Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-131/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 cavabdehlər Cavabdeh1 Xubalı oğluna və X16 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX-nin) 8 saylı Ərazi İdarəsinə qarşı dövlət reyestrindən çıxarış və texniki pasport etibarsız hesab edilməklə cavabdehin çıxarılması, tikilinin sökülməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğl undan ibarət tərkibdə, X19 oğlunun katibliyi, İddiaçı2, onun vəkili X9, Cavabdeh1 Xubalı oğlunun və onun vəkili X6 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1507/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “Torpağın mülkiyyətə verilməsinə dair JN-024A KOD 80407038 nömrəli şəhadətnamənin surətindən görünür ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 17/1 saylı qərarı ilə fərdi yaşayış, həyətyanı sahə, fərdi kollektiv və koperativ bağlar, dövlət bağçılıq təsərrüfatı məqsədi ilə Mirzəyev Hacıağa Xubalı oğlunun, Əhmədova (Mirzəy eva) Rəna Məmmədağa qızının, İddiaçı2, X4, İddiaçı3 və X2 mülkiyyətlərinə cəmi 1,72 hektar torpaq sahəsi verilmişdir. X16 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli 23/1341 saylı daşınmaz əmlakın dövlət reyestrinin arayışından görünür ki, DT və XK-nin təqdim etdiyi elektron məlumat bazasının məlumatına əsasən İddiaçı1 adına Yardımlı rayonu Dəryavar kəndində 6 nəfər ailə üzvüləri ilə ümumi-birgə mülkiyyətlərində 1,72 hektar torpaq sahəsi vardır. MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Yardımlı rayonu Dəryavar kəndində 0,39 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Cavabdeh1 Xubalı oğlunun adına xx xxx 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X5 məhkəmədə iddia qaldıraraq, onlara məxsus olan 1.39 ha pay torpaq sahəsinin Cavabdeh1 Xubalı oğlunun qanunsuz sahibliyindən azad edilməsi, cavabdeh X16 Komitəsinin yanında DƏDRX-nin 8 saylı ərazi idarəsində cavabdeh İddiaçı2 adına qeydə alınmış xx xxx 2011-ci il tarixli çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi, həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikintinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsindən cavabdehin çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, onların mülkiyyətlərinə Yardımlı rayonu Dəryavar kəndi ərazisində Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 17/1 saylı qərarı ilə 1,72 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsindən 2007-ci il tarixə kimi istifadə etmişlər. Onlar Şirvan şəhərinə köçərək orada yaşayırlar. 1,72 ha torpaq sahəsindən 0,33 ha sahəsi Yardımlı rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə X4 iddiasına əsasən ayrılıb ona verilmişdir. Qalan 1.39 ha torpaq sahəsini təyinatı üzrə istifadə etmək məqsədi ilə Yardımlı rayonu Dəryavar kəndinə getdikdə, cavabdeh İddiaçı2 həmin torpaq sahəsindən istifadə etməsini və üzərində qanunsuz tikili olmasını görmüşlər. Cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etdikdə, o, torpaq sahəsinə mülkiyyət hüququnun olduğunu bildirmişdir. DƏDRXnin 8 saylı ərazi idarəsindən 1,72 ha torpaq sahəsinin 0,39 ha torpaq sahəsinə cavabdeh İddiaçı2 adına mülkiyyət hüququnun q eydə alındığı, ona xx xxx 2011-ci il tarixli çıxarış və texniki pasport verildiyi bildirilmişdir. İddiaya görə, cavabdehin adına verilmiş çıxarış və texniki pasport qanunsuzdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X16 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24 oktyabr 2019-cu il tarixli, C-201 nömrəli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 23752 nömrəli ekspert rəyindən görünür ki, Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yer quruluşu layihəsi materialının yerəuyğun yerləşmə vəziyyətinə görə Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 17/1 saylı qərarı ilə JN 024A nömrəli torpağın mülkiy yətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum Mirzəyev Hacıağa Xubalı oğluna, iddiaçılar Mirzəyeva (Əhmədova) Rəna Məmmədağa qızının, İddiaçı2, İddiaçı3 və X2 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin məhkəmə qətnaməsindən sonra qalan 1,42 ha hissəsində mövcud olan əsas və köməkçi tikililərin yerləşmə vəziyyəti, ölcüləri müəyyənləşdirilərək tərtib edilmiş mütəxəssis rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yer quruluşu layihəsi materialının yerəuyğun yerləşmə vəziyyətinə və torpağın mülkiyyətə verilməsinə dair JN 024A nömrəli şəhadətnaməyə əsasən Mirzəyev Hacıağa Xubalı oğluna (mərhum) və iddiaçılara birgə mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinin məhkəmə qətnaməsindən sonra qalan 1,42 ha hissəsinin 0,43 hektaradək hissəsi Cavabdeh1 Xubalı oğluna **********39-10301 reyestr nömrəli Çıxarışla mülkiyyətə verilmiş 0,39 ha (cizgi daxilində 0,4468 ha) həyətyanı torpaq sahəsinin 0,43 hektaradək olan hissəsi ilə üst-üstə düşür. Cavabdeh1 Xubalı oğluna adına **********39-10301 reyestr nömrəli Çıxarışla qeydiyyata alınmış və faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin yerəuyğun yerləşmə vəziyyəti, ölçüləri müəyyənləşdirilərək tərtib edilmiş planda və Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yer quruluşu layihəsindən çıxarışda göstərilmişdir. Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yer quruluşu layihəsi materialının yerəuyğun yerləşmə vəziyyətinə və torpağın mülkiyyətə verilməsinə dair JN 024A nömrəli şə hadətnaməyə əsasən Mirzəyev Hacıağa Xubalı oğluna (mərhum) və iddiaçılara mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə naturada mövcud olan plana alınmış gediş-gəliş yolunun yerləşmə vəziyyəti, ölçüləri müəyyənləşdirilərək tərtib edilmiş planda və Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir. Yardımlı Rayon Məhkəməsinin (hakim İ.Həsənquliyev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçıların tələbi təmin edilmiş, Azərbaycan Respublikası X16 Komitəsinin yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh1 Xubalı oğlunun adına verilmiş xx xxx 2011-ci il tarixli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab e dilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 ümumi birgə mülkiyyətlərinə verilmiş 1,39 ha pay torpaq sahəsinin Cavabdeh1 Xubalı oğlunun qanunsuz sahibliyindən azad edilməsi, qanunsuz zəbt edilmiş ərazidə inşa edilmiş tikililərin Cavabdeh1 Xubalı oğlunun hesabına sökülməsi və cavabdeh həmin torpaq sahəsindən çıxarılması undan alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 17/1 saylı qərarına əsasən JN 024A, KOD 80407038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mərhum Mirzəyev Hacıağa Xubalı oğluna, X7, iddiaçılar Əhmədova (Mirzəyeva) Rəna Məmmədağa qızına, İddiaçı2, İddiaçı3 və X3 fərdi yaşayış, həyə tyanı torpaq sahəsi, fərdi kollektiv və kollektiv bağlar salmaq məqsədi ilə 1,72 ha torpaq sahəsi verilmişdir. Mirzəyev Hacıağa Xubali oğlu ailəsi ilə birlikdə Şirvan şəhərinə köçdükdən sonra cavabdeh Cavabdeh1 həmin 1,72 ha torpaq sahəsindən zəbt edərək istifadə etmişdir. Yardımlı rayon Məhkəmənin xx xxxx 2016-cı il tarixli 2(038)-06/2016 saylı qətnaməsi ilə Cavabdeh1 Xubalı oğlunun istifadəsində olan 1,72 ha torpaq sahəsinin şimal-qərb hissəsindən 0,33 ha torpaq sahəsi ayrılaraq X7 verilmişdir. Məhkəmənin sorğusuna əsasən X16 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi tərəfindən Cavabdeh1 Xubalı oğlunun adına xx xxx 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan çıxarışın verilməsinə əsas olan sənədlər- Yardımlı rayon İHBnin Bozayra n Ərazi Nümayəndəliyinin xx xxxx 1996-cı il tarixli, 07 saylı sərəncamın, xx xxxx 1997-ci il tarixli aktın, xx xxxxx 2011-ci il tarixli, 237 saylı təsərrüfat başına kitabdan çıxarışın, torpağın mülkiyyətinə verilməsinə dair JN-023B saylı şəhadətnamənin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Həmin sənədlərdən-Yardımlı rayon İHB-nin Bozayran Ərazi Nümayəndəliyinin xx xxxx 1996-cı il tarixli, 07 saylı sərəncamının, xx xxxx 1997-ci il tarixli aktın surətlərindən Cavabdeh1 Xubalı oğluna Dəryavar kəndində “Kilətonu” adlanan sahədən bir tərəfi qardaşı Hacıağa Mirzəyevin həyətyanı torpaq sahəsi ilə həmsərhəd olan fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi verilməsi, Yardımlı rayon İHB-nin Bozayran Ərazi Nümayəndəliyinin xx xxxxx 2011-ci il tarixli, 237 saylı təsərrüfat başına kitabdan çıxarışın surətindən Cavabdeh1 Xubalı oğlunun 0,39 ha torpaq sahəsində bir mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 94,3 kvm, yaşayış sahəsi 53,5 kvm olan 1998-ci ildə tikilmiş fərdi yaşayış evi olması, JN 023B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən Cavabdeh1 Xubalı oğlunun və ailə üzvülərinin mülkiyyətinə 0,39 ha həyətyanı torpaq sahəsi verilməsi aydın şəkildə görünür. Cavabdeh1 Xubalı oğlunun adına xx xxx 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan çıxarışın verilməsinə əsas olan sənədlərdən, ekspert rəyindən, mülki iş üzrə mübahisəli torpaq sahəsinin planından və Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yer quruluşu layihəsindən çıxarışdan göründüyü kimi, JN 023B nömrəli torpağın mülkiyyətə verilməsinə d air şəhadətnaməyə əsasən Cavabdeh1 Xubalı oğluna və ailə üzvülərinin mülkiyyətinə verilmiş 0,39 ha həyətyanı torpaq sahəsi yerləşmə vəziyyətinə görə, JN 024A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum Mirzəyev Hacıağa Xubalı oğluna, iddiaçılar Əhmədova (Mirzəyeva) Rəna Məmmədağa qızına, İddiaçı2, İddiaçı3 və X3 mülkiyyətə verilmiş torpaq sahəsinin məhkəmə qətnaməsindən sonra qalan 1,42 ha hissəsi ilə həmsərhəd yerləşsədə, o, JN 023B kontur üzrə mülkiyyətinə verilmiş torpaq sahəsində deyil, iddiaçıların mülkiyyətinə verilmiş JN 024A kontur üzrə iddiaçıların mülkiyyətində olan 1,42 ha torpaq sahəsini zəbt etməklə, üzərində fərdi yaşayış evi və həyətyanı tikililər inşa etmiş və ona cavabdeh X16 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 say lı Cəlilabad Ərazi İdarəsinin X16 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən düzgün olmayaraq səhvən daşınmaz əmlakın (fərdi yaşayış evi) qeydiyyatı haqqında xx xxx 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan MA seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Məhkəmə hesab etmişdir ki, mübаhisəli torpаq sаhələrində qаnunlа müəyyən edilmiş qаydаdа iddiaçıların hər birinin torpaq payı vardır və həmin torpaq sahəsinin qanuni birgə mülkiyyətçilərindən biridirlər. Həmçinin onlar paylı mülkiyyətçi mərhum Mirzəyev Hacıağa Xubalı oğlunun hüquqi varisidirlər. Bu isə ona dəlalət edir ki, mərhum Hacıağa Mirzəyevə məxsus torpaq sahəsi də onun ailə üzvülərinə qaytarmaqla, qanunsuz zəbtdən azad edilməlidir. Məhkəmə öz mövqey ini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 215.1, 215.2, 139, 152.1, 157.2, 157.4, Torpaq Məcəlləsinin 67.1, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Yardımlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İlham Əsədov - sədrlik edən və məruzəçi, Müşfiq Həsənov və Zeynal Zeynalov) xx xxxxxx 2020-ci il tarixli, 2(106)-1507/2020 saylı qərardadı ilə Cavabdeh1 Xubalı oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Yardımlı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarix li, 2(038)-11/2020 saylı qətnaməsi Azərbaycan Respublikası X16 Komitəsinin yanında DƏDRX- nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh1 Xubalı oğlunun adına verilmiş xx xxx 2011-ci il tarixli, **********39-10301 reyestr nömrəsi olan MA seriya ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsinə dair hissədə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İlham Əsədov - sədrlik edən və məruzəçi, Müşfiq Həsənov və Zeynal Zeynalov) xx xxxxxx 2020-ci il tarixli, 2(106)-1507/2020 saylı qətnaməsi ilə Cavabdeh1 Xubalı oğlunun apelyasiya şikayəti qismən təmin edilərək Yardımlı Rayon Мəhkəməsinin xx xxxxxx 2020-ci il tar ixli, 2(038)-11/2020 saylı qətnaməsi - qanunsuz zəbt edilmiş ərazidə inşa edilmiş tikililərin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair hissələrdə ləğv edilmiş, həmin hissələrdə iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş müvafiq məhkəmə tikinti-texniki ekspertizasını rəyinə əsaslanmış, xx xxx 2011-ci il tarixli çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi qənaətinə gəlmiş, bu səbəbdən cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılmasını və tikililərin sökülməsini qət etmişdir. Lakin birinci tələblə bağlı qətnamə ləğv edilmişdir. Birinci instansiya məhkəməsi Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına düzgün qiymət vermədiyindən və həmin iddianı səhvən mülki iddia kimi icraata götürdüyündən, həmin hissədə iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaduğundan, xx xxx 2011-ci il tarixli çıxarışın və texniki pasportun etibarsız hesab edilməsinə dair hissədə qətnamə ləğv edilmiş və həmin hissədə işə mülki məhkəmədə baxılmalı olmaması əsası ilə icraata xitam verilmişdir. Qalan hissədə iddia tələbi, yəni cavabdehin sözügedən torpaq sahəsindən çıxarılması və tikililərin cavabdehin hesabına sökülməsinə dair hissədə iddia, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsinə dair iddia tələbindən törəyir. Ona görə də inzibati orqanın hərəkətlərinin qanunsuz sayılması və sənədlərin etibarsızlığına dair iddiaya qiymət verilməmiş hazırki iddia üzrə qənaətə gəlmək də mümkün deyil. Belə halda iddianın qanuni və maddi əsası qalmamışdır. Odur ki, bu hissədə iddia əsaslı sayılmamalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi, irəli sürülən tələb üzrə maddi və hüquqi əsaslar aradan qalxdığından ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, apelyasiya şikayəti qismən təmin edilməlidir. İddiaçı2 kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahat ları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi cavabdehin sözügedən torpaq sahəsindən çıxarılması və tikililərin cavabdehin hesabına sökülməsinə dair hissədə iddia, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsinə dair iddia tələbindən törəyir. Ona görə də inzibati orqanın hərəkətlərinin qanunsuz sayılması və sənədlərin etibarsızlığına dair iddia qiymət verilməmiş hazırkı iddia üzrə qənaətə gəlmək mümkün deyil. Belə halda iddianın qanuni və maddi əsası qalmamışdır qənaətinə gəlməkdə yanlışlığa yol vermişdir və buda apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və hüquq normalarının düzgün tətbiq edilməməsinə və həmin hissədə qanunun normalarını düzgün şərh etməməsinə gətirib çıxartmışdır. Belə ki, iş mat erialına əlavə edilmiş Azərbaycan Respublikası X16 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, C-201 №-li mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 23752 №-li ekspert rəyindən görünür ki, Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” İstehsal Kooperativinin kompleks yer quruluşu layihəsi materialının yerə uyğun yerləşmə vəziyyətinə görə Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17/1 saylı qərarı ilə JN 024 A №-li torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum Mirzəyev Hacıağa Xubalı oğluna, biz iddiaçılar Mirzəyeva (Əhmədova) Rəna Məmmədağa qızının, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin məhkəmə qətnaməsindən sonra qalan 1,42 ha hissəsində mövcud olan əsas və köməkçi tikililərin yerləşmə vəziyyəti, ölçüləri müəyyənləşdirirək tərtib edilmiş mütəxəssis rəyinə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. Yardımlı rayonu Dəryavar kəndi “Dəryavar” istehsal kooperativinin kompleks yer quruluşu layihəsi materialının yerə uyğun yerləşmə vəziyyətinə və torpağın mülkiyyətinə verilməsinə dair JN 024 A №-li şəhadətnaməyə əsasən Mirzəyev Hacıağa Xubalı oğluna (mərhum) və iddiaçılara birgə mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinin məhkəmə qətnaməsindən sonra qalan 1,42 ha hissəsinin 0,43 hektaradək hissəsi Cavabdeh1 Xubalı oğluna **********39-10301 reyestr №-li Çıxarışla mülkiyyətə verilmiş 0,39 ha (cizgi daxilində 0,4468 ha) həyətyanı torpaq sahəsinin 0,43 hektaradək olan hissəsi ilə üst-üstə düşür. Bu da ondan xəbər verir ki, cavabdehlər tərəfindən biz iddiaçılara məxsus torpaq sahəsinin zəbt edilməsidir və bu birbaşa ekspertlərin və mütəxəssislərin rəyi ilə sübuta yetirilir. Bu hissədə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarmı düzgün şərh etməmişdir və qanunun normasını tətbiq edərkən yanlışlığa yol vermişdir. Ona görə hesab edirik ki, apellyasiya instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prossesual hüquq normalarını pozmuşdur. Birinci instansiya məhkəməsinin araşdırması və işdə olan sübutların tədqiqi nəticəsinə müəyyən edilmişdir ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli, 17/1 saylı qərarına əsasən JN 024 A, KOD 80407038 №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mərhum Mirzəyev Hacıağa Xubalı oğluna, X10ma, iddiaçılar Əhmədova (Mirzəyeva) Rəna Məmmədağa qızma, İddiaçı2, İddiaçı3 və İddiaçı4 fərdi yaşayış, həyətyanı torpaq sahəsi, fərdi kollektiv və kollektiv bağlar salmaq məqsədi ilə 1,72 ha torpaq sahəsi verilmişdir. Mirzəyev Hacıağa Xubalı oğlu ailəsi ilə birlikdə Şirvan şəhərinə köçdükdən sonra Cavabdeh1 Xubalı oğlu həmin 1,72 ha torpaq sahəsindən zəbt edərək istifadə etmişdir. Yardımlı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2 (038)- 06/2016 saylı qətnaməsi ilə Cavabdeh1 Xubalı oğlunun istifadəsində olan 1,72 ha torpaq sahəsinin şimal-qərb hissəsindən 0,33 ha torpaq sahəsi ayrılaraq X10ma verilmişdir. Biz iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 dəfələrlə Cavabdeh1 zəbt edərək, faktiki istifadə etdiyi onların və mərhum Mirzəyev Hacıağa Xubalı oğlunun birgə mülkiyyətlərində olan 1,39 ha torpaq sahəsindən istifadə etmək istədikləri üçün çıxmasını tələb etsələr də, cavabdeh buna məhəl qoymayaraq, onların mülkiyyət hüququnu pozmuşdur. Yardımlı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi əsasında Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası 'mərkəzinin xx.xx.2019-cu il tarixli rəyində mübahisəli torpaq sahəsinin, yəni yardımlı rayon X13 xx.xx.1998-ci il tarixli 17/1 saylı qərarı ilə JN-0024, kod 80407038 nömrəli torpağın. mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçıya verilmiş torpaq sahəsi ilə MA seriyalı ******* nömrəli çıxarış əsasında cavabdehin adına qeydiyyata alınmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi və düşürsə parametrləri (ölçüləri) müəyyən olunması s ualı əsasında mübahisə torpaq sahəsinin üst-üstə düşməsi və cavabdeh tərəfindən zəbt edilməsi tədqiq olunmuşdur. Bu da ondan xəbər verir ki, çıxarışın və texniki pasportun verilməsinə kimi sənədlərin hüquqi əsaslığı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı ərazi idarəsi yoxlanılmış, lakin həmin Cavabdeh1 verilmiş 0,39 ha torpaq sahəsinin, mərhum Hacıağa Mirzəyevə verilmiş 0.43 hektarədək olan hissə ilə üs-üstə düşdüyü birbaşa sübuta yetirilir. İş materialından da göründüyü kimi mübahisəli torpaq sahəsində qanunla müəyyən edilmiş qaydada biz iddiaçıların hər birinin torpaq payı vardır və həmin torpaq sahəsinin qanuni birgə mülkiyyətçilərindən biriyik. Həmçinin biz iddiaçılar paylı mülkiyyətçi mərhum X8 hüquqi varisləriyik. Bu isə ona dəlalət edir ki, mərhum Hacıağa Mirz əyevə məxsus torpaq sahəsi də onun ailə üzvlərinə qaytarmaqla, qanunsuz zəbtdən azad edilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (106)- 1507/2020-ci il tarixli qətnaməsində qeyd edilən hallar qətnamənin ləğvi və iddianın təmin edilməməsi üçün əsas ola bilməzdir. Məhkəmə təcrübələri də onu göstərir ki, bu günə kimi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ərazi İdarələri tərəfindən verilmiş əsassız çıxarış və texniki pasportlar mülki xarakterli olaraq birinci instansiya məhkəmələri tərəfindən baxılmışdır. Və aidiyyət məsələləri ilə əlaqədar birinci instansiya məhkəmələrinin aktlarından verilən şikayətlərə apellyasiya instansiya məhkəmələri iş üzrə icraata qəbul edərək məhkəmə baxışı əsasında baxaraq hüquqi qiymət vermişdir. Ona görə də hesab edirəm ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı ola bilməz və maddi hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli və yuxarıda qeyd etdiyim hallara əsasən yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı2 və vəkili X14 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh1 Xubalı oğlu və vəkili Salmanov Fərəc Böyükağa oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edi lsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmun u torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymə t vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə İddiaçı2 kassasiya şikayəti verərək apelyasiya instansiy ası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçıların torpaq sahəsinin boşaldılması və onun üzərində olan tikililərin sökülməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edə bilər. Həmin maddəyə əsaslanan iddianın təmin edil məsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əmlaka sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki iş üzrə cavabdeh tərəfindən zəbt edildiyi iddia edilən torpaq sahəsi cavabdehin mülkiyyətindədir və bu barədə cavabdehə verilmiş çıxarışın qanunsuz olması səlahiyyətli məhkəmə tərəfindən müəyyən edilmədən həmin şəxsin torpağa sahibliyinin qanunsuz olması və mülkiyyətdə olan tikililərin sökülməsi nəticəsinə gəlmək mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməs i mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1507/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.