Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1306/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi “sənədlərin şəxsə məxsus olması” barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – şikayət vəkilsiz verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X1 (məruzəçi), X2 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1632/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi “sənədlərin şəxsə məxsus olması” barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalı tərəfindən verilən xx.xx.1993-cü il tarixli 296 saylı arayışın və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən verilən xx.xx.2013-cü il tarixli, 126 saylı arayışın ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)4319/2024 saylı qərardadı ilə ərizə, ona əlavə edilmiş sənədlərin qaytarılması qərara alınmışdır. Həmin qərardaddan ərizəçi tərəfindən verilmiş şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-4319/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6539/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş ərizənin mümkünlüyü (icraata qəbul) məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(005)4319/2024 saylı qərardadı ilə ərizənin icraata qəbulundan imtina olunmuşdur (hakim Solmaz Ədilova). Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)4319/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya M əhkəməsinin 2(103)-1632/2025 nömrəli 11 fevral 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)-4319/2024 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmişdir (hakim Rafael Eyvazov). Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1632/2025 nömrəli 26 fevral 2025-ci il tarixli qərardadı ilə ərizəçi tərəfindən verilmiş “sənədlərin şəxsə məxsusluğu barədə hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə əlavə qərardadın qəbul olunması barədə ərizəsi təmin olunmamışdır. (hakim Rafael Eyvazov). Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1632/2025 nömrəli 6 mart 2025-ci il tarixli qərardadı ilə xx.xx.2025-ci il tarixli, 2(103)-1632/2025 nömrəli qərardadından verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (hakim Rafael Eyvazov). Ərizəçi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1632/2025 nömrəli 6 mart 2025-ci il tarixli qərardadından Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayət mümkün hesab edilməməlidir. MPM-nin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. MPM-nin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Prosessual qanunvericiliyin qeyd edilən maddələrindən göründüyü kimi, kassasiya şikayəti mütləq vəkil tərəfindən tərtib edilməli və şikayəti tərtib etmiş vəkilin orderi şikayətə əlavə edilməlidir. Ərizəçi kassasiya şikayəti isə vəkil tərəfindən deyil, onun özü tərəfindən tərtib edildiyindən nəticə etibarilə vəkilin orderi də şikayətə əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 408.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılmaq üçün Ali Məhkəməyə göndərmişdir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiya sı məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 407-409-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 6 mart tarixli 2(103)1632/2025 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Ka ssasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1306/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-1306/2025
19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver