quqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətidir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində, **********39 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini on unla əsaslandırmışdır ki, o, 01 iyul 2016-cı il tarixdə Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olanlar X2, X1 və X4 ilə torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlayaraq, Göygöl rayonu Üçtəpə kəndində yerləşən ümumi sahəsi 0,1752 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsini 5.000 manata almışdır. Həmin alğı-satqı müqaviləsinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarış da verilmişdir. Çıxarışda Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,1752 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam iddiaçının mülkiyyətinə verilməsi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Arayışda göstərilmişdir ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,1752 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəsi ilə Göygöl rayonu Topalhəsənli kənd sakini İddiaçı verilmişdir. Azərbaycan Respublikası Göygöl rayonu Üçtəpə Bələdiyyəsi tərəfindən “pay və icarə torpaqlarına dair” tərtib olunmuş “AKT”-dan da görünür ki, 2016-cı il tarixli, ******* saylı DƏDRX-dən verilmiş çıxarışa əsasən, Göygöl rayonu Üçtəpə kəndi ərazisində mülkiyyətində (istifadəsində, icarəsində) olan 0,1752 ha torpaq sahəsinin döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdılmışdır. Azərbaycan Respublikası ƏMD KY DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən müraciətlərinə baxaraq, iddiaçıya məxsus “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatlarda olan uyğunsuzluğun aradan qadırılmasına və bununla bağlı yaranmış mübahisəli məsələnin həll olunmasına köməklik göstərilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Ərizədə qeyd olunmuş Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,1752 ha torpaq sahəsi mükiyyətçilər Nazxanım Allahverdiyeva, Gültəkin Allahverdiyeva və Asif Allahverdiyev tərəfindən Gəncə “ASAN Xidmət” mərkəzində notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-1757 reyestr nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsinə əsasən, İddiaçı satmışdır. Həmin sənəd əsasında xx.xx.2016-cı il tarixli, **********36 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Qeyd olunan sənədlər verilən zaman torpağa yerində müayinə baxışı keçirilmiş, hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Həmin torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə göstərilən döngə nöqtələrinin koordinatları WGS-84, UTM-38 koordinat sisteminə çevrilərək təqdim olunmuşdur. Yuxarıda göstərdiklərinə baxmayaraq, Gəncə şəhərində yaşayan Cavabdeh iddiaçının şəxsi mülkiyyətində olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən torpaq sahəsini özbaşına zəbt etmiş və zəbt etdiyi torpaqda tikinti aparır. İddiaçı cavabdehə dəfələrlə desə də, o, iddiaçıya məxsus torpaq sahəsindən çıxmır. İddiaçı da gələcəkdə mübahisənin daha da mürəkkəbləşə biləcəyini düşündüyü üç ün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli olan torpaq sahəsi onun tərəfindən istifadə edilmir. Onun istifadəsindəki torpaq sahəsi mütəxəssislər tərəfindən ölçülüb və onun istifadəsindəki torpaq sahəsi ilə iddiaçının iddia etdiyi torpaq sahəsi ayrıdır. Mütəxəssis rəylərində torpaq sahələri üst-üstə düşmür. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq mütəxəssis rəyləri alınmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 iyun 2020-ci il tarixli mü təxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Göygöl rayon Üçtəpə kəndində yerləşən RX seriyalı ******* nömrəli torpağın mülkiyyətinə verilməsinə dair çıxarışın planı və ölçüsü sənədinə əsasən 0,1752 ha torpaq sahəsinin yerləşmə mövqeyi rəyə əlavə edilmiş cizgi planda öz əksini tapmışdır. Göygöl rayonu Üçtəpə kəndində yerləşən Cavabdeh faktiki istifadəsində olan 1513 kv.m. torpaq sahəsinin, 980,0 kv.m. hissəsi digər şəxslərə məxsus xüsusi mülkiyyətə 53,3 kv.m. hissəsi bələdiyyə mülkiyyətinə, 480,0 kv.m. hissəsi isə iddiaçının xüsusi mülkiyyətinə aiddir. Seriya RX ******* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair çıxarışa əsasən Göygöl rayon Üçtəpə kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,1752 ha torpaq sahəsinin müəyyən hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Seriya RX ******* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair çıxarışa əsasən Göygöl rayon Üçtəpə kəndində yerləşən, İddiaçı mülkiyyətində olan 0,1752 ha torpaq sahəsinin 0,048 ha (480 kv.m.) hissəsi Cavabdeh tərəfindən istifadə edilir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 mart 2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı RX seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan Göygöl rayon Üçtəpə kəndində yerləşən 0,1752 ha torpaq sahəsinin ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemə köçürülmüşdür. Cavabdeh Göygöl rayon Üçtəpə kəndində yerləşən faktiki istifadə etdiyi torpaq sahəsi digər şəxslərə məxsus xüsusi mülkiyyətə aid torp aq sahəsidir. Həmin torpaq sahəsinin yerləşmə mövqeyi və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemə köçürülmüşdür. Araşdırma zamanı Göygöl rayon Üçtəpə kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,1752 ha torpaq sahəsinə Cavabdeh tərəfindən müdaxilə halı aşkarlanmadı. Qeyd olunduğu kimi iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən müdaxilə halı aşkarlanmamışdır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,1752 ha torpaq sahəsinin ölçüləri və koordinat nöqtələri mütəxəssislər tərəfindən rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. İddiaç ı tərəfin mübahisələndirdiyi torpaq sahəsi faktiki olaraq 0,15 ha təşkil edir və iddiaçı iddia edir ki, həmin 0,15 ha torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Həmin 0,15 ha torpaq sahəsinin 0,10 ha hissəsi digər şəxslərin mülkiyyətində, 0,05 ha hissəsi isə **********36 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı tərəfin iddia edərək mübahisələndirdiyi torpaq sahəsi faktiki olaraq 0,15 ha təşkil edir və iddiaçı iddia edir ki, həmin 0,15 ha torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Həmin 0,15 torpaq sahəsinin 0,05 ha hissəsi isə **********36 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Lakin cavabdeh tərəf iddiaçı tərəfin mübahisələndirdiyi 0,10 ha torpaq sahəsini bütövlükdə deyil, mübahisəli 0,15 ha torpaq sahəsinin yalnız 0,10 hissəsindən istifadə etdiyini bildirdi. Belə olan təqdirdə cavabdehin təqdim etdiyi faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsinin 0,0064 ha (64,0 kv.m.) hissəsi **********36 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir.
10. Məhkəmə iclasına dəvət edilmiş mübahisəsi gedən torpaq sahəsinində ölçü işləri aparmış və müxtəlif rəylər verən mütəxəssislər izahatlarında bildirmişlər ki, eyni təşkilat tərəfindən müxtəlif rəylərin verilməsinə səbəb, iddiaçının özünə məxsus torpaq sahəsinin yerini tanımaması və cavabdehin isə hər dəfə ölçü işləri aparıldıqda başqa yerləri mütəxəssisə göstərməsidir.
11. Göygöl Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(066)-19/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddia tələbi qismən təmin edilmiş, cavabdehin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,1752 ha torpaq sahəsinin 0,0064 (64,0 kv.m.) hissəsindən çıxarılması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 19 sentyabr 2022-ci il tarixli rəyinə istinad etməklə hesab etmişdir ki, İddiaçı mülkiyyət hüququ müdafiə olunmalı və mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,1752 ha torpaq sahəsinin 0,0064 (64,0 kv.m.) hissəsindən çıxarılmalıdır.
13. Birinci insta nsiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 152.5, 157.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə bir neçə dəfə ekspertiza təyin edilmiş və hər dəfə ayrı-ayrı rəylər təqdi m edilmiş, sonuncu dəfə isə rəyin verilməsindən imtina edilmişdir. 05 iyun 2020-ci il tarixli mütəxəssis rəyində onun iddiaçıya məxsus 0,048 ha (480 kv.m) torpaq sahəsini zəbt etdiyi göstərilir. 16 mart 2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə halı aşkarlanmır. İşdə olan sonuncu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1673 nömrəli məktubu ilə ekspert rəyinin verilməsindən imtina edilmişdir, imtinanın səbəbi kimi mütəxəssis rəyindəki məlumatların bir-birini tamamlamaması göstərilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin 04 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır.
17. Azərba ycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3773 nömrəli rəyinə əsasən, İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,1752 ha torpaq sahəsinin ölçüləri və koordinat nöqtələri mütəxəssislər tərəfindən rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. İddiaçı tərəfin mübahisələndirdiyi torpaq sahəsi faktiki olaraq 0,15 ha təşkil edir və iddiaçı iddia edir ki, həmin 0,15 ha torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Həmin 0,15 ha torpaq sahəsinin 0,10 ha hissəsi digər şəxslərin mülkiyyətində, 0,05 ha hissəsi isə **********36 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı tərəfin iddia edərək mübahisələndirdiyi torpaq sahəsi faktiki olaraq 0,15 ha təşkil edir və iddiaçı iddia edir ki, həmin 0,15 ha torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Həmin 0,15 torpaq sahəsinin 0,05 ha hissəsi isə **********36 reyesstr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Lakin cavabdeh tərəf iddiaçı tərəfin mübahisələndirdiyi 0,10 ha torpaq sahəsini bütövlükdə deyil, mübahisəli 0,15 ha torpaq sahəsinin yalnız 0,10 hissəsindən istifadə etdiyini bildirdi. Belə olan təqdirdə cavabdehin təqdim etdiyi faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsinin 0,0064 ha (64,0 kv.m.) hissəsi **********36 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-1119/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2021-ci il tarixli rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Kadastr və Ünvan Reyestri Xidmətinin mühəndisləri tərəfindən xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli mütəxəssis rəylərinin məlumatları bir-birinə zidd olduqlarından, qərardadda qoyulan sualların cavablandırılması mümkün olmamışdır. Bundan sonra, Göygöl Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə mə hkəmə tikinti-texniki kompleks ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki ekspertlərinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Kadastr və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinə tapşırılmışdır. Həmin qərardada əsaəsn, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi daxil olsa da, müvafiq ekspertiza rəyi əldə edilməmişdir. Ona görə də, məhkəmə kollegiyası iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası ekspertizası təyin etmiş və Azərbaycan R espublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli, 10/3773 nömrəli rəyi əldə edilmişdir.
20. Məhkəməsi kollegiyası hesab etmişdir ki, ********** qeydiyyat nömrəli çıxarış və 073175 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0064 ha (64,0 kv.m.) hissəsi Cavabdeh tərəfindən tutularaq istifadə edilir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxd ur.
22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndində, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası apel lyasiya şikayətinin təmin olunmamasına əsas kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3773 nömrəli rəyini, Konstitusiyanın 13-cü maddəsinin 1-ci və 29-cu maddələrini, Mülki Məcəllənin 152.1, 152.5 və 157.2-ci, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinin tələblərini əsas gətirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə EkspertizasıMərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3773 saylı rəyi ilə bağlı cavabdeh tərəf hələ apellyasiya icraatında vəsatət verərək rəyin qanunsuz və əsassız olduğunu, ekspert və ya mütəxəssisin ümumiyyətlə torpaq sahəsinə baxış keçirmədiyini, ona görə də təkrar tərəflərin və məhkəmənin iştirakı ilə ekspertiza keçirilməsini xahiş etmişdir. Buna baxmayaraq ümumiyyətlə cavabdehin vəsatətinə qiymət verilməmişdir. Cavabdeh məhkəmə iclasında da bildirmişdir ki, ekspert və ya mütəxəssis ümumiyətlə torpaq sahəsinə baxış keçirmədən rəy vermişdir, İddianın Konstitusiyanın 13-cü maddəsinin 1-ci və 29-cu maddələrini, Mülki Məcəllənin 152.1, 152.5 və 157.2- ci, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinin tələblərinə istinad edilməsi halında isə məhkəmə kollegiyası iddiaçının hüquqlarının olmasını əsas gətirsə də cavabdehin də qanuni və əsaslı olaraq çıxarışının olmasına, onun da hüquqlarının olmasına qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. İddiaçı cavabdeh tərəfindən apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etmiş, apellyasiya məh kəməsinin qətnamənin dəyişdirilmədən saxlanılması, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
26. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29 (hissə İV). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
28. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qo ymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
32. Maddə
68. Torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
33. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasın a yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
34. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt et miş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində ir əli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nə ticələnə bilsin. Kassasiya baxışının hədləri:
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə mali k olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
53. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədə n saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1119/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.