Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3039/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın sığortası, sığorta hadisəsi baş vermədiyinə görə sığorta ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə pr edmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-295/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı mülkiyyətində olan, Şamaxı şəhəri, Frolov küçəsi 13 ünvanında 0,04017 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 360,4 kv.m. olan qeyri-yaşayış sahəsini 24 yanvar 2020-ci ildə "xxxx" ASC-də 50000 (əlli min) manat məbləğdə sığorta edilmiş və bu barədə ona BB seriyalı, 280366 nömrəli daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamə verilmişdir. 2. 04-xx.xx.2020-ci il tarixdə Şamaxı hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatdan görünür ki, hava dağınıq buludlu (4/2), meteoroloji görünüş məsafəsi 20 km, havanın orta temperaturu 5,8°C, minimal temperaturu 2,2°C, maksimum temperaturu 10,5°C, qərb istiqamətli küləyin maksimal sürəti 20 m/san (8 bal Bofort şkalasına əsasən çox möhkəm külək) olmuşdur. Yağıntı qeydə alınmamışdır. xx.xx.2020-ci il tarixdə hava dağınıq buludlu (5/2), meteoroloji görünüş məsafəsi 20 km, havanın orta temperaturu 3,2°C, minimal temperaturu 0,6°C, maksimal temperaturu 6,0°C, cənub-cənub-qərb istiqamətli küləyin maksimal sürəti 5 m/san (3 bal) olmuşdur. Yağıntı qeydə alınmamışdır. 3. xx.xx.2020-ci il tarixdə Şamaxı hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatdan görünü r ki, hava aydın, dəyişkən buludlu, görünüş 20 km, havanın orta temperaturu 12,2°C, minimum temperaturu 8,5°C, maksimum temperaturu 16,7°C, külək qərb-şimal-şərq istiqamətli olub, maksimum sürəti 8 m/san (5 bal) olmuşdur. 4. xx.xx.2020-ci il tarixdə Şamaxı hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumatdan görünür ki, hava tutqun, buludlu, görünüş 20 km, havanın orta temperaturu 7,7°C, minimum temperaturu 4,0°C, maksimum temperaturu 15,0°C, külək şimal istiqamətli olub, maksimum sürəti 18 m/san (8 bal) olmuşdur. Bofort şkalasına əsaslanaraq 8 ballıq külək çox möhkəm küləkdir. Saat 02:10-dan 04:20-dək, 17:25-dən 19:40-dək yağış, saat 19:40-dan 01:20-dək qar yağmış, yağıntının ümumi miqdarı 6,6 mm olmuş, qarın orta hündürlüyü 1 sm olmuşdur. Saat 17:20-dən 01:20-d ək duman müşahidə edilmiş, dumanda görünüş 200 m olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin 0940/İ saylı, 19 fevral 2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, 08 fevral 2020-ci ildən hesablanmaqla sığorta ödənişinin, ödənişin vaxtında ödənilməməsinə görə dəbbə pulunun və məhkəmə xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04 fevral 2020-ci ildə Şamaxı rayonunda əsən güclü külək nəticəsində çox sa yda yaşayış və qeyri-yaşayış sahələrinin dam hissəsi uçmuş, vətəndaşlara böyük məbləğdə ziyan dəymişdir. Həmin güclü küləyin təsirindən onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin də damı dəfələrlə qalxıb-endiyindən tikilidə böyük çatlar əmələ gəlib. 09 fevral 2020-ci il tarixinə təyin edilən Parlament seçkilərində 85 saylı Şamaxı seçki dairəsindən namizədliyi qeydə alınmış qardaşı X2 ilə birlikdə onun vəkili kimi rayonun müxtəlif kəndlərində görüşlərdə olduğundan hadisə barədə sonradan məlumat almışdır. 07 fevral 2020-ci ildə gecə saatlarında Şamaxı şəhərinə qayıtmış və qeyri-yaşayış sahəsinə baxış keçirərkən, güclü küləyin təsirindən tikilidə böyük çatların yarandığını aşkar etmişdir. Lakin gecə olduğundan sabahadək gözləməyə qərar vermişdir. 08 yanvar 2020-ci il səhərə yaxı n saat 05:00 radələrində qonşusu X5 və Adil adlı qohumu ona zəng edərək qeyri-yaşayış sahəsinin tamamilə uçması barədə xəbər vermişlər. Dərhal əraziyə getmiş və qeyri-yaşayış sahəsinin həqiqətən tamamilə uçmasının şahidi olmuşdur. Həmin gün iş vaxtının başlanmasından sonra hadisə barədə "xxxx" ASC-yə zəng edərək hadisə barədə ətraflı məlumat vermişdir. Bir neçə saatdan sonra özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edən şəxs hadisə yerinə gələrək uçmuş qeyri-yaşayış sahəsinə baxış keçirmiş, foto şəkillər çəkmiş və hadisə barədə ondan məlumat almışdır. Hadisənin baş vermə səbəbləri barədə ətraflı məlumat verdikdən sonra gülərək “Təsadüfə bax ki, bir il öncə eyni gündə Şamaxı şəhərində zəlzələ baş vermişdi, o zaman tikilinin bir-iki yerində suvaq çatlamışdı, öz puluma tam bərpa etdim. Bilsə ydim o hadisədən də əvvəl əmlakı sığortaladardım” cümləsini demişdir. "xxxx" ASC-nin əməkdaşı ona izahat blankı təqdim edərək deyəcəklərini blanka yazmağını tapşırmışdır. "xxxx" ASC-nin əməkdaşının ona dediklərini blanka yazmışdır. Sonda həmin şəxs sağollaşıb yaxın günlərdə zərərin məbləği müəyyən edildikdən sonra onunla əlaqə saxlayacaqlarını bildirmiş və getmişdir. Bir neçə gün sonra "xxxx" ASC-nin 0940/1 saylı, 19 fevral 2020-ci il tarixli məktubu ona təqdim edilmişdir. Məktubdan görünür ki, "xxxx" ASC ona sığorta ödənişini verməkdən imtina edərək bu qanunsuz hərəkətsizliyini əmlakına dəymiş zərərin daha öncədən, yəni sığortalanmamışdan öncə mövcud olması ilə əsaslandırıb. O, əmlakına dair 24 yanvar 2020-ci ildə, yəni sığorta hadisəsinin baş verməsindən 11 gün öncə sığorta müqaviləsi ba ğlamış, 77 (yetmiş yeddi) manat məbləğində sığorta haqqını ödəmiş və sığorta şəhadətnaməsini əldə etmişdir. Sığorta hadisəsinə qədər heç bir qüsur olmadan əmlakından istifadə etmişdir. Sığortalanmadan öncə əmlakı qəzalı vəziyyətdə olsaydı və ya əmlakında hər hansı ciddi qüsur olsaydı "xxxx" ASC əmlakı sığortalamazdan öncə onun iştirakı ilə qüsur aktı tərtib etməli və həmin aktda mövcud qüsurları tam formada göstərməli idi. Lakin əmlakında hər hansı qüsur olmadığından belə bir qüsur aktı tərtib edilməmiş, hər hansı aktı imzalamamış və hər hansı aktın surəti ona təqdim edilməmişdir. Ümumiyyətlə "xxxx" ASC imtina məktubunda əmlakına zərərin daha öncədən dəydiyini göstərsə də, belə bir nəticəyə necə gəlməsi barədə məktubda hər hansı sübuta, araşdırma (ekspertiza) nəticəsində verilmiş rəyə isti nad etməyib. Məktubda yalnız izahatına istinad edilib. Bu zaman izahatında göstərilən “xx.xx.2019-cu tarixdə Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində ona məxsus tikintidə çatlar əmələ gəlmişdir” cümləsinə istinadən imtina verilibsə, bu tamamilə qanunsuzdur. Çünki "xxxx" ASC-nin hadisə yerinə gələn əməkdaşına bildirmişdir ki, həmin zəlzələ nəticəsində tikilinin bir-iki yerində suvaq hissəsi çatlamışdı, öz puluna tam bərpa etmişdir. Həmin hadisədən sonra bir il ərzində o, heç bir maneə və qüsur olmadan əmlakından istifadə etmiş və əmlakı yalnız sığorta hadisəsinin baş verməsindən sonra uçmuşdur. Lakin "xxxx" ASC sığorta ödənişini ödəməkdən yayınmaq məqsədilə qanunsuz olaraq faktları, ifadələrini və fikirlərini təhrif edib. Hazırda "xxxx" ASC bir aydan çoxdur ki, sığorta ödənişini ödəm ədiyindən qeyri- yaşayış sahəsindən, onu bərpa etmək və əvvəlki kimi ondan gəlir əldə etmək imkanından məhrum olmuşdur. Həmçinin qeyri-yaşayış sahəsi sığorta hadisəsi nəticəsində məhv olduğundan ona bir neçə metr məsafədə qonşusu X3 yeni inşa etdiyi fərdi yaşayış evi də uçmaq təhlükəsi ilə üz-üzə qalıb.
7. Cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixində BB 280366 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə sığortalanmış Şamaxı şəhəri, Frolov küçəsi 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə zərər dəyməsi ilə bağlı İddiaçı tərəfindən sığorta tələbi daxil olmuşdur. "PAŞA Sığorta” ASC tərəfindən hadisə dərhal qeydə alınaraq araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı izahatında aşağıdakı halları bildirmişdir: “xx.xx.2020-ci il tarixində ünvan 1 ünvanında güclü külək əsməsi nəticəsində ilkin olaraq mənə məxsus tikilinin üst çardaq hissəsini güclü külək qaldırıb yatırmış və nəticəsində arxa divar çatlamışdır. Həmin hissəni 2-3 gündən sonra bərpa etmək istəyirdim. xx.xx.2020-ci il tarixində saat 05:00 radələrində qonşum Cahid və mənim mənzilimdə olan Adilin deməsinə görə bina tamamilə uçmuşdur. xx.xx.2019-cu il tarixdə Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində mənə məxsus tikintidə çatlar əmələ gəlmişdir.” İddiaçı məhkəmə iclasında verdiyi izahat zamanı hadisənin 7-8 fevral 2020-ci il tarixlərində güclü külək nəticəsində baş verməsi bildirilmişdir. Bununla bağlı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosuna hadisənin baş verdiyi gün müşahidə olunan hava şəraiti ilə bağ lı sorğu ünvanlanmışdır. xx.xx.2020-ci il tarixdə Şamaxı hidrometeoroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumata əsasən hava aydın, buludlu, görünüş 20 km, havanın orta temperaturu 12.2 dərəcə, minimum temperatur 8,5 dərəcə, maksimum 16,7 dərəcə, külək qərb-şimal-şərq istiqamətli olub, maksimum sürəti 8m/san (5 bal) olmuşdur. Yağıntı qeydə alınmamışdır. xx.xx.2020-ci il tarixdə Şamaxı hidrometeroroloji stansiyasında müşahidə olunan hava şəraiti haqqında məlumata əsasən hava aydın, dəyişkən buludlu, görünüş 20 km, havanın orta temperaturu 7,7 dərəcə, minimum temperatur 4,0 dərəcə, maksimum 15,0 dərəcə, külək şimal istiqamətli olub, maksimum sürəti 18m/san (8 bal) olmuşdur. Bofort şkalasına əsaslanaraq 8 ballıq külək çox möhkəm küləkdir. Saat 02:10-dan 04:20-dək, 17:25- dən 19:40-dək yağış, saat 19:40dan 01:20- dək qar yağmış, yağıntının ümumi miqdarı 6,6 mm olmuş, qarın orta hündürlüyü 1 sm olmuşdur. Saat 17:20-dən 01:20-dək duman müşahidə edilmiş, dumanda görünüş 200 m olmuşdur. İcbari sığorta haqqında qanunun 36.1.8-ci maddəsinə əsasən daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, hadisənin baş verdiyi gün Şamaxı rayonu ərazisində hər hansı təbii fəlakət baş verməmişdir. Bu səbəbdən Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsində imtina üçün əsasdır. Bu səbəbdən məhkəmədən iddia təmin edilməməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən sığortalanmış qeyri-yaşayış sahəsinin uçmasının səbəbini müəyyən etmək üçün ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2415 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dağılmasına səbəb arxa divara təsir edən torpaq kütləsinin artması və ağırlaşması, ön divarda atmosfer yağıntıları səbəbindən bünövrə altı quruntun çökməsi səbəbindən dinamiki və statik yüklərə (qar, yağış və külək yükləri) qarşı dayanıqlılığının azalmasıdır.
9. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-74/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında daşınmaz əmlakın sığortası müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu və həmin münasibətlər qüvvədə olduğu dövrdə iddiaçının mülkiyyətində olan sığortalanmış qeyriyaşayış binasına zərər dəyməsi işin mübahisəsiz hallarıdır. Lakin iş materiallarından göründüyü kimi, hazırkı mübahisəyə səbəb olan hadisə (güclü külək) sığorta müqaviləsində nəzərdə tutulmadığından və bununla da sığortaçının sığorta ödənişi üzrə öhdəli yi yaranmadığından, iddiaçının istinad etdiyi zəlzələ hadisəsinin müqavilənin qüvvədə olduğu dövrdə baş vermədiyindən hazırki iddia rədd edilməlidir. Belə ki, daşınmaz əmlakın sığortası üzrə təbii fəlakətlər sığorta hadisəsi hesab olunsa da, bu təbii fəlakətlər hesab edilən hadisələr sadalanmış və həmin hadisələr sırasında güclü küləyin əsməsi, qar və ya yağışın yağması sığortaçının sığorta ödənişi üzrə öhdəliyin yaranması səbəbi kimi nəzərdə tutulmamışdır.
11. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 883.1, 922.1, 926.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun ə saslandıraraq göstərilmişdir ki, cavabdehin yalnız onun izahatında göstərilən “xx.xx.2019-cu tarixdə Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində ona məxsus tikintidə çatlar əmələ gəlmişdir” cümləsinə istinadən etməklə sığorta ödəməkdən imtina etməsi tamamilə qanunsuzdur. Çünki zəlzələ nəticəsində tikilinin bir-iki yerində suvaq hissəsi çatlamışdı və öz puluna tam bərpa etmişdi. Həmin hadisədən sonra bir il ərzində o, heç bir maneə və qüsur olmadan əmlakından istifadə etmiş və əmlakı yalnız sığorta hadisəsinin baş verməsindən sonra uçmuşdur. Cavabdeh sığorta ödənişini ödəmədiyindən qeyri-yaşayış sahəsindən, onu bərpa etmək və əvvəlki kimi ondan gəlir əldə etmək imkanından məhrum olmuşdur. “İcbari sığortalar haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən təbii fəlakətlər fırtına sığorta hadi səi sayılır. Şamaxı stansiyasında xx.xx.2020-ci il tarixdə 20m/S güclü külək olmuşdur. Bu hava stansiyada müşayiət olunandır, lakin Şamaxının ayrı-ayrı yerlərində külək 30m/s ola bilər. Heç kəs dana bilməz ki, bu hadisə güclü küləkdən, yəni fırtınadan olmayıb. Fotoşəkillərdən görünür ki, binanın damını fırtına qoparıb atıb. Fırtınanın tərifində də göstərilir ki, o dam örtüklərini uçurmaqla müşayiət olunur. Adi küləkdə, yəni 20m az küləkdə isə bu baş verə bilməz. Məhkəmə isə faktiki fırtına hadisəsinin guya ki, sığorta hadisəsi sayılmadığını göstərmişdir. Cavabdehin ona verdiyi sığorta ödənişinin verilməsindən xx.xx.2020-ci il tarixli imtina məktubu və məhkəmənin qətnaməsi fərqli sözlərlə əsaslandırılmışdır. Deməli cavabdehin imtina etməsi qanunsuzdur və məhkəmə iddianı təmin etməli idi. Mə hkəmə niyə xx.xx.2020-ci il tarixli imtina məktubundan kənara çıxdığını açıqlamır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2(103)-5336/22 saylı, 08 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizaya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssislərinin cəlb edilməsini qərara almışdır.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 10/225 saylı ekspert rəyində (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 10 noyabr 2022-ci il t arixli xx/xx-07833 nömrəli mütəxəssis rəyinə əsasən) müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 10 noyabr 2022-ci il tarixli xx/xx-07833 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin zədələnməsinə maili relyef ərazidə inşa olunduğundan arxa divara təsir edən torpaq kütləsinin artması və ağırlaşması, ön divarda bünövrə altı qruntun çökməsindən statik və dinamik (külək, qar, yağış) yüklərə qarşı dayanaqlığın azalması səbəb ola bilər.
17. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin zədələnməsi səbəbinin mü əyyən edilməsinin mümkün olmadığı təqdirdə zədələnmənin maili relyef ərazidə inşa olunduğundan arxa divara təsir edən torpaq kütləsinin artması və ağırlaşmasından, ön divarda bünövrə altı qruntun çökməsindən dinamik və statik yüklərə qarşı dayanaqlığın azalmasından, Şamaxı rayonu ərazisində xx.xx.2020-ci il tarixdə əsən küləyin nəticəsində baş verdiyini ehtimal etmək olar.
18. Həmin mütəxəssis rəyində eyni zamanda qeyd olunur ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dağılmasına əvvəlki ekspert rəyi ilə səbəb kimi müəyyən edilmiş arxa divara təsir edən torpaq kütləsinin artması və ağırlaşması, ön divarda bünövrə alt qruntunun çökməsi, torpaq sürüşməsi nəticəsində baş verdiyini ehtimal etmək olar.
19. Həmin mütəxəssis rəyində daha sonra qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə zərər dəyməsinə səbəb maili relyef ərazidə inşa olunduğundan arxa divara təsir edən torpaq kütləsinin artması və ağırlaşması, ön divarda bünövrə altı qruntun çökməsi (torpaq sürüşməsi nəticəsində) olmuşdur və həmin səbəblər hansı tarixdən etibarən yaranmağa başladığını müəyyənləşdirmək mümkün deyil. İddiaçı mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin zədələnməsinin və ya dağılmasının iş materiallarının 53-cü vərəqində istinad olunan BOFORT Şkalasına əsasən qiymətləndirilmiş 8 ballıq küləyin (17-22 m/san) (Şamaxı rayonu ərazisində xx.xx.2020-ci il tarixdə əsən küləyin) və arxa divara təsir edən torpaq kütləsinin artması və ağırlaşmasından, ön divarda bünövrə altı qruntun çökməsindən statik və din amik yüklərə qarşı dayanaqlığın azalması nəticəsində baş verdiyini ehtimal etmək olar.
20. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin ünvanladığı məktuba əsasən 31.10-xx.xx.2022-ci il tarixlərində ekspertizanın aparılması məqsədilə vətəndaşın şikayət məktubunda göstərilən ərazidə olunmuşdur. Vətəndaşın şikayət ünvanladığı ərazi ünvan 5roloji stansiyasından təxminən 2 km cənub-şərq istiqamətində yerləşir. Nazirlər Kabinetinin 12/7-85 nömrəli qərarına əsasən təbii fəlakət törədə bilən hidrometeoroloji hadisələrin hədləri müəyyənləşdirilmişdir. xx.xx.2020-ci ildə Şamaxı rayonunda qərb küləyinin maksimal sürəti arabir 20 m/s (8 bal-Bofort şkalasına əsasən çox möhkəm külək), xx.xx.2020-ci ildə isə cənub, cənub-qərb küləyi maksimal surəti 5 m/s (3 bal-Bofort şkalasına əsasən zəif külək) olmuşdur. Şəki-Balakən zonasında isə arabir 22-25 m/s-dək (10 bal-Bofort şkalasına əsasən fırtına külək) güclənmişdir. Bofort şkalasına əsasən gücü 10 bal olan külək tikililərdə cox da böyük olmayan zədələnmələrlə müşahidə olunur, ağacların böyük budaqları qırılır, yüngül əşyalar yerlərindən tərpənir. Hava şəraitinin 2020-ci il fevral ayının 3-dən 5-dək bəzi rayonlarda qeyri-sabit keçəcəyi, qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 ms/-dək güclənəcəyi haqqında xəbərdarlıq verilmişdir
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-295/2023 nömrəli, 4 aprel 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Pərviz Hüseynov və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda işin mübahisələndirilən halı kimi baş vermiş hadisənin sığorta ödənişinin verilməsi üzrə öhdəliyin yaranmasına əsas olan sığorta hadisəsi sayılması yuxarıda sadalanan ekspert və mütəxəssis rəyləri, həmçinin işin digər faktiki halları ilə təsdiqini tapmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xa hiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sığorta müqaviləsinin qanunla müəyyən olunmuş anlayışını, bu müqavilənin təyinatını, tərəflərin iradə ifadəsinin həqiqi mənasını nəzərə almadan iddiaçının hüquqlarını və qanuni mənafeyini kobud şəkildə pozan qətnamə qəbul etmişdir. Məhkəmə apellyasiya şikayətinin təmin olunmaması haqqında qətnamə çıxararkən sadəcə cavabdehin mövqeyini əsas götürmüş, işin hallarını hərtərəfli, obyektiv araşdırmaqdan açıq-aşkar yayınmışdır.
25. Mülki qanunvericiliyin 934.1-ci maddəsinin tələbi cavabdeh sığorta şirkəti tərəfindən kobud şəkildə pozulmuş, sığorta ödənişindən imtina qanunla müəyyən olunmuş qaydada əsaslandırılmamışdır. Cavabdehin 19 fevral 2020-ci il tarixli imtinasında göstərilmişdir ki, “... s izə məxsus əmlaka dəymiş zərər daha öncədən yəni əmlak sığortalanarkən mövcud olmuşdur. Sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və bu hadisə üzrə heç bir sığorta təminatı nəzərdə tutula bilməz”. Halbuki, əmlakın sığortalanması zamanı ona hər hansı zərər dəyməsi halı mövcud olsaydı tərəflərin iştirakı ilə akt tərtib olunmalı və əmlakın mövcud vəziyyəti qeydə alınmalı idi. Lakin belə hal mövcud olmamış, qeyri-yaşayış sahəsi texniki cəhətdən sağlam vəziyyətdə olmuşdur. İşə baxan birinci və apellyasiya instansiyası məhkəmələri göstərilən halı da nəzərə almamışdır. Cavabdehin 19 fevral 2020-ci il tarixli imtinasında iddiaçıya məxsus əmlaka dəymiş zərərin daha öncədən yəni əmlak sığortalanarkən mövcud olduğu göstərilməklə, sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. Göründüyü ki mi, cavabdehin sığorta ödənişindən imtina etməsinin əsası tamamilə fərqli olmuş, məhkəmə prosesinin gedişində məhkəmənin qanunsuz mövqeyinə uyğun olaraq cavabdeh də öz mövqeyini dəyişdirmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi işin hallarını, tərəflərin təqdim etdiyi sübutları obyektiv, qərəzsiz və hərtərəfli qiymətləndirməmiş, öz qənaətini maddi hüquq normalarına əsasən əsaslandıra bilməmişdir. Məhkəmə iddiaçının keçirilmiş ekspertizanın qanunsuzluğuna və əsassızlığına dair mülahizələrini və ekspertizanın keçirilməsinin müstəqil ekspertlər qrupuna həvalə edilməsinə dair vəsatətini öz qərarında göstərməmiş, vəsatətə münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya insta nsiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
29. Maddə 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığ ortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
30. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
31. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
32. Maddə 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisə si hesab olunur: Maddə 36.1.1. yanğın, ildırım düşməsi; Maddə 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; Maddə 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; Maddə 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; Maddə 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; Maddə 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; Maddə 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; Maddə 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; Maddə 36.1.9. üçüncü şəxslərin hərəkətləri. Mülki Prosessual Məcəllə
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandır ılmalıdır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdı r.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Belə ki, işin mübahisəsiz olaraq müəyyən olunan halları bu qərarın 1-4-cü paraqraflarında qeyd olunmuşdur.
