Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1311/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X1 ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə (maraqlı şəxs X8) qarşı “sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 saylı, X5 tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 135 kv.m olan 3 otaqlı 54 saylı mənzilin üzərində sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 2016-2017-ci illərdə müxtəlif tarixlərdə cəmi 100.000 manat borc verib. Lakin həmin şəxs razılaşdığı müddət ərzində borcunu qaytarmayıb, sonuncu Cavabdeh MMC-də mənzilinin olduğunu və borcun qarşılığı olaraq həmin mənzili ona verə biləcəyini bildirib. Bundan sonra X5 və ona məxsus mənzili tikən "Cavabdeh" MMC-nin rəhbəri X7 ilə görüşərək ona niyyətləri barədə məlumat vermiş və o, razılaş malarına hər hansı etirazının olmadığını bildirmişdir. İddiaçı əmin olmaq üçün həmin mənzilin doğurdan da X5a məxsus olması barədə təsdiqedici sənədləri cəmiyyətin sədrindən istəmiş və o da mənzilə aid müqavilə və maliyyə arayışını iddiaçıya təqdim etmişdir. Mənzilin dəyərinin tam şəkildə ödənildiyinə və X5a məxsus olmasına əmin olduqdan sonra qarşılıqlı razılaşmaya əsasən həmin mənzilin onun adına rəsmiləşməsi ilə bağlı Cavabdeh MMC ilə onun arasında 03.08.2017-ci il tarixli 76 nömrəli müqavilə bağlanmış və mübahisəli mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Həmin müqavilə və maliyyə arayışından sonra X5 ilə borc barəsində tam razılaşmaya gələrək əvəzləşmiş və həmin tarixdən sonra sonuncudan borcu tələb etməmişdir. Lakin daha sonra həmin evi başqa birinə satma q qərarına gəlmiş və həmin şəxs ilə tanış olmaq məqsədilə binaya yaxınlaşıb ordakılara müqaviləni göstərərkən orda olan şəxslər müqavilədə göstərilən mənzilin ona deyil, başqa birinə məxsus olmasını bildiriblər. Bundan sonra cəmiyyətin sədri Səlimov Telmanla əlaqə saxlayıb məsələni dəqiqləşdirməyə çalışanda o, İsrafilov Mürsəlin cəmiyyət qarşısında öhdəliklərinin olduğunu və məhz bu səbəbdən də ona məxsus müqavilənin mübahisəli və etibarsız olmasını bildirmişdir. Onunla "Cavabdeh" MMC arasında bağlanmış 03.08.2017-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin əsas predmeti mənzil 3 otaqdan ibarət olub bir pay kimi verilir. “Cavabdeh" MMC tərəfindən verilmiş 03.08.2017-ci il tarixli 78 nömrəli maliyyə arayışına əsasən mənzil əvvəlki sahibinin ərizəsinə əsasən onun adına rəsmil əşdirilmiş və həmin mənzilin payçısı kimi o, qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Rzayev) X5 saylı, X5 tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən maraqlarına toxunulan şəxs qismində X8 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev – sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) X5 tarixli X5 nömrəli qətnaməsi ilə maraqlarına toxunulan şəxs qismində X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin X5 saylı, X5 tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh MMC-nə qarşı tərəfindən ünvan 1 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış bina sının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 135 kv.m olan 3 otaqlı 54 saylı mənzilin üzərində sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkilkassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təsvir etməmiş, onların tələblərini pozmuşdur. Belə ki, mübahisəli mənzilin X5 heç bir aid iyyəti yoxdur. Sonuncunun sözü güdən mənzilə dair hər hansı bir mübahisəsi olsa belə o, Cavabdeh MMC-nə qarşı iddia qaldırmalı idi. İş üzrə Binəqədi rayon Məhkəməsinin 23.11.2018-ci il tarixli qətnaməsi X5 hər hansı hüquq və vəzifələrinə toxunmur. Buna baxmayaraq heç bir hüququ olmayan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qanunsuz olaraq icraata qəbul edilmiş, bununla da MPM-nin 366.1 və 366.2-ci maddələrinin tələbləri pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun məzmununa uyğun izahat verib, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Digər proses iştirakçı ları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki: Cavabdeh MMC ilə X5 arasında bağlanmış 11 iyul 2017-ci il tarixli, 71 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 135 kv.m olan 3 otaqlı 54 saylı mənzili X5a payçı kimi verilmiş, X5 mənzilin dəyərini tam şəkildə ödəmişdir. X5 cavabdehə rəsmi qaydada müraciət edərək mübahisəli mənzilin İddiaçı adına rəsmiləşdirilməs ini xahiş etmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 03 avqust 2017-ci il tarixli, 76 nömrəli müqaviləyə əsasən mübahisəli mənzil İddiaçı əvəzləşmə ilə verilmişdir. Cavabdeh tərəfindən verilmiş 03.08.2017-ci il tarixli, 78 saylı maliyyə arayışına əsasən mənzilin əvvəlki sahibi X2 ərizəsinə əsasən onun adına rəsmiləşdirilmişdir. Hal-hazırda həmin mənzilin payçısı İddiaçıdur. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 24.12.2004-cü il tarixli, 305 saylı sərəncamı, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 12115 saylı, 27.06.2007-ci il tarixli inşaat pasportundan və ona əlavə edilmiş ayrıc aktından müəyyən olunur ki ilə, X5 X5məhəllədəki özəlləşdirilmiş 460 kv.m və 91.9 kv.m sahəyə bitişik 708.1 kv.m torpaq sahəsi icarə əsasında həmin vətəndaşın istifadəsinə verilmiş və cə mi 1259,9 kv.m sahədə yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Cavabdeh MMC-nin qanuni təmsilçisi X4 Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin X5 saylı, X5 tarixli hökmü ilə müəyyən edilmişdir ki, X7 03.09.2012-ci ildə Cavabdeh MMC-ni təsis etmiş, MMC-nin sahibliyində, istifadəsində və mülkiyyətində hər hansı əmlakı mövcud olmamışdır və o, digər hərəkətlərlə yanaşı, buna səlahiyyəti olmadığı halda, X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 3024-27 məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzillərə dair müxtəlif şəxslərlə alqı-satqı müqavilələri bağlamış və qeyd edilən əməlləri ilə Ə.Bayramovun mülkiyyət hüquqlarını p ozaraq, vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, MMC mübahisəli əmlak üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etmədiyi üçün, bu əmlaklara dair bağlanmış əqdlər, yaxud onlarla bağlı həyata keçirilmiş müxtəlif hüquqi əməliyyatlar əhəmiyyətsizdir, həmin əqdlər məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsızdır. Buna görə də, maraqlarına toxunulan şəxs qismində X8 tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əs aslı qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən haqlı olaraq müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair iddiaçı və cavabdeh arasında, həmçinin X5la cavabdeh arasında bağlanmış müqavilələr mahiyyət etibarı ilə podrat müqaviləsi kimi bağlanmışdır. Çünki həmin müqavilələrə əsasən Cavabdeh MMC mübahisəli mənzili tikinti başa çatdıqdan sonra təhvil verməyi, payçı isə mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi mater iallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrin məzmununa müvafiq olaraq podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh MMC arasında 11 iyul 2017-ci il tarixli, 71 saylı və 03 avqust 2017-ci il tarixli, 76 nömrəli müqavilələr bağlanılan zama n həmin müqavilənin predmeti olan mübahisəli mənzilə dair cavabdehin sərəncam vermək, onun barəsində müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Bu fakt Bakı Ağır Cinayətlər Məhkəməsinin X5 saylı, X5 tarixli hökmü ilə də təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl etməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu ş ərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə kollegiyası mübahisənin yuxarıda qeyd edilən qaydad a həll edilməsi barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçı ilə Cavabdeh MMC arasında 11 iyul 2017-ci il tarixli, 71 saylı və 03 avqust 2017-ci il tarixli, 76 nömrəli müqavilələr bağlanılan zaman həmin müqavilənin predmeti olan mübahisəli mənzil cavabdehə məxsus olmamış və onun həmin müqaviləni bağlamaq səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbini əsaslandıran 03 avqust 2017-ci il tarixli, 76 nömrəli müqavilə etibarlı əqd olmadığından həmin əqd əsasında mənzilin iddiaçıya təhvil verilməsi barədə iddiası düzgün olaraq məhkəmələr tərəfindən rədd edilmiş və onunla bağlanmış həmin əqd etibarsız hesab edilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsihazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiya şikayətində qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə b axarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx tarixli X5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1311/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1311/2020
11.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver