Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1308/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması, podrat müqaviləsi, qüsurlu icranın nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2024-cü il tarixli, 2(103)-3601/2024 nömrəli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinə 22 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı, tərəflər arasında bağlanmış 28 iyul 2021-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 52 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqavilə imzalanandan 24 ay müddətində, yəni 2023-cü ilin iyul ayınadək iddiaçıya təmirli şəkildə müqavilədə göstərilən müvafiq qeyri-yaşayış sahəsini inşa edərək təhvil verməyi, eyni zamanda təhvil vermə anınadək hər ay iddiaçıya 1.500 manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh 2023-cü ilin iyul ayınadək iddiaçıya müvafiq qeyri-yaşayış sahəsini təmirli şəkildə təhvil verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı C avabdeh MTK-ya qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında)məhkəməyə müraciət edərək, cavabdehdən 28 iyul 2021-ci il tarixli müqavilənin tam şəkildə icra edilməsinin təmin edilməsi məqsədi ilə 33.000 manat təmir pulunun və 9.000 manat kompensasiya pulunun, habelə dövlət rüsumu olaraq ödənilmiş 216 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 28 iyul 2021-ci il tarixdə onunla Bakı şəhəri, Yasamal rayonu, X1 Naxçıvanı, ev B.22 ünvanda yerləşən "xxxx" MTK ilə (indiki adı Cavabdeh MTK) arasında bağlanılmış müqavilənin 1.2-ci maddəsinə əsasən o, “Əmlak mülkiyyətçisi” kimi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 52 kv.metrdən ibarət qeyriyaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektini verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən cavabdeh həmin ərazidə inşa etdiyi binanın 1-ci mərtəbəsinin 1-ci səviyyəsində (qeyri-yaşayış obyektinin girişi Ceyhun Haçıbəyli küçəsinə açılan tərəfdə küçə boyunca) uzunluğu 7.20 metr olmaqla 110 kv.metr təmirli qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasən cavabdeh inşa edəcəyi coxmərtəbəli yaşayış binasının tikintisi başa çatana və “Əmlak mülkiyyətçisi”ni təmirli qeyri-yaşayı sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqs ədi ilə bu müqavilə imzalanan gündən başlayaraq “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində hər ay 1.500 manat ödəyir. Hazırda tikinti şirkəti tərəfindən iddiaçıya qeyri-yaşayış sahəsi ayrılmış, lakin həmin qeyri-yaşayış sahəsində heç bir təmir işləri aparılmır və kompensasiya olaraq ödənilməli olan pul bir neçə aydır ki, ödənilmir. Tərəfindən cavabdehə rəsmi xəbərdarlıq edilmiş, pretenziya məktubu göndərilmiş, lakin heç bir nəticəsi olmamışdır.
5. Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə3 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 1.3-cü bəndinə əsasən iddiaçıya 110 kv.m. qeyri-yaşayış sahəsi, həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən isə 24 ay müddətinə təhvil verilməlidir. Müqavilənin 1.4-cü bəndinə əsasən, sahə təhvi l verilənədək, iddiaçıya hər aya görə 1500 manat kompensasiya ödənilməlidir. Müqavilənin qeyd edilən maddələrinin məzmunundan aydın görünür ki, iddiaçıya təmir pulu deyil, məhz təmirli sahə verilməlidir. MTK müqavilənin vaxtında icra edilməsi məqsədilə, müddətin başa çatmasına 3 ay qalmış, yəni xx.xx.2023-cü il tarixdə, iddiaçıya rəsmi müraciət edərək, təmirə başlamaq üçün, layihəni təqdim etməsini xahiş etmişdir. Müqavilə iddiaçı ilə bağlansa da, əsas danışıqlar anası Şahid3 ilə aparılmışdır. Şahid3 müraciətlə tanış olmuş lakin imzalamaqdan imtina edərək, buna zərurət olmadığını bildirmişdir. Şahid3 tələbi ilə, arakəsmələr dəfələrlə sökülərək dəyişdirilmiş, süni olaraq vaxt uzadılmışdır. İddiaçının məqsədi vaxtı uzatmaqla 1500 manat kompensasiyanı hər ay almaq olmuşdur. Müraciəti imzala madığı üçün iddiaçının və anası Sevinc xanımın mobil telefonlarına eyni məzmunlu bildirişlər göndərilmişdir. Nəhayət, xx.xx.2023-cü il tarixdə yeni məzmunda müraciət edilərək, təmirin məhz iddiaçı tərəfindən gecikdirilməsi səbəbindən, xx.xx.2023-cü il tarixdən kompensasiyanın ödənilməyəcəyi bildirilmişdir. Təkrar müraciət direktor Şahid1 tərəfindən təqdim edilsə də, iddiaçı imzalamaqdan imtina etmişdir. Eyni məzmunda sms bildirişi yenə də onlara göndərilmişdir. Bir daha qeyd edir ki, müqavilədə təmir pulunun iddiaçıya ödənilməsi nəzərdə tutulmamışdır. Əksinə süni olaraq vaxtı uzatmaqla, arakəsmə divarlarını dəfələrlə sökdürərək, dəyişməklə onlara xeyli miqdarda maddi ziyan vurmuşdur. Onlar müqavilənin şərtinə uyğun olaraq, 1 ay ərzində sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verməyə h azırdırlar.
6. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, İddiaçı və Şahid3 tanıyır. Qeyri-yaşayış sahəsi ilə bağlı danışıqlar Sevinc xanımla aparılmışdır. Danışıqlar aparılan müddət orada direktor olmuşdur. Şahid3nya layihələri təqdim etməklə bağlı sms göndərilmişdir. SMS-in mətnində təmirə başlamaq və layihənin təqdim olunması, əksi təqdirdə isə aylıq kirayəhaqqının dayandırılacağı qeyd olunurdu. Layihə iyun ayında təqdim olunmuşdur. Daha sonra təmir zamanı narazılıqlar olmuş və bəzi hissələr yenidən sökülüb tikilmişdir. Söküntü aparılan zaman artıq o işlərə baxmırdı. O işlərə Akşin müəllim baxırdı. Ümumilikdə 160 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi idi. Şahid3 obyektə 5 giriş qapısı qoyulmasını istəmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindir ilən Nümayəndə2 ifadəsində bildirmişdir ki, "xxxx" MTK-da hüquqşünas kimi işləyir. İddiaçını tanıyır. O əraziyə köçürülən hamını tanıyır. Köçürmə işlərinə o baxırdı. Rəhbər o olmuşdur. Şirkətin hüquq işlərini də görür.O vaxt bu layihədə rəhbər o olmuşdur. Köçürülmə bitəndən artıq orda oturmamışdır. İşlərini baş ofisdə görür. Təmir başlayan zaman şəxslərin öz layihəsini soruşurlar. Təmiri onlar etmirlər, şirkət və sahibkar ilə əlaqələndirirlər. Daha sonra şəxslər arasında görüş olur. Təmirin necə olacağına qarışmırlar. Bu prosesin hər kəslə eynidir. Bu işdə Sevinc xanımla danışıqlar aparmışdılar.
8. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, avqust ayında ora təyin olunmuşdur. Təmir işini Şahid2 aparırdı. Teymurla danışan zaman sonuncu bildirdi ki, təkcə Şahid3 obyekti qalıbdır. O da bəzi məsələlərdə narazılıqlar yaradır. Layihə təqdim olunsa idi biz təmir edib verərdik.
9. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, o, həmin məhəllədə yaşıyır. Bütün danışıqları Yusif müəllimlə aparmışdır. Onu tikintini aparan şəxs kimi tanımışdır. Müqavilə qızı ilə bağlanmışdı. 2 obyekt var idi. Təmirli idi. Yusif müəllimlə razılığa gəlmiş və alqı-satqı etmişdirlər. Qızı İddiaçı adına olan obyektə görə 1.500 manat kirayə haqqı verilirdi. Tikinti bitəndən sonra, təmir başlayacaq və təmirdən sonra da həmin obyekt işə başlayanda kirayə haqqının verilməsi dayanacaqdı. Ona MTK-dan təmir başladığı üçün kirayə pulunun kəsiləcəyi barədə mesaj gəlmişdi. O da tanışı ilə gedib boş obyektə baxmışdılar. Orda Elşən adında biri var idi. Demişdilər ki, tikintinin direktorudur. Elşən də danışıqlara gedən adam idi. Elşənə onların obyektini göstərməsini bildirmiş, o da göstərmişdi. Yanındakı adamla obyekti ölçəndə məlum oldu ki, obyektin sahəsi 160 kv.m. deyil 154 kv. metrdir. O, bu barədə Elşən və digər tanıdığı şəxslərə demişdi. Elşən yenə də obyektin sahəsinin 160 kv. metr olduğunu demişdi. Ümumi sahədən 6 kv.m. az idi. Bu səbədən MTK-ni məhkəməyə vermişdi. Məhkəmə yekunlaşmamış MTK 6 kv.m. əlavə etdmişdirlər. MTK-ya kirayə pulunu vermələrini və digər nöqsanları qeyd etmişdi. Təmiri aparan şirkətin müdiri Teymurla görüşmüş və necə təmir edəcəklərini soruşmuşdu. Ona ancaq divarları ağardacağını demişdi. Yəni, pis vəziyyətdə təmir olunacaqdı. O da ona görə onları məhkəməyə vermişdir. Ona sadəcə aylıq kirayə pulunu vermələr ini istəyir. Teymurla görüşəndə ona təmir üçün 24.000 manat pul ayrıldığını demişdi. Elşən gedəndən sonra Akşin adlı şəxs gəlmişdi. Onunla danışmış və demişdi ki, 24 min manatın üstünə 6 min əlavə qoyulsun, onu götürsün. Aylıq aldığı pulun da təmirə heç bir aidiyyatı yoxdur. Ona dedilər ki, iddianı götür 24 min manatı veririk.
10. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, podrat müqaviləsi əsasında "xxxx" MTK-da təmir işlərini görürmüş. xx.xx.2023-cü il tarixdə onunla "xxxx" MTK arasında müqavilə bağlanılıb. Obyektin sahibi kimi Sevinc xanımı tanımışdır. İddiaçını tanımır. 2023-cü ilin mart ayında Şahid3 obyektini təmir edirdi. Obyekt ikiyə bölünəcək, qəssabxana olacaqdı, lakin təmir saxlanılmışdır. Sevinc xanım obyekti dəfələrlə sökdürüb, tikdirmişdi r. Rəhbərlik tərəfindən ona təmir edilməli olan məkanlar təklif olunur. Sevinc xanımın göstərişi ilə dəfələrlə söküntü-tikinti işləri oldu. Arakəsmələr sökülmüşdü. Səbəbi Sevinc xanım olub. Obyektdə yığılmış materialları Sevinc xanımın göstərişi ilə götürmüşdür. Sevinc xanımın təmirdən xoşu gəlməyib. Təmir üçün ona ay yarım vaxt lazım idi. Tikinti materialları Cavabdeh MTK tərəfindən 24.000 manat məbləğində verilmişdir. Təmir işləri saxlanılanda o materialları götürmüşdür, pulu kassaya qaytarmışdır. Obyektdə olan materiallar başqa yerdə istifadə olunmuşdur. Sevinc xanım ona zəng edərək demişdir ki, təmir etməsin, materialları götürsün. Cavabdeh MTK tərəfindən təmirin dayandırılması barədə ona göstəriş verilməyib, yenə də təmir edə bilər. Obyektdə heç bir təmir işləri görülməmişdir. Mənzili n 1 m²-ni 170 manatdan, qeyri-yaşayış sahəsinin 1 m²-ni 150 manatdan təmir edirlər. Qeyri-yaşayış sahəsinə qaz çəkilmir. Obyekti təhvil verməməyinin səbəbi Sevinc xanımın göstərişi olmuşdur. Digər qeyri-yaşayış sahələri ilə bağlı hər hansı problem olmayıb. Bərbər təmir etmişdir, narazılıq olmamışdır. 110 m²-ın əskikliyi barədə məlumatı yoxdur. 150 manat təmir paketinin içində padmayak, suvaq işləri, elektrik xəttlərinin çəkilməsi, üstlərinin bağlanılması, işıq xəttlərinin çəkilməsi, tavanın suvaq işləri, qapının qoyulması, döşəmənin vurulması, divarların çəkilməsi, elektrik aksesuarlarının bağlanılması daxildir. Müqavilədə aksesuar barədə yazılmayıb. Sanuzel və istilik aksesuarlarını o bağlamır. Təmir müqaviləsi şirkətlə bağlanılıb, sakinlə müqavilə bağlamır.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayşən Sultanova-Məmmədova) e-2(004)- 291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK-dan 9000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 110 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ilə "xxxx" MTK arasında 28 iyul 2021-cü il tarixdə əvəzləşmə müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 52 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-yə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, 110 kv.m. qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verməmi ş, obyekt təmirli təhvil verilənədək hər ay mülkiyyətçiyə ödəməli olduğu 1.500 manat məbləğində kompensasiyanın verilməsini 2023-cü ilin iyul ayından dayandırmışdır. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur.
13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən əsaslıdır. Cavabdeh 110 kv.m. qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verilənədək hər ay iddiaçıya 1.500 manat məbləğində kompensasiya verməlidir. İş materiallarından və tərəflərin izahatından məlum olmuşdur ki, cavabdeh 2023-cü ilin iyul ayından kompensasiyanın verilməsini dayandırmışdır. Odur ki, 9.000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
14. Məhkəmə hesab etmişdir ki, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən görünür ki, tikinti şirkəti qeyri-yaşayış sahəsini təmirli halda əmlak mülkiyyətçisinə verməsi barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilədə əmlakın təmirinə çəkiləcək pulun əmlak mülkiyyətçisinə verilməsi barədə müddəa yoxdur. Odur ki, bu hissədə iddia tələbi təmin olunmamalıdır
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 386.1, 442, 425.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində - qətnamənin iddianın təmin olunan hissəsind ə əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, tərəflər arasında qarşılıqlı münasibətlərə və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, iddiaçı tərəfindən layihə sənədlərinin vaxtında təqdim olunmaması, daha sonra podratçıların təmir zamanı sahədən qovulması, təmir əvəzinə pulun tələb olunması, bu halın iddiaçının nümayəndəsi və iş üzrə şahid kimi dindirilən Şahid3 tərəfindən də təsdiq olunması və s. kimi göstərilmişdir. 18. 15 avqust 2024-cü il tarixli məhkəmə iclası zamanı (iclasın sonuna yaxın) cavabdehin nümayəndəsi məhkəməyə qəbz (kassa məxaric orderi) təqdim edərək bildirmişdir ki, cavabdeh hüquqi şəxsin direktoru Teymur müəllimin ona verdiyi məlumata əsasən, keçən məhkəmə iclasından sonra tərəflərə mübahisənin barışıqla həll olunması ü çün vaxt verilərkən Şahid3 08 avqust 2024-cü il tarixdə şirkətə yaxınlaşaraq, 10000 manat pul almış və qarşılığında bildirmişdir ki, kirayə pullarının tələbi barədə olan hazırki məhkəmə mübahisələri həll olunacaq və nəticəsindən asılı olmayaraq kassasiya şikayəti də verməyəcək. Pulu şirkətin rəhbəri Teymur müəllimin razılığı ilə şirkətin mühasibi vermişdir. Qəbzdəki “on min manat aldım” yazısı və imza Şahid3, digər yazılar isə şirkətin mühasibinə aiddir.
19. Şahid3 cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi həmin qəbzə etiraz edərək, 08 avqust 2024-cü il tarixdə cavabdeh şirkətdən pul almadığını, qəbzdəki imza və “on min manat aldım” yazısının ona məxsus olmamasını, ümumiyyətlə latın qrafikası ilə yazı yazmamasını, yazılarını kiril əlifbası ilə icra etməsini, 08 avqust 2024-cü ildə cavabdeh hüquqi şəxsin rəhbərliyi ilə hazırki mübahisə ilə bağlı hər hansı danışığının və razılığının olmamasını və s. bildirmişdir.
20. Apellyasiya baxışı zamanı təqdim olunmuş qəbzin birinci instansiya məhkəməsinə təqdim olunmasının qeyri-mümkünlüyünü nəzərə alaraq, mübahisənin düzgün həlli məqsədilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır.
21. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1433 nömrəli ekspert rəyinə əsasən "xxxx" MTK yazılmış xx.xx.2024-cü il tarixli kassa məxaric orderində “Aldı:” qrafasında olan imza – Şahid3 tərəfindən icra olunmuş, lakin “On min manat aldım” yazılar - Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Rafael E yvazov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) 16 dekabr 2024-cü il tarixli 2(103)-3601/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması, məhkəmə xərcinin Cavabdeh MTK-ya aid edilməsi, cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manatın tutularaq müvafiq hesaba ödənilməsi qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabde hin etirazının, eləcə də apellyasiya şikayətinin dəlili kimi iddiaçı tərəfə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təmir üçün layihə-sxem sənədlərini vaxtında təqdim olunmamasını, sonradan isə təmirə maneələr yaradaraq podratçını sahədən qovmasını, beləliklə öhdəliyin lazımi qaydada icra olunmamasında MTK-nın təqsirinin olmamasını və s. göstərmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi cavabdehin etirazı ilə razılaşmayaraq qeyd etmişdir ki, müqavilənin şərtlərində iddiaçının üzərinə təmir üçün layihə-sxem və s. hər hansı sənədlərin təqdim olunması vəzifəsi qoyulmamışdır. Eyni zamanda, cavabdeh sonradan tərəflər arasında belə bir razılaşmasının olması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, belə olan halda, c avabdehin qeyd edilən mövqeyi anlaşılmaz olmaqla, işdə olan sübutlarla təsdiq olunmur.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh məhkəməyə sübut kimi iddiaçıya ünvanladığı 01 may 2023-cü il tarixli və 01 iyun 2023-cü il tarixli məktubları təqdim etmişdir. Həmin məktubların mətnində iddiaçıdan təmirlə bağlı layihənin təqdim olunması tələb olunmuş, əks halda 01 iyul 2023-cü il tarixdən etibarən kirayə haqlarının ödənilməsinin dayandırılacağı qeyd olunmuşdur. Lakin, cavabdeh qeyd olunan məktubların iddiaçıya təqdim olunması və ya ünvanına göndərilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəf isə, qeyd edilən halları təsdiq etməmişdir. Belə olan halda isə, yəni cavabdeh tərəfindən birtərəfli qaydada tərtib olunmuş qeyd edilən məktublar müvafiq sübut əhəmiyyətinə malik olmamaqla, cavabdehin istinad etdiyi halların mövcudluğunu təsdiq edə bilməz. Cavabdeh digər sübut kimi, iddiaçının anası Şahid3 mobil telefonuna göndərilmiş, 2023-cü ilin iyul ayına təsadüf edən whatsapp yazışmasını təqdim etmişdir. Həmin yazışmanın mətninə görə - ayrılan sahənin ara divarlarının hörülmə qaydası və sxemi razılaşdırıldıqdan sonra təmirə başlanacağı, əks halda təmirin standart formada həyata keçiriləcəyi cavabdeh tərəfindən qeyd olunmuş, Şahid3 isə təhvil verilməli olan qeyri-yaşayış sahəsinin ölçüsünün az olmasını (6 m² az) bildirərək, etirazını qeyd etmişdir.
27. Tərəflərin izahatlarından müəyyən olunur ki, həqiqətən təhvil verilməli olan sahənin ölçüsündə fərq yarandığından, həmin sahə sonradan MTK tərəfindən bərpa olunmuşdur.
28. Apellyasiya instansiy ası məhkəməsi hesab etmişdir ki, qeyri-yaşayış sahəsinin təmiri üçün iddiaçı tərəfdən hər hansı layihə və ya sxem tələb olunması müqavilə ilə razılaşdırılmamışdır. Bu səbəbdən də iddiaçı tərəfə müvafiq mesaj göndərilməsinin səbəbləri aydın deyildir. Bununla yanaşı, cavabdeh müvafiq layihə təqdim olunmadığı halda da sahəni təmir etmək vəzifəsini yerinə yetirməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh öhdəliyini artıq 2023-cü ilin iyul ayında tam olaraq yerinə yetirməli və təmirli vəziyyətdə müvafiq qeyriyaşayış sahəsini iddiaçıya təhvil verməli idi. Lakin, elə iyul ayında iddiaçı tərəfə qeyd edilən məzmunda müraciət olunması faktı özü-özlüyündə öhdəliyin icrasının cavabdeh tərəfindən gecikdirilməsinə dəlalət edir.
30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəfər arasında təmirlə bağlı iddiaçının ilkin olaraq layihə və ya digər sənədləri təqdim etməli olması razılaşdırılmamışdır (cavabdeh bu istiqamətdə məhkəməyə sübut təqdim etməmişdir). Bu səbəbdən də, cavabdehin təmiri gecikdirməsinin borclunun müvafiq qarşılıqlı icra hərəkətinin olmamasına istinad etməsi qanunvericiliyin tələbləri və müqavilənin şərtləri ilə uzlaşmır.
31. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, bununla yanaşı, borclunun belə bir öhdəlinin olması istər bu sahədə formalaşmış işgüzar adətlərdən, eləcə də müqavilənin şərtlərinin təhlilindən də irəli gəlmir. Çünki, hər bir şəxsin özünün istəyinə uyğun təmir forması MTK-nın da maraqları çərvisində olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərinə və öhdəliyin mahiyyətinə uyğun gəlmir.Xüsusilə, cavabdeh in özünün təqdim etdiyi “Xidmətlərin göstərilməsi haqqında” 27 fevral 2023-cü il tarixdi müqavilədən görünür ki, inşa olunan müvafiq yaşayış binasında olan əmlakların təmiri ilə bağlı podratçı ilə əvvəlcədən hər m² sahə üçün 170 manat müəyyən olunmuşdur. Göründüyü kimi, təmirin əvvəlcədən müvafiq standartlara uyğun olaraq həyata keçirilməsi podratçı ilə razılaşdırılmışdır.
32. Cavabdehin digər dəlilləri isə təmir işlərinə iddiaçı tərəfin maneə törətməsi ilə bağlı olmuşdur.
33. İddiaçı tərəfin bildirməsinə görə təmir işlərinə yuxarıda qeyd edilən müvafiq müddət keçdikdən sonra da başlanılmamış, əvvəlcə sahənin az olması istiqamətində mübahisələri yaranmış, bununla bağlı məhkəməyə müraciət olunmuş, lakin cavabdeh sonradan həmin çatışmazlığı aradan qaldırmış, bu səbəbdən də iddia ərizəsini ge ri götürmüşdür. Həmin müddətdə isə təmirdən ümumiyyətlə söhbət gedə bilməzdi.
34. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərardadından görünür ki, həqiqətən iddiaçının müvafiq iddiası üzrə tərəflər arasında həmin dövrdə əmlakla bağlı mübahisə qarşılıqlı razılıqla həll olunmuşdur.
35. Eyni zamanda cavabdehin nümayəndəsi də qeyd edilən halı təsdiq edərək, iddiaçının məhkəməyə müraciətindən sonra sahə fərqi ilə bağlı çatışmazlığın aradan qaldırıldığını bildirmişdir.
36. Bununla yanaşı, cavabdehin istinad etdiyi etdiyi Şahid2 birinci instansiya məhkəməsində şahid qismində ifadə verən zamanı bildirmişdir ki, qeyri-yaşayış sahəsində hər hansı təmir işləri aparmamış, yalnız elektrik şəbəkələri cızlanmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi hesab etmi şdir ki, cavabdeh müvafiq öhdəliyini 2023-cü ilin iyul ayınadək yerinə yetirməmiş, iddiaçıya təmirli vəziyyətdə qeyri-yaşayış sahəsini təhvil verməmiş, buna baxmayaraq müqavilənin 1.4-cü bəndinin tələblərini pozaraq aylıq 1.500 manat kompensasiyanı 2023-cü ilin iyul ayından etibarən dayandırmış, bununla da müvafiq öhdəliyini təqsirli olaraq pozmuşdur.
38. Bununla yanaşı, tərəfərin izahatlarından müəyyən olunur ki, təmir işlərinin sonradan da cavabdeh tərəfindən həyata keçirilməmiş, 2024-cü ildə iddiaçı tərəfə təmir pulu nağd şəkildə ödənilmiş, yalnız bundan sonra həmin sahə iddiaçının özü tərəfindən təmir olunmağa başlamışdır.
39. Bu hal isə, ən azı iddiaçının 2023-cü ilin dekabr ayı da daxil olmaqla (2023-cü ilin iyul-dekabr ayları) 6 ay müddət üzrə müvafiq pul vəsaitini tələb etmək hüquq unun olmasını ehtiva edir.
40. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən şikayətin dəlili kimi göstərilən icranın iddiaçı tərəfin təqsirli hərəkətli nəticəsində gecikməsi və ya mümkünsüzlüyü halı müəyyən olmur, cavabdeh isə öz etirazının əsası kimi istinad etdiklərini əsaslandıra bilmir.
41. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ekspertiza rəyi məhkəmə iclasında tədqiq olunarkən cavabdehin nümayəndəsi və Şahid3 bildirmişlər ki, cavabdehlə ilk danışıqlar zamanı, yəni 2021-ci ildə iki qeyri yaşayış sahəsinə görə (hər qeyri-yaşayış sahəsi üçün 1.500 manat olmaqla, cəmi 3.000 manat) 3 ay yarım müddət üçün birdəfəlik 10.000 manat kirayə haqqı, yəni kompensasiya ödənilmişdir. Ola bilsin ki, həmin qəbzə həmin vaxtı imza etmişdir. Lakin, cavabd eh tərəf həmin qəbzdə düzəlişlər edərək, onu 2024-cü ilə aid etmişdir. Belə ki, diqqətlə baxdıqda qəbzdəki imza və yazının fərqli rəqəmlərlə yazıldığı, eləcə də qəsdən 2021 yazısında “1”-in “4” edildiyi, nəticədə “2021”-in “2024” kimi qələmə verildiyi, bununla da məhkəməyə saxta sənəd təqdim edildiyi açıq-aşkar görünür. Eyni zamanda, əgər iddiaçının anası Şahid3 həqiqətən 08 avqust 2024-cü il tarixdə cavabdeh MTK-da olmuşdursa, bunun təsdiqi kimi digər sübutlar, məsələn kamera görüntüləri və s. təqdim olunardı. Qəbzin yazılışından da onun hazırki mübahisənin həlli ilə bağlı olması görünmür
42. Məhkəmə kollegiyası cavabdeh tərəfin təqdim etdiyi qeyd olunan qəbzə tənqidi yanaşaraq hesab etmişdir ki, həmin qəbzin məhz 08 sentyabr 2024-cü il tarixdə, hazırki işlə bağlı barışıq məqsədilə tərtib olunması müəyyən olunmur.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əgər tərəflər həqiqətən hazırki apellyasiya icraatı zamanı barışığa gələrək müvafiq öhdəliyə qarşılıqlı razılıq əsasında xitam vermişdirlərsə, bunun qanunvericliyə uyğun, aydın və anlaşılan formada rəsmiləşdirilməməsi (halbuki, cavabdeh hüquqi şəxs olmaqla, tərəflər peşəkar vəkillərlə təmsil olunmuşlar), eyni zamanda barışıqla bağlı məsələnin bilavasitə məhkəmə iclasının əvvəlində deyil, sonunda cavabdehin nümayəndəsi tərəfindən bildirilməsi və müvafiq qəbzin təqdim edilməsi sadə məntiqə sığmır. Əksinə qəbzin mətnindən orada qeyd olunan pul vəsaitinin məhz hazırki işlə bağlı mübahisənin barışıq yolu ilə həll olunması məqsədilə verilməsi görünmür, orada sadəcə 10.000 manat pul vəsatinin Şahid3 ödənilməsi öz əksini tapmışdır. Qəbzdən açıq aydın görünür ki, o, 2021-ci il tarixdə çap olunmuş formulyar olmaqla, üzərində cavabdehin əvvəlki adı ("xxxx" MTK) qeyd olunmuşdur. Eyni zamanda qəbzin üzərində olan 2021-ci il tarixi, diyircəkli qələm vasitəsilə 2024-cü il tarixinə düzəliş edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasında münasibətlərin 2021-ci ilin müvafiq dövründə yaranması nəzərə alınmaqla, həmin dövrdə iddiaçı tərəfə müvafiq pul vəsaitinin (kompensasiyanın) verilməsi istisna olunmur. Həmçinin, cavabdehin nümayəndəsi qəbzdə “On min manat aldım” yazıların Şahid3 tərəfindən icra olunduğunu bildirsə də, ekspertiza rəyi ilə həmin yazıların başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi bildirmişdi r ki, əgər iddiaçının anası Şahid3 həqiqətən 08 avqust 2024-cü il tarixdə cavabdeh MTK-da olmuşdursa, bu faktın təsdiqi kimi müvafiq obyektiv sübutların (məsələn, kamera görüntüləri, danışıqlar və s.) mövcud olmaması da ağlabatan deyildir. Lakin, cavabdeh bu istiqamətdə də məhkəmə kollegiyasına hər hansı sübut təqdim etməmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı tərəflərin barışığa gəlməsi ilə bağlı açıq-aşkar həqiqətə uyğun olmayan məlumatlar verməklə yanaşı, həmin halın təsdiqi üçün hər hansı sübut əhəmiyyətinə malik olmayan (üzərində düzəlişlər edilmiş) mötəbərliyi aşkar şübhə doğuran sənəd (kassa məxaric orderi) təqdim etmişdir
47. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 4 36, 430.1, 442, 445.2, 445.5, 445.6, 560.1 və 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
48. Cavabdeh MTK(Vəkil2) kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələblərinin tamamilə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi şikayət üzrə araşdırma apararkən 425.1-ci maddənin tələblərini düzgün tətbiq etməmiş, müqavilə tərəflərinin vicdanlılıq məsələsinə ümumiyyətlə qiymət verməmişdir. Mövcud praktikaya əsasən Bakı şəhərində əvəzləşdirmə müqavilələrinin predmeti olan istənilən mənzil və qeyri-yaşayış sahəsi sakinlərə təhvil verilərkən onlarla ara diva rların hörülmə qaydası, sxemi və digər razılaşdırılmalı olan məsələlər razılaşdırıldıqdan sonra təmirə başlanılır və bu praktikanın əsas məqsədi sonradan tərəflər arasında təmir ilə bağlı mübahisələrin yaranmamasıdır. İş materiallarında olan sübutlardan görünür ki, iddiaçıya hazırki məsələ ilə bağlı müraciət olunsa da, iddiaçı bununla bağlı MTK-ya münasibət bildirməmiş, əksinə müqavilə şərtlərinin pozulmasına qəsdən şərait yaratmışdır. Belə ki, işi araşdıran apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qeyri-yaşayış sahəsini təhvil verərkən, kommunikasiya xətlərinin yeri, sanitar qovşağın və s. yeri MTK-ya bildirildikdən sonra təmir həmin plan əsasında həyata keçirilməli, sonradan mübahisə yaranmaması üçün iddiaçının istəyinə uyğun təmir həyata keçirilməli idi. Lakin, iddiaçı ö z hüquqlarını həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmiş, təmirin gedişatına müxtəlif bəhanələrlə (isti döşəmənin olmamasını, arakəsmələri bəyənməməyi, materialları bəyənməməyi və s. bəhanələrlə) əngəl törətmişdir. Üstəgəl, iddiaçı birinci instansiya məhkəməsində çıxış edərkən həmin halları qəbul etmiş, təmiri özünün dayandırdığını, təmirin MTK tərəfindən deyil, ona pul verilməsi qarşılığında özünün təmiri həyata keçirəcəyini bildirmişdir. Lakin apellyasiya instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, iş materiallarında olan iddiaçının birinci instansiya məhkəməsində qeyd edilən ifadələrinə nəzər verməmiş, iddiaçının vicdanlı şəkildə hərəkət etmədiyini nəzərə almayaraq, cavabdehin hüquqlarını kobud surətdə pozan qətnamə qəbul etmişdir. Apellyasiya insta nsiya məhkəməsi hazırki maddi hüquq normasının pozulması ilə nəticələnən qətnamə qəbul etməklə, iddiaçının sui-istifadə hərəkətləri nəticəsində müqavilə öhdəliklərinin yerinə yetirilməməsinin səbəbkarı kimi MTK-nı təqsirli bilərək yanlış nəticəyə gəlmişdir.Apellyasiya instansiya məhkəməsi, işə baxan tam hüquqlu məhkəmə kimi, MTK tərəfindən təqdim edilən sübutlara, eyni zamanda işdə iştirak edən şəxslərin izahatlarına düzgün qiymət verməməklə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin sübutlarla təsdiq olunur ki, iddiaçıya əvvəlcədən bildiriş göndərilməklə, təmir üçün vacib olan halların aydınlaşdırılması ilə bağlı layihəni təqdim edilməsi, edilməyəcəyi təqdirdə təmirin gecikdirilməsinə görə məsuliyyət daşımayacaqları iddiaçının nəzərinə çatdırılmışdı r. Təmir gedişatında isə iddiaçı müxtəlif bəhanələrlə təmir edən şəxslərə maneələr törətmiş, təmiri bəyənmədiyini, pulun ona verilməsini tələb edərək, təmirin özünün tərəfindən həyata keçiriləcəyi bildirilmişdir. İddiaçı aylıq kirayə haqqını almaq məqsədilə qəsdən təmir işlərinin gedişatına mane törətmiş, bu halları birinci instansiya məhkəməsində qəbul etsə də, apellyasiya instansiya məhkəməsində ifadəsini dəyişdirərək “ikibaşlı” ifadə vermişdir. Lakin məhkəmə həmin sübutlara düzgün qiymət verməməklə, hazırki prosessual normanın tələbləri pozulmuşdur.
50. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, iş materiallarında 10.000 manat pulun ödənilməsini təsdiq edən qəbzlə bağlı, blankın üzərində tarixə dəyişiklik edilməsi ilə bağlı məhkəmə cinayət əməllərini “aşkar” etməklə xüsusi qər ardad qəbul etsə də, apellyasiya instansiya məhkəməsi hazırki prosessual normanın tələblərini yenidən nəzərdən kənarda saxlamışdır. Belə ki, iş materiallarında olan ekspert rəyindən göründüyü kimi pulun alınması ilə bağlı imzalar iddiaçı və nümayəndəsinə məxsus olmaqla onlar tərəfindən icra olunmuşdur. Yəni, həmin pulların iddiaçı tərəfindən alındığı işin mübahisəsiz halı olsa da, məhkəmə nədənsə, həmin hissəyə qiymət verməməklə, blank üzərindəki dəyişikliyə diqqət yetirmişdir. Cavabdeh tərəf bildirir ki, MTK tərəfindən köhnə blankın üzərində tarixə dəqiqləşdirmə apararaq, düzəliş etməsi cinayət əlamətini aşkara çıxarmır və heç bir halda xüsusi qərardadın qəbul edilməsi üçün əsas ola bilməzdi. Üstəgəl, iddiaçının nümayəndəsi məhkəmə iclasında həmin qəbzdən xəbərinin olmamasını, həmin məblə ğdə pulun alınmamasını qeyd etsə də, məhkəmə qətnaməsində nümayəndənin həmin məbləği daha əvvəl əldə etməsini qəbul etməsi ilə bağlı məsələlər qeyd olunmuşdur. Qeyd edilən ziddiyətə də məhkəmə tərəfindən hər hansı qiymət verilməmişdir. Göründüyü kimi, məhkəmə cinayət əlamətlərinə dair heç bir əsas olmadığı halda, xüsusi qərardad qəbul etməsi apellyasiya instansiyasının həmin prosessual normanın tələblərini pozmasını aşkar edir.Apellyasiya instansiyası məhkəməsi iddiaçının birinci instansiya məhkəməsində təmirin gedişatını dayandırmasının qəbul edilməsi ilə bağlı izahatlarını ümumiyyətlə nəzərə almamış, açıq-aşkar hüquqlarından sui-istifadə edən şəxsin mövqeyini əsas götürərək, hazırki prosessual normanın tələblərini kobud surətdə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
53. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (MM-nin 387.2-ci mad.).
54. Maddə 399.1. Müqa vilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
55. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir
56. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
57. Maddə
436. Əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir.
58. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
59. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, habelə icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
60. Maddə 445.5 və 445.6. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanı lır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır.
75. Kassasiya şikayətinin dəlillərində qeyd olunan iddiaçı tərəfə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təmir üçün layihə-sxem sənədlərini vaxtında təqdim olunmaması, sonradan isə təmirə maneələr yaratması, beləliklə öhdəliyin lazımi qaydada icra olunmamasında MTK-nın təqsirinin olmaması və s. hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
76. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəm əsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
77. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2024-cü il tarixli 2(103)-3601/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.