Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1311/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka (ipoteka qoyulmuş əmlakın boşaldılması), çəkişmə prinsipinin pozulması, məhkəmə aktının kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməsi əsasları (işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa), “Mülkiyyətçinin özgəsinin qanunsuz sahibli yindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızına qarşı "evdən məcburi çıxarılma" tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1158/2023 nömrəli, 5 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları
1. Balakən Rayon Məhkəməsinin xx.x x.2016-cı il tarixli, 2(019)-445/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh3 39363 GBP (Britaniya funt sterlinqi) məbləğində təhsilə çəkilmiş xərclərin, 31 manat həcmində dövlət rüsumu və 32 manat həcmində xidmət haqqının alınaraq SOCAR-ın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu, Hənifə kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərində olan şəxslərin mənzil satıldıqdan sonra bir ay ərzində həmin mənzillərdən çıxarılması q ət edilmişdir.
2. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)- 741/2016 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli, 2 (019)-445/2016 saylı qətnaməsi dəyişdirilmiş, 19 noyabr 2013-cü il tarixli 388 saylı ipoteka müqaviləsi ilə Balakən rayonu, Hənifə kəndində yerləşən Cavabdeh2 Qurban oğluna məxsus fərdi yaşayış evinin ilkin satış qiyməti 33.500 manat, 19 noyabr 2013-cü il tarixli 389 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Balakən rayonu Hənifə kəndində yerləşən Cavabdeh8 məxsus fərdi yaşayış evinin bazar dəyəri 37.500 manat məbləğində müəyyən edilmiş, qətnamə Cavabdeh3 39363 GBP (Britaniya funt sterlinqi) məbləğində təhsilə çəkilmi ş xərclərin, 31 manat həcmində dövlət rüsumu və 32 manat həcmində xidmət haqqının alınaraq SOCAR-ın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında ayrı-ayrılıqda Cavabdeh8 və Cavabdeh2 məxsus olan Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. X4 Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)- 741/2016 saylı qərardadı ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli 2(019)-445/2016 saylı qətnaməsi qismən - Balakən rayonu, Hənifə kəndində yerləşən Cavabdeh8 və Cavabdeh2 məxsus fərdi yaşayış evlərində olan şəxslərin mənzil satıldıqdan sonra bir ay ərzində həmin mənzillərdən çıxarılması hissələrində ləğv e dilmiş və iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)2004/2017 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-741/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş çıxarışlara əsasən Balakən rayonu, Hənifə kəndində yerləşən 0.1589 ha torpaq sahəsi, Balakən rayonu Hənifə kəndində yerləşən 0.10 ha torpaq sahəsi və Balakən rayonu Hənifə kəndi fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (Socar) məxsusdur.
5. Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, **********85-10301 reyest r nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Balakən rayonu, Hənifə kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları torpaq sahəsi ümumi birgə Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızının, fərdi yaşayış evi tam Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, X1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi mülki yyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızının və Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan qətnamələr qanuni qüvvəsini aldığından iş üzrə icra vərəqəsi çıxarılaraq icra olunması üçün aidiyyətı üzrə Balakən rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri çərçivəsində borclular tərəfindən icra vərəqəsi üzrə borc ödənilmədiyindən ipoteka ilə yüklü edilmiş əmlakların açıq hərracda satılması üçün hərrac mərkəzinə göndərilmişdir. "xxxx" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Balakən rayonu üzrə İcra və Probasiya Şöbəsi ilə birgə tərtib edilmiş xx.xx.2020-ci il tarixli 17/02-4, 17/02-5 saylı hərracın yekunları barədə protokolları və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh8 və Cavabdeh2 Qurban oğluna məxsus Balakən rayonu, Hənifə kəndində yerləşən fərdi yaşayış evləri ARDNŞ tərəfindən alınmışdır. Cavabdeh2 mülkiyyətində olmuş Balakən rayonu Həniə kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüquqları SOCAR-a keçmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı verilmişdir. Həmin mənzildə hazırda Cavabdeh2 ilə birgə ailə üzvlərindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh7 yaşayır. Cavabdeh8 mülkiyyətində olmuş Balakən rayonu Hənfiə kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüquqları SOCAR-a keçmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı verilmişdir. Həmin mənzildə hazırda Cavabdeh8 ilə birgə ailə üzvlərindən Cavabdeh4, Cavabdeh5 və X3 yaşayır. Cavabdehlər hal-hazırkı vəziyyətdə SOCAR-ın xüsusi mülkiyyətində olan fərdi yaşayış evlərində qanunsuz olaraq məskunlaşırlar və həmin şəxslərin könüllü olaraq mənzillə ri tərk etməməsi səbəbindən əmlak üzərində sərəncam vermək və istifadə hüquqlarından məhrum olunurlar. Mübahisəli mənzillərdə cavabdehlərin və üçüncü şəxslərin hər hansısa istifadə hüquqları mövcud deyildir.
8. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(019)-143/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh8 və onun ailə üzvləri olan Cavabdeh4, Cavabdeh5 və Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı və Balakən rayonu Hənifə kəndinə yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyya t nömrəli dövlət reyestr çıxarışı olan fərdi yaşayış evindən Cavabdeh2 və onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 məcburi qaydada çıxarılması, hazırkı iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Mustafayeva (Gəncəliyeva) Lalə Aydın qızı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 müştərək qaydada alınaraq, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evlərinə cavabdehlərin sahiblik və istifadəsi ilə bağlı iddiaçının həmin evlərə mülkiyyət hüquqlarına bu müdaxiləni zəruri edən şərtlər müəyyən edilməmiş, sözügedən evlərə iddiaçının mülkiy yət hüquqlarına müdaxilənin qanuni məqsəd daşıması, bunun təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməsi müəyyən olunmamış, cavabdehlərin həmin evlərə sahiblik və istifadə etmələri ilə bağlı iddiaçının mülkiyyət hüquqlarına müdaxilə ilə əlaqədar iddiaçıya hər hansı kompensasiya təklif edilməmiş və ya ödənilməmiş, mülkiyyətçinin hüquqları ilə evlərə mülkiyyət hüquqlarına müdaxiləyə haqq qazandıracaq ictimai tələbat arasında ədalətli tarazlığın təmin edilməsi halı baş verməmişdir. Eyni zamanda iddiaçının cavabdehlərin mənzilə hörmət hüququnun əks olunduğu Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından cavabdehləri evlə-yaşayış sahəsi ilə təmin etmək öhdəliyi yoxdur. Belə öhdəlik dövlət və bələdiyyənin üzərinə düşür. Ona görə də iddianın təmin edilməklə cavabdehlərin sözügedən e vlərdən çıxarılması onların mənzil hüququnun pozulması kimi qiymətləndirilə bilməz və əksinə cavabdehlərin heç bir qanuni əsas olmadan həmin evlərə sahiblik etməsi və onlardan istifadə etməsi iddiaçının həmin fərdi yaşayış evlərinə mülkiyyət hüquqlarının və mənzil hüquqlarının pozuntusunu yaradır. Ona görə də cavabdehlərin həmin evlərdən çıxarılması huquqi və faktoloji əsaslara malik olmaq və iddiaçının hüquqlarını bərpa etmək baxımından demokratik cəmiyyətdə zəruridir. 10.Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə birmənalı müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan Balakən rayonu, Hənifə kəndinə yerləşən fərdi yaşayış evlərində cavabdeh yaşamaqla, həmin yaşayış evlərindən qanunsuz istifadə edib həmin əmlaklara qanunsuz sahiblik etməklə iddiaçının həmin fərdi yaşayış evlərinə mülkiyyət hüquqlarını əsassız məhdudlaşdırır və həmin evlərə sahiblik etmək, evlərdən istifadə edərək onlara dair sərəncam vermək hüquqlarını pozurlar. Ona görə də qanunvericiliyin tələbinə əsasən cavabdehlər sözügedən evlərdən məcburi qaydada çıxarılmaqla iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qeyd edilən fərdi yaşayış evlərinə mülkiyyət hüquqları bərpa olunmalıdır.
11. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xüsusi mülkiyyətində olan mübahisələndirilən fərdi yaşayış evlərinə mülkiyyət, istifadə, sahiblik hüquqlarının və sair hüquqlarının olmasını, onların bu hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və həmin evlərdən istifadə və sahiblik hüquqlarının qanun i olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinə mümkün etirazın əsaslandırıldığı hər hansı halın mövcudluğunu və bununla da iddianın əsassızlığını sübut edə bilməmişlər. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları Bəyannaməsi” nin 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139.4, 140, 146.1, 146.2, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 164.1, 164.2, 165.1, 165.2-ci maddələrinə, Avropa Konvensiyasının 8-ci maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 21 7.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 13.Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehlərin maddi və prosessual hüquqların kobud surətdə pozaraq qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə tərəfindən məhkəmə iclasların keçirilməsi barədə bildirişlər gəlməmiş və beləliklə məhkəmə iclasları barədə onun məlumatı olmamışdır. Məhkəmə iclasları barədə cavabdehin məlumatının olmaması onun prosessual hüquqlarının pozulmasına gətirib çıxartmış və faktiki olaraq cavabdeh məhkəmədə iştirak edərək iddia tələbi ilə bağlı öz mö vqeyini bildirə bilməmişdir. İddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qeydiyyatda olduğu, həmçinin faktiki yaşadığı ünvanla bağlı tam və dolğun məlumatı məhkəməyə təqdim etməli və məhkəmə öz növbəsində cavabdehlərə məhkəmə iclasları barədə bildiriş göndərməlidir. Məhkəmə iclasları barədə bildirişlər ona çatdırılmamış və bu səbəbdən məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. 15.Cavabdeh bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə tanışdırlar. Qeyd olunan qərarla bağlı ipoteka ilə yüklü edilmiş Balakən rayonu, Hənifə kəndində yerləşən fə rdi yaşayış evləri hərrac vasitəsilə satışa çıxarılmalı idi. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunan və Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-143/2023 saylı qətnaməsində qeyd olunan fərdi yaşayış evlərinin ARDNŞ tərəfindən alınması barədə heç bir məlumat olmamışdır. Həmçinin hərracların keçirilməsi ilə bağlı ona bildirişlər gəlməmiş və bu səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci iltarixli qərarından sonra cavabdeh tərəfindən heç bir prosessual hərəkət həyata keçirilməmişdir. Bundan əlavə, bu günə qədər iddiaçı tərəfindən qeyd olunan fərdi yaşayış evlərinin boşaldılması barədə bildiriş göndərilməmişdir. Onların qeyd olunan mənzillərin iddiaçının mülkiyyətinə keçməsi ilə bağlı məlumatları olmamışdır. 16.Bundan əlavə cavabdeh qeyd etmişd ir ki, iddiaçının qeyd etdiyi fərdi yayayış evləri ipoteka predmeti olaraq müqavilələrdə çıxış edirdilər və mülkiyyətçi tərəfindən müqaviləni imzalayaraq qeyd olunan mənzilləri ipotekaya qoymuşdur. Lakin iddiaçı hazırki iddia tələbində evlərin mülkiyyətçilərindən başqa qeyd olunan mənzildə faktiki olaraq yaşayan və həmin fərdi yaşayış evindən istifadə hüquqları olan şəxsləri cavabdeh qoyaraq, qeyd olunan şəxslərin qeyd olunan fərdi yaşayış evlərdən istifadə hüquqlarını kobud surətdə pozmuşdur. Hesab etmişdir ki, məhkəmə tərəfindən qeyd olunan evlərin mülkiyyətçilərdən başqa yaşayan ailə üzvlərinin evdən istifadə hüququnun pozulması və ümiyyətlə ailə üzvlərinin qeyd olunan əmlakı ipotekaya qoyulması ilə bağlı razılığının alınıb-alınmamsı araşdırılmamışdır. Hesab etmişdir ki, hər bir cavabde hin adını qeyd edərək, iddiaçı sübuta yetirməlidir ki, həmən şəxslərin qeyd olunan evdən istifadə hüququ yoxdur və məhkəmədə bu məsələyə diqqət verilməmişdir. 17.Məhkəmə qətnamədə cavabdehlərin evlə təmin olunması öhdəliyini faktiki olaraq dövlət və bələdiyyənin üzərinə düşməsini qeyd edərək və Azərbaycan Respublikası Konstitusiyasının 43- cü, həmçinin Mənzil Məcəlləsinin 48-ci maddəsinə istinad edərək bildirmişdir ki, cavabdehlər dövlət orqanlarına və bələdiyyələrə müraciət edərək yaşayış yeri ilə təmin edilə bilərlər. Əlbəttə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərinin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirimək üçün xüsusi tədbirlər görür. Qeyd olunan işin faktlarından isə görünür ki, uzun illərdi cavabdehlər qeyd olunan fərdi yaşayış evlərində yaşayırlar və istifadə edirlər. İddiaçı isə kompensasiya tələbi irəli sürməyərək, cavabdehlərin mənzildən istifadə hüquqlarını pozaraq cavabdehlərin mənzildən məcburi çıxarılmasına çalışır. Hesab edir ki, bu istiqamətdə məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmamışdır. 18.Həmçinin qətnamədə qeyd etmişdir ki, müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdi sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərin, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. Əlavə olaraq qətnamədə qeyd edilmişdir ki, hazırkı işdə iddia predmetini təşkil edən fərdi yaşayış evlərinə cavabdehlərin sahiblik vəistifadə ilə bağlı iddiaçının həmin evlərə mülkiyyət hüquqlarına bu müdaxiləni zəruri edən şərtlər müəyyən edilməm işdir. Hesab etmişdir ki, iddia predmeti olan fərdi yaşayış evlərə iddiaçının mülkiyyətinə keçəndən sonra cavabdehlər qanunsuz olaraq girib həmən evdə yaşayıb və istifadə edərdilərsə məhkəmənin qeyd olunan mövqəyi ilə razılaşmaq olardı, lakin iddiaçı cavabdeh mülkiyyətçilərlə ipoteka müqaviləsi bağladığı zaman bilirmişdir ki, qeyd olunan mənzildə mülkiyyətçilər və onların ailə üzvləri faktiki olaraq qediyyatdadırlar və qeyd olunan fərdi yaşayış evlə bağlı hər birinin ayrılıqda evdən istifadə hüquqları vardır. Bundan əlavə, işin materiallarına əlavə edilmiş xx.xx.2020ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan fərdi yaşayış evləri artıq 3 ildən çoxdur ki, iddiaçının mülkiyyətinə keçmişdir və bu müddət ərzində iddiaçı tərəfindən cavabdehlərin fərdi yaşayış evindən çıxardılması ilə bağlı hər hansı addımlar atmamışdır, beləliklə öz hərəkətləri ilə iddiaçı faktiki olaraq cavabdehlərin qeyd olunan fərdi yaşayış evlərindən yaşayış və istifadə hüququnu tanımışdır. Hesab edir ki, bu fakt məhkəmə tərəfindən tam araşdırılmamışdır. 19.Qeyd olunan mübahisəli fərdi yaşayış evləri cavabdehlərin mülkiyyətində olmuşdur və xx.xx.2020-ci il tarixində iddiaçı qeyd etdiyi alqı-satqı müqaviləsi nəticəsində iddiaçının mülkiyyətinə keçmişdir. Hesab etmişdir ki, cavabdehlərin qeyd olunan fərdi yaşayış evlərdən istifadə edilməsi qeyri-qanuni olmamışdır, iddiaçının mülkiyyətinə keçməkdən öncə qeyd olunan evlərdə faktiki olaraq cavabdehlər qanuni olaraq yaşayırdılar. Evlər hal-hazırda iddiaçının mülkiyyətində olması, cavabdehlərin mənzildən istifadə hüququna avtomatik olaraq gətirib çıx artmır. Bununla bağlı tərəflər arasında müqavilə bağlandığı zaman razılıq əldə etməmişdilər. Eyni zamanda, cavabdehlərin fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı hüquqların olub-olmaması tam və obyektiv araşdırılmamışdır. Məhkəmə qətnaməsini əsaslandıraraq qeyd olunan fərdi yaşayış evlərin iddiaçının mülkiyyətində olmasını dəfələrlə bildirmiş, lakin həmin evlərdən cavabdehlərin istifadə və yaşamaq hüquqları barədə mövqeyini bildirməmişdir. 20.Qətnamə yalnız iddiaçı tərəfindən təqdim edilən sübutlar əsasında qəbul edilmişdir. Məhkəmə iclasları barədə məlumatsız olmuşdur və buna görədə məhkəmədə iştirak edərək iddiaçının dəlirləri ilə bağlı mövqeyini bildirmək və məhkəməyə sübutları təqdim etmək imkanı olmamışdır. İddia predmeti olan evlər, ipoteka predmeti olmamışdan əvvəl cavabdeh lərin mülkiyyətində idi və ailə üzvləri ilə birlikdə qeyd olunan evlərdə cavabdehlər yaşamışdılar. Qeyd olunan evlər iddiaçının mülkiyyətinə keçməsi avtomatik olaraq, əvvəldən orda yaşayan cavabdehlərin və onların ailə üzvlərinin qeyd olunan evdən istifadə hüquqlarını itirilməsinə gətirib çıxartmamalıdır. Bundan əlavə olaraq nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən alqı-satqı müqaviləsindən bəlli olur ki, xx.xx.2020-ci il tarixində artlq evlərin alqı-satqı müqaviləsi təsdiq edilmişdir və bu halda sual yaranır ki, 3 il müddətində iddiaçı cavabdehlərin qeyd olunan evlərdən çıxardılması üçün niyə heç bir hərəkət etməyib. Faktiki olaraq iddiaçının 3 il müddətində hərəkətsizliyi ilə cavabdehlərin həmin evdə yaşamaq və evdən istifadə etmək hüquqlarını tanımışdır. Hesab e dir ki, cavabdehlərin qeyd olunan evlərlə bağlı isifadə hüquqları məhkəmə tərəfindən tam şəkildə araşdırılmamışdır. 21.Məhkəmə iddiaçının cavabdehin iddia predmeti olan evdə yaşamaqları və istifadə etməsinin qeyri-qanuni olmasına dair mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbləri kobud surətdə cavabdehlər tərəfindən pozulduğu sübut edilmişdir. Lakin faktiki olaraq cavabdehlərin qeyri-qanuni olaraq qeyd olunan evlərdə yaşamaqları iddiaçı tərəfindən tam sübuta yerilməmişdir, məhkəmə tərəfindən isə cavabdehlərin qeyd olunan fərdi yaşayış evlərindən istifadə hüquqların itirilməsi tam araşdırlmamışdır. Cavabdehlər qeyd olunan fərdi yaşayış evinə iddiaçının mülkiyyətinə keçəndən sonra girib yaşamamış, əvvəldən qeyd olunan evdə n istifadə etmişdilər, qeyd olunan evdə qeydiyyatdadırlar və ən əsası artıq iddiaçının mülkiyyətinə evlər keçəndən sonrada 3 ildən çoxdur ki, qeyd olunan evdən isitifadə edirlər. Məhkəmənin iddia predmeti olan fərdi yaşayış evləri iddiaçının mülkiyyətində olmasını qeyd edərək və bu fakta əsaslanaraq, cavabdehlərin qeyd olunan evlərdə heç bir hüquqları olmaması ilə bağlı gəldiyi nəticə, işin hallarını tam əks etdirmir. Qeyd olunan ipoteka predmeti alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçdikdən sonra isə cavabdehlərin qeyd olunan evlərdə yaşamaqlarına və evlərdən istifadə etməklərinə qadağan edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixindən bu günə kimi iddiaçı tərəfindən heç bir hərəkət olmamışdır. Hesab edir ki, iddiaçının susmağı faktiki olaraq, cavabdehlərin qeyd olunan evlərdən istifadə etmək hüquqlarını tanınması kimi qiymətləndirilməlidir və belə olan halda cavabdehlərin qeyd olunan evlərdən isitifadə hüquqların itirilməsi ilə bağlı iddiaçının mövqəyi sübuta yetirilməlidir. Cavabdehlərin uzun illərdi yaşadığı və istifadə etdiyi evlərdən istifadə hüquqların itirilməsi iddiaçı tərəfindən tam sübuta yetirilməmişdir. 22.Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(107)-1158/2023 nömrəli, 5 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 23.Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən məhkəmə ic laslarının keçirilməsi barədə bildirişlərin ona çatdırılmaması, bu səbəbdən məhkəmə iclaslarında iştirakının təmin edilməməsi, beləliklə məhkəmə iclasları barədə onun məlumatının olmamasına dair dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi Cavabdeh3 “Elektron məhkəmə” infornmasiya sistemində qeydiyyatdan keçmiş və bütün məhkəmə iclaslarının məhkəmə bildirişləri onun həmin sistemdə yaradılmış “elektron kabinet”inə yerləşdirilmişdir. Hətta Cavabdeh3 09 yanvar 2023-cü il tarixdə Balakən Rayon Məhkəməsinə göndərdiyi ərizəsində məhkəmə iclasında iştirak edə bilməyəcəyindən xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının təxirə salınmasını da xahiş etmiş, lakin məhkəmə iclaslarında iştirak etməmişdir. 24.Apellyasiya şikayətinin cavabdehin Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evinin ARDNŞ tərəfindən alınması barədə heç bir məlumatının olmamasına dair dəlili ilə də razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi kimi, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli 388 saylı ipoteka müqaviləsi bağlanaraq Balakən rayonu, Hənifə kəndində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və müqavilə üzrə ipotekaqoyan qismində Cavabdeh2 iştirak etmişdir. 25.Məhkəmə kollegiyası apellyasiya şikayətinin evdən istifadə hüququnun kobud surətdə pozulması, qeyd olunan əmlakın ipotekaya qoyulması ilə bağlı razılığının alınmaması, iddiaçının kompensasiya tələbini irəli sürməməsi, qeyd olunan fərdi yaşayış evli ilə bağlı evdən istifadə hüququnun olması, fərdi yaşayış evinin 3 ildən çoxdur ki, iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, bu müddət ərzində iddiaçı tərəfindən fərdi yaşayış evindən çıxarılması ilə bağlı hər hansı addımlar atılmaması, beləliklə öz hərəkətləri ilə iddiaçının faktiki olaraq fərdi yaşayış evindən istifadə hüququnu tanıması, evin hazırda iddiaçının mülkiyyətində olmasının cavabdehin mənzildən istifadə hüququnun avtomatik xitamına gətirib çıxartmaması, bununla bağlı tərəflər arasında müqavilə bağlandığı zaman razılıq əldə edilməməsi, iddiaçının mülkiyyətinə keçəndən sonra da 3 ildən çoxdur ki, qeyd olunan evdən isitifadə etməsi, uzun illərdi yaşadığı və istifadə etdiyi evdən istifadə hüququnun itirilməsinin iddiaçı tərəfindən tam sübuta yetirilməməsinə dair dəlillərini də əsaslı hesab etməmişdir. Belə ki, “İpoteka haqqında” Azərbayca n Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən, yaşayış evinin və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğu halda da, həmin yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanla birlikdə yaşayan ailə üzvü yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidir. Cavabdeh3 isə 19 noyabr 2013-cü il tarixdə bağladığı müqavilə öhdəliklərinə əməl etmədiyindən müqavilə üzrə çəkilən bütün xərcləri ödəmək vəzifəsi olmuşdur. Bununla bağlı tərəflər arasında müqavilə bağlandığı zaman razılıq əldə edilməməsi sonradan həmin tələbin ayrıca icraatda irəli sürülməsini istisna etmir. Həmçinin qeyd edilən vəziyyətdə ipotekanı əldə edənin kompensasiya tələbini irəli sürməli olması kimi bir vəzifəsi nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 3 ildən də çox müddət ərzində cavabdehin evdən çıxarılması tələbini irəli sürməməsi, iddiaçının mülkiyyətinə keçəndən sonra da 3 ildən çoxdur ki, qeyd olunan evdən isitifadə etməsi humanistlik əlaməti kimi qəbul edilməklə, iddiaçının fərdi yaşayış evindən istifadə hüququnu tanıması kimi şərh edilə bilməz. 26.Məhkəmə kollegiyası apellyasiya şikayətinin ipoteka müqaviləsində mənzilin hərracdan satıldığı halda cavabdehin mənzillə təmin edilməsinin öhdəlik qeyd edilməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan 19 noyabr 2013-cü il tarixli, 388 saylı ipoteka müqaviləsində ipoteka predmeti olan mənzilin hərracdan satıldığı halda Cavabdeh3 mənzillə təmin edilməsinə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən heç b ir öhdəlik götürülməmişdir. 27.Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin mübahisə predmeti olan mənzildə faktiki olaraq qediyyatda olması dəlilinə münasibətdə ilk növbədə qeyd etmişdir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Re yestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndində 0.1589 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 28.Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları Bəyannaməsi” nin 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139.4, 140, 146.1, 146.2, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 164.1, 164.2, 165.1, 165.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 59.3, 59.3.1, 59.3.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 29.Cavabdeh3 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. 30.Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. 31.Kassator şikayətini Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 164.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 32.Kassasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi Vəkil2 tərəfindən etiraz daxil olmuş, etirazda kassasiya şikayəti dəlillərinin əsassız olması qeyd edilməklə apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdrilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 33.Maddə 152.1. Mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. 34.Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 35.Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmi ş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 36.Maddə 152.4 Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 37.Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 38.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 39.Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikd ə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. 40.Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 41.Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 42.Maddə 59.3.2. İpoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 43.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 44.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 45.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 46.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 47.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 48.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 49.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 50.Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh X2 tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı ona münasibətdə təmin edilmiş hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi 51.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nətic ələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 52.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh3 dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 53.Bununla yanaşı işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr müəyyən etmişlər ki, mübahisəli ev artıq daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Cavabdehi mübahisəli evlə qarş ılıqlı olaraq bağlayan heç bir hüquqi əsas yoxdur. Cavabdehin həmin mənzildən istifadəni davam etdirməsi iddiaçını mülkiyyət hüququndan məhrum edir. 54.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Belə ki, məhkəmənin qənaəti yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğun olmuşdur. 55.Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır. 56.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərin ə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 57.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 58.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 dekabr 2023-cü il tarixli, 2(107)-1158/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.