Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1311/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinin MənzilKommunal Təsərrüfatı Departamentinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı şəhəri 13 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, məcburetmə nəticəsində bağlanmış əqd, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 2(103)7956/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsindəki 57 nömrəli evin 32 saylı mənzili İddiaçı mülkiyyətində olmuşdur. 19 may 2020-ci il tarixdə İddiaçı mülkiyyətində olan həmin mənzili 145750 manat müqabilində Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamentinə satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraa t İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamentinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı şəhəri 13 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ərizəçinin mənzili yerləşən binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması, boşaldılmış mənzillərinin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının zədələnməsi, eləcə də davamlı səs-küy salınması, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya xətlərinin bağlanılması, ona qarşı psixoloji təzyiqə yol verilməsi və s. narahatçılığın yaradılması ərizəçinin pis rəftara məruz qalmamaq, mənzil və mülk iyyət hüquqlarının pozulması hesab edilməsi, İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamenti arasında Bakı şəhəri 13 saylı Notariat ofisində bağlanmış 19 may 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 301110 manat, mənəvi zərərə görə isə 50000 manat məbləğində kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ərizəçinin mənzili yerləşən ev Prezident Sarayı və Nazirlər Kabinetinin inzibati binaları, onların qarşısındakı park, eləcə də Yaşıl Teatrın yaxınlığında olmaqla, Bakı şəhərinin ən gözəgəlimli, bahalı ərazisində olmuşdur. 2019-cu ilin oktyabrında Azərbaycan Respublikasının Baş Naziri Nazirlər Kabinetinin inzibati binasını genişləndirmək üçün həmin qurumun adından 11 dekabr 2019-cu il tarixli, 764 s nömrəli sərəncamı imzalamışdır. Lakin sərəncamın mətni ilə ərizəçi və başqa sakinlər tanış edilməmişlər. 2020-ci ilin yanvar ayının sonlarından başlayaraq iddiaçının mənzili yerləşən yaşayış binasına başda Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Nəzarəttəftiş şöbəsinin müdiri Zülfəli İsmayılov olmaqla Bakı şəhəri İcra Hakimiyyətinin əməkdaşları gələrək sakinlərdən mənzillərini tərk etmələrini tələb etmiş, Nazirlər Kabinetinin həmin evin yerində yeni bina tikəcəyi barədə sərəncamın olması, mənzillərin əvəzində onların sahəsinin hər kvadrat metrinə görə mülkiyyətçilərə 2500 manat kompensasiya ödəniləcəyini bildirmişlər. Bildirilmişdir ki, bina guya qəza vəziyyətindədir və sökülməlidir. Ultimativ şəkildə mənzil mülkiyyətçi lərindən, o cümlədən iddiaçıdan mənzillərini satmaları tələb edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24 dekabr 2019-cu il tarixli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 dekabr 2019-cu il tarixli, 764 s nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında” Sərəncamına görə, iddiaçının mənzili olan bina guya qəza vəziyyətindədir və onun əsasında yaşayış sahələrinin mülkiyyətçiləri ilə müqavilələr bağlanılması İcra Hakimiyyətinin MKT Departamentinə həvalə edilmişdir. İddiaçı və başqa sakinlərin dövlət hakimiyyəti orqanlarına, inzibati orqanlara çoxsaylı müraciətləri heç bir nəticə verməmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndələri bundan sonra da dəfələrlə iddiaçının evinə gələrək onun və başqa mənzil mülkiyyətçiləri qısa zamanda müqavilə bağlamayacaqları təqdir də su, qaz, telefon, elektrik enerjisi təchizatının kəsiləcəyi, pilləkənlərinin tikilməyəcəyi ilə hədələmişlər. 09 aprel 2020-ci il tarixində iddiaçının evinə bitişik binanın dağıdılması başlanmışdır, halbuki həmin vaxta binanın sakinlərindən biri cavabdehlərlə razılığa gəlməmişdir. Aprelin 11-də iddiaçının binası dağıdılma məqsədi ilə hasara alınmışdır. Artıq aprel ayında iddiaçının binasına gələn su cavabdehlər tərəfindən zədələnmiş, yaşayış binasında su xətti, elektrik enerjisi, qaz və başqa kommunikasiyalar ilə bağlı problemlər yaşanmışdır. "xxxx" MMC-nin 28 aprel 2020-cı il tarixli qiymətləndirmə hesabatına əsasən Ərizəçinin mənzilinin bazar dəyəri (torpaq sahəsinin qiyməti, eləcə də “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Qanundan irəli gələn kompensasiyalar nəzərə alı nmamaqla) həmin tarixə 154700 manat olub. 29 aprel 2020-ci il tarixdə iddiaçı, Bakı İnzibati Məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbiri görülməsinə dair ərizə verərək Bakı şəhəri, Səbail rayonu, Saraykin 57 saylı evdə və həmin evin torpaq sahəsində, eləcə də sahəyə bitişik ərazidə cavabdehlərə və başqa şəxslərə hər hansı söküntü işləri və ərizəçinin mülkiyyətindəki mənzilin yerləşdiyi evə xələl gətirə biləcək hər hansı işlərin aparılması qadağan edilməsini və s. xahiş etmişdir. Lakin karantinlə bağlı olaraq məhkəmə bağlı olduğundan ərizə qəbul edilməmişdir. Aprel ayına binanın əksər sakinlərinin köçürülməsinə nail olan 2-ci cavabdehin işçiləri boşaldılmış mənzilləri, o cümlədən iddiaçının 3-cü mərtəbədə yerləşən mənzilindən aşağıda yerləşən mənzilləri sökmüş, bina süni yolla qəza vəz iyyətinə salınmış, ərizəçinin mülkiyyət və sair hüquqlarının koronovirusla bağlı karantindən sonra hüquqlarının qorunması mümkünsüz olmuşdur. 19 may 2020-ci il tarixdə iddiaçı cavabdehlərin inzibati orqanların özbaşınalığı, hakimiyyətdən sui-istifadəsi, hədələrinin təsiri altında, mənzilini yaşayış yerini faktiki itirərək ağır vəziyyətə düşərək cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə Daşınmaz əmlakın (mənzilinin) alqı-satqı müqaviləsi bağlamış və həmin müqavilə Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilmişdir. İddiaçı hüquqi baxımından “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun təsirinə məruz qalanlardan daha əlverişli statusa malik olduğundan, onun həmin şəxslər üçün nəzərdə tutulmuş kompensasiyalara (mənzilin bazar qiymətinin 20 faiz miqdarında və 10 faiz miqdarında çətinliklə bağlı) tam hüququ var. Mənzilin bazar qiymətinin (154700 manat) 20%-ni 30940 manat təşkil edir. Həmin mənzilin bazar qiymətinin 10%-ni 15470 manat təşkil edir. Beləliklə, təkcə məhv edilmiş mənzilə görə ərizəçiyə (154700+30940+15470) 201110 manat maddi kompensasiya məbləği kimi ödənilməlidir. Bundan başqa, ərizəçinin evinin yerləşdiyi torpaq sahəsi də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə, o cümlədən iddiaçıya məxsusdur. Daşınmaz əmlakının torpağa aid hissəsini ərizəçi 100000 manat qiymətləndirilir. Beləliklə, ərizəçiyə dəymiş maddi ziyana görə, ona 301110 manat ödənilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(009)1411/2020 nömr əli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, müqavilələr qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanılmış və onların etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası yoxdur. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2020-cu il tarixli, 2(009)-1411/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(103)-1159/2021 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovd an ibarət tərkibdə) iddiaçının аpellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2020-cu il tarixli, 2(009)-1411/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, mübahisəli mənzilə dair Bakı şəhəri 13 saylı Notariat ofisində 19 may 2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi təsdiq edilərkən həmin mənzilin həbsdə və yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmamış, habelə tərəflərin hər ikisinin iradə ifadəsinin olubolmaması müəyyən edilmişdir. Bununla bağlı notarius alqı-satqı müqaviləsini təsdiq edərkən mübahisəli ev üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlar a və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Bundan başqa notarius tərəflərin hər ikisinin müqaviləni bağlayarkən müqaviləni bağlamaq iqtidarında olub-olmadıqlarını, habelə öz iradələri ilə bu müqaviləni bağladıqlarını yoxladıqdan sonra sözügedən müqaviləni təsdiq etmişdir. Qeyd edilən xüsusatlar onu deməyə əsas verir ki, mübahisəli mənzilə dair notariat ofisində həmin müqavilə bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuşdur. Müqavilə qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan və onun əsassızlığını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən onun etibarsızlığına hər hansı bir əsas yoxdu r. İddiaçının digər tələbləri isə iddianın əsassız sayılan “müqavilənin etibarsızlığı” hissəsindən bilavasitə asılı olduğundan təmin edilməməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(103)-1159/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(102)-2943/2021 nömrəli qərarı ilə (hakim Z.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.A.Quliyevdən və İ.R.Xələfovdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 202 1-ci il tarixli, 2(103)-1159/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, etibarlı bir müqavilə qanunla tanınan hüquqi nəticə - mülki hüquq və vəzifələri əmələ gətirir. Əşyanın mülkiyyətçisi tərəfindən satılması ona əvəzli şəkildə sərəncam verilməsini özündə ehtiva edir. Odur ki, tərəflərin bağladıqları ikitərəfli əqd əsasında mənzil alıcının mülkiyyətinə verilmişdirsə, bu hal satıcının mənzil üzərindəki mülkiyyət hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz. Bu baxımdan mübahisə predmeti olan əqdin etibarlı olubolmamasına dair araşdırmanın nəticəsi hazırkı iş üzrə iddia tələblərinin düzgün hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb edir. İşə baxmış apellyasiya instansiyası məhkəməsi qətnamə sində Mülki Məcəllənin 339-cu maddəsində nəzərdə tutulan etibarsızlıq əsaslarından hər hansı birinin mövcud olmadığını ümumi şəkildə qeyd etsə də, tələbin hüquqi əsasının konkret olaraq hansı maddi hüquq normasının təşkil etməsini göstərməmiş, işin faktiki halları baxımından gəldiyi nəticəni lazımi şəkildə əsaslandırmamışdır. Belə ki, müqavilənin etibarsızlığına dair iddiaçının istinad etdiyi hallar mənzilin yüklülüyü və ya notariusun yerinə yetirməli olduğu vəzifələrlə bağlı deyil, əqdin iradənin zədələnməsi nəticəsində bağlanması ilə əlaqədar olmuşdur. İddiaçının bildirdiyi faktiki hallar nəzərə alındıqda tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 339.1-ci və 339.4-cü maddələri nəzərdən keçirilə bilər. Həmin əsaslara söykənən iddiada sadalanan şərtlərin hər biri sübuta yetirilməlidir. On lardan hər hansı birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübut etmək yükü isə onları iddia edən tərəfin üzərinə düşür. Buna baxmayaraq işə mahiyyəti üzrə baxmış məhkəmələr iddiaçının bildirdiyi faktiki halların qeyd edilən maddi hüquq normalarının zəruri dispozisiya şərtlərinə uyğun olub-olmamasını müzakirə etməmiş, faktiki hallara dair iddiaçının təqdim etdiyi sübutlara prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri (mümkünlük, mötəbərlilik, kifayətlilik və s.) baxımından qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışlar. Bu hallar isə iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığına dəlalət edir. d) Apellyasiya instansiyası mə hkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 2(103)-7956/2021 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(009)-1411/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının istinad etdiyi hüquqlar “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”da və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur. Bununla belə nəzərə alınmalıdır ki, mənzil və mülkiyyət hüquqları mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onların məhdud laşdırılması imkanı da vardır. İşin hallarından aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 764s saylı 11 dekabr 2019-cu il tarixli Sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 16 mənzilli və 10-cu park döngəsi 6 ünvanında yerləşən 9 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsi və digər zəruri tədbirlərin görülməsi, həmçinin həmin binaların sökülməsi ilə bağlı Azərbaycan Respublikasının 2019-cu il Dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə ******* manat məbləğində vəsait ayrılmış, Maliyyə Nazirliyinə həmin vəsaitin ödənilməsini təmin etmək tapşırılmış, Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının İşlər İdarəsinə həvalə edilmişdir. Notarial qaydada təsdiq edilmiş 19.05.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı İddiaçı, ünvan 2 ünvanda yerləşən 32 nömrəli mənzilini 145750 manat müqabilində alıcı Bakı şəhər İcra Hakimiyyətinin MənzilKommunal Təsərrüfatı Departamentinin mülkiyyətinə vermişdir. İş materiallarından həmçinin aydın olur ki, 28 aprel 2020-ci il tarixdə iddiaçının sifarişi əsasında "xxxx" MMC tərəfindən həmin mənzilin qiymətləndirilməsi həyata keçirilmiş, mənzilin bazar dəyərinin 154700 manat olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın qəzalı vəziyyətdə olması səbəbi ilə sökülərək sakinlərin oradan köçürülməli olduğu hökumətin qərarında nəzərdə tutulmuş, binanın sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin həll edilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunmuş, adı çəkilən qurum tərəfindən həyata keçirilən müvafiq tədbirlər (binanın söküntü işlərinin həyata keçirilməsi, sakinlərin köçürülməsi və s.) çərçivəsində iddiaçı öz mənzilini dövlət orqanına satmışdır. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq apellyasiya məhkəməsi hesab etmişdir ki, qəzalı vəziyyətdə olan, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış binasının sökülərək insanların oradan köçürülməsində ictimai marağın olması şübhəsizdir. Buna görə də, birbaşa olaraq aşağıdakı sual araşdırılmalıdır: mülkiyyət hüququna müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yaxud həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı? Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə müqavilə mülkiyyətinin əvəzində kompensasiya ödənilməsi məqsədilə bağlanılmış, mənzilin qiyməti 145750 manat olaraq razılaşdırılmış, bu məbləğ iddiaçıya ödənilmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından 20 gün əvvəl iddiaçının özünün sifarişi əsasında verilmiş qiymətləndirmə rəyində mənzilin qiymətinin 154700 manat göstərildiyini, yəni alqı-satqı qiyməti ilə iddiaçının təqdim etdiyi rəydəki qiymət arasında kəskin (tənasübsüz) fərq olmadığını nəzərə almaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, alqı-satqı dəyəri (faktiki olaraq kompensasiya) ədalətli balans yaratmaqla mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmuşdur. İddiaçının “müqavilənin etibarsız sayılması” tələbinin hüquqi əsası kimi nəzərdən keçirilən Mülki Məcəllənin 339.1 və 339.4-cü maddələrinin məzmunundan göründüyü kimi, hər hansı əqdin ağır şərtli olması qənaətinə gəlinməsi üçün tərəflərin öhdəlikləri arasında ciddi bir tənasübsüzlük olmalı, bu tənasübsüzlük bir tərəfin zəifliyindən qaynaqlanmalı, müqavilənin bir tərəfinin digər tərəfi istismar etməsi faktı sübuta yetirilməli, bu zəifliyin istismarı qəsdlə əhatə olunmalı və mübahisəli əqd zəiflikdən qəsdən istismarın nəticəsində bağlanmış olmalıdır. Əqdin zorakılıq və ya hədələmə əsası ilə etibarsız sayılması üçün isə aşağıdakı şərtlərin mövcudluğu zəruridir: müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) qəsdən zorakılıq və ya hədə xarakterli davranış etmiş olmalı; belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı; zorakılıq və ya hədələmə real olmalı və müqavilənin digər tərəfi həmin məcburetmənin aşkar təsiri və ya sözügedən hərəkətlərin özü və ya əmlakı üçün real təhlükə yarada biləcəyi qənaəti nəticəsində müqaviləni bağlamalıdır. Məhkəmə vurğulamışdır ki, həmin əsaslara söykənən iddiada sadalanan şərtlərin hər biri sübuta yetirilməlidir. Onlardan hər hansı birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübut etmək yükü isə onları iddia edən tərəfin üzərinə düşür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının mübahisələndirdiyi müqavilənin qarşı tərəfi olan Bakı şəhər İcra Hakimiyyətinin MənzilKommunal Təsərrüfatı Departamenti Nazirlər Kabinetinin (hökumətin) Sərəncamının icrasını həyata keçirmək və iddiaçıya kompensasiya ödəmək məqsədilə həmin müqaviləni bağlamı ş, əmlakın alqı-satqı dəyəri (kompensasiya) bazar qiymətinə mütənasib (proporsional) olmuş və tərəflərin öhdəlikləri arasında ciddi bir tənasübsüzlük yaranmamış, iddiaçıya qarşı qəsdən zorakılıq və ya hədə xarakterli davranış həyata keçirilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 2(103)-7956/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 337.5, 339, 390, 1096, 1097, 1100-cü maddələrinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununu n 54.1 və 66.4-cümaddələrinin, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanının 2.3-cü maddəsinin pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyə t hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin pri nsiplərindən biridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olun muş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kas sasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxa n məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətlərinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun hüquqi qiymət verilərək yekun nəticəyə gəlin mişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının tələbinin hüquqi əsasını mübahisələndirilən müqavilənin cavabdehlər tərəfindən hakimiyyətdən sui-istifadə və məcburetmə nəticəsində bağlanması təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin tələbə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına, Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğun hüquqi qiymət vermiş və hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququna müdaxilə edilsə də, iddiaçı ilə müqavilə məhz ona, mülkiyyətinin əvəzində kompensasiya ödənilməsi məqsədilə bağlanılmış, müqavilədə mənzilin qiyməti (kompensasiya) ədalətli balans yaratmaqla mülkiyyətin qiymətin ə mütənasib (proporsional) olmuş və həmin məbləğ iddiaçıya ödənilmişdir. Məhkəmə işdə olan sübutlara səlahiyyətləri çərçivəsində hüquqi qiymət verərək hesab etmişdir ki, əqdin ağır şərtli olması, zorakılıq və ya hədələmə əsası ilə etibarsız sayılması üçün əsaslar müəyyən edilməmişdir. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən müqavilənin bağlandığı zaman iddiaçının iradə ifadəsinə uyğun olması nəticəsinə gəlindiyindən, ona hər hansı ziyanın vurulması, o cümlədən müqavilədə qeyd olunan dəyərdən artıq əlavələrin ödənilməli olmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edil mədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 2(103)-7956/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1311/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1311/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver