Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1312/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə: mənzildən istifadə hüququna xitamın əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı mənzilə olan istifadə hüquqlarının itirilmiş h esab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2092/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İlkin iddia üzrə Cavabdeh1, İddiaçı1 qardaşı oğlu, digər Cavabdeh2 isə Cavabdeh1 qızıdır.
2. Mübahisəli yaşayış sahəsinin yerləşdiyi 101 saylı torpaq sahəsi fərdi ev tikmək üçün Sumqayıt şəhər ZDS İK-nin xx.xx.1954-cü il tarixli, 13 saylı qərarı ilə YYYna (İddiaçı1 atasına) ayrılmışdır (Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2022-ci il tarixli, 175/2 saylı arayışı).
3. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı evə dair Sumqayıt Şəhər Texniki İnventarlaşdırma bürosu tərəfindən YYYnun adına 1998-ci il tarixli, 163 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Sözügedən ev üzərində YYYnun mülkiyyət hüququnun tanınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamışdır.
4. İddiaçı1 ilə X1 23 yanvar 1982-ci il tarixdə rəsmi nikaha daxil olaraq evləniblər.
5. İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və digərləri Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışları).
6. İddiaçı1 X2 xx.xx.2010-cu ildə, at ası YYY xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.
7. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evində qeydiyyatda olan İddiaçı1, İddiaçı2, X20 oğlu, İddiaçı3, X10, X7, X8, X5, X9, X12 2000-ci il tarixdən həmin ünvanda yaşamırlar.
8. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 222 nömrəli, xx.xx.2022-ci il tarixli ətraflı arayışda qeyd olunur ki, İddiaçı1 Sumqayıt şəhəri Kotec qəsəbəsi, 2-ci paralel küçəsi, 16-cı məhəllə, 13 saylı fərdi evdə qeydiyyatsız yaşayır. 1992-ci ildə ona həmin ünvanda fərdi yaşayış evi tikmək üçün Sumqayıt şəhər XDS İK tərə findən torpaq sahəsi ayrılmışdır. Təqribən 2000-ci illərdə orada fərdi ev inşa edilmiş və həmin vaxtdan etibarən İddiaçı1 ailə üzvləri ilə birlikdə orada yaşayır. Hal hazırda həmin ev X3 adına sənədləşdirilib. Evə dair sənədlərdə torpaq sahəsinin 323 kv.m olduğu göstərilmişdir. Qeydiyyat tarixi xx.xx.2021-ci ildir.
9. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 255 nömrəli, xx.xx.1992-ci tarixli əmrindən görünür ki, İddiaçı1 Sumqayıt şəhəri Kotec qəsəbəsində fərdi ev tikmək üçün sahəsi 600 kv.m olan torpaq sahəsi ayrılması əmr edilmişdir.
10. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 2-ci paralel küçə, məhəllə 16 ünvanda yerləşən 13 saylı fərdi yaşayış evi İddiaçı1 adına qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı1 Sumqa yıt “ASAN Xidmət” Mərkəzində xüsusi notarius tərəfindən təsdiq edilmiş xx.xx.2021-cı il tarixli, 4Ə-2373 reyestr nömrəli bağışlama müqaviləsi əsasında sözügedən fərdi yaşayış evini X4 bağışlamışdır. Həmin ev üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, xx.xx.2021-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktubu). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qar şı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ilkin iddia tələbini belə əsaslandırmışlar ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evi YYYna məxsusdur. Onlar mübahisəli mənzildə qeydiyyatdadırlar və həmin mənzildə də yaşayırlar. Qeyd edirlər ki, onların mübahisəli mənzildə pasport qeydiyyatı və istifadə hüquqları var. Belə ki, onlar uzun müddət həmin mənzildə yaşayıblar. Lakin hazırda cavabdehlər onun həmin mənzildə yaşamalarına imkan vermirlər. Ona görə də onlar (İddiaçı1 və İddiaçı2) məcbur olub hazırda qızına məxsus evdə, İddiaçı3 isə kirayədə yaşamışdır. Onların daimi yaşayış yerləri yoxdur. Cavabdehlər isə onların istifadə hüquqları olan mənzildə yaşamalarına mane olurlar.
13. Cavabdeh1 ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi verərək, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evindən İddiaçı1, İddiaçı2, İddiaçı3 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər qardaşı və onun ailəsidir. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evi mərhum valideynlərinin evidir. X2 xx.xx.2010-cu ildə, atası YYY xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Cavabehlər 25 ildən çoxdur ki, Su mqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evini birdəfəlik daimi olaraq tərk edib, yaşamaq üçün başqa yerə köçüb gediblər. xx.xx.1992-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı tərəfindən cavabdeh İddiaçı1 Sumqayıt şəhəri Kotec qəsəbəsində fərdi yaşayış evi tikmək üçün sahəsi 600 kv.m olan torpaq sahəsi ayrılmışdır. Lakin faktiki olaraq qardaşı həmin ərazidə 15 sot torpaq sahəsi zəbt etmişdir. 1993-cü ildən başlayaraq mərhum atası və onların hamısının dəstəyi ilə qardaşına ev tikməyə başlamışlar. Həmin evi tikənə qədər mərhum atası onun üçün həyətdə ayrıca ev tikmişdir. Cavabdeh təzə evi tikərkən həyətlərində olan fərdi yaşayış evini də tam sökərək, inşaat materiallarını yeni evlərində istifadə etmişdir. Cavabdehlərin evə pasport qeydiyyatlar ı formal xarakter daşıyır.
15. Sumqayıt Şəhər Məhkəməsinin 8 avqust 2022-ci il tarixli, 2(060)-3327/2022 saylı qətnaməsi ilə (sədrlik edən Günel Tanrıverdiyeva) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülməsi tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 mübahisəli evindən istifadə hüququna xitam verilmişdir.
16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12 ünvanında yerləşən 101 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.1954-cü il tarixdə mərhum YYYna ayrılmış və sözü gedən fərdi yaşayış evinə dair Sumqayıt Şəhər Texniki İnventarlaşdırma bürosu tərəfindən onun adına 1998-ci il tarixli, 163 inventar nömrəli texniki pasport tərtib edilmişdir. YYY xx.xx.2011-ci ildə vəfat etmişdir. Həmin vaxtdan etibarən H.Əliyevin vərəsələrindən Cavabdeh1 mübahisəli mənzili miras əmlak kimi faktiki olaraq qəbul etmiş və orada ailə üzləri ilə birlikdə daimi əsaslarla yaşamağa davam etmişdir.
17. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri (ilkin iddiaçıların mənzili tərk etmələri) 01 oktyabr 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir.
18. Məhkəmə Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə, 87-ci maddəsinin 2-ci hissəsinə istinadən bildirmi şdir ki, mübahisənin həlli, yəni cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onların bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir.
19. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçılar 20 ildən çox müddətdir ki, mübahisəli mənzili daimi əsaslarla tərk etmişlər (qonşular tərəfindən tərtib edilmiş akt, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 222 nömrəli, xx.xx.2022 tarixli arayış, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 255 nömrəli, xx.xx.1992-ci il tarixli əmri və s.)
20. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 başqa yerdə daimi yaşayış yeri olmuşdur. Belə ki, onun adına Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 2-ci paralel küçə, məhəllə 16 ünvanda yerləşən 13 saylı fərdi yaşayış evi qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilmiş, ilkin iddiaçı bağışlanma müqaviləsi əsasında sözügedən fərdi yaşayış evinı qızı X4 bağışlamış və yalnız bundan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
21. Məhkəmə onu da qeyd etmişdir ki, ilkin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdirlər. Belə ki, 2000-ci ildən 20 ildən çox keçməsinə baxmayaraq onlar mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdirlər. Bu isə, ilkin iddiaçıların müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. İlkin iddiaçılar yalnız 2022-ci ildə (adlarına olan daşınmaz əmlakı başqa şəxsin adına keçirdikdən sonra) hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.
22. Beləliklə, qarşılıqlı iddianın təmin edilməsi iddiaçıların mübahisələndirilən evə köçürülməsi barədə ilkin iddia tələbinin təmin edilməsini aradan qaldırdığından ilkin iddia tələbi təmin edilməməlidir.
23. Məhkəmə öz mövqeyini 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 1145, 1243, 1255, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 360-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya inst ansiyası məhkəməsindəki icraat
24. İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 atasının tikdiyi evdə doğulmuş, orada böyümüşdür. Evləndikdən sonra 0,06 ha həyətdə valideynlərinin razılığı ilə özü üçün ev tikmişdir. Atasının həyətindəki evi 1982-ci ildə 3 ay ərzində tikmişdir. Atasının həyətində olan evə ayrıca sənədi yoxdur. 0.01 ha torpaq sahəsinin içində atasının evi, 0,25 ha torpaq sahəsinin içində onun tikdiyi iki otaq və bir balkondan ibarət ev var idi. Həmin evin tikintisi üçün hər hansı rəsmi icazə olmayıb. 1982-ci ildən 2002-ci ilə qədər həmin evdə yaşayıb, uşaqları h əmin evdə anadan olub, orda məktəbə gediblər. Bundan sonra 1992-ci ildə öz adına torpaq sahəsi almış, 1996-cı ildə həmin torpaq sahəsində evin təməlini qoymuşdur. Sonra isə qəza keçirdiyi üçün bir neçə il xəstə olmuş və tikintini yalnız 2001-ci ildə davam etdirə bilmişdir. Sərəncam onun adına idi, ona əsasən çıxarış almışdır. 2002-ci il oktyabr ayının 17-də ailədaxili münaqişələrə görə öz həyətlərində tikdiyi evdən köçmüşdür. Köçməyə məcbur idi, çünki qardaşı ilə aralarında münaqişə var idi. Sözsöhbətə görə tikdiyi evə qayıda bilməmişdir. Çıxarış olmadığı üçün öz evinə qeydiyyata düşməmişdir. Öz həyətində tikdiyi evə çıxarışı 1 il əvvəl alıb, 2021-ci ildə isə evini qızına bağışlayıb. Bağışlamaya qədər atasının həyətindəki evinə dair məhkəmədə hər hansı iddiası olmayıb. İndi onun mülkiyyə tində başqa ev yoxdur. Atasının həyətində tikdiyi evdə qardaşı heyvan saxlayır. Evdən çıxandan sonra yalnız valideynlərinin yas mərasimində iştirak etmiş, vərəsəliyi rəsmi olaraq qəbul etmək üçün notariusa getməmişdir. İndi onun yaşamağa yeri yoxdur.
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(105)-2092/2022 nömrəli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçı), Telman Quliyev və Gülnarə Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanuni əsaslarla ayrılmış torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində halhazıradək qeydə alınmaması 20 ildən çox orada yaşayan, miras əmlak kimi həmin evi qəbul edən və fasiləsiz olaraq ona sahiblik edən şəxslərin hüquqlarının pozulmasına səbəb ola bilməz.
28. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 20 ildən çox müddətdir ki, mübahisəli evdə yaşamırlar. İddiaçı1 mülkiyyətində ev olmuş, həmin evi qızına bağışladıqdan sonra hazırkı iddianı qaldırmışdır. Bu müddət ərzində ora köçməyə cəhd etməmişdir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçıların köçmək istədiyi ev artıq mövcud deyil, İddiaçı1 həmin evi sökərək tikinti materiallarından sonradan tikdiyi evin tikintisində istifadə etmişdir.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1243, 1255-ci, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsi, 87-ci maddəsinin 2-ci hissəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
31. İddiaçı1 (Vəkil4) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları tam və obyektiv araşdırılmamış və prosessual pozuntu törədilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi əsas olaraq İddiaçı1 20 il müddətində sözügedən mənzilə qayıtmağa cəhd etməməsi ilə əlaqələndirsə də, bu yöndə heç də tam araşdırma aparmamışdır. İddiaçılar İddiaçı1 sözügedən mənzilə geri qayıda bilməmə və hətta 20 il öncə oranı tərk etməsinin səbəbi onun Cavabdeh1 ilə olan ailə daxili münaqişəsi olmuşdur ki, bu da iddiaçını öz evinə qayıtmağa imkan verməmişdir. Hal-hazırda İddiaçı1 yaşamaq üçün yaşayış sahəsi mövcud deyil və bu, məhkəmə tərəfindən işin tam araşdırılmaması və yanlış nəticəyə gəlinərək hətta onların sözügedən mənzildən istifadə hüquqlarına da xitam verilməsi ilə əlaqədardır.
33. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 5.3, 30.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 165-ci maddələrinə istinad edərək əsaslandırmışdır. a) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
36. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
37. Maddə 1243.
1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
38. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
39. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
40. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş)
41. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəl iklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
42. Maddə 60.1. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
43. Maddə 60.6. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya h əmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
44. Maddə 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Məhkəmə kollegiyası iddiaçının yaşayış sahəsinə köçürülməsi barədə məhkəmələrin gəldiyi nəticə ilə razılaşır.
57. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
58. İddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə münasibətləri xx.xx.2009cu ilədək yarandığına görə, məhkəmələr haqlı olaraq baxılan iddianın həllinə həmin dövrdə qüvvədə olmuş, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qü vvədə olmuş) müddəalarını tətbiq etmişdir.
59. Məhkəmələr tərəfindən müəyyən olunan işin hallarına görə, iddiaçılar 20 ildən çox müddətdir ki, mübahisəli mənzili daimi əsaslarla tərk ediblər. İddiaçı1 başqa yerdə daimi yaşayış yeri olmuşdur. Belə ki, onun adına Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 2-ci paralel küçə, məhəllə 16 ünvanda yerləşən 13 saylı fərdi yaşayış evi qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilmiş, ilkin iddiaçı bağışlanma müqaviləsi əsasında sözügedən fərdi yaşayış evinı qızı X4 bağışlamış və yalnız bundan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarını nəzərə alıb hesab etmişdir ki, iddiaçı 20 ildən çox müddətdə mənzili tərk edərək, daimi yaşamaq üçün özünün inşa etdiyi evə köçmüşdür və bununla da Mənzil Məcəl ləsinin 87-ci maddəsinə əsasən mənzildən istifadə hüququnu itirmişdir.
60. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmənin həmin əsaslandırması, mənzildən istifadə hüququnun itirilməsinə əsas verən, hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş maddi hüquq normalarının tələblərinə uyğundur.
61. Kassatorun 20 il əvvəl evi Cavabdeh1 ilə olan ailə daxili münaqişə səbəbindən tərk etməsi, evə qayıtmağa cavabdehin imkan verməməsi, evdən çıxmasının və oraya qayıda bilməməsinin səbəblərinin məhkəmə tərəfindən tam araşdırılmaması barədə dəlilləri əsassızdır. Çünki kassator ötən dövr ərzində mübahisəli evə köçürülməsi barədə məhkəmədə iddia qaldırması barədə hər hansı dəlil irəli sürməmişdir.
62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiym ətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
63. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlər ə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2092/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.