58. Tərəflər arasında yaranmış mü nasibətlər daşınmaz əmlakın icbari sığortası üzrə hüquq münasibətləridir. Tərəflərin arasında bağlanmış sığorta müqaviləsi qüvvədə olduğu müddətdə iddiaçının sığorta olunmuş qeyri-yaşayış sahəsi uçmuşdur və bununla bağlı iddiaçı slğorta ödənilməsini tələb edir. Cavabdeh isə bu hadisənin sığorta ödənilməsi üçün qanunla müəyyən olunmuş səbəblərlə əlaqəli olmadığına görə sığorta hadisəsi hesab edilmədiyini bildirir və bu əsasla sığorta ödəməkdən imtina edir.
59. Nəzərə alınmalıdır ki, əmlakın məhv olması hər bir halda sığorta ödənilməsinə səbəb olmur. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunan a və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
60. Həmin qanunun Xüsusi Bölməsinə aid olan 36.1-ci maddəsində daşınmaz əmlakın hansı səbəb nəticəsində zədələndiyi, məhv olduğu, yaxud hər hansı digər formada itkisinin sığorta hadisəsi hesab olunduğu dəqiq müəyyən edilmişdir.
33. Göründüyü kimi sığorta ödənilməsi üçün əsas olan sığorta hadisəsi sayılan hallar bilavasitə qanunda müəyyən edilmişdir. Daşınmaz əmlakın məhv olması faktı mövcud olsa belə, əmlakın qanunda nəzərdə tutulmuş hallar nəticəsində zədələnməsi müəyyən olunmazsa, sığorta ödənilməsi öhdəliyi yaranmamış olacaq.
34. Baxılan işdə də məhkəmələr iddiaçının sığorta edilmiş əmlakın ın uçmasının səbəblərini ekspertiza yolu ilə müəyyən etmişdir. Ekspertin gəldiyi nəticəyə görə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin zədələnməsinə maili relyef ərazidə inşa olunduğundan arxa divara təsir edən torpaq kütləsinin artması və ağırlaşması, ön divarda bünövrə altı qruntun çökməsindən statik və dinamik (külək, qar, yağış) yüklərə qarşı dayanaqlığın azalması səbəb ola bilər.
35. Həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin 12/7-85 nömrəli qərarına əsasən təbii fəlakət törədə bilən hidrometeoroloji hadisələrin hədləri müəyyənləşdirilmişdir. xx.xx.2020-ci ildə Şamaxı rayonunda qərb küləyinin maksimal sürəti arabir 20 m/s (8 bal-Bofort şkalasına əsasən çox möhkəm külək), xx.xx.2020-ci ildə isə cənub, cənub-qərb küləyi maksimal surəti 5 m/s (3 bal-Bofort şkalasına əsasən zəif külək) olmuşdur. Bofort şkalasına əsasən gücü 10 bal olan külək tikililərdə cox da böyük olmayan zədələnmələrlə müşahidə olunur, ağacların böyük budaqları qırılır, yüngül əşyalar yerlərindən tərpənir.
36. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddianın təmin olunması üçün ilkin şərt kimi sığorta hadisəsi baş verib vermədiyini araşdırmış və toplanmış sübutlar əsasında sığorta hadisəsinin baş vermədiyi qənaətinə gəlmişdir. Bu halda digər dəlilərin araşdırılmasına zərurət qalmır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslandırılmışdır və qanunidir.
61. Kassasiya şikay ətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
63. Məhkəm ə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-295/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.