Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1308/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10087/2021 nömrəli iş üzrə 25.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1035/2019 saylı, 03.12.2019-cu il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli, 1(101)1013/2017 saylı hökmü ləğv edilərək, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə ona bəraət verilmiş, İddiaçı cinayət prosesini həyata keçirən orqan tərəfindən vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah edilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23.06.2020-ci il tarixli, 1(102)-481/2020 saylı qərarı ilə apellyasiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır.
3. İddiaçı bəraət hökmünə istinad edərək 2 il, 3 ay, 10 gün həbsdə qaldığına görə ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi ziyana görə 200000 manat, birbaşa maddi zərərə görə isə 500000 manat, cəmi 700000 manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 1 78.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 iyul 2016-cı ildən 14 noyabr 2016-cı il tarixədək həbsdə saxlanılmağı və 19 may 2017-ci il tarixdən 20 may 2017-ci il tarixədək tutulmağı, ümumilikdə 3 ay 27 gün müddət ona təyin edilmiş cəzaya daxil edilməklə üzərində qəti olaraq 7 il 8 ay 3 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi 10 may 2018-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlamış, Ali Məhkəməyə verilmiş kassasiya şikayəti təmin edilmiş, 08.05.2019-cu il tarixli, 1(102)-600/2019 saylı Ali Məhkəmənin Cinayət Kollegiyasının Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2018-ci il tarixli hökmü ləğv edilmiş və iş yenidən baxılması üçün B akı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03.12.2019-cu il tarixli, 1(103)-1035/2019 saylı hökmü ilə bəraət verilərək məhkəmə zalından azadlığa buraxılmışdır. Ali Məhkəmənin Cinayət Kollegiyası 23 iyun 2020-ci il tarixli qərarı ilə 03.12.2019-cu il tarixli bəraət hökmü qüvvədə qalmışdır. Lakin bu iki ildən artıq müddətdə (2 il, 3 ay 10 gün) məhbus həyatı yaşayaraq iztirab çəkmişdir, bütün ömrü boyu vicdanla yaşamış və fəaliyyət göstərmişdir, barəsində cinayət işinin başlanması və həbs qətimkan tədbirinin seçilməsi, ittihamedici hökm qəbul edilməsi cəmiyyətdə olan imicinə mənfi təsir göstərmişdir, keçirdiyi sözlə ifadəsi mümkün olmayan mənfi sarsıntılar heç bir pulla ödənilməsi mümkün deyildir. 2 il, 3 ay, 10 gün müddətində həbsdə qalma ğı ilə əlaqədar 50.000 manat real qazancı əldən çıxmış, ailəsinə, övladlarına, azyaşlı övladına heç bir maddi yardım göstərə bilməmişdir. Ailəni, övladlarını həbsdə olduğu müddətdə qohum-əqrəba saxlamışdır.
6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddiaya etiraz edərək tələblərin təmin olunmamasını xahiş etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(006)-2647/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 3000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə, maddi zərərin əvəzinin ödənilməsinə dair tələbin təmin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlmiş, bununla belə mənəvi zərərin iddia e dilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 3000 (üç min) manat həcmində təmin olunmasını ədalətli hesab etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) 25 oktyabr 2021-ci il tarixli, 2(103)-10087/21 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2647/2021 saylı iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi mənəvi zərərin məbləği hissəsində dəyişdirilmiş, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməli olan mənəvi zərərin məbləği 6000 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, cav abdehin apelyasiya şikayəti təmin edilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli deyil. Bununla belə iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 6000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir. Kollegiya nəzərə almışdır ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz, ancaq o da nəzərə alınmalıdır ki, 2 il 3 ay 10 gün müddətində həbsdə qalmış iddiaçıya mənəvi ziyanın kompensasiyası üçün müəyyən edilmiş 3000 manat məbləğində vəsait onun keçirdiyi sarsıntıların, məruz qaldığı mənəvi iztira bların ağırlığına adekvat deyildir. Maddi zərərlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, qeyd olunan məbləğlərdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğlərdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10087 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətində işin faktiki hallarına istinad edilməklə qeyd olunmuşdur ki, iddiaçı, mənəvi zərərin əvəzi kimi xeyrinə tutulan 6.000 manatdan narazıdır. Bu, çəkdiyi iztirabın zərrəsidir. Bu müddətdə - iki ildən artıq (2 il, 3 ay 10 gün) məhbus həyatı yaşayaraq iztirab çəkmişdir. Bütün ömrüm boyu vicdanla yaşamış və fəaliyyət göstərmişdir. Ətrafda olanlar və onu tanıyanlar, qonşuları və qohumları onu vicdanlı bir şəxs kimi tanımışlar. Barəsində cinayət işinin başlanması və həbs qətimkan tədbirinin seçilməsi, ittihamedici hökm qəbul edilməsi cəmiyyətdə olan imicinə mənfi təsir göstərmişdir. İstintaq və məhkəmə orqanının səhvi ucundan iki il üç ay on günü itmiş, əvəzində mənəvi sarsıntılar qalmışdır. Bu müddətdə həbsdə qalmağı ilə əlaqədar real qazancı əldən çıxmış, ailəsinə, övladlarına heç bir maddi yardım göstərə bilməmişdir. İddia etdiyi yeddi yüz əlli min manatı almalı olduğunu hesab edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin 1-ci bəndində göstərilir ki, şəxsin barəsində bəraət hökmü çıxarıldıqda vurulmuş ziyanın ödənilməsi hüququ vardır. Həmin Qanunun 6-cı və 7-ci maddələrində göstərilir ki, vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsi hesabına həyata keçirilir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərə münasibətin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr, mənəvi ziyan hesab olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
