Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-131/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Kalbalıyev Aslan Kalbalı oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim G.Əhmədova) xx.xx.2019-cu il tarixli, 2(002)-*****/2019 nömrəli qətnaməsi ilə İdd iaçı Cavabdeh1nə qarşı 5 saylı Region üzrə X5 maraqlı şəxs qismində qeyd edilməklə “intizam tənbeh tədbirinin verilməsi haqqında əmrin ləğv edilməsi, əvvəlki işə bərpa olunması və məcburi işburaxma dövrü üçün ödənilməli olan əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 iddiaçı Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin ustası vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli ***** nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh1 Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin ustası vəzifəsinə bərpa edilməsi və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hak imlər F.Babayev, E.Şamayev, E.Həsənov) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-*****/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh1nə qarşı 5 Saylı Region üzrə X3 maraqlı şəxs qismində qeyd etməklə “intizam tənbeh tədbirinin verilməsi haqqında əmrin ləğv edilməsi, əvvəlki işə bərpa olunması və məcburi işburaxma dövrü üçün ödənilməli olan əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində olan xx x xxxxxxx 2018-ci il tarixli *****saylı “intizam tənbehinin verilməsi haqqında” əmrin ləğv edilməsi, onun tutduğu vəzifədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsaslanaraq xx.xx.2019-cu ildən azad edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli ***** saylı əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması, qanunsuz işdən çıxarıldığına görə xx xxxxxx 2019-cu il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı işdən azad edilməsinə əsas kimi, əmək vəzifələrinin k obud surətə pozulması halları olmuşdur. Belə ki, xx xxxxxx 2019-cu il tarixli,***** nömrəli Bakı şəhəri Sukanal müəssisələri İttifaqının Bakı şəhər komitəsi tərəfindən verimiş məktubda İddiaçı əmək funksiyasının icrasında kobud əmək pozuntusuna yol verdiyini nəzərə alaraq işçi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbinə uyğun ləğv edilməsinə etirazının olmadığı qeyd edilmişdir. Həmkarlar ittifaqı komitəsinin müvafiq iclas protokolunun qərarına əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər nəticəsində işəgötürənin və müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə İddiaçı işdən çıxarılmasına etiraz edilməmişdir. Qaradağ SK-nın Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəisi J1 xx.xx.2019-cu il tarixli xidməti yazısında sahə ustası İddiaçı xi dmət göstərdiyi Ələt qəsəbəsi sahəsində abonentlərə qanunsuz birləşmə verildiyinin aşkar edildiyini bildirmişdir. Bu da öz növbəsində külli miqdarda su itikisinə səbəb olmuşdur. Bütün bunları nəzərə alan işəgötürən özünün xx.xx.2019-cu il tarixli ***** №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq onunla bağlanan əmək müqaviləsinə xitam vermişdir. İşə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88 və 217-ci maddələrinin tələblərini pozmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bunu nəzərə almayan birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**** */2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh1 vəkili Vəkil1 və maraqlı şəxs 5 Saylı Region üzrə X2 səlahiyyətli nümayəndəsiməhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kas sasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, “xxxx” ASC Cavabdeh1 ilə İddiaçı xx xxxxxx 2014-cü il tarixində Cavabdeh1 Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin 11-ci dərəcə ilə usta vəzifəsinə işə götürülmüş və tərəflərin qarşılıqlı razılığı ilə müqavilə xx xxxxxx 2015-ci il tarixinədək bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixli, ***** nömrəli məktubun surətindən görünür ki, Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin ustası vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.201 9-cu il tarixdən ləğv edilməsi və xx.xx.2018-ci il tarixdən 16.01,2019-cu il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 31 təqvim günü pul əvəzinin ödənilməsi müəyyən olunmuşdur. xxxx ASC-nin Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixli Cavabdeh1 Su şəbəkələrinin istismarı sahəsinin Ustasınının xx xxxxxx 2013-cü il tarixli Vəzifə Təlimatının məzmunundan görünür ki, usta sahəsinin əmək funksiyasının nədən ibarət olması 19 bənddə qeyd olunmuşdur. Həmçinin, İddiaçı həmin təlimatla oxuyub tanış olduğunu imza etməklə təsdiq etmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli *****nömrəli əmrin surətindən görünür ki, İddiaçı əmək funksiyasını qismən yerinə yetirdiyi üçün 2016-2018-ci illər üzrə Sahə (Tarif) Kolllektiv Sazişi ilə t əsdiq edilmiş 4.1.13 bəndinə əsasən onun aylıq əmək haqqı 20 % məbləğində azaldılması əmr edilmişdir. xx xxxxxx 2019-cu il tarixli,***** nömrəli Bakı şəhəri Sukanal müəssisələri Həmkarlar İttifaqının Bakı Şəhər Komitəsi tərəfindən verilmiş məktubun surətində, İddiaçı əmək funksiyasının icrasında kobud əmək pozuntusuna yol verdiyini nəzərə alaraq işçi ilə idarə arasında olan əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə uyğun olaraq ləğv edilməsinə etirazının olmadığı qeyd olunmuşdur. “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 Həmkarlar İttifaqının xx xxxxxx 2019-cu il tarixli **** saylı təqdimatın icrası ilə bağlı cavab məktubundan görünür ki, Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin ustası İddiaçı əmək müqaviləsindəki öhd əliklərə əməl etməməsi, sudan qeyri-qanuni istifadə edən sakinlərdən maddi vəsait alması ilə bağlı məsələnin həmkarların iclasında gündəlik məsələ olaraq müzakirəyə qoyulduğu və sənədlərin Həmkarlar İttifaqının Bakı şəhəri Komitəsinə göndəriləcəyi qeyd olunmuşdur. xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 Həmkarlar İttifaqının xx xxxxxx 2019-cu il tarixli iclasının protokolunun məzmunundan görünür ki, iclasda 5 nəfər üzvü iştirak etmiş, iclasın sədri tərəfindən sahə ustası İddiaçı xidmət ərazisində aşkarlanmış qeyri-qanuni sudan istifadə hallarına nəzarətsizliyin, sakinlərin su xəttinə özbaşına qoşulmalarının qarşısının alınmaması hallarının çoxaldığının səbəbi soruşulduğu zaman o, qeyd olunan ünvanlarda dəfələrlə su xətlərinin dayandırıldığını, lakin vətəndaşların yenidən su xəttinə icazəsiz birləşmələri etdiyini qeyd etdiyi göstərilmişdir. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 2008-ci il tarixdən Cavabdeh1ndə işləməyə başlamış, habelə onun xx.xx.2014-cü il tarixdə 26-K nömrəli əmrlə Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinə 11-ci dərəcə ilə usta vəzifəsinə təyin edilməsi və ***** nömrəli əmri ilə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad edilməsi qeyd olunmuşdur. Cavabdeh1 iyul və avqust ayı ərzində qəsəbələr üzrə satılan su və itki faizi haqqında məlumatdan görünür ki, iyul ayı ərzində 934500 m3 həcmində, avqust ayında isə 526380 m3 həcmində su itkisi olmuşdur. Cavabdeh1 Su şəbəkələrinin istismarı sahəsinin ustasının və zifə təlimatlarında İddiaçı vəzifə təlimatları ilə tanış olduğu qeyd olunmuşdur. xx xxxxxx 2019-cu il tarixli 02 nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin ustası İddiaçı işdən azad edildiyi gün eləcə də sonrakı günlərdə əmək kitabçasını idarədən götürməsi üçün dəfələrlə edilmiş zənglərdən sonra o, xx xxxxxx 2019-cu il tarixdə idarəyə gəlmiş, lakin əmək kitabçasını götürməkdən imtina etmiş, daha sonra poçt vasitəsi ilə əmək kitabçasının göndərilməsi təklif edilsə də İddiaçı əmək kitabçasını almaqdan imtina etdiyini bildirmiş, ona görə də bu faktın doğruluğunun təsdiq olunması üçün akt tərtib olunmuş və imzalanmışdır. İddiaçı tərəfindən verilmiş xx.xx.2019-cu il tarix li izahatından görünür ki, qeyd olunan sakinlərin sənədlərinin idarəyə verildiyi, təqdimatla razı olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, əmək qanunvericiliyində əmək vəzifələrinin kobud pozulması halları konkret olaraq göstərilmişdir. Lakin cavabdeh işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə əmək funksiyasının kobud pozulması əsası ilə xitam verilsə də, nə əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə, nə də hər hansı digər sənəddə iddiaçı tərəfindən yol verilmiş əmək funksiyasının kobud pozuntusunun nədən ibarət olması, onun əmək müqaviləsi üzrə öz üzərinə götürdüyü hansı əmək funksiyalarını poz ması, habelə həmin pozuntuların törədilməsində onun birbaşa təqsirinin olmasına dair əsaslar öz əksini tapmamış, həmçinin həmin hallara dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əmək Məcəlləsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu halda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv oluna bilər (maddə 70 ç bəndi); bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, ə mək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddə 70.2); İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə (yəni işəgötürənin təşəbbüsü ilə) müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 70.3); İşçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: -özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; -alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gə ldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; -təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; -qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; -əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; - əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrar ən əmək funksiyasını pozması; -iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai- təhlükəli əməllərə yol verməsi (maddə 70.2) Həmçinin, cavabdeh iddiaçının qeyri-qanuni su xətlərinə görə sakinlərdən maddi vəsait tələb etməsinə görə su itkisinin yaranmasını əmək funksiyasının kobud pozuntusu kimi qiymətləndirsə də, məhkəmə araşdırması zamanı qeyr-qanuni su xəttlərinə nəzarət edilməsinin məhz iddiaçının əmək funksiyasının tərkib hissəsi kimi çıxış etməsi, habelə həmin su itkisinin baş verməsinin məhz onun təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, əmək qanunvericiliyinin tələbinə əsasən işçinin əmək funksiyası əmək müqaviləsində dəqiq, birmənalı və təfsilatı ilə göstərilməlidir. Lakin iş materi allarından görünür ki, işçinin əmək funksiyası əmək müqaviləsində dəqiq, aydın qeyd olunmamışdır. Habelə, işçinin vəzifə təlimatında hansı işləri yerinə yetirməsinə görə cavabdehlik daşıması, həmçinin əmək funksiyasının nədən ibarət olması sadalansa da, həmin Təlimatda qeyri-qanuni su xətlərini aşkar etməsi ilə bağlı əmək funksiyasını icra etməsinə dair iddiaçının hər hansı öhdəlik götürməsi qeyd olunmamışdır. Belə olan halda işçi tərəfindən hansı əmək funksiyasının pozulmasını və həmin funksiyanın kobud pozuntu kimi müəyyən edilməsini aydınlaşdırmaq mümkün olmamışdır. Bununla yanaşı, cavabdeh işəgötürən tərəfindən iddiaçının əmək funksiyasını icra etməməsinin onun qəsdən və ya səhlənkarlıqla etinasızlıq nəticəsində törətdiyini, habelə bu pozuntunun törədilməsinin işin normal ahənginin poz ulmasına və ya onun hüquq və mənafelərinə ziyan vurmasına gətirib çıxartmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, həmin hallar da məhkəmədə öz təsdiqini tapmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh işəgötürən tərəfindən bu əsasla iddiaçı ilə əmək müqaviləsinə xitam Yeriməsinin zəruriliyini əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə əsaslandırmamış, həmin əmrdə sadəcə əmək müqaviləsinin xitamı əsasını nəzərdə tutan əmək qanunvericiliyinin norması sadalanmışdır. Həmçinin, nəzərə alınmalıdır ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsnə bu əsasla xitam verilməsinə dair həmkarlar ittifaqının müvafiq razılığının olub-olmaması ilə bağlı ona müvafiq təqdimat göndərilsə də, əmək qanunvericiliyinin tələbinə əsasən həmkarlar ittifaqı tərəfindən həmin təqdimata baxılmasının nəticəsinə dair yazılı formada tərtib olunmuş və əsaslandırılmış qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Habelə, məhkəmədə iş materialları və şahid ifadələri əsasında müəyyən olunmuşdur ki, həmin məsələ ilə bağlı ümumiyyətlə həmkarlar ittifaqının hər hansı iclası keçirilməmiş, sadəcə formal olaraq iclas protokol tərtib olunmuşdur. Göründüyü kimi, işəgötürən tərəfindən əmək qanunvericiliyinin həmkarlar ittifaqının razılığının alınması ilə bağlı tələbi də pozulmuşdur. Göründüyü kimi, cavabdeh işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70,72,76 və 80-ci maddələrinin tələbləri pozulmuşdur. Bu halda iddiaçının işdən azad olunması qanunsuz və əsasız olmuşdur. Ona görə də apellyasiya kollegiyas ı hesab etmişdir ki, iddiaçının iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair hissədə əsaslı olmaqla, təmin olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq yə ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçini n vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Həmin Məcəlləyə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki- Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır (maddə 297); Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir (maddə 301); Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcl udurlar (maddə 290). Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlillərinin əksəriyyəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası həmin dəlillər üzrə araşdırma apararkən iddiaçının əmək vəzifələrinin kobud pozuntusuna yol verməsi halını müəyyən etməmişdir. Kassasiya şikayətinin digər “iddia müddətinin tətbiq edilməli olması ilə bağlı” dəlili ilə əlaqədar isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən ve rilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-131/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-131/2020
09.01.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver