Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-131/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü, ər-arvadın öhdəliklərindən irəli gələn məsuliyyəti. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1482/2024 nömrəli, 3 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2022-ci tarixli kredit müqaviləsi üzrə İddiaçı "xxxx" ASC-dən illik faiz dərəcəsi 19,19 faiz olmaqla 10680 manat məbləğində kredit götürmüşdür.
2. Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah aktı 17 fevral 2023-cü il tarixdə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən illik faiz dərəcəsi 19,19 faiz olmaqla götürdüyü 10680 manat məbləğində kreditin məbləğinin ikidə bir hissəsinin Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə nikahlarını xx.xx.2012-ci il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahdan 2 uşaqları - xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2013-ci il təvəllüdlü X1 doğulmuşdur. Aralarında olan nikah Füzuli Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdeh hər uşağa görə əmək haqqının ikidə bir miqdarında aliment ödəyir. Uşaqlar ananın himayəsindədir. Nikahda olduğu dövrdə xx.xx.2022-ci tarixli müqavilə üzrə "xxxx" ASC-dən illik faiz dərəcəsi 19,19 faiz olmaqla 10680 manat məbləğində kredit götürmüşdür. Lakin aralarında bağlanmış nikah aktı xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə pozulduqdan sonra krediti ödəməkdə çətinlik çəkib. Cavabdeh krediti ödəməkdə köməklik göstərmir.
5. İddiaçı birinci instansiya məhkəməsində izahatında bildirmişdir ki, "xxxx" ASC-dən 10680 manat məbləğində kredit götürmüşdür. Həmin kredit məbləği Cav abdeh avtomobil alınması və digər ailə xərclərinin qarşılanması üçün verilmişdir. Hazırda da həmin krediti iki ilə yaxındır ki, vaxtlı-vaxtında "xxxx" ASC-yə ödəyir.
6. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, iddiaçı tərəfindən birgə nikah dövründə alınmış kreditdən onun məlumatı yoxdur. İddiaçının krediti nə məqsədlə götürüb və hara xərclədiyini bilmir. İddiaçının tələbləri tamamilə əsassızdır və rədd edilməlidir.
7. Füzuli Rayon Məhkəməsinin (hakim E.İsmayılov) 24 iyun 2024-cü il tarixli, 2(064)497/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 10680 manat məbləğində götürdüyü kreditin ikidə bir hissəsi, yəni 5340 manat məbləğində pul Cavabdeh tutularaq İddi açı ödənilməsi qət olunmuşdur.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən götürülmüş kredit birgə nikah dövründə tərəflərin qarşılıqlı razılığı əsasında götürülərək ailənin ehtiyacları üçün sərf olunmuşdur. Kredit müqaviləsinin birgə nikah dövründə bağlanması və pulun tərəflərin birlikdə təsərrüfat apardığı dövrdə məxaric edilməsi xx.xx.2022-ci tarixli müqaviləyə Əlavə edilmiş "xxxx" ASC-yə ödəniş qrafikindən müəyyən olunur. İddiaçı götürülmüş kreditin ailənin ehtiyacları üçün sərf olunduğunu onunla izah edir ki, həmin məbləğin 5000 manatını avtomobil alınması üçün cavabdehə, qalan məbləği isə ailənin digər ehtiyaclarına verilmişdir. Cavabdeh avtomobilin alınmasını həmin dövrə təsədüf etməsini məhkəmə iclası zamanı verdiyi izahatında etiraf etmiş və bildirmi şdir ki, lizinq müqaviləsi ilə həmin dövrə təsadüf edən avtomobil istifadəyə götürmüş, lakin halhazırda həmin avtomobil onun istifadəsində deyil. Cavabdeh sözügedən kredit müqaviləsindən xəbəri olmadığını bildirsə də, buna dair məhkəməyə hər hansı bir sübutetmə vasitəsi təqdim etməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36, 37.1, 37.3 və 41.2-ci, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.6, 3.8, 3.14, 3.16 və 6.39-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmiası barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddianı təmin edərkən işə yalnız nikaha rəsmi şəkildə xitam verildiyi tarixi əsas tutaraq, işə qeyri-peşəkar yanaşmış, iddianın mahiyyətinə diqqə t yetirməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Əvvəldən izahatında bildirdiyi kimi iddiaçı götürdüyü 10680 manat krediti ailəsi üçün istifadə etməyib, şəxsi istifadəsi üçün sərf etmişdir. Bundan başqa, iddiaçı kredit götürdüyü tarixdən əvvəlki tarixdə məhkəməyə boşanmaq üçün yazdığı xx.xx.2022-ci il tarixli ərizəsində, ailə münasibətlərinin çoxdan pozulduğunu, həmin vaxtdan evdən çıxıb atası evində yaşadığını, cavabdehlə heç bir münasibətinin olmadığını özü qeyd etmişdir. Həmin ərizəni məhkəmə baxışı zamanı məhkəməyə təqdim etsə də məhkəmə bunu nəzərə almamışdır.
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və T.Heydərov) 03 sentyabr 2024-cü il tarixli, 2(106)-1482/2024 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rə dd olunması qət edilmişdir.
13. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı tələbində iddiaçı onun tərəfindən götürülmüş kreditin cavabdehin avtomobilinə sərf edildiyini bildirmişdir. Cavabdeh verdiyi izahatda göstərmişdir ki, tərəflər arasında faktiki ailə münasibətləri iddiaçı kredit götürdüyü vaxtdan əvvəldən pozulmuşdur. Ona görə kredit ailə ehtiyaclarına xərcləndiyi sübuta yetirilmir. Həmçinin iddiaçı boşanmaq üçün yazdığı ərizəsində də ailə münasibətlərinin çoxdan pozulduğunu, həmin vaxtdan evdən çıxıb atası evində yaşadığını, cavabdehlə heç bir münasibətinin olmadığını göstərmişdir. Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ail ə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı, bənd 6.40).
14. Məhkəmə bununla yanaşı, hazırkı tələbində iddiaçı onun tərəfindən götürülmüş kreditin tərəflərin ümumi borcu hesab edilməsi, yaxud borcda paylarının müəyyən edilməsini deyil, borcun, həmçinin ödənilməmiş borcun yarısının cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə də bu tələbi əsassız olaraq təmin etmişdir.
15. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbay can Respublikası Ailə Məcəlləsinin 37.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1, 220.4, 372.1, 372.7 və 385.1.1-ci, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.40 bəndinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələblərinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, nikah dövründə əldə edilən əmlak, o cümlədən avtomobil, ümumi mülkiyyət sayılmalıdır, çünki onlar nikah kontraktında müəyyən ed ilmiş xüsusi razılaşmalar olmadan əldə edilmişdir. Avtomobilin lizinq şirkətinə məxsus olması, lakin kredit vasitəsilə ödənilməsinin, ümumi mülkiyyətə daxil olması üçün kifayət qədər əsas olduğunu qeyd etmişdir. O həmçinin qeyd etmişdir ki, kredit öhdəliyinin yalnız bir tərəfin, yəni iddiaçının borcu olmadığını, çünki bu kreditin ümumi təsərrüfatın tərkibində götürüldüyünü və ödənildiyini vurğulamışdır. İddiaçının özü bu kreditin ödənilməsi üçün birgə məsuliyyət daşıyır.
18. İddiaçı qeyd etmişdir ki, avtomobil ailənin istifadəsində olub və iddiaçı ilə övladları bu avtomobil ilə dəfələrlə səyahət ediblər, həmçinin, İddiaçı işə getmək üçün həmin nəqliyyat vasitəsindən istifadə edib. Bu faktların sübutu olaraq, müvafiq video qeydlər və şahid ifadələri mövcuddur. Bu faktlar avtomobilin ailə tə rəfindən istifadə edildiyini göstərir və onu yalnız bir şəxsin mülkiyyətinə aid etməyə əsas vermir.
19. Nikah dövründə hər iki tərəf eyni hüquqa malikdir və öhdəliklərin hər iki tərəfə mütənasib olaraq bölünməsi lazım olduğu halda, məhkəmə tərəfindən bu prinsiplər nəzərə alınmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək qeyd etmişdir ki, iddiaçı 2022-ci ilin yanvar ayında uşaqlarını ərinin yanına qoyaraq, başqa bir kişi ilə birlikdə yaşayaraq evini tərk etmişdir. Şikayətçi, birinci instansiya məhkəməsinin qanunsuz qərar verdiyini iddia edərək, məhkəmə kollegiyasından 23 sentyabr 2022-ci il tarixli boşanma ərizəsinin işə əlavə edilməsini və işin yenidən ədalətli və qanuni şəkildə araşdırılmasını xahiş etmişdir. Tətbiq edilə n hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
21. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı, Bənd 6.40. Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Mə cəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ərarvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına 15 yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
24. Maddə 225.2. Nikaha girən ədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
34. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərin ə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
35. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillə rinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106 )-1482/2024 nömrəli iş üzrə 3 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.