14. Maddə 28, hissə İ. Hər kəsin azadlıq hüququ vardır.
15. Maddə 68, hissə İİİ. Hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam hə cmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hə ddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
24. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1035/2019 saylı, 03.12.2019-cu il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli, 1(101)1013/2017 saylı hökmünün məhkum İddiaçı barəsində onun müdafiəçisi X3 apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə ona bəraət verilməsi, İddiaçı cinayət prosesini həyata keçirən orqan tərəfindən vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olmasının izah edilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsdən azad olunması, cinayət iş üzrə maddi sübut kimi tanınan “Shacman” markalı, Az-01-AD288 dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin X6 mülkiyyətində olması və “BMW-750 Alpina B7" markalı, Az-10-00-929 dövlət qeydiyyat nişanlı avtomobilin X1 mülkiyyətində olmasının nəzərə alınması, zərərçəkmiş şəxslər X4 və X2 mülki iddialarının baxılmamış saxlanılması, məhkum İddiaçı müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin ediilməsi, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 saylı hüquq məsləhətxanasının nəfinə - vəkil X5 150 manat pulun ödənilməsi hökm edilmişdir. Həmin hök mdən görünür ki, İddiaçı əməlində ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində həmin maddə ilə bəraət hökmü çıxarılmışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23.06.2020-ci il tarixli, 1(102)-481/2020 saylı qərarı ilə kassasiya protesti və kassasiya şikayətlərinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 dekabr 2019-cu il tarixli hökmünün dövlət ittihamçısının kassasiya protestinə və zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlanılması qərara alınmışdır.
26. İşin müəyyən edilmiş hallarından göründüyü kimi İddiaçı, ittiham olduğu cinayət əməli üzrə həbsə alınmış, lakin Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1035/2019 saylı, 03.12.2019-cu il tarixli hökmü ilə ona bəraət verilmişdir. Bu müddət ərzində iddiaçı 2 il 3 aydan artıq müddətdə həbsdə saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Belə olan halda, iddiaçının ona dəymiş zərərin əvəzinin ödənilməsi tələbinin qanuni əsası kimi yuxarıda qeyd olunan maddi hüquq normaları nəzərdən keçirilə bilər (§ 16-18).
27. Bununla belə, Kollegiya hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmələrin iddianı maddi zərər hissəsində rədd etmələri qanunvericiliyə uyğun olmuşdur.
28. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutet mə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
29. Göstərilənlərə əsasən, kassasiya şikayəti maddi zərərə aid hissədə təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Bununla belə, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi müəyyən edilən 6.000 manat pul ədalətli təzminat hesab edilə bilməz.
31. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
32. Kollegiya, iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyini və azadlıq hüququnun 2 il 3 aydan artıq müddətdə məhdudlaşdırıldığını, bu müddət ərzində onun keçirdiyi mənəvi iztirab və sarsıntıları nəzərə alaraq hesab edir ki, qətnamə mənəvi zərərə görə ödənilən təzminat hissəsində dəyişdiri lməklə, iddiaçıya verilməli olan pul məbləği 27.000 manat müəyyən edilməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10087/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi mənəvi zərərə görə iddiaçıya ödənilməli olan pul məbləği hissəsində dəyişdirilərək həmin məbləğ 27.000 (iyirmi yeddi min) manat müəyyən edilsin, qətnamə iddianın təmin olunmamış qